Məkan Mübariz oğlu Qəhrəmanov (3 fevral 1999; Minaxorlu, Ağcabədi rayonu, Azərbaycan — 10 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Məkan Qəhrəmanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Minaxorlu, Ağcabədi rayonu, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Qarabağ, Azərbaycan |
Dəfn yeri | Minaxorlu, Ağcabədi rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Mübariz Qəhrəmanov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017—2018 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | |
Təltifləri |
Məkan Qəhrəmanov 3 fevral 1999-cu ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur.[1] 2005-2016-cı illərdə Ağcabədi rayon Minaxorlu kənd orta məktəbində təhsil almışdır.
Məkan Qəhrəmanov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun tərkibində etmişdir. Hərbi xidmət müddətində 2018-cı il mayın 20-dən 27-nə qədər davam edən Günnüt əməliyyatında iştirak etmiş və fərqlənmişdir. Hərbi xidmətini 2020-ci ilin iyul ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Məkan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Məkan Qəhrəmanov 10 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi rayonunun Minaxorlu kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məkan Qəhrəmanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Məkan Qəhrəmanov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[7]