Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Blaqun buzlağı
Blaqun buzlağı (bolq. ледник Благун, ‘Lednik Blagun’ \'led-nik bla-'gun\) — 13 km uzunluğu, 2.3 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Doliye buzlağından cənub-qərbdə, Peyna buzlağından şimal-şərqdə, Vilkinson buzlağından şimal-qərbdə yerləşmişdir. Buzlaq cənubi Bolqarıstanda yerləşən Blaqun şəhərinin adını daşıyır. == Yerləşməsi == Blaqun buzlağı 66°51′00″ c. e. 66°03′20″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Kayum (laqun)
Kayum — Kamçatka yarımadasının şimal-şərqində, Berinq dənizi akvatoriyasında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. karaqin körfəzinin bir hissəsini təşkil edir. Laquna Kayum və Qıtkatkinvayam çayları tökülür. çuk. Ӄуйым çukotkaçadan tərcümədə «buxta» mənasını verir. == Su reestrinin məlumatı == Rusiya dövlət su reyestrinin məlumatına əsasən Anadır-Kolıma hövzə dairəsinə daxildir. Dövlət su reyestrindəki obyekt kodu — 19060000315320000000446.
Alaqur
Draqun
Draqun (fr. Dragon — əjdaha, lat. Draco — ilk dövrlərdə bayraqlarında olan əjdaha təsvirindən gəlir) — bəzi Avropa ölkələrində həm atlı, həm də piyada sırada vuruşmağı bacaran süvarilər. Əvvəlini Makedoniyalı İskəndərin həm piyada, həm də atlı vurulan dimaxoslarından (yunan — ikili döyüşçülər) götürürlər. İlk dəfə draqunlar XVI-cı əsrdə Fransa, atlarda vuruşan piyadalar kimi yaradılıblar. Onların bayraqlarında əjdaha təsviri olurdu. Həm piyada, həm də süvari qoşun kimi vuruşmaq üçün nəzərdə tutulurdular. XVII-ci əsrin birinci yarısında suvarilər kimi də istifadə olunublar. İstifadələrindən asılı olaraq, müxtəlif mərhələlərdə müxtəlif soyuq və odlu silahlarla, eləcə də alətlərlə təmin olunurdular. Daha təkmil odlu silahın yaranması ilə atlı atıcılara çevrildilər.
Laquna
Plaqin
Plaqin (ing. Plug-in) — informasiya texnologiyalarında proqramların elə komponentləridir ki, bu proqramlara digər xüsusiyyətlər və imkanlar əlavə edirlər. Əgər dəstəklənərlərsə, plaqinlər proqramların xüsusiyyətlərini qismən dəyişə bilərlər. Məsələn, plaqinlər daha çox veb səyyahlarda istifadə olunur, onların köməyi ilə videolara baxmaq, virus baxışını həyata keçirmək, yeni fayl tiplərini göstərmək olur.
Uluqun
Uluqun və ya Uluqoyun - türk və altay mifologiyasında işıq ilahisi. O, Yer üzündə işığı təmin edər. Ulukun/Ulugun (Ulu Gün) eyni zamanda novruz bayramı deməkdir və işıq, atəş ilə də əlaqəlidir.
Plagin
Plaqin (ing. Plug-in) — informasiya texnologiyalarında proqramların elə komponentləridir ki, bu proqramlara digər xüsusiyyətlər və imkanlar əlavə edirlər. Əgər dəstəklənərlərsə, plaqinlər proqramların xüsusiyyətlərini qismən dəyişə bilərlər. Məsələn, plaqinlər daha çox veb səyyahlarda istifadə olunur, onların köməyi ilə videolara baxmaq, virus baxışını həyata keçirmək, yeni fayl tiplərini göstərmək olur.
Elgün
Elgün — ad. Elgün Camal Elgün Xanoğlanlı Elgün Səfərov Elgün Quliyev Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Hagen
Hagen (alm. Hagen‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Amzberq inzibati dairəsində şəhər. Sahəsi 160.4 km2, əhalisi 185 996 nəfərdir (2013).
