Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sovet
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir.
Şəfəq
Şəfəq — Göyün günəş çıxan və batan tərəfədə işıqlanması. Günəş şüalarının atmosferin üst qatlarında əks olunması nəticəsində yaranır.
Savə
Savə — İranın Mərkəzi ostanı, Savə şəhristanının mərkəzi olan şəhər. Şəhər Ərak bölgəsinin şimalında 34-35 en dairəsi və 49-50 uzunluq dairəsi arasında yerləşir. Savə şimaldan Zərəndiyyə şəhristanı, şərqdən Tehran bölgəsi, cənubdan Təfreş şəhristanı və Qum bölgəsi, qərbdənsə Həmədanla sərhəddir. Savə şəhərliyi: Bölümlərin ətraflı məlumatı: Kəndliklərin ətraflı məlumatı: Şəhərlərin Ətraflı məlumatı: Savə şərqdə isti iqlimə yaxınlığı için isti havası var, qərb kəsimində isə dağlıq və soyuqdur.Şəhərliyin yayda orta temperaturu 29.6 °C-dir və ən yüksək temperaturu 48.5 °C olaraq Əhməd abad’da səbt olunub. Bütövlükdəysə orta temperaturu 18.2 °C ölçülüb.Şəhərliyin çox sahəsin düzənliklər təşkil edir. Bu düzənliklər Savə şəhərinin cənubundan başlayır və Qərq abad və Savən’i qapsayan Savə böyük düzənliyinədək və 1000 m yüksəkliyə qədər çəkilir.Mərkəzi və Lain düzənlikləri isə çox məhsulludur. Hündürlüklər şəhərliyin qərbinə yığışmış və şimal-qərbdə ən yüksəkliyinə çataraq zirvə yüksəkliyi 2930m olur. Əhalinin mütləq əksəriyyəti Azərbaycan türkləri olub əsasən Xələc, Bayat, Əfşar, Bəydilli, Şahsevən, Muğanlı, Qacar və başqa türk tayfalarının soyundan gəlmədilər .
Sivə
Sivə (ərəb. واحة سيوة‎, bər. ⵉⵙⵉⵡⴰⵏ) — Misirin Mətruh mühafəzəsində yerləşən oazis. Məntəqə Misir-Liviya sərhədindən 50 km, Aralıq sahilindən isə 300 km uzaqlıqda, Kəttarə çökəkliyində yerləşir. Sivə Misirin ən təcrid olunmuş məntələrindən biridir və əhalisi 33,000 nəfərdir. Əhalisinin əksəriyyəti bərbər xalqındandır. Sivədə yaşayan bərbərlər xüsusi bir mədəniyyət yaratmışdır və dilləri bərbər dil ailəsindən olan Sividir. Oazis orada yerləşən Amonun məbədinə görə məşhurdur. Bu məbəd turistləri məntəqəyə cəzb edir. Qonaqlar oazisə Ammonium adını veriblər.
Speg.
Karlo Luici Speqazzini, və ya Karlos Luis Speqazzini (it. Carlo Luigi Spegazzini или it. Carlos Luis Spegazzini, 20 aprel 1858 – 1 iyul 1926, La Plata) — İtaliya-Argentina botaniki, mikoloqu. Aşağıdakı əsərləri var: Fungi Patagonici. Spegazzini, Cárlos, Publication info: Buenos Aires, P. E. Coni, 1887. Contributed by: New York Botanical Garden. Plantae novae v. criticae Reipublicae Argentinae. [Decas III]. Spegazzini, Cárlos, Publication info: La Plata, Solá, Sesé y Cia.
