Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çempionat (sayt)
Championat.com — Rusiyanın idman internet-portalı.
Fransa Çempionatı
Liqa 1 (fr. Championnat de France de football) Fransanın ən yüksək səviyyəli futbol liqası. Bir alt səviyyədəki Liqa 2 ilə birlikdə Liqa də Football Professionnel içində olan iki liqadan biridir. Avqust ayında başlayıb may ayında sona çatan sezonların hər birində 20 komanda mübarizə aparır. Hər komandanın digərləri, biri öz meydanında digəri isə səfərdə olmaq üzrə iki matç keçirdiyi liqa 38 həftə davam edir və cəmdə 380 oyun oynanılır. Mövsüm sonunda son üç sırada qərarlaşan komandalar Liqa 2-yə düşərlər. İlk dövrə iki həftə qalmış bitərkən, ikinci sezon isə yanvar ayının 2-ci həftəsində başlayır. UEFA əmsalları sıralamasında Premyer Liqa, La Liga, Bundesliga və Serie A-dan sonra beşinci sırada yerləşir. == Tarixi == 1930-cu ilə qədər qurulan Fransa Futbol Federasiyası Fransada liqa yaradılmağa təkan verdi. 1932-ci ildə Franas çempionatının yaradılmasına qərar verildi.
KONKAKAF Çempionatı
KONKAKAF Çempionatı (ing. CONCACAF Championship) — KONKAKAF üzvü olan milli komandalar arasında keçirilmiş futbol turniri.
İspaniya Çempionatı
La Liqa (isp. Liga de Fútbol Profesional, LaLiga) — İspaniya peşəkar futbol liqası. İlk dəfə 1929-cu ildə keçirilmişdir və "Barselona" mövsümün qalibi olmuşdur.Liqadakı ən titullu klub "Real Madrid"dir. Hər il 20 komandanın oynadığı liqada son 3 yeri tutan klub Sequndaya düşür. İlk 4 klub isə UEFA Çempionlar Liqasına çıxır. 4–7-ci yerləri tutan klublar isə UEFA Avropa Liqasına çıxır. La liqanın ən məhsuldar oyunçusu "Barselona"da oynayan Argentinalı ulduz Lionel Messidir. 2015-ci ilə qədər BBVA sponsorluq edirdi. Daha sonra isə Electronic Arts sponsor oldu. İcraçı direktor isə Javier Gomez Morinadır .
1963 KONKAKAF Çempionatı
1963 KONKAKAF Çempionatı (isp. Campeonato de Naciones de CONCACAF 1963) — 1963-cü ilin 23 mart – 7 aprel tarixləri arasında Salvadorda təşkil olunmuş ilk KONKAKAF Çempionatı. Turnirin qalibi Kosta-Rika milli futbol komandası olmuşdur.
1965 KONKAKAF Çempionatı
1965 KONKAKAF Çempionatı (isp. Campeonato de Naciones de CONCACAF 1965) — 1965-ci ilin 28 mart – 11 aprel tarixləri arasında Qvatemalada təşkil olunmuş ikinci KONKAKAF Çempionatı. Turnirin qalibi Meksika milli futbol komandası olmuşdur. == Təsnifat turniri == === Karib zonası === Yamayka, Trinidad və Tobaqo, Dominikan Respublikası 1966 FİFA Dünya Kubokunun təsnifat oyunları ilə bu turnirin matçlarının üst-üstə düşməsi səbəbindən KONKAKAF Çempionatında iştirakdan imtina etdilər. Kuba millisinə isə turnirin ev sahibi olan Qvatemala viza verməkdən imtina etmişdir. Nəticədə Haiti və Niderland Antil adaları avtomatik olaraq final mərhələsinə vəsiqə qazanırlar. === Mərkəzi Amerika zonası === Panama təsnifat mərhələsi başlamamış turnirdə iştirakdan imtina edir. === Şimal zonası === ABŞ təsnifat mərhələsi başlamamış turnirdə iştirakdan imtina edir. Nəticədə Meksika avtomatik olaraq final mərhələsinə vəsiqə qazanır. == Stadion == Turnirin bütün matçları Qvatemala şəhərindəki "Estadio Mateo Flores" stadionunda keçirilmişdir.