Haqen
Hagen (alm. Hagen‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Amzberq inzibati dairəsində şəhər. Sahəsi 160.4 km2, əhalisi 185 996 nəfərdir (2013).
Harun
Harun (ivr. ‏אַהֲרֹן‏‎, Aron; "ali", "dağ", "işıq dağı", "müəllim", "ziyalı"; ərəb. هارون ‎) — Tövratda Musanın böyük qardaşı və yəhudilərin Misir əsarətindən azad edilməsi zamanı yoldaşı, yəhudilərin ilk baş kahini. Levi qəbiləsindən Amram və İoxavedanın oğludur. İslamda o, Musanın qardaşı Harun ibn İmran kimi tanınır. == İstinadlar == == Əlavə ədəbiyyat == Аарон, первосвященник // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Plaun
Plaun (lat. Lycopodium) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinə aid bitki cinsi.
Akyatan laqunu
Akyatan laqunu ― Ramsar konvensiyasında beynəlxalq əhəmiyyətə malik olan su-bataqlı ərazisi olaraq təyin olunmuş 14 700 hektarlıq su-bataqlıq ekosistemi. Köçəri quşlar üçün böyük dayanacaq olan Akyatan BirdLife International tərəfindən Əhəmiyyətli Quş Sahəsi olaraq tanınır. Bura, Aralıq dənizindəki yaşıl tısbağa populyasiyasına 43%-nə sahib olmaqla Aralıq dənizindəki ən böyük yuva qurma sahəsidir. Laqun Aralıq dənizinin şimal-şərq sahilində, Türkiyənin Çukurova regionundakı Adana şəhərinin 30 km cənubunda yerləşir. == Geologiya == Akyatan gölü və ətrafındakı laqunlar 4-cü dövrdə (10 000 il əvvəl) Aralıq dənizində suyun səviyyəsinin dəyişməyə başladığı zaman meydana gəlib. Delta yaradan çayların suyu daşdıqca Akyatan gölünün olduğu yerdə böyük bir bataqlıq meydana gəlmişdir. Bataqlıq daha sonralar dənizdən ayrılmış və göl əmələ gətirmişdir. Akyatan gölü tipik allüuvial bənd gölüdür. Yayda gölü bəsləyən suyun miqdarının azalması və yüksək buxarlanma nəticəsində gölün sahəsi azalır. Qurumuş ərazilərdə palçıq layları əmələ gəlir və yayın sonunda göl tamamilə quruyur.
Halaquş (Urmiya)
Halaquş (fars. هله قوش‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (39 ailə).
Haldun Taner
Haldun Taner — Türkiyə yazıçısı, jurnalist. == Həyatı == Haldun Tanerı 16 mart 1915-ci ildə İstanbulda anadan olmuşdur. Orta təhsilini 1935-ci ildə Qalatasaray Sultanisində bitirib məzun olandan sonra dövlət tərəfindən təhsilini davam etdirmək üçün Almaniyaya — Heidelberq Universitetinə göndərilib. 1938-ci ildə ağır vərəm xəstəliyinə görə təhsilini yarım qoyub vətəninə qayıdır. 1938–1942-ci illərdə Erenköy Sanatoriyasında müalicə olunur. Ali təhsilini 1950-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Alman Filalogiyası bölməsində tamamlamışdır. 27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi. == Yaradıcılığı == Ədəbiyyat yaradıcılığına gənclik illərində yazdığı eskizlərlə başlamışdır. "Töhmət" adlı ilk hekayəsi 1946-cı ildə Yedigün jurnalında "Haldun Yağcıoğlu" təxəllüsü ilə çap edilmişdir. Yazıçılıqla yanaşı İstanbul Universiteti Qəzetçilik İnstitutunda, Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsində, İstanbul Universiteti Ədəbiyyat Fakültəsində ədəbiyyat, sənat tarixi ve teatr dərsləri verən Haldun Taner, Milliyət Qəzetində redaktor işləyərkən, 7 may 1986-cı ildə İstanbulda vəfat etmişdir.
Hülagü xan
Hülakü (monq. Хүлэгү хан – Xülegü xan; çin. 旭烈兀 — Çü liye vu; ərəb. هولاكو خان/ هَلَاوُن‎ – Hulaku xən/Hələvun; fars. هولاکو خان‎ – Hulaku xən; d. 1217 — ö. 8 fevral 1265) — Elxanilər dövlətinin qurucusu, Çingiz xanın nəvəsi, Münke xanın və Xubilay xanın qardaşıdır. Hülakü xan 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədilə Mengü xan tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edilmişdir. == Arxa plan == Hülakü xan Çingiz xanın oğlu Toluy xanın və Kereitin şahzadəsi Sörköktəni Bəginin oğlu idi. Sörköktəni Bəgi bütün oğullarının monqol lideri olmasını təmin edərək uğurla monqol siyasətini idarə etdi.
Karavasta laqunu
Karavasta laqunu (alb. Laguna e Karavastasë) — Albaniyada ən böyük, Adriatik dənizində isə ən böyük laqunlardan biri. Karavasta Adriatik dənizindən böyük qum zolağı ilə ayrılmışdır. Laqun Divyaka-Karavasta milli parkının bir hissəsidir. Laqun 1995-ci ilin 29 noyabrından Ramsar konvensiyasına əsasən qorunan beynəlxalq ərazilər siyahısına daxil edilmişdir. == Coğrafiya == Laqun Albaniyanın qərb hissəsində, təxminən Şkumbini və Simnan çaylarının mənbələri arasında, Lyuşnya şəhərindən 20 kilometr qərbdə yerləşmişdir. Laqun təxminən 45 m² ərazini tutur. Laqunun maksimal dərinliyi — 1,3 m, orta dərinliyi — 0,7 m-dir. Laqun Adriatik dənizindən böyük qum zolağı ilə ayrılmışdır. Bataqlıq sahilləri boyunca bir neçə qumlu ada yerləşir.
Sultan Hülagü
Hülakü (monq. Хүлэгү хан – Xülegü xan; çin. 旭烈兀 — Çü liye vu; ərəb. هولاكو خان/ هَلَاوُن‎ – Hulaku xən/Hələvun; fars. هولاکو خان‎ – Hulaku xən; d. 1217 — ö. 8 fevral 1265) — Elxanilər dövlətinin qurucusu, Çingiz xanın nəvəsi, Münke xanın və Xubilay xanın qardaşıdır. Hülakü xan 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədilə Mengü xan tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edilmişdir. Hülakü xan Çingiz xanın oğlu Toluy xanın və Kereitin şahzadəsi Sörköktəni Bəginin oğlu idi. Sörköktəni Bəgi bütün oğullarının monqol lideri olmasını təmin edərək uğurla monqol siyasətini idarə etdi.
Ulaqan rayonu
Ulaqan rayonu(c.alt. Улаган аймак) — Altay Respublikasında rayon. Ulaqan rayonu Rusiya federasiyasının Altay Respublikasında yerləşir. Ulaqan rayonu Pazırıq mədəniyyətinin beşiyidir. Altay diyarında e.ə. V-III əsrlərdə dəmir dövrünə aid arxeoloji tapıntılar hesab edilən pazırıq kurqanları əsas etibarı ilə ağacı, dəri, parça, gön, xəz, metalı və insan və at cəsədlərini əhatə edən qiymətli eksponatlardır ki, alimlərin fikrincə bütün bu mədəniyyət nümunələri yalnız uzun minilliklər ərzində buz qatının altında qaldığına görə məhv olmamışdır. Böyük Ulaqan çayının sağ sahilində Pazırıq dərəsində yerləşən bu kurqanlar Balıqtuyul bölgəsində bir neçə kilometr şimala doğru uznaraq 5 əsas böyük kurqanı əhatə edir. Üstü xırda daş, çınqıl və mamırla örtülmüş bu kurqanlar özünün taxta sütunları ilə ziyarətçiıərinin diqqətini cəlb edir. Bu qiymətli və regionda bənzəri olmayan arxeoloji abidə özünü miladdan əvvələ gedib çıxan tarixi ilə tarixsevənləri təəccübləndirdiyi kimi də baxımsız və zaman-zaman coğrafi hadisələr və regionun olduca sərt təbiəti nəticəsində sıradan çıxmağı ilə onları məyus edir.