Medison skver
Medison skver (ing. Madison Square) — Manhettenin Fletayron rayonunda ictimai park. Park Beşinci prospekt, Brodvey, Şərqi 23-cü küçə, Medison prospekti və 26-cı küçə ilə sərhədlənib. 1686-cı ildə Nyu-York Qubernatoru Tomas Donqan, parkın indi yerləşdiyi ərazilərin çoxunun bələdiyyə mülkiyyətinə verildiyi şəhər nizamnaməsini təsdiqlədi. 1794-cü ildə bu sahədə yoxsullar üçün qəbiristanlıq quruldu. Üç il sonra o, indiki Vaşinqton Skver Parka köçürüldü. XIX əsrin əvvəllərində parkın indi əhatə etdiyi ərazi 97 hektarlıq sahəyə daxil edildi, orada hərbi baraklar, arsenal və kasıblar üçün bir qəbiristanlıq yerləşirdi. 1814-cü ildə bu əraziyə ABŞ-nin dördüncü prezidenti Ceyms Medisonun adı verildi və 36 hektara qədər azaldıldı. meydanın ətrafında tikilmiş malikanələrdə ABŞ-nin 26-cı prezidenti Teodor Ruzvelt, yazıçı Edit Varton və Vinston Çörçillin anası Cenni Çörçill kimi tanınmış şəxslər doğulmuşdular. 1857-ci ildə meydanın qərb hissəsində Meksika-ABŞ müharibəsində iştirak edən general Vilyam Uortun məzarı üzərində obelisk qoyuldu.
Mer-Savel
Mer-Savel (fr. Mayres-Savel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38224. Kommunanın 1999-cu il üçün əhalisi 107 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Mislav Sever
Portsmut-skver
Portsmut Skver (ing. Portsmouth Square) — Kaliforniya əyalətinin San Fransisko şəhərində Çin məhəlləsində olan və şərqdə Kearny küçəsi, şimalda Vaşinqton küçəsi, cənubda Clay küçəsi və qərbdə Ualter Lum Place ilə məhdudlaşdırılmış bir park.
Portsmut Skver
Portsmut Skver (ing. Portsmouth Square) — Kaliforniya əyalətinin San Fransisko şəhərində Çin məhəlləsində olan və şərqdə Kearny küçəsi, şimalda Vaşinqton küçəsi, cənubda Clay küçəsi və qərbdə Ualter Lum Place ilə məhdudlaşdırılmış bir park.
Qırmızı Şəfəq
Qırmızı Şəfəq — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Şəfəq qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə Qırmızı Şəfəq kəndi adlandırılmışdır.
Qızıl Şəfəq
Qızıl Şəfəq (1935-ci ilə qədər Cücəkənd) — Ermənistanın Loru mahalında kənd. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 15 km şimal-qərbdə, İlməzli kəndinin yaxınlığında birbirinə bitişik üç təpə üzərində, az bir hissəsi düzənlikdə yerləşir. Monqol istilası zamam bu kəndin adı Cüycikənd olmuş və sonradan toponim fonetik hadisəyə uğrayaraq "y" səsi düşmüş, Cüycikənd i~ə səsəvəzlənməsi nəticəsində Cücəkənd formasında qalmışdır. Toponim monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan cuci ulusunun adından yaranmışdır. Yəni toponim cuci nəsil adı ilə "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Qızıl Şəfəq qoyulmuşdur.
Robert Spreq
Robert Spreq(ing. Robert C. Sprague; 2 avqust 1900, Nyu-York, Nyu-York ştatı – 27 sentyabr 1991, Massaçusets) — Frank Spreq və Harriet Spreqin oğludur. Spreq 1926-cı ildə Massaçusetsdə Spreq Elektrikin əsasını qoymuşdur. O, 1926–1953-cü illərdə şirkətin prezidenti kimi, 1953–1971-ci illərdə isə müdir vəzifəsində çalışıb. Robert Spreq radio üçün modulyasiya idarəetməsini və kağız kondensatorunu kəşf etmişdir. Spreq 1953-cü ildə Hərbi Hava Qüvvələrinə Nazir müavini qismində Prezident Eyzenhaver tərəfindən təyin olunub. Bir müddət sonra o, bu vəzifəni tərk etdi.
Rəşid Şəfəq
Rəşid Şəfəq (Əliyev Rəşid Camal oğlu; 13 oktyabr 1940, Bakı – 24 avqust 2017, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006). Rəşid Şəfəq 1940-cı il oktyabrın 13-də Bakıda anadan olub. Əslən Goranboy rayonunun Şəfəq kəndindəndir. Ailəsində musiqiçi olmasa da, musiqiyə marağı erkən yaşından yaranıb. Dediyinə görə, xalasının həyat yoldaşı Cavad bəy Cuvarlinski dahi bəstəkar Üzeyir Hacıbəyli ilə yaxın dost olub, vaxtilə Qori seminariyasında oxuyublar. Bir gün o Rəşidi Üzeyir bəyin yanına aparıb. Bəstəkar onun musiqi duyumunu yoxlayıb və razılıq edib. Bu görüşdən sonra Rəşiddə özümə inam artıb. İki il bəstəkar Midhəd Əhmədovdan bu sənətin əsaslarını öyrənib. Paralel olaraq violençel sinfində də təhsil alıb.
Sadeq Xalxali
Məhəmməd Sadeq Xalxali (fars. صادق خلخالی‎; 27 iyul 1926-cı il, Qivi, Xalxal, Ərdəbil ostanı — 26 noyabr 2003-cü il, Tehran) — İranın dini lideri və teokratik siyasətçisi, ayətullah və hakim, İslam inqilabının lideri Ayətullah Xomeyninin yaxın silahdaşı. 1979–1980-ci illərdə — İslam İnqilab Məhkəməsinin sədri. İslam respublikasının teokratik rejiminin əleyhdarlarına qarşı dövlət terroru siyasəti yürüdürdü. O, şəxsən yüzlərlə adama ölüm hökmünü çıxararaq, "adam asan hakim" ləqəbini qazanıb. Korrupsiya ittihamı ilə istefaya göndərilmişdir. 1983–1991-ci illərdə — Ekspertlər Şurasının üzvü olmuşdur. 1989-cu ildə Seyyid Əli Hüseyni Xameneini İranın Ali Rəhbəri vəzifəsinə namizədliyi təklifini vermişdir. Sadeq Xalxalinin doğulduğu yerə gəlincə, bu barədə məlumatlarda uyğunsuzluq mövcuddur. Belə ki, onun rəsmi tərcümeyi-halına görə, o, İranın şimalında — Xalxal şəhərinin yaxınlığındakı Qivi kəndində (Xalxal şəhristanı, Ərdəbil ostanı) anadan olmuşdur.
Septimi Sever
Lusi Septimi Sever (lat. Lucius Septimius Severus Augustus; 11 aprel 146, Leptis-Maqna, Afrika[d], Roma imperiyası – 4 fevral 211) — 9 aprel 193-cü ildən 4 fevral 211-ci ilə kimi Roma imperatoru, Severlər sülaləsinin əsasını qoymuş Beş İmperator İli imperatoru.
Seven (albom)
Seven – Mustafa Sandal-ın 2003-cü ildə çıxardığı 7-ci albomudur. "Seven" albomu "Universal Music Germany" leyblı tərəfindən istehsal edilmişdir. Albom 2004-cü ildə "Seven New Version" adı ilə istehsal edilmişdir. Albomda əvvəlki illərdə Mustafa Sandal tərəfindən ifa edilmiş bir sıra mahnıların yeni variantları vardır. Bir çox mahnılar ingiliscə ifa edilmişdir. Bu mahnılar Türkiyə də daxil olmaqla, bir çox Avropa ölkələrinin hit-paradlarında böyük uğur qazanmışdır.
Seven Churches
Seven Churches — "Possessed" qrupunun 16 oktyabr 1985-ci ildə yayımlanan debut albomları. Albom death metal subjanrının ən önəmli albomlarından biri sayılır. Bununla yanaşı, qrupun ən çox satılan albomudur. Cef Beserra (ing. Jeff Becerra) − vokal, bas-gitara Larri Lalonde (ing. Larry LaLonde) − elektrogitara Mayk Torrao (ing. Mike Torrao) − elektro gitara Mayk Sas(ing. Mike Sus) − zərb alətləri Rendi Börns (ing.
Soreq mağarası
Sorek mağarası və ya Avşalom mağarası (iv.מערת אבשלום) — İsraildə Ye'ela dağında 5,000 m² sahəyə sahin mağara. Mağara 1968-ci ildə İsraildə Bet Şemeş şəhərinin 3 km şərqində yerləşən Hartuvda karxana işçiləri tərəfindən partlayıcı istifadə edildikdən sonra təsadüfən kəşf edildi. Mağara 83 m uzunluğunda, 60 m genişliyində və 15 m hündürlüyündədir. Mağara adını İsrail-Misir müharibəsində (1967–1970) öldürülmüş israilli əsgər Avşolam Şohamdan götürmüşdür. Avşalom mağarası kəşf edildikdən sonra müharibədə təbii sərvətləri zərər görməsi deyə bir neçə il mövcudluğu gizlədilmişdir. Mağaranın temperaturu il boyunca dəyişməz qalır. 1975-ci ildə bura Təbiət qoruğu elan edilmişdir. 2012-ci ildə mağarada yosunların bitməsinin qarşısını almaq üçün müasir işıqlandırma sistemi quraşdırılmışdır. Mağarada yerləşən bəzi stalaqmitlərin uzunluğu 4 metr və yaşı 300.000 ildir.
Sovet Azərbaycanı
Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan SSR) (azərb-kiril. Азәрбајҹан Совет Сосиалист Республикасы, rus. Азербайджанская Советская Социалистическая Республика, Azerbaycanskaya Sovetskaya Sosialistiçeskaya Respublika) — Cənubi Qafqazın şərq hissəsində dövlət qurumu (1920–22, 1936–91), SSRİ tərkibində mövcud olmuşdur. Azərbaycan SSR 1920-ci il aprelin 28-də əsasən qeyri millətlərdən ibarət olan Bakı bolşeviklərinin üsyanı və Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra yaranmışdır. Formal şəkildə müstəqil olan Azərbaycan SSR Moskvanın tam nəzarəti altında idi. Az müddət ərzində Azərbaycan Kommunist Partiyasından (AKP) savayı, bütün partiyalar qadağan edildi. Bu partiyaların liderləri və sıravi üzvlərinə, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinə qarşı terror başlandı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 28 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyəti qurulur. Azərbaycanda hakimiyyət Azərbaycan SSR İnqilab Komitəsinə və Azərbaycan SSR Xalq Komissarları Sovetinə (XKS) keçdi. Müvəqqəti İnqilab Komitəsi və XKS-nin tərkibinə ancaq azərbaycanlılar daxil idilər.
Sovet Gürcüstanı
Sovet Gürcüstanı (azərb-kiril. Совет Ҝүрҹүстаны) — Gürcüstan SSR-də Azərbaycan dilində respublika qəzeti. Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsi, Gürcüstan SSR Ali Soveti və Nazirlər Sovetinin orqanı.
Sovet Ordusu
Sovet Ordusu — SSRİ-nin Silahlı Qüvvələri.
Sovet Rusiyası
Rusiya Sovet Federativ Sosialist Respublikası və ya RSFSR (rus. Российская Советская Федеративная Социалистическая Республика) — SSRİ-nin tərkibinə daxil olan 15 müttəfiq respublikadan biri. 7 noyabr 1917-ci ildə təşkil olunmuşdur.
Sovet Türkologiyası
"Türkologiya" (1992-ci ilin yanvarın 16-a qədər "Sovetskaya tyurkologiya" (rus. Советская тюркология)) — Azərbaycanda nəşr olunan beynəlxalq elmi jurnal. SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin 11 oktyabr 1973-cü il tarixli Qərarı ilə SSRİ Elmlər Akademiyasının ədəbiyyat və dil şöbəsi nəzdində təsis edilmiş Sovet Türkoloqları Komitəsi də jurnalın elmi nailiyyətlər qazanmasında fəal iştirak etmişdir. Yarandığı vaxtdan 1987-ci ilin iyulunadək jurnalın baş redaktoru görkəmli azərbaycanlı alim akademik M.Ş.Şirəliyev, bu zamandan etibarən 1993-cü ilədək tanınmış türkoloq, SSRİ EA-nın müxbir üzvü E.R.Tenişev, kiçik fasilə ilə görkəmli dilçi alim A.Məmmədov, 2015-ci ilin sonunadək akademik A.Axundov, 2016-cı ilədək akademik T.Hacıyev, 2016-cı ildən etibarən 2021-ci ilin dekabrınadək akademik K.Abdulla rəhbərlik etmişlər. AMEA Nəsimi adına Dilçilik İnstitutunun 2022-ci il yanvarın 10-da keçirilən Elmi şurasında jurnala Baş redaktor institutun Baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli seçilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda, respublikanın ali məktəblərində çalışan, eləcə də dünya miqyasında tanınan, türk filologiyasına öz töhfəsini verən alimlərdən ibarət yeni redaksiya heyəti təsdiq olunmuşdur. “Türkologiya” jurnalının redaksiya heyəti, beynəlxalq məsləhətçilər AMEA Nəsimi adına Dilçilik İnstitutu Elmi şurası tərəfindən təsdiq edilir. Sovet İttifaqı dağılandan sonra 1992-ci ildən “Türkologiya” adı ilə nəşr olunan jurnal Azərbaycan, Başqırdıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tatarıstan, Türkmənistan və Özbəkistan elmlər akademiyaları ilə birlikdə "Sovetskaya türkologiya" Ümumittifaq elmi-nəzəri jurnalının hüquqi varisidir. Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin 16 yanvar 1993-cü il tarixli Qərarı ilə "Türkologiya" elmi jurnalının təsisçisi Azərbaycan Elmlər Akademiyası, naşiri Dilçilik İnstitutudur. Jurnalda yalnız redaksiya kollegiyası və ya mütəxəssislərin ekspert rəyindən keçən elmi məqalələr dərc olunur. “Türkologiya” elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyaların əsas elmi nəticələrini əks etdirən Ali Attestasiya Komissiyasının nəşrlərindən filologiya üzrə elmi jurnalların siyahısına daxildir.
Stefan Sveyq
Stefan Sveyq (almanca Stefan Zweig, 28 noyabr 1881[…], Vyana, Avstriya-Macarıstan – 22 fevral 1942, Petropolis, Rio-de-Janeyro) — alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist. Stefan Zveyq zəngin bir yəhudi tekstil istehsalçısı (fabrikant) olan Moritz Zveyq və yəhudi bankirin qızı olan İda Brettauerin oğlu olaraq Vianada dünyaya gəldi. Yazıçının uşaqlığı və gəncliyi haqqında o qədər də çox məlumat yoxdur: özü bu haqda hər zaman çox xəsisliklə danışıb. 1900-cu ildə gimnaziyanı bitirdikdən sonra Sveyq Vyana universitetinə daxil olub. Artıq tələbəlik illərində öz vəsaiti hesabına “Gümüş Simlər” (Silberne Saiten) adlı ilk şeirlər kitabını dərc etdirib. Vyana Universitetində elmi dərəcəsini tamamladıqdan sonra Londona, Parisə (1905) yollanıb, daha sonra İtaliyanı və İspaniyanı (1906), Hindistanı, ABŞ-ni, Kubanı, Panamanı (1912) səyahət edib. Birinci Dünya savaşının son illərində (1917-1918) İsveçrədə, 1919-1934-cü illərdəsə Salzburqda yaşayıb. Savaş əleyhinə kəskin çıxışlar edib. Nasistlər hakimiyyətə gələndən sonra Salzburqu tərk etmək məcburiyyətində qalıb. 1938-ci ildə İngiltərəyə, 1939-da isə Nyu-Yorka gedib, bir neçə ay sonra da Braziliyaya yollanıb.