ÇƏPKƏN

is. Qolları çapıq, qıraqları baftatı, astarlı qadın geyimi.
…Süzülüb sallanan kəlağayı [Kiçikbəyimin] incə vücudunun bir tərəfini tutmuş, çəhrayı çəpkəninin ancaq bir qolu görünürdü. Çəmənzəminli.
Dul arvadın vurtut əynində köhnə bir çəpkəni, nimdaş bir tumanı … var idi. Ə.Vəliyev.

ÇƏPİŞ
ÇƏPLƏŞMƏ
OBASTAN VİKİ
Çəpkən
Çəpkən — Azərbaycanda milli kişi və qadın geyiminin bir hissəsidir. Çəpkən astarlı olub, belə qədər bədənə kip tikilir. Yan tərəflərdə ətəyə yaxın hissədə çapığı olan çəpkənin əlcək ilə bitən qondarma qolları (astarı qiymətli parçadan olan qollara bəzən düymələr tikilir) olur. Bel hissədən bağ ilə bağlanır. Çəpkən tirmə, darayı, məxmər, müxtəlif zərli parçalardan tikilir. Çəpkənin yaxası, ətəyi, qolunun kənarları zərif bafta, kəbəzəncirə və s. tikmələrlə bəzədilir. Bəzən çəpkənin üstündən gümüş kəmər də bağlayırlar. Ön Asiya, Yaxın Şərq xalqları arasında, Azərbaycanda (xüsusilə, DQMV, Xankəndi, Şuşada, Bakıda, Şəkidə, Şamaxıda) geniş yayılmışdır. == Pullu çəpkən == Pullu çəpkən biçimi çəpkənlə eyni formada olub, qolsuzdur.

Значение слова в других словарях

агу́л бальза́ковский вцепля́ться заку́рка землеро́йщик правосла́вно сыгровка бистро́ вша дегтя́рный инновацио́нный педа́ль подруга жи́зни привска́кивать слон в посудной лавке шанец atomized Delilah gleeman hatband herdman баррикадный обсчитаться прогнивать эскимо