Ulağan (Nəmin)
Ulağan (fars. اولاغان‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 114 nəfər yaşayır (23 ailə).
Şövkət Yalqun
Şövkət Yalqun 7 fevral 1993-cü ildə Artuşda anadan olan Çin Super Liqasında Quanjou FK-da oynayan uyğur futbolçudur. Şövkət Yalqun 2012-ci ilin yanvar ayında 100.000 yuan qonorarla Çin Super Liqasının tərəfdaşı Qunajou FK-ya transfer olundu. 2012 liqası mövsümü üçün qeydiyyatdan keçmək üçün Memet Ali adından istifadə etdi. Böyük debütü 30 Mart 2012-ci ildə "Şanxay Şenhua FK" ilə səfərdə 1-0 məğlub edərək 81-ci dəqiqədə Qao Linin əvəzinə çıxmaqla etdi. Ancaq, italyan menecer Marsello Lippi komandaya rəhbərlik etdikdən sonra ehtiyat komandada oynamağa göndərildi. Şövkət 2012 mövsümündə altı liqada meydana çıxdı. 2013-cü ilin əvvəllərində Şövkətin oynadığı komanda liqada qeydiyyatdan keçən zaman Ali üçün fərqli bir addan istifadə etdiyini bildirəndə yaş mübahisəsinə qarışdı. Komanda bu barədə Çin Futbol Birliyinə məlumat verdi. 2013-cü ilin mart ayında yaş saxtalaşdırılmasına görə üç aylıq qadağa aldı. 10 iyul 2013-cü ildə komandanın "Dalian Ruylonq"u 7-1 məğlub etdiyi 2013 Çin FA Kubokunun dördüncü turunda meydana qayıtdı.
Atagün Yalçınkaya
Atagün Yalçınkaya (14 dekabr 1986, Altındağ ilçəsi, Ankara ili) — türk boksçu və bədən tərbiyəsi müəllimi. == Həvəskar karyerası == Yalçınkaya çox gənc yaşlarında boksa başlamış və Türkiyədə kollec və kadet kateqoriyalarında altı titul qazanmışdır. O, 2003-cü ildə Macarıstanda keçirilən Balaton turnirində birinci , Pakistanın Green Hill kubokunda üçüncü yer və İtaliyada tələbə boks üzrə Avropa çempionatında birinci yeri tumuşdur. 2004-cü ildə Alfonso Pinto və dünya çempionu Sergey Kazakovu məğlub edərək Türkiyəyə gümüş medal qazandırmışdır. O, Türkiyə tarixinin ən gənc medalçısıdır. Jolly Katongole (Uqanda) 22–7 hesabı ilə məğlub olub. Ceyhun Abiyevi (Azərbaycan) 23–20 hesabı ilə məğlub edib. Alfonso Pintonu (İtaliya) 33–24 hesabı ilə məğlub edib. Sergey Kazakovu (Rusiya) 26–20 hesabı ilə məğlub edib. Yan Bartelemí Varelaya (Kuba) 16–21 hesabı ilə məğlub olub.
Laquna-Biç
Laquna-Biç (ing. Laguna Beach) — ABŞ-nin Kaliforniya ştatının Orinc qraflığında yerləşən şəhər.