Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ceyhun
Ceyhun — kişi adı. Mənası valeh olmaq anlamına gəlir. Ceyhun Mirzəyev — Azərbaycan aktyoru, rejissor, rejissor assistenti. Ceyhun Mollazadə — AzQTel MMC-nin prezdenti, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri (1992-1993). Ceyhun Məmmədov Ceyhun Məmmədov (idmançı) — sambo üzrə 9 dəfə dünya çempionu, Azərbaycan Sambo Federsiyasının prezidenti Ceyhun Məmmədov (aktyor) (d.21 iyun 1982-ci il) — aktyor Ceyhun Kərimov — şəhid Ceyhun Nağı — Azərbaycanlı jurnalist. Ceyhun Həmidova — Ceyhun Əşrəfov Digər Ceyhun — Amudəryanın başqa adı. Ceyhuni — Azərbaycanın milli rəqsi.
Cyphon
Cyphon (lat. Cyphon) — Scirtidae fəsiləsinə aid böcək cinsi.
Laprün
Laprün (fr. Laprugne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03139. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 360 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 228 nəfər (15-64 yaş arasında) 138 nəfər iqtisadi cəhətdən, 90 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 60.5%, 1999-cu ildə bu 63.8%). Fəal olan 138 nəfərdən 118 nəfər (77 kişi və 41 qadın), 20 nəfər işsiz (2 kişi və 18 qadın) idi. 90 hərəkətsiz 14 nəfər arasında şagird və ya tələbə, 42 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Raphus
Raphus (lat. Raphus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinə aid heyvan cinsi.
Çançun
Çançun (çin. 长春市) — Çin Xalq Respublikasının şimal-şərqində yerləşən Qirin əyalətinin paytaxtı və ən böyük şəhəridir. Mançuriya düzənliyinin mərkəzində yerləşən Çançun 7 rayondan ibarət əyalət altı şəhərdir. 2010-cu il hesablamalarına görə şəhər əhalisinin ümumi sayı 7,674,439 nəfərdir. Şəhərin adı çin dilindən tərcümədə "uzun payız" deməkdir. 1932 və 1945-ci illər aralığında Yaponiya İmperiyasının "kukla dövlət"i olan Mançuriya tərəfindən işğal altında saxlanılan Çançun şəhərinin adı Hsinkin olaraq dəyişdirilmişdir. 1949-cu ildə Çin Xalq Respublikasının əsasının qoyulmasından sonra şəhər Qirin əyalətinin inzibati mərkəzi elan olunmuşdur. Çində "avtomobillər şəhəri" adı ilə tanınan bu yaşayış məntəqəsi ölkənin vacib sənaye bazalarından biri hesab olunur. Yerli avtomobil sənayesində oynadığı mühüm rola görə Çançun şəhərinə bəzən "Çinin Detroytu" da deyirlər. Bu şəhər Çin Xalq Respublikasının Tikinti Nazirliyi tərəfindən "Milli Bağ Şəhəri" mükafatına layiq görülən dörd şəhərdən biridir.
Çarhan
Çarhan (əvvəlki adı: Çarxan) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Çarxan kənd inzibati ərazi dairəsi tərkibindəki Çarxan kəndi Çarhan kəndi, Çarxan kənd inzibati ərazi dairəsi Çarhan kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Çarhan Hun Çarın yaşadığı yer və igamətgahı olub. (Gədəbəy, Neftcala) sinonimidir. Kənd əhalisi 2823 nəfərdir ki, onunda 1374 nəfəri kişi, 1449 nəfəri isə qadınlar təşkil edir. Əhalisini azərbaycan türkləri təşkil edir. Kənddə Çarhan kənd məscidi dini icması fəaliyyət göstərir.
Çavgun
Çavqun (fars. چاوگون‎‎) və ya Çarqun - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. Maku şəhristanının Ətraf bölgəsində, Qaraqoyun kəndistanında, Maku şəhərindən 32 km cənub-şərqdədir. 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (21 ailə).
Cahan
Cahan — varlıqların məcmusu, bütün reallıq və ya mövcud olan hər şey. Cahanın təbiəti müxtəlif sahələrdə fərqli konseptuallaşdırılmışdır. Bəzi konsepsiyalar cahanı unikal olaraq görür, digərləri isə "cahanların çoxluğundan" danışır. Monistlər cahana sadə bir obyekt kimi yanaşır, pluralistlər isə cahanı hissələrdən ibarət kompleks kimi təhlil edir. Müxtəlif kontekstlərdə "cahan" termini, məsələn, Yer kürəsi və onun üzərindəki bütün canlılar, bütövlükdə bəşəriyyət, beynəlxalq və ya qitələrarası əhatə dairəsi ilə əlaqəli daha məhdud məna daşıyır. Bu mənada dünya tarixi bütövlükdə bəşəriyyət tarixinə aid edilir, dünya siyasəti millətləri və qitələri aşan məsələləri öyrənən politologiyanın intizamıdır. Digər nümunələrə "dünya dini", "dünya dili", "dünya hökuməti", "dünya müharibəsi", "dünya əhalisi", "dünya iqtisadiyyatı" və ya "dünya çempionatı" kimi terminlər daxildir. == Həmçinin bax == Empirizm Kainat Qlobus == İstinadlar == == Xarici keçidlər == World. The World Factbook. Central Intelligence Agency.
Cahın
Caxın — türk və altay mifologiyasında atəş ilahı. Çahın Xan da deyilir. Göyün altıncı yanında oturar. Tanrı Ülgeni razı edərək insanlara atəşin verilməsini o təmin etmişdir. == Etimologiya == (Cah/Çah/Çak/Yak) kökündən törəmişdir. Çaxmaq və yandırmaq kökləri əlaqəlidir.
Anna Çapman
Anna Vasilyevna Çapman (rus. А́нна Васи́льевна Ча́пман; 23 fevral 1982, Volqoqrad) — rus agenti. == Bioqrafiya == ABŞ hakimiyyət orqanlarına əsasən, Çapman, Anna Vasilyevna Kuşçyenko adıyla Volqoqradda anadan olmuş və atası Sovet səfirliyi ilə Keniyanın paytaxtı Nayrobidə məşğul olmuşdur.
Maestro Ceyhun
Ceyhun Təhmasib oğlu İsmayılov (Maestro Ceyhun; 27 iyun 1975, Sumqayıt) — musiqiçi, skripka ifaçısı, Azərbaycanın əməkdar artisti (2015). == Həyatı == Ceyhun İsmayılov 1975-ci ildə Sumqayıtda doğulub. Əslən Qubadlıdandır. Sumqayıt Musiqi Texnikumunda və Konservatoriyada təhsil alıb. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Malhun Xatun
Malhun Xatun, Mal-xatun və ya Qəməriyyə xatun (оsmanlı türkcəsi: مال خاتون‎, türkcə: Malhun Hatun) (XIII əsr — 1324, Bursa, Osmanlı imperiyası) — Osmanlı imperatorluğunun qurucusu I Osmanın həyat yoldaşı, imperiyanın ikinci sultanı I Orxanın anası. "Osman Qazinin yuxusu" əfsanəsinin qəhrəmanı. Osman bəylə 1280-ci ildə ailə həyatı quran və 40 il kimi uzun bir müddətdə onunla evli qalmış olan Malhun Xatun bu evlilikdən 1281-ci ildə Osman bəyin ilk oğlu olan və vəliəhd xəttində birinci sırada duran Orxan Qazini və ondan sonra anadan olan 4 bəyi və 1 xatunu dünyaya gətirmişdir. 1324-cü ildə Osman bəyin vəfatından sonra Orxan bəy Osmanlı bəyliyinin ikinci başçısı seçilmişdir. Beləliklə, Malhun Xatun Osman bəyin anası Həlimə Xatundan sonra Osmanlı imperiyasının ikinci validə sultanı olmuş, lakin Orxan bəy sultan olduğu zaman həyatda olmadığı üçün sağlığında bu adı qazana bilməmişdir. Haqqında məlumatın az olması Osmanlı mənbələrinin, sənədlərinin itməsi, azalması, 1402-ci ildə Osmanlı imperiyasına doğru yürüş edən Teymurilər dövlətinin başçısı Əmir Teymurun istilası zamanı Osmanlı mənbələrinin yandırılması və s. səbəblərlə əlaqələndirilir. Malhun Xatun Osmanlı xanədanında qədim və önəmli bir yerə sahibdir. == Həyatı == Malhun Xatunun həyatı və kimliyi haqqında heç bir məlumat yoxdur. İlk Osmanlı mənbələrində onun adı "Mal Xatun" və ya "Malhun Xatun" olaraq yazılmışdır və ondan tez-tez Osman bəyin həyat yoldaşı, Şeyx Ədəbalının qızı və Orxanın anası kimi bəhs edilir.
Raphus cucullatus
Dodo (lat. Raphus cucullatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin raphus cinsinə aid heyvan növü.
Sonal Çauhan
Sonal Çauhan (ing. Sonal Chauhan) — Hindistan aktrisası.
Çaplin burnu
Çaplin burnu (esk. Ангазик) — Çukot yarımadasının şərqində, Berinq dənizinin sahilində yerləşən burun. İnzibati cəhətdən Çukot muxtar dairəsi , Providenski rayonu ərazisinə daxildir. 1828-ci ildə Fyodor Litke tərəfindən Birinci Kamçatka ekspedisyasının miçmanı Pyotr Çaplimnin şərəfinə adlandırılmışdır. Burun materikə iki dillə birləşir. Onlar arasında Nayvak gölü yerləşir. Burunda "Çaplino adlı" sərhəd zastavası vardır. 2003-cü ildə sərhəd zastavasının Radioizotop termoelektrik generatorunda qəza baş verir. Radiaktiv sızıntı normadan 25 dəfə çox olur. Qəzanın səbəbi bu tip generatorların konstruksiyasındakı çatışmazlıq olumuşdur.
Çarli Çaplin
Çarlz Spenser "Çarli" Çaplin (ing. Sir Charles Spencer "Charlie" Chaplin; 16 aprel 1889[…] – 25 dekabr 1977[…]) — məşhur ABŞ və İngiltərə rejissoru, aktyoru, ssenari müəllifi, komediyaçısı və bəstəkarı olmuşdur. Çarli Çaplin Londonda Çarlz Çaplin və Hanna Çaplinin övladı kimi dünyaya gəlmişdir. Onun valideynlərinin ikisi də musiqiçi idilər. Anası məşhur rəqqasə idi. O anadan olandan bir az sonra valideynləri ayrılırlar. Çarlz Çaplin 1901-ci ildə alkoqoldan vəfat edir. Anası Hanna hələ uşaqlıqdan psixi problemlərdən əziyyət çəkir, belə ki, balaca Çarli və ögey qardaşı Sidney internatda böyüməli olurlar. Çaplin öz karyerasına 5 yaşında İngiltərədə teatrda başlayır. Burada o küçə uşağı rolunu uğurla oynayırdı.
Çarlz Çaplin
Çarlz Spenser "Çarli" Çaplin (ing. Sir Charles Spencer "Charlie" Chaplin; 16 aprel 1889[…] – 25 dekabr 1977[…]) — məşhur ABŞ və İngiltərə rejissoru, aktyoru, ssenari müəllifi, komediyaçısı və bəstəkarı olmuşdur. Çarli Çaplin Londonda Çarlz Çaplin və Hanna Çaplinin övladı kimi dünyaya gəlmişdir. Onun valideynlərinin ikisi də musiqiçi idilər. Anası məşhur rəqqasə idi. O anadan olandan bir az sonra valideynləri ayrılırlar. Çarlz Çaplin 1901-ci ildə alkoqoldan vəfat edir. Anası Hanna hələ uşaqlıqdan psixi problemlərdən əziyyət çəkir, belə ki, balaca Çarli və ögey qardaşı Sidney internatda böyüməli olurlar. Çaplin öz karyerasına 5 yaşında İngiltərədə teatrda başlayır. Burada o küçə uşağı rolunu uğurla oynayırdı.
Çarqun (Şot)
Çavqun (fars. چاوگون‎‎) və ya Çarqun - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. Maku şəhristanının Ətraf bölgəsində, Qaraqoyun kəndistanında, Maku şəhərindən 32 km cənub-şərqdədir. 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (21 ailə).
Ceyhun Hidayətli
Ceyhun Əbiyev
Ceyhun Əbiyev (24 oktyabr 1974, Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Ceyhun Əbiyevin beynəlxalq turnirlərdə debütü 1996-cı ildə Vayle şəhərində (Danimarka) baş tutan Avropa Çempionatında oldu. Turnirin 1/8 final mərhələsində Ceyhun Əbiyev Ermənistan nümayəndəsi Nşan Munçyana 1:10 hesabı ilə məğlub oldu və mübarizəsini başa vurdu. 2002-ci ildə də Ceyhun Əbiyev Avropa Çempionatında uğursuz çıxış elədi. Rusiyanın Perm şəhərində baş tutan turnirin 1/8 final mərhələsində Ceyhun Əbiyev Rusiya nümayəndəsi Sergey Kazahova məğlub oldu və mübarizəsini başa vurdu. Ceyhun Əbiyevin Dünya Çempionatlarında debütü 2003-cü ilin iyulunda Tailandda baş tutdu. Turnirin təsnifat mərhələsində Özbəkistan nümayəndəsi Otabəy Mamacanova 32:22, 1/8 final mərhələsində isə Bolqarıstan nümayəndəsi Səlim Səlimova 28:24 hesabları ilə qalib gələn Ceyhun Əbiyev turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Pakistan nümayəndəsi Kərim Numan oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ceyhun Əbiyev rəqibinə 15:20 hesabı ilə məğlub oldu və medalın bir addımlığında mübarizəsini dayandıraraq Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2004-cü ildə Ceyhun Əbiyev üçüncü dəfə Avropa Çempionatında mübarizə apardı.
Ceyhun Səmədov
Jeyhun Samedov və ya Ceyhun Səmədov ― azərbaycanlı ifaçı və bəstəkar. 2019-cu ildə ifa etdiyi "Tufan var" və 2022-ci ildə ifa etdiyi "Getmə" mahnısı 2023-cü ildə Azərbaycan reytinqlərində ilk yerləri tutub. == Haqqında == Ceyhun Səmədov 1990-cı il dekabrın 18-də Bakı şəhərində anadan olub. Orta təhsilini altıncı sinifə qədər 10 nömrəli məktəbdə daha sonra isə 76 nömrəli məktəbdə alıb. 2008-ci ildə Yusif Qasımlı ilə birlikdə "Sirat" rok qrupunu yaradıb. Daha sonra qrupa Anar Bünyad da qoşulub. Qrup fəaliyyət göstərdiyi 5 il ərzində 15 mahnı bəstələyib ifa ediblər. "Röya", "O dönəcək", "Sərxoş" kimi mahnıları daha çox tanınıb. 2013-cü ildə "Sirat" rok qrupu dağılıb. 2015-ci ildə Okaberlə birlikdə "Zibil maşını" mahnısını, 2016-cı ildə isə "Çağır gəlim" adlı mahnını birlikdə ifa edirlər.
Ceyhun Abbasov
Ceyhun Həsən oğlu Abbasov (4 iyul 1972, Naxçıvan) — "Avrora Qrup" unun prezidenti, Ölkənin iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb. == Həyat və fəaliyyəti == 1972-ci il iyulun 4-də Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Unus kəndində anadan olub. Orta təhsilini Unus kəndində başa vurub. 1996-cı ildə Azərbaycan Texniki Universitetini "Mühəndis-elektronik-konstruktor" ixtisasını üzrə təhsil alıb . 1992-ci ildən etibarən bizneslə məşğuldur. Avropa, ABŞ, Böyük Britaniya, Mərakeş və digər ölkələrdə biznes görüşləri, konfransları seminarlarında iştirak edib. Hazırda fəaliyyətini qurucusu və rəhbəri olduğu "Avrora Qrup"un prezidenti kimi davam etdirir. Ailəlidir, iki övladı var. == Biznes fəaliyyəti == Ceyhun Abbasov "Avrora Qrup" unun prezidenti kimi fəaliyyət göstərir. Onun fəaliyyət istiqaməti əsasən sənaye mərkəzində fəaliyyət göstərən zavodlarda İsveçrənin "Buhler", İtaliyanın "İmaforni", "CFT" avadanlıqları qurulması və makaron fabrikində İtaliyanın "Favo", vafli zavodunda Avstriyanın "Frans Haaz" şirkətinə məxsus avadanlıqlar qurulmasında dəstək göstərmək və taminat işlərinin yüksəldilməsindən ibarətdir.
Ben Çaplin
Ben Çaplin (ing. Ben Chaplin; 31 iyul 1969, Vindzor[d], Berkşir[d]) — İngilis aktyorudur. == Bioqrafiyası == Sintia və Piter Qrinvudun dörd övladının ən kiçiyi olan Ben Londonda anadan olmuşdur və Hurtvod Haus Kollecini bitirdiyi Windsorda böyümüşdür. 17 yaşında Qildhal Musiqi və Dram Məktəbinə daxil olmuşdur. Çaplin aktyorun anasının qız soyadıdır. == Şəxsi həyatı == O, amerikalı aktrisa Embet Davidtz ilə uzunmüddət ərzində münasibətdə olmuşdur.
Ceyhun Cəlilov
Ceyhun Ramiz oğlu Cəlilov (1987, Şahbuz) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Baş naziri (2024-cü ildən), Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri (2023–2024). == Həyatı == Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura pillələrini bitirmişdir. 2013-cü ildə Böyük Britaniyanın Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini başa vurmuş, ardınca İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirmişdir. Ceyhun Cəlilov 2011–2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013–2021-ci illərdə isə "BP Caspian" şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışmışdır. 1 mart 2021-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin idarə heyəti sədrinin müşaviri, 13 avqust 2021-ci ildə isə idarə heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmuşdur. 25 aprel 2024-cü ildə bu vəzifədən azad edilərək Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilmişdir.
Ceyhun Nuriyev
Ceyhun Nuriyev — Azərbaycan Premyer Liqasında və Azərbaycan millisində "Zirə"nin yarımmüdafiəçisi kimi çıxış edən azərbaycanlı peşəkar futbolçu. == Karyerası == === Klub === Ceyhun Nuriyev — Azərbaycan Premyer Liqasında və Azərbaycan millisində "Zirə"nin yarımmüdafiəçisi kimi çıxış edən azərbaycanlı yüksək səviyyəli. === Beynəlxalq === Nuriyev böyüklərdən ibarət Azərbaycan yığmasında debütünü 25 mart 2024-cü ildə Bolqarıstanla yoldaşlıq görüşündə keçirib.