Ceyhun Əbiyev (24 oktyabr 1974, Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən boksçu.[1]
Ceyhun Əbiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Ceyhun Əbiyev |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | 24 oktyabr 1974 (50 yaş) |
Doğum yeri | |
Boyu | 164 sm. (5 ft 6 in) |
İdman növü | Boks |
Ceyhun Əbiyevin beynəlxalq turnirlərdə debütü 1996-cı ildə Vayle şəhərində (Danimarka) baş tutan Avropa Çempionatında oldu.[2] Turnirin 1/8 final mərhələsində Ceyhun Əbiyev Ermənistan nümayəndəsi Nşan Munçyana 1:10 hesabı ilə məğlub oldu və mübarizəsini başa vurdu.[2] 2002-ci ildə də Ceyhun Əbiyev Avropa Çempionatında uğursuz çıxış elədi.[3] Rusiyanın Perm şəhərində baş tutan turnirin 1/8 final mərhələsində Ceyhun Əbiyev Rusiya nümayəndəsi Sergey Kazahova məğlub oldu və mübarizəsini başa vurdu.[3]
Ceyhun Əbiyevin Dünya Çempionatlarında debütü 2003-cü ilin iyulunda Tailandda baş tutdu.[4] Turnirin təsnifat mərhələsində Özbəkistan nümayəndəsi Otabəy Mamacanova 32:22, 1/8 final mərhələsində isə Bolqarıstan nümayəndəsi Səlim Səlimova 28:24 hesabları ilə qalib gələn Ceyhun Əbiyev turnirin 1/4 final mərhələsinə adladı.[4] Bu mərhələdə onun rəqibi Pakistan nümayəndəsi Kərim Numan oldu.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ceyhun Əbiyev rəqibinə 15:20 hesabı ilə məğlub oldu və medalın bir addımlığında mübarizəsini dayandıraraq Dünya Çempionatını beşinci pillədə başa vurdu.[4]
2004-cü ildə Ceyhun Əbiyev üçüncü dəfə Avropa Çempionatında mübarizə apardı.[5] Turnirin təsnifat mərhələsində Slovakiya nümayəndəsi Rudolf Didiya 28:24 hesabı ilə qalib gələn Ceyhun Əbiyev 1/8 final mərhələsində Macarıstan nümayəndəsi Pal Bedaya 22:42 hesabı ilə məğlub olaraq Avropa Çempionatında mübarizəsini uğursuz başa vurdu.[5]
Ceyhun Əbiyev Azərbaycanı 2004-cü ilin avqustunda Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi.[6] 48 Kq. turnirində çıxış edən 30 yaşlı Ceyhun Əbiyev Olimpiya Oyunlarında debüt edirdi.[6] Ceyhun Əbiyev avqustun 18-də olimpiadanın 1/16 final mərhələsində son Avropa Çempionatının bürünc medalçısı Macarıstan nümayəndəsi Pal Beda ilə üz-üzə gəldi.[6] Görüş ərzində rəqibindən tam üstün olan Ceyhun Əbiyev rəqibi üzərində 24:8 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[6] Bu mərhələdə onun rəqibi Atagün Yalçınqaya oldu.[6] Avqustun 21-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ceyhun Əbiyev rəqibinə 20:24 hesabı ilə məğlub oldu və Afina Olimpiadasını doqquzuncu pillədə başa vurdu.[6]
Olimpiadadan sonra Ceyhun Əbiyev 2005-ci ilin noyabrında Çində baş tutan Dünya Çempionatında mübarizə apardı.[7] Ceyhun Əbiyev turnirin təsnifat mərhələsində Özbəkistan nümayəndəsi Fazil Feyziyev üzərində qələbə qazansa da (16:10), 1/8 final mərhələsində Qazaxıstan nümayəndəsi Bircan Cahipova məğlub olaraq (18:32) Dünya Çempionatında mübarizəsini başa vurdu.[7]
2006-cı ildə isə Ceyhun Əbiyev Bolqarıstanın Plovdiv şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[8] Turnirin təsnifat mərhələsində Belarus nümayəndəsi Anton Begeşa 40:22, 1/8 final mərhələsində isə Uels nümayəndəsi Mo Nasira 22:18 hesabları ilə qalib gələn Ceyhun Əbiyev turnirin 1/4 final mərhələsinə adladı.[8] Bu mərhələdə onun rəqibi Ermənistan nümayəndəsi Ovannes Danielyan oldu.[8] Bu görüşdə Ceyhun Əbiyev rəqibinə 20:33 hesabı ilə məğlub oldu və medalın bir addımlığında mübarizəsini dayandıraraq Avropa Çempionatını beşinci pillədə başa vurdu.[8]
Bir il sonra, 2007-ci ildə Ceyhun Əbiyev Birləşmiş Ştatlarda baş tutan Dünya Çempionatında mübarizə aparsa da, turnirin 1/16 final mərhələsində Ukrayna nümayəndəsi Georgi Çigayeva 22:34 hesabı ilə məğlub olaraq turnirdə mübarizəsini uğursuz başa vurdu.[9]
Ceyhun Əbiyev 2008-ci ildə idmanla vidalaşdı. Ceyhun Əbiyev Azərbaycan Milli Məclisinin sabiq deputatı Ağacan Abıyevin qardaşı oğludur.
Avropa Çempionatı | Danimarka | |||
Avropa Çempionatı | Rusiya | |||
Dünya Çempionatı | Tailand | |||
Avropa Çempionatı | Xorvatiya | |||
Olimpiya Oyunları | Yunanıstan | |||
Dünya Çempionatı | Çin | |||
Avropa Çempionatı | Bolqarıstan | |||
Dünya Çempionatı | ABŞ |