1967 KONKAKAF Çempionatı
1967 KONKAKAF Çempionatı (isp. Campeonato de Naciones de CONCACAF 1967) — 1967-ci ilin 5 – 19 mart tarixləri arasında Hondurasda təşkil olunmuş sayca üçüncü KONKAKAF Çempionatı. Turnirin qalibi Qvatemala milli futbol komandası olmuşdur. == Stadion == Turnirin bütün matçları Tequsiqalpa şəhərindəki "Estadio Tibursio Karias Andino" stadionunda keçirilmişdir.
1969 KONKAKAF Çempionatı
1969 KONKAKAF Çempionatı (isp. Campeonato de Naciones de CONCACAF 1969) — 1969-cu ilin 23 noyabr – 7 dekabr tarixləri arasında Kosta-Rikada təşkil olunmuş sayca dördüncü KONKAKAF Çempionatı. Turnirin qalibi də elə ev sahibi olan Kosta-Rika milli futbol komandası olmuşdur. == Stadion == Turnirin bütün matçları San-Xose şəhərindəki "Estadio Nasional" stadionunda keçirilmişdir.
1971 KONKAKAF Çempionatı
1971 KONKAKAF Çempionatı (isp. Campeonato de Naciones de CONCACAF 1971) — 1971-ci ilin 20 noyabr – 5 dekabr tarixləri arasında Trinidad və Tobaqoda təşkil olunmuş sayca beşinci KONKAKAF Çempionatı. Turnirin qalibi də elə ev sahibi olan Meksika milli futbol komandası olmuşdur. == Stadion == Turnirin bütün matçları Port of Speyn şəhərindəki "Queen's Park Oval" stadionunda keçirilmişdir. == İstinadlar == == Xarici keçidlər == "Mexico, Haiti Play To Scoreless Draw | Trinidad & Tobago Football History". 2009-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-23.
Azərbaycan Şahmat Çempionatı
Azərbaycan Şahmat Çempionatı — şahmat üzrə üzrə kişilərdən və qadınlardan ibarət Azərbaycan çempionunu müəyyənləşdirmək üçün oynanılır. Çempionat Azərbaycan Şahmat Federasiyası tərəfindən həyata keçirilir. Çempionat, bəzi istisnalar xaricində, hər il Bakıda təşkil olunur. İlk çempionat, Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının bir hissəsi ikən, 1934-cü ildə keçirildi. Çempiyonanatlar Azərbaycan Sovet Sosialist Respublikası dövründə 1945-ci ilə qədər nizamsız olaraq keçirildi. O ildən etibarən hər il təşkil edilməyə başlandı və 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu günə qədər keçirilir.
Dünya Ralli Çempionatı
Dünya Ralli Çempionatı (ing. World Rally Championship (WRC)) — 1973-cü ildə tarixi Monte Carlo Rallisi ilə başlamışdır. Dünyanın müxtəlif ölkələrində keçirilən bir avtomobil yarışıdır. 2003, 2004, 2005 və 2006-cı illərdə Türkiyədə də təşkil edilən yarış, 2007-ci ildə təqvimdən çıxarıldılmış; lakin 2008-ci il üçün yenidən təqvimə salınmışdır. 2009-cu ildən bəri hər rallinin iki ildən bir keçirilməsinə qərar verildi. Türkiyə Rallisi sonuncu dəfə 2010-cu ildə təşkil edilmiş və ondan sonra təqvimdən çıxardılmışdır. Təşkilatçılarla aparılan danışıqlar müsbət nəticələnmiş və Türkiyə Rallisi 2018-ci ildə yenidən təqvimə salınmışdır. 2021-ci ilin əvvəlində alınan qərarla Türkiyə yenidən təqvimdən çıxarılmışdır.
Türkiyə Futbol Çempionatı
Türkiyə Futbol Çempionatı (türk. Türkiye Futbol Şampiyonası) — Türkiyənin 1924-1951ci illər arasında ən üst səviyyəli futbol çempionatı. Türk futbol tarixində ilk dəfə bütün ölkədən komandaların yarıştığı turnir olub. Çempionatta on komanda çempion olub. Fənərbaxça ilən Harp Okulu (3) ən çox çempion olan komandalardır.
UEFA Avropa Çempionatı
UEFA təşkilatçılığı ilə UEFA üzvü olan milli yığma komandalar arasında hər dörd ildən bir keçirilən turnir. İlk turnir 1960-cı ildə təşkil olunmuşdur. == İlk dördlər == Qeyd: (1) 1968-ci ildə final oyununun əsas və əlavə vaxtı heç-heçə başa çatdığı üçün turnirin əsasnaməsinə görə əlavə oyun keçirilmişdir. (2) 1984-cü ildən etibarən təsəlliverici final oyunları keçirilməmişdir.
UEFA Futzal Çempionatı
UEFA Futzal Çempionatı — UEFA üzvü olan futzal üzrə milli komandalar arasında keçirilən Avropa qitəsinin ən nüfuzlu turniri
1982 FİFA Dünya Çempionatı
1982 FİFA Dünya Kuboku — iyunun 13-dən iyulun 11-nə gədər İspaniyada baş tutan sayca 12-ci futbol üzrə FİFA Dünya Çempionatı. 11 iyul 1982-ci ildə Santyaqo Bernabeu stadionunda keçirilən final matçında Qərbi Almaniyanı 3-1 hesabı ilə məğlub edən İtaliya 3-cü dəfə çempion olub və bu qələbə ilə o vaxta qədər 3 dəfə ilə ən çox kuboku qazanan Braziliyaya çatmışdı. İlk dövrədə qrupdakı bütün görüşləri heç-heçə ilə başa vuran İtaliya 1 əlavə qolla növbəti mərhələyə adlaya bildi. Turnirin bombardiri Paolo Rossi ilk turda 3, ikinci turda isə ilk oyununda qol vura bilməyib. Turnirdə komandaların sayı 24-ə yüksəldiyi halda, 4 komanda 6 qrupda mübarizə aparıb. Qruplardan vəsiqə qazanan ilk iki komanda daha sonra üç komandadan ibarət dörd qrupda liqa üslubunda oynadı və liderlər yarımfinala yüksəldi. == Xülasə == === Birinci tur === 1-ci qrupda Kamerun hər üç görüşü heç-heçə başa vurmasına baxmayaraq, İtaliyadan daha az qol vurduğu üçün kubokla vidalaşıb. Kamerun əvvəlcə Peru, sonra isə Polşa ilə qolsuz heç-heçə oynayıb. Qrupun son oyununda güclü İtaliya ilə 1–1 hesablı heç-heçə edən Kamerun 1 qol vura bilmədiyi üçün növbəti tura yüksələ bilməyib. Kubokun digər Afrika ölkəsi Əlcəzair 2-ci qrupdakı ilk oyununda Qərbi Almaniyanı 2:1 hesabı ilə məğlub edib.
2014 Dünya Güləş Çempionatı
2014 Dünya Güləş Çempionatı — FİLA-nın sərbəst və yunan-roma stili çempionlarını eyni şəhər və zaman dilimində təşkil etdiyi 10-cu Dünya Çempionatıdır. Turnir 8-14 sentyabr aralığında Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil olunmuşdur. == Medal cədvəli == == Komanda reytinqi == == Medalların sıralanması == == İştirak edən ölkələr == Turnirdə 81 ölkədən 692 idmançı iştirak etmişdir.
2015 Dünya Oxatma Çempionatı
2015 Dünya Oxatma Çempionatı — 48-ci Dünya Oxatma Çempionatıdır.
2017 Dünya Taekvondo Çempionatı
2017 Dünya Taekvondo Çempionatı — 24 – 30 iyun 2017-ci il tarixləri aralığında Cənubi Koreyanın Muju şəhərində baş tutan 23-cü Dünya Taekvondo Çempionatıdır.
Andorra Milli Futbol Çempionatı
Avropa qadınlar voleybol çempionatı
Avropa qadınlar voleybol çempionatı — Avropada voleybol milli komandaları arasında keçirilən çempionat.
Basketbol üzrə Fransa çempionatı
Basketbol üzrə Fransa çempionatı — MBL Pro A (tam adı Milli Basketbol Liqası Pro A (fransız dilində:Ligue Nationale de Basket Pro A; ingilis diıində:Pro National Basketball League A) Fransanın ali peşəkar basketbol liqası. 1921-ci ildə təsis edilmişdir. 1987-ci ildən çempionat Milli Basketbol Liqasının rəhbərliyi altında keçirilir. == 2016/2017 mövsümündə Fransa çempionatında çıxış edən klublar == Villerban (basketbol klubu) Şalon-Reyms (basketbol klubu) Şole (basketbol klubu) Dijon (basketbol klubu) Elan Şalon (basketbol klubu) Qravlin (basketbol klubu) Le-Portel (basketbol klubu) Le-Man (basketbol klubu) Limoj (basketbol klubu) Monako (basketbol klubu) Nansi (basketbol klubu) Nanter (basketbol klubu) Olimpik Antib (basketbol klubu) Orlean (basketbol klubu)]] Paris-Levallua (basketbol klubu) Po-Ortez (basketbol klubu) Yer-Tulon Var (basketbol klubu) Strasburq (basketbol klubu) == Çempionlar == === Çempionluq cədvəli === Cədvəldə 1921-ci ildən sonra ən azı 2 dəfə çempionluq qazanan klublar göstərilmişdir.
Basketbol üzrə Mozambik çempionatı
Basketbol üzrə Mozambik çempionatı — ölkədə ən güclü basketbol təşkilatlarından biri olan 1-ci divizion tərəfindən Mozambikdə təşkil olunan turnir. Hazırda basketbol üzrə Mozambik çempionatında 9 komanda iştirak edir. 2011–2012-ci il mövsümündə Maksakvene basketbol komandası Mozambik çempionu olmuşdur.
Basketbol üzrə Nigeriya çempionatı
Baş-liqa - Nigeriyanın güclü basketbol liqalarından biri.
Basketbol üzrə Qabon çempionatı
Basketbol üzrə Qabon çempionatı — ölkədə ən güclü basketbol təşkilatlarından biri olan Elit-liqa tərəfindən Qabonda təşkil olunan turnir.
Basketbol üzrə Uruqvay çempionatı
Basketbol üzrə Uruqvay çempionatı — (İspan dilində: Liga Uruguaya de Basketball) — Uruqvayda kişilərdən ibarət basketbol komandaları arasında turnir.
Çempion
Çempion (ing. champion lat. campio) — hansısa bir yarışda, əsasən idman yarışında qalib olmuş şəxs (idmançı). İdman növlərində ən yüksək ad — dünya çempionudur. Olimpiya oyunlarına qalib gəlmiş idmançı və ya komanda olimpiya çempionu adlanır. İkinci yeri tutanlar gümüş medalla mükafatlanırla və qeyri-rəsmi şəkildə "vitse-çempion" adlanırlar. Brokhauz və Efronun ensiklopedik lüğətində çempion orta əsrlərdə yarışlarda şbaşqasının yerini tutanlara, imkansız insanların müdafiəsinə qalxanlara deyilir .
Çempionlar Liqası
Futbol
Çempion (1990)
Çempion (dəqiqləşdirmə)
Çempion
Çempion (qəzet)
AFK Çempionlar Liqası
AFK Çempionlar Liqası — AFK Çempionlar Liqası (ACL olaraq qısaldılmış), Asiya Futbol Konfederasiyasının (AFK) təşkil etdiyi illik qitə klub futbolu yarışması. 2002-ci ildə təqdim olunan yarış, 1967-ci ildə başlamış Asiya Klublar Birinciliyinin davamıdır. Yarışın qrup mərhələsində cəmi 32 klub mübarizə aparır. Asiyanın ən güclü milli liqalarından olan çempionlar avtomatik qatılır, seçmə pley-off mərhələsinə vəsiqə qazanan aşağı səviyyəli ölkələrdən olan klublar AFK Kubokunda iştirak etmək hüququ qazanır. 2009-cu ildən bəri çempionlar avtomatik olaraq CONCACAF Çempionlar Liqasına bənzəyən növbəti ilki yarışlarda iştirak etmirlər. AFC Çempionlar Liqasının qalibi FİFA Klublararası Dünya Kubokuna vəsiqə qazanır.
KAF Çempionlar Liqası
Afrika Çempionlar Kuboku / Liqası
OFK Çempionlar Liqası
Okeaniya Çempionlar Liqası
UEFA Çempionlar Kuboku
UEFA Çempionlar Liqası — Avropanın öz ölkə çempionatlarında müvəffəqiyyət qazanan klubların mübarizə apardığı ən məşhur futbol turniridir. Turnirin adı 1992-ci ilə qədər Çempion Klublar Kuboku olmuşdur. 1992–1993-cü il mövsümündən etibarən turnir UEFA Çempionlar Liqası adlanır. Turnirin ilk oyunları 1955-1956-cı il mövsümündə keçirilmişdir. Qaydalara uyğun olaraq pley-off mərhələsini keçən və qrup yarışlarına birbaşa düşən komandalar qruplara bölünür. 1997-ci ildən etibarən klub reytinqləri yüksək olan ölkələrin çempionları ilə yanaşı 2-ci, 3-cü, bəzən isə 4-cü yeri tutmuş komandaları da turnirə birbaşa vəsiqə qazanır və ya pley-off mərhələsində oynamaq hüququ əldə edir. Hər komanda rəqib klub ilə 2 oyun keçirir (evdə və səfərdə). Qrupda müvəffəqiyyət qazanan komandalar öz aralarında 1/8, 1/4 və 1/2 oyunları keçirir (yenə də həm evdə, həm də səfərdə olmaqla 2 oyun). Final oyunu isə 1 dəfə olur (əvvəlcədən müəyyənləşdirilmiş meydançada). UEFA Çempionlar Liqası Azərbaycanda 2000–2009-cu illər arasında ANS-də yayımlanırdı.
UEFA Çempionlar Liqası
UEFA Çempionlar Liqası — Avropanın öz ölkə çempionatlarında müvəffəqiyyət qazanan klubların mübarizə apardığı ən məşhur futbol turniridir. Turnirin adı 1992-ci ilə qədər Çempion Klublar Kuboku olmuşdur. 1992–1993-cü il mövsümündən etibarən turnir UEFA Çempionlar Liqası adlanır. Turnirin ilk oyunları 1955-1956-cı il mövsümündə keçirilmişdir. Qaydalara uyğun olaraq pley-off mərhələsini keçən və qrup yarışlarına birbaşa düşən komandalar qruplara bölünür. 1997-ci ildən etibarən klub reytinqləri yüksək olan ölkələrin çempionları ilə yanaşı 2-ci, 3-cü, bəzən isə 4-cü yeri tutmuş komandaları da turnirə birbaşa vəsiqə qazanır və ya pley-off mərhələsində oynamaq hüququ əldə edir. Hər komanda rəqib klub ilə 2 oyun keçirir (evdə və səfərdə). Qrupda müvəffəqiyyət qazanan komandalar öz aralarında 1/8, 1/4 və 1/2 oyunları keçirir (yenə də həm evdə, həm də səfərdə olmaqla 2 oyun). Final oyunu isə 1 dəfə olur (əvvəlcədən müəyyənləşdirilmiş meydançada). UEFA Çempionlar Liqası Azərbaycanda 2000–2009-cu illər arasında ANS-də yayımlanırdı.
Çempionlar Liqası (dəqiqləşdirmə)
Futbol