Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. == Oyunun quruluşu == Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.
Cerki
Cerki (ing. jerky) - qaxac edilmiş, nazik kəsilmiş ət parçaları. Xüsusi qaydada bişirilir. Cersinin tək və ya iştahaçıcı kimi istifadə etmək olar. == Tarixi == Cersi sözü ch'arki terminindən irəli gəlir və mənası "saralmış ət" deməkdir. əsas məqsəd əti müəyyən müddət basdırma etməkdir. Avropada cersi Napaleonun dövründə məşhurlