Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
CAD/CAM
CAD (Computer-Aided Design; Avtomatlaşdırılmış layihələndirmə (konstruksiyaetmə) sistemi) və CAM (Computer-Aided Manufacturing; Avtomatlaşdırılmış hazırlama sistemi) sistemlərinin inteqrasiya olunması ilə yaradılmış, CNC dəzgahlar üçün hissənin verilmiş cizgisi və ya 3D modeli əsasında idarə proqramlarının hazırlanmaı üçün proqram paketidir. CAD və CAM isitemlərinin bir iş yerində birləşməsi həm verilmiş hissənin konstruksiya edilməsini və sonra, həm də onun bazasında emal texnologiyasının ardıcıllığını, alət seçimini və kəsmə parametrlərini təyin etməyə imkan verir. Bu sistemdə işlənmiş texnoloji proses nəticəsində alınan NC proqramlar postprosessorun köməyi ilə dəzgahın CNC sisitemi üçün lazım olan şəkildə verilir. Bunun bazasında verilmiş hissəni dəzgahda emal etmək olur. CAD/CAM sistemi CAx prosesinin tərkib hissəsi olub müasir maşınqayırmada geniş tətbiq olunur.
Cal (Unix)
Cal — Unix və ya *nix əməliyyatlar sistemlərində verilən ayı və ya ili ASCİİ formatında ekrana verən standardard proqramdır. cal ilə hər hansı əlavə verilməzsə, onda hal-hazırkı ayı ekrana verəcək.
Siyah-Çal
Siyah-Çal (Qara çala) Tehranda (İran) hamamlar üçün yeraltı su anbarı olmuş, daha sonra qatı cinayətkarların saxlandığı yerə çevrilmişdir. Tarixdə daha çox Babilər hərəkatı önəmli şəxslərinin saxlandığı yer kimi məşhurlaşmışdır. Bəhai dininin peyğəmbəri Bəhaullahın məhz burada vəhy aldığı bildirilir.
Çal (Zəncan)
Çal (fars. چال‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur. == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanının Yuxarı Tarım kəndistanında, Sırdan qəsəbəsindən 54 km şimal-qərbdədir.
Çal marmot
Çal marmot (lat. Marmota caligata) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Can Can
"Can Can", (erm. Ջան Ջան) 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır.12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Çan-Çan
Çan-Çan(keçua Chan Chan, isp. Chan Chan) — Çimu mədəniyyətinin mərkəzi və Çimorun paytaxtı. == Tarixi == Perunun La Libertad vilayətində, Sakit Okeanın sahilində Çan Çan şəhəri var. Bir zamanlar Çimu sivilizasiyasının paytaxtı olmuş bu şəhərdə 60 min nəfər yaşayırdı.
Çao Çao
Çao Çao (çin. sadə. 曹操, pinyin: Cáo Cāo; 155[…] – 220[…], Loyan[d]) — Çin ordu sərkərdəsi, hərb elminin bilicisi, Han sülaləsinin baş naziri, faktiki Han imperiyasının III əsrdə həm idarə edicisi və həm də "qəbirqazanı". Çao Çao zəmanəsinin qəddar və müdriki kimi tarixdə qalmışdır. Onun ixtiyarında sayı milyon olan ən qüdrətli ordulardan biri olmuş, Quandu döyüşündəki qələbəsindən sonra Çini birləşdirməyə cəhd göstərsə də Qırmızı qayalıq döyüşündəki məğlubiyyəti onu uçuruma sürükləmişdir. == Həyatı == Atası Çao Sun Syaxou nəslindən olub, onun əsli adı Syaxou Sun olmuşdur. Çao soy adını o, onu oğulluğa götürmüş saray xədimi Çao Tenadan götürmüşdür. İyirmi yaşında imtahan verərək paytaxt Loyandan şimalda bir əyalət rəisi təyin olunur. Rəyis kimi əyalətdə hamının qahuna itaət etməsinə nail olur. Mənsubiyyətindən asılı olmayaraq qanun pozucularını qəddarcasına cəzalandırardı.
Cal Mahal (Narnaul)
Cal Mahal — Narnaulun Cal Mahalı və ya Su sarayı kimi də tanınan, Hindistanın Narnaul şəhərində yerləşən, su anbarı ilə əhatələnmiş, 16-cı əsrə aid saray, istehkam. Saray Narnaulun Böyük Moğol İmperiyası qubernatoru tərəfindən inşa edilmişdir. Hal-hazırda saray turizm obyekti kimi fəaliyyət göstərir. == Təsviri == Cal Mahal eramızın 1596-cı ildə Moğol İmperiyasının zadəgan üzvlərindən olan və Narnaulun qubernatoru kimi çalışmış Şah Qulu Xan tərəfindən inşa edilmişdir. Xan Bayram xan Baharlının havadarlarından biri olmuş, Moğol məhkəməsində mühüm rəsmi şəxslərdən biri kimi çıxış etmiş və bir dəfə imperiyanın regenti olmuşdur. O, Əkbər şahın rəhbərliyi altında Moğol ordusunun ən uğurlu hərbi komandirlərindən biri olmuşdur. Xan Əkbər şahın Şimali Hindistana olan yürüşlərinə başçılıq etmişdir. İkinci Panipat döyüşündə o, Suri imperiyasının hökmdarı olan Hemunu ağır yaralamışdır. Hərbi şücaətinə görə Əkbər şah ona var-dövlət vermiş və onu Narnaulun qubernatoru təyin etmişdir.Savadlı hərbi lider olmaqla yanaşı, Xan həm də məşhur memarlıq himayədarı hesab olunurdu. Qubernator təyin edildikdən sonra o, Narnaulda bir sıra tikinti layihəsinə start vermişdir; bu layihələrdən ən birincisi özü üçün inşa etdirdiyi məqbərə (1574-75) olmuşdur.
Sus və Çal!
Sus və Çal (kor. 닥치고 꽃미남 밴드, ing. Shut up! Flower boy band) — Cənubi Koreyanın TVN telekanalında yayımlanan serialıdır. == Xülasə == Bu serial azad ruhlu oğlanlardan ibarət olan orta məktəbli "Eye Candy" rok qrupunun dostluqlarını, sevgilərini və musiqiyə olan rəğbətlərini təsvir edir.
Sən çal qapımı
Sen Çal Kapımı, "MF Yapım" tərəfindən idarə olunan, birinci hissəsi 8 iyul 2020-ci ildə nəşr olunan, Ender Mıhlar və Yusuf Pirhasan, ikinci hissədən isə Altan Dönmezin rejissorluğu ilə çəkilən Türk istehsalı dram və romantik komediya serialıdır. Serialda baş rolları Hande Erçel və Kerem Bursin paylaşır. 2 sezondan ibarət olan serial 8 sentyabr 2021-ci ildə yayımlanan 52-ci bölümü ilə finala çıxaraq sona çatdı.
Bal
Bal, bir neçə arı növü tərəfindən hazırlanan şirin və qatı bir maddədir. Bu arı növlərindən ən məşhuru bal arılarıdır. Arı ailələri balı qidalanmaq üçün hazırlayır və saxlayırlar. Arılar bitkilərin şəkərli ifrazatlarını (əsasən çiçək nektarını) toplayıb təmizləyərək bal istehsal edirlər. Bu təmizləmə, həm arı orqanizminin daxilində requrqitasiya və fermentativ proseslərlə, həm də pətəkdə saxlama zamanı suyun buxarlanması nəticəsində baldakı şəkərlərin qatı və özlü olana qədər konsentrasiyasının artması ilə baş verir. Bal arıları balı şanda toplayırlar. Şanın içərisində bal pətəyi adlanan mumdan hazırlanmış bir quruluş var. Pətək yüzlərlə və ya minlərlə altıbucaqlı hüceyrələrdən ibarətdir və arılar onları balı saxlamaq üçün istifadə edirlər. Bal istehsal edən digər arı növləri isə maddəni müxtəlif quruluşlarda, məsələn, iynəsiz arıların istifadə etdiyi kimi mum və qatrandan hazırlanan qablarda saxlayırlar. İnsan istehlakı üçün nəzərdə tutulan bal çeşidləri vəhşi arı koloniyalarından və ya əhliləşdirilmiş arıların pətəklərindən toplanır.
CAD
CAD — Kompüter dəstəkli layihələndirmə (ing. Computer-aided design) olub layihələrin hazırlanması, modifikasiyası, analizi və ya optimallaşdırılmasında tətbiq olunan köməkçi kompüter sistemlərinin istifadəsidir. == Ümumi məlumat == CAD proqramlar layihəçinin məhsuldarlığını artırmaq, layihənin keyfiyyətini yaxşılaşdırmaq, sənədlərlə məlumat ötürülmələrini inkişaf etdirmək və istehsal üçün verilənlər bazası hazırlanmasında tətbiq edilir. CAD məhsulu çox zaman çap, emal və ya digər istehsal əməliyyatları üçün daha çox elektron fayllar formasında olur. Kompüter dəstəkli layihələndirmə geniş tətbiq sahəsinə malikdir. Onun elektron layihələndirmədə tətbiqi EDA (ing. Electronic Design Automation) – Elektron cihazların layihələndirilməsinin avtomatlaşdırılması kimi məlumdur. Mexaniki layihələndirmədə, o, həmçinin kompüter dəstəkli cizgi çəkmə (ing. computer-aided draftin – CAD) və ya kompüter dəstəkli layihələndirmə və cizgi çəkmə (ing. computer-aided design and drafting – CADD) kimi də adlanır və kompüter proqramlarının tətbiqi ilə texniki cizgilərin hazırlanması prosesini təsvir edir.
CAR
Cənubi Afrika (ing. Republic of South Africa, afrik. Republiek van Suid-Afrika) — Afrikanın cənubunda dövlət.Şimalda Namibiya, Botsvana, Zimbabve, şimal-şərqdə Esvatini və Mozambiklə həmsərhəddir. CAR həmçinin anklav dövlət Lesotonu hər tərəfdən əhatə edir. Cənubi Afrika Respublikası, Afrikadaki müxtəlif ölkələrindən biridir və qitəyə nəzərən ağ, Asiya və qarışıq əhalinin ən çox olduğu ölkələrdən biridir. Ölkə həm zəngin mineral ehtiyatlara malikdir, həm də Afrikada iqtisadi cəhətdən ən inkişaf etmiş ölkədir və dünyada nisbətən möhkəm mövqelərə malikdir. G20 üzvü olan tək Afrika ölkəsidir. CAR-ın tarixi və siyasətində əsas məqam qara çoxluğu ilə ağ azlıq arasında irqi münaqişədir. 1948-ci ildən 1990-cı illərə qədər mövcud olmuş aparteid rejimi qurulduqdan sonra özünün kulminasiya nöqtəsinə çatdı. Ayrı-seçkilik qanunlarının tətbiqinin təşəbbüskarı Milli Partiya olmuşdur.
Cali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Caml
Caml(Categorical Abstract Machine Language)- 1985-ci ildə Fransız bir qurum olan İNRİA tərəfindən yaradılmış funksional və obyektyönümlü proqramlaşdırma dilidir. Digər adı ilə də Objective Camlda adlanır.
Can
Can — bəzən psixika termininin sinonimi kimi işlədilən termin. Fəlsəfə tarixində bu anlayışla insanın idealizimdə xüsusi qeyri-maddi substansiya ilə eyniləşdirilən daxili aləminə baxış ifadə olunmuşdur. İbtidai insanların təsəvvüründə Can nə isə maddi bir şey hesab edilmişdir (qan,nəfəs və s.). Dində can dedikdə bədəndən asılı olmadan "o dünyada" müstəqil mövcud olan nə isə qeyri-cismani, ölməz, qeyri-maddi qüvvə başa düşülür. İdealist fəlsəfədə Can şüurun bu və ya digər ünsürü ilə eyniləşdirilir. Platonda bu əbədi ideyalar, Hegeldə ruhun materiya ilə əlaqəsində ən aşağı hissi təzahürüdür (hiss edən və fəal Can.). Dualist təlimlərdə Can nə isə əzəli və bədənlə birlikdə mövcud olan bir şey kimi başa düşülür (Dekart, Spenser, Vundt, Cems). XIX əsrə qədərki materializimdə (Demokrit, metafizik materizlizm) Can törəmə, iknci bədəndən asılı hesab edilmişdir. Lakin burada psixi fəaliyyət olmaq etibarilə Can adi mexaniki və yaxud fiziki-kimyəvi, proseslərə müncər edilirdi. Çox vaxt ayrı-ayrı materialist filosoflar aləmin ümumiliklə Canlılığına ehtimal etmişlər (Hilozoizm).
Cat
Cat - faylın içindəkiləri göstərmək üçün istifadə olunan *nix alətidir.
Cav.
Antonio Xose Kavanilyes (isp. Antonio José (Joseph) de Cavanilles (Cavanilles y Palop), kat. Antoni Josep Cavanilles i Palop, 16 yanvar 1745, Valensiya, İspaniya — 5 may 1804, Madrid, İspaniya) — İspaniya botaniki. == Təsnif etdiyi bitkilər == == Çap olunmuş əsas işləri == Observationes sorbe la historia natural, geografia, agricultura, población y frutos del regno de Valencia Por don Antonio Josef Cavanilles. En Madrid: en la Imprenta Real, 1795–1797 Arxivləşdirilib 2012-02-21 at the Wayback Machine Glosario de botánica en cuatro lenguas, 1795–1798 Descriptiones de varias plantas exoticas, 1799–1804 Elenchus plantarum Horti regii Madridensis, 1803 Géneros y especies de plantas demostradas en las lecciones públicas del año 1802.
Cay
𐕕 (səslənməsi /dz/, transkripsiyası Ʒ, ʒ) — Alban əlifbasının 38-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ձայ (Jay) kimi verilmişdir. Hərfin bu cür identifikasiyası sadəcə olaraq bir sözə - alb. 𐕗𐔼𐔾𐔼𐕎𐕕 (ṗilinʒ) 'bürünc' sözünə əsaslanır. Belə ki, bu söz qra. պղինձ ("mis") və qədim gürcücə პილენძი ("mis") sözləri ilə eyniköklüdür. Bu hərflə təyin edilmiş sözlər çox azdır. Qrafem olaraq Matenadaran və Sinay palimpsestləri versiyaları kəskin fərqlənir.
Caz
Caz — XX əsrdə ABŞ-də xüsusən zəncilər tərəfindən yaradılmış musiqi sənəti. Məşhur cazmenlərdən Lui Armstronqu göstərmək olar. == Caz musiqisinin tarixi haqqında == XIX əsrin sonunda ABŞ-nin Missuri ştatının barlarında yeni üslubda yaradılmış musiqi səslənməyə başlanır. Avropa musiqisinin ənənələrini — Frederik Şopen və List yaradıcılığını, marş, polka kimi məişət janrlarını zənci musiqisinin formaları ilə qovuşduran bu yeni üslub reqtaym adlanır və az bir vaxtda o, geniş yayılır. Faktik olaraq cazın ilkin mərhələsini də məhz reqtaym təşkil edir. Lakin caz, sözün həqiqi mənasında XX əsrin əvvəlində Nyu-Orlean şəhərində yaranmışdır. Çoxmillətli liman şəhəri olan Nyu-Orleanda hər cür musiqi — həm reqtaym, həm ispan və fransız musiqisi, həm blüz (Afrika, Amerika və Avropa xalq musiqi formalarının kəsişməsində yaranmış janr) və həm də kantri-musiqisi (Amerikanın ağ əhalisinin ənənəvi musiqisi) səslənərdi. Məhz bu müxtəlif mənşəli musiqi formalarının sintezi nəticəsində Nyu-Orlean cazı və yaxud ənənəvi caz yaranır. Bu musiqini adətən qara musiqiçilərdən ibarət ansambllar ifa edərdi. Lakin tezliklə caz musiqisi ağ əhalinin diqqətini də özünə cəlb edir.
Cil
Cil (Lənkəran) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Cil (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonunda kənd.
Cul
Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır. Toponim çul türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Dal
Dal (həmçinin дал, даал; hind दाल, kann. ತೊವ್ವೆ) - hind mətbəxinin milli şorbasıdır. == Etimologiyası == Bu söz (dāl) ilk dəfə Sanskrit regionunda işlənib, mənası ayırmaq deməkdir. == Tərkibi == Hind mətbəxinə məxsus lobyadan ibarət vegetirian şorba-puredir. Şorbanı hazırlayarkən ona toz darçın, kokos südü, limon şirəsi, pomidor, sarımsaq və qızardılmış soğan əlavə edilir. Serviz zamanı onu müxtəlif buğda məhsullarından, o cümlədən qırmızı mərci, xırda lobya, maş, qoyunnoxudu və göyərçin noxudu istifadə edilir. == Qidalanma == Yeməyin 100 qr tərkibində 9% protein, 70% su, 20% karbohidrat (8% lif daxildir) və 1% yağ vardır.
Fal
Fal — gələcəklə bağlı məlumat əldə etmək məqsədilə fövqəltəbii qüvvələrlə təmas qurmağı nəzərdə tutan ritual; Sehrin fərqli növü; Gələcək həqiqətləri və ya sadəcə bilinməyən faktları öyrənməyə imkan verən və bir çox millətlərin mədəniyyətlərində mövcud olan okkultik metodları və ritualları özündə birləşdirir. == Tarixi == Türk xalqlarında falın yaranmasının tarixi çox qədimlərə gedir. Şərqi Türküstanda tapılmış VIII əsrə aid edilən “Irq bitik” faldan bəhs edən ən mükəmməl əlyazma hesab olunur. Zərlə fala baxmanın prinsiplərinin verildiyi bu kitab ilk arifmomantika nümunəsi sayılır. Türk xalqlarında qədimdə nisbətən sadə, bəsit fala baxma üsullarından (məsələn, odla, oxla, heyvan içalatı ilə və s.) istifadə olunmuşdur. İslam dinində falçılıq müsbət qəbul olunmamış, hətta bu işlə məşğul olmaq kafirliyə bərabər tutulmuş, dua yazmaq, cadu etmək, paltarın üstündə dua-pitik gəzdirmək, gələcəkdən xəbər vermək Allahın işinə qarışmaq kimi qəbul olunmuş və belə adamların qırx gecəlik namazının qəbul olunmadığına inanılmışdır. Dünyasını dəyişmiş falçıları torpağın qəbul etməməsi haqqında rəvayətlər bu gün də xalq arasında dolaşmaqdadır. Bu mənfi münsibətlərə baxmayaraq, islam dini falçılığı məişətdən təcrid edə bilməmişdir. Qədimdə xalq məişətində çox güclü mövqeyi olan fal icra vasitələrinə görə aşağıdakı növlərə ayrılır: Piromantiya (odla fala baxma); Hidromantiya (su ilə fala baxma); Nekromantiya (ruhları çağırmaqla fala baxma); Ornitomantiya (quşların uçuşu ilə fala baxma); Xiromantiya (əl çizgilərinə görə fala baxma); Astrologiya (ulduzlarla fala baxma); Arifmomantiya (rəqəmlərlə fala baxma). == Fal Azərbaycanda qeyri-maddi mədəni irs nümunəsi kimi == Azərbaycanda “fala inanma, faldan da qalma” məsəli əslində falçılığın Azərbaycan məişətində nə qədər geniş yayıldığının bir göstəricisidir.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Dan yeri Orta əsr qəbirstanlığı — Yaşayış yerinin yаxınlığında yerləşir. Əsas hissəsinin izləri itmişdir. Bir neçə sinə daşları-sənduqələr dövrümüzədək qalmışdır. Düzbucaqlı forması sənduqənin yalnız bir üzü istisna edilməklə digər tərəfləri zəngin bəzədilmişdir. Cızma, döymə və oyma üsulu ilə zəngin nəbati təsvirlərlə bəzədilmiş sənduqənin üzərinə ərəb əlifbası ilə yazı həkk edilmişdir. Kitabə Quran ayələrindən və mərhumun adı, olum və ölüm tarixinə aid məlumatlardan ibarətdir.
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Аş-Şаmiyyə
Şamiyyə (ərəb. الشامية‎) — İraqın Qədisiyyə mühafəzəsində şəhər.