Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stanislav Çekan
Stanislav Yulianoviç Çekan (rus. Станислав Юлианович Чекан; 2 iyun 1922, Rostov-na-Donu – 11 avqust 1994, Moskva) — sovet və rus teatr-kino aktyoru.RSFSR əməkdar artisti. Stanislav Çekan 2 iyun 1922-ci ildə anadan olmuşdur. 1938-1941-ci illərdə Yuri Zavadskinin teatr məktəbində oxumuşdur. 1941-1945-ci illərdə cəbhə teatrlarının aktyoru kimi çalışmışdır. 1945-ci ildə Stanislav Çekan Sovet ordusunun Odessa teatrının aktyoru olur. Daha sonra 1948-1956-cı illərdə Sovet Ordusunun Moskvada yerləşən Mərkəzi Akademik teatrında, 1958-1993-cü illərdə isə Kinoaktyor teatr-studiyasında işləmişdir. Stanislav Çekan koloritli xarakterik, eləcə də komik obrazların mahir ifaçılarından biridir. Onun oğlu Sergey Çekan filmlərin dublyajı sahəsində çalışmışdır. Stanislav Yulianoviç Çekan 11 avqust 1994-cü ildə vəfat etmişdir.
Dekan
Dekan — təhsil və təlim fəaliyyətləri ilə məşğul olan hər bir fakültənin rəhbərliyindən məsul olan ən yüksək vəzifəli şəxsdir. == Səlahiyyətləri == Dekan, fakültənin və ona bağlı olan bölmələrin tədris qabiliyyətinin rasional istifadəsi və inkişaf etdirilməsindən, lazım olduqda təhlükəsizlik tədbirlərinin görülməsindən, tələbələrə lazımi sosial xidmətlərin göstərilməsindən, müntəzəm olaraq təhsil, təlim, elmi tədqiqat və nəşr fəaliyyətlərindən məsuldur. Bir-başa rektora tabedir.
Məkan
Məkan — daha çox fəlsəfə, riyaziyyat və fizika kimi elmlərdə istifadə olunan termindir. Nyutonun klassik mexanikasında əsaslandırılır ki, məkan sonsuzdur, uzunluğu bütün istiqamətlərdə bircinslidir, hər hansı bir nöqtəsində həmişə eyni universal qanunlar mövcuddur. Dünyanı dərk etmək təşəbbüsündə olan qədim insanlar məkanı daha çox abstraktlıqla bağlamışlar. Ona görə ki, ulu əcdad gördüklərinin mahiyyətini öyrənmək barədə düşünmüşdür. Dünya, ilk növbədə, onun özünün doğulub məskən saldığı, oturub-durduğu, qidasını tapdığı, əyləndiyi, üstündə gəzdiyi ərazi, soyuqdan, yağışdan qorunduğu mağaralar idi. Buna uyğun olaraq məkan landşafdan – dağ, çay, düz, meşə, göl, dəniz, çöldən kənarda ağla gətirilə bilməzdi. Məkanın ayrı-ayrı bölgələr üzrə xarakterindəki əkslikləri izaha gələndə məsələnin əsil səbəbini anlamaqdan hələ onlar çox uzaq idilər. Ona görə də əsas meyar kimi məhz yerin fiziki xüsusiyyətləri, maddi ünsürlərin çatışmazlığı deyil, kənar abstrakt qüvvələrin mövcudluğu, təsiri götürülür və məkanın özünün də fövqəltəbiiliyi, qeyri-adi qüvvələr – xeyir, yaxud şər ruhlar tərəfindən idarə olunduğu qənaəti irəli sürülürdü.
Pekan
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur. Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir. Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
Çəvan
Çəvan (Marağa)
Çeka
RSFSR Xalq Komissarları Soveti yanında Əksinqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası (rus. Всероссийская чрезвычайная комиссия по борьбе с контрреволюцией и саботажем при Совете народных комиссаров РСФСР, ВЧК при СНК РСФСР) və ya qısaca ÇK — SSRİ xüsusi təhlükəsizlik orqanı. Komissiya 7 dekabr 1917-ci ildə yaradılmışdır. 6 fevral 1922-ci ildə səlahiyyətlərin RSFSR XDİK-si yanında DSİ-yə verilməsi ilə ləğv edilmişdir. Robert Konkvestin məlumatına görə, 1917–1922-ci illərdə ÇK-nın inqilabi tribunallarının və məhkəmədənkənar iclaslarının hökmləri ilə ümumilikdə 140,000 adam güllələnmişdir. Sovet xüsusi xidmət orqanlarının tarixinin tədqiqatçılarından biri, polkovnik Oleq Mozoxin arxiv məlumatlarına əsaslanaraq bu rəqəmi tənqid etmişdir. Onun sözlərinə görə, “bütün qeyd-şərtlər və şişirtmələr nəzərə alındıqda ÇK orqanlarının qurbanlarının sayı 50 min nəfərdən çox ola bilməz". Komissiyanın ölkələrdə əksinqilabla mübarizə aparmaq üçün ərazi bölmələri var idi. "ÇK" abbreviaturasından "çekist" sözü yaranmışdır. Vladimir Lenin onun formalaşmasında əsas ideoloqdur.
Adi pekan
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur. Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir. Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
Hyu Cekman
Hyu Maykl Cekman (ing. Hugh Michael Jackman; 12 oktyabr 1968 Sidney) — Avstraliyalı televiziya, kino aktyoru və prodüseri. Cekman böyük filmlərdə oynadığı rolları ilə bütün dünyada məşhurlaşdı. O, oynadığı macəra, superqəhrəman və romantik filmlərdə müxtəlif səpgili rolları canlandırıb. Aktyor ən çox "İks-adamlar" film silsiləsində rol aldığı Volverin obrazı ilə tanınır. == Həyatı == Hyu Cekman 1968-ci ildə Sidneydə anadan olub. Karyerasına teleseriallardan başlayan aktyor "Toni” və "Emmi” kimi nüfuzlu mükafatlara sahibdir. 25 dekabrda dünya kinoteatrlarında nümayiş olunacaq "Səfillər” ekran əsərində baş rollardan birini canlandıran Hyu Cekman obrazı ilə iki nominasiyada "Qızıl Qlobus” mükafatına namizəddir. O, Jan Valjan roluna görə artıq ilk – Amerika kinoaktyorlar gildiyasının mükafatını qazanıb. Chris Jackman dərin dindar adamdır və uşaqlarına dini təhsil verib.
Kabin təkan
Kabin təzyiqi — yüksək hündürlükdə insanlar üçün təhlükəsiz və rahat bir mühit yaratmaq üçün havanın bir təyyarənin və ya kosmik gəminin kabinəsinə vurulduğu bir prosesdir. Təyyarələrdə hava ümumiyyətlə işləyən qaz turbinli mühərrikin bir kompressorundan alınır, bir kosmik gəmi üçün hava sıxılmış və ya mayeləşdirilmiş formada gətirilir. == Gücləndirmə ehtiyaclığı == Təhlükəsiz (hava təzyiqi ilə) 4 km-dən az yüksəklik hesab olunur. 4 km-dən çox bir hündürlüyə hər hansı bir dırmaşma müxtəlif həyat dəstək sistemlərinin istifadəsini tələb edir. 3 km-dən çox bir hündürlüyə qalxmaqla, bir insan oksigen aclığının əlamətlərini göstərir (yatmaq istəyirsən). 9 km-dən çox yüksəkliklərdə qaz baloncukları (aeroembolism) bədən mayesindən azad ola bilər. 19 km-dən çox yüksəkliklərdə dərialtı maye qaynayır. 11 km-dən yuxarı havanın temperaturu −60 °C-ə çata bilər. Həyat üçün belə əlverişsiz şəraitdə bir təyyarədə uçmaq üçün hava ilə həyat təminetmə sistemlərinin yaradılması tələb olunurdu. == Aviasiya == İnsanlarda oksigen aclığının əlamətləri bir çox amillərdən asılıdır (bax Hypoxia).
Mekan İşanquliyev
Mekan İşanquliyev — Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2017-ci ildən). == Diplomatik fəaliyyəti == Mekan İşanquliyev dörd il Həştərxanda Türkmənistanın konsulu vəzifəsində çalışıb. 2017-ci il iyunun 9-da Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Mekan İşanquliyevə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilməsi barədə sərəncam imzalayıb və dövlət başçısının digər sərəncamı ilə Mekan İşanquliyev Türkmənistanın Azərbaycandakı səfiri təyin edilib.
Mücərrəd məkan
Mücərrəd məkan — coğrafiyada eyni və ardıcıl xüsusiyyətlərlə xarakterizə olunan hipotetik bir məkandır; tamamilə homojen bir coğrafi məkandır. Bu məkanda bütün istiqamətlərdə və hər yerdə bütün hərəkətlər eyni dərəcədə asan və ya çətin olacaq. Bu konsepsiya, mənzərə kimi kənar dəyişənləri məhdudlaşdırmaq və ya istisna etməklə məkan fəaliyyətini və davranışını modelləşdirmək və ya təhlil etmək üçün faydalıdır. Məsələn, tədqiqatçılar mədəniyyət və ticarət arasındakı əlaqəni öyrənmək istəyirlərsə, modellərinin sıxışdırılmasını və dağ maneələri və çaylar kimi faktorların təsirinə məruz qalmasını istəmirlər, çünki mədəniyyətin özünün ticarətə necə təsir etdiyini modelləşdirmək məqsədindən yayındırırlar.
Məkan Qəhrəmanov
Təkan (Çaroymaq)
Təkan (fars. تكان‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 36 nəfər yaşayır (7 ailə).
Təklə-Məkan
Təkləməkan və ya Təklə-Məkan (çin. 塔克拉瑪干沙漠, uyğ. تەكلىماكان قۇملۇقى <(Uyğur sözü olub (Ərəb məhşəlli) Təklə — ترك Tərk "getmək, tərk etmək" və Məkan "yaşayış yeri", yəni "Tərk edilmiş ərazi") — Çinin qərbində Sintszyan-Uyğur Muxtar Rayonu ərazisində yerləşən səhra. Dünyanın ən böyük qumlu səhralarından biridir. Şərqdən qərbə uzunluğu 1000 km-dən çox, eni isə 400 km təşkil edir. Səhranın sahəsi 300,000 km² təşkil edir. Səhranın əmələ gəlməsin əsas səbəblərindən biri okean və dənizlərdən uzaqlığıdır. Üstəlik dağların arasında yerləşməsi yağıntı gətirən buludların əraziyə daxil olmasının qarşısını alır. Çökmə suxurlardan təşkil onun səhra Tarim dağ düzənliyində yerləşir. Tarim çayının gətirdiyi çöküntülər demək olar ki, müxtəlif vastələrlə bütün səhraya yayılır.
Yekan Kəhriz
Yekan Kəhriz (fars. یکان کهریز‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. Yekan farsca bir və vahid mənasında kəhriz isə su arxı və suyu bağlayan yerə deyilir. Yakan Kəhriz Yamçı bəxşinin qərbi, Əsl kəndinin şimalı, 5591 metrlik dağlara cənubda, şərqdən yuxarı yekanda yerləşir. bu kənd dağ ətəyində yerləşib Yekanat (Yekanlar) dehestanının mərkəzidir. Yekan Kəhrizdə 6 böyük tayfa vardır ki onların adları belədir: Çaylu tayfası Həmzəlu Yarğeybli Hasarlu Oğuzlu Qərəli Aşuri kətibələrində Əski şəhər Ulxu ətrafinda olan kəhrizlərdən söz gedib ki ehtimal verilir Yekanda çoxlu kəhrizlərin olduğu üçün mənzur bu kənd imiş. Yekanat əskidən ovlanma yeri olmuşdur eləki Müzəfərrədin şah vəliəhdlik dönəmində neçə dəfə ovlanmaq üçün buraya gəlmişdir. Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Teymurilərin bəzi savaşları bu sahədə olmuşdur. Məşrutə inqilabında Yekanlıların önəmli rolu varidi edləki Kəsrəvi yazır: Yekanat məşrutədə çoxlu zəhmətlər çəkmişlər. 2006-cı il məlumatına görə kənddə 2,118 nəfər yaşayır (526 ailə).
Zəkan (Çəvərzəq)
Zəkan və ya Zəykənd (az-əbcəd. زکان، زَی‌کَند‎, fars. زاچکان‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 184 nəfər yaşayır (56 ailə).
Çetan Babor
Çetan Babor (22 aprel 1974) — Hindistanı təmsil edən stolüstü tennisçi. Çetan Babor Hindistanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Çetan Babor Hindistanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Çetan Babor Hindistanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Çevan-Rabdan
Çevan-Rabdan (1663-1727) — Cunqar xanlığının dördüncü hakimi. Qaldan-Boşoqtu xanın ölümündən sonra Cunqar xanlığının taxtına, 1697-ci ildə, Qaldanın qardaşı oğlu yəni Senqenin və Anu xatunun oğlu Çevan Rabdan keçmişdir. Çevan Rabdan, iqtidarının ilk illərində xarici siyasətində diqqətli davranaraq, qonşularıyla savaşmaqdan qaçmışdır. Öncəliklə ölkənin içərisindəki noyonlar arasındakı birliyi bağalamağa öncəlik vermişdir. Bu arada əkinçiliyi inkişaf etdirməyə səy etmişdir. Ayrıca dəmir mədənçiliyini inkişaf etdirərək silah istehsalına ağırlıq vermişdir. Çevan Rabdan Cunqar xanlığının idarəsini əlinə aldıqdan sonra, Qaldan Boşoqtu xan kimi mərkəzini İli çayı boylarına daşımışdır. Qaldanın son dönəmlərində bilxassə Şərq torpaqlarının böyük qismi Tzin sülaləsi tərəfindən alınmışdı. Ayrıca 1698-ci ildə Hami, Kukunor bölgələri də Tzin sülaləsi hakimiyətini tanımaq məcburiyyətində qalmışdı. 1700-cü ildə Tzin sülaləsi hakimiyətinə girmək istməyən iki Xoşut taycısının başında olduğu 10 min Xoşut Kukunordan Cunqariyaya köç etmişdir.
Çikan (Marağa)
Çikan (fars. ‎‎‎چكان‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 966 nəfər yaşayır (231 ailə). Əhalisi Azərbaycan türkləri və şiə inanclıdır.
Çokan Vəlixanov
Çokan Çingiz oğlu Vəlixanov (qaz. Шоқан Шыңғысұлы Уәлихан, əsl adı Məhəmməd Hənəfiyə; 1835 – 10 aprel 1865) — qazax alimi, tarixçisi, etnoqrafı, folklorçusu, səyyahı, maarifçisi, Rusiya Ordusu Baş Qərargahının zabiti, kəşfiyyatçı. Qazaxlar Şokan Şınğızsulı Vəlixanov kimi yazdıqları ad və soyad rus dilinin təsirilə bir çox sənədlərdə Şokan və Çokan Valixanov kimi yazılır. Qazaxların tayfa ittifaqı Üç Cuza, Böyük Cuza, Orta Cuza və Kiçik Cuza bölünür. Orta Cuzda doğulan uşağın qulağına əzan oxuyan Ablay xanın şəxsi həkimi, qazaxlar arasında Maral baba kimi tanınan Kalkay İşan ona Mühammad Hanafi adını qoyduğunu söyləyir. Vətəninin ağır günlərə düşdüyünü, xalqının güzəranının getdikcə pisləşdiyini görən Kalkay İşan istəyridi ki, VII yüzildə Ərəb çöllərində Məhəmməd peyğəmbərin xalqı üçün etdiklərinə bənzər bir işi də Ablay xanın nəvəsi etsin. Bu şirin və xoş bir arzuydu. Zaman isə başqa bir zamandı. Şokana atası Çingiz Sultan oğluna xan övladlarına layiq bir təhsil verməyə çalışırdı. Onun üçün şəxsi müəllimlər və məşqçilər təyin etmişdi.
Çəvan (Marağa)
Çəvan — İranın Şərqi Azərbaycan ostanında kənd.. Marağa şəhristanının Mərkəzi bölgəsinin Səcaru kəndistanında, Marağa şəhərindən 14 km cənub-qərbdədir.
Çəvan (Təbriz)
Çəvan (fars. چاوان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Təbriz şəhərindən 12 km cənub-şərqdədir. 2006-cı il məlumatına görə kənddə 1.729 nəfər yaşayır (448 ailə).
Məkan-zaman
Məkan-zaman və ya fəza-zaman anlayışı – nisbilik nəzəriyyəsində məkan və zamanın vahid 4 ölçülü koordinat sisteminin müxtəlif hissələri kimi götürülməsindən formalaşıb. Nisbilik nəzəriyyəsi kəşf olunana qədər mexanikada Nyuton qanunları və Qalileyin nisbilik prinsipi əsas yeri tuturdu. Bu çərçivədə məkan, sərbəst hərəkətin mümkün olduğu və 3 ölçülü koordinat sistemi ilə təsvir oluna biləcək mühit, zaman isə bu fəzadakı hərəkəti xarakterizə edən kəmiyyət olaraq götürülürdü. Beləliklə, nisbilik nəzəriyyəsindən əvvəl məkan və zaman bir-birindən ayrı anlayışlar idi. Lakin Albert Eynşteyn zaman və uzunluğun nisbi anlayışlar olduğunu göstərdikdən sonra alman riyaziyyatçısı Herman Minkovski, hadisələri 3 ölçülü fəzada dəyərləndirmək əvəzinə 4 ölçülü fəzazaman koordinat sistemində dəyərləndirməyin daha əlverişli olduğu qənaətinə gəldi. Belə olduqda zaman özü keçmişdən gələcəyə doğru bir istiqamət kimi götürülürdü. Ümumi nisbilik nəzəriyyəsinin kəşf olunmasında xüsusi nisbilik nəzəriyyəsinin, Minkovski koordinat sistemində təsviri böyük rol oynayıb.
Dəkan (Xürrəmdəşt)
Dəkan (az.-əbcəd. دَکان‎, fars. داکان‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Şimali Ramənd dehistanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 863 nəfər yaşayır (263 ailə). Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Rəkan (Xürrəmdəşt)
Rəkan (az.-əbcəd. رَکان‎, fars. رادکان‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Şimali Ramənd dehistanının mərkəzi olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,306 nəfər yaşayır (717 ailə). Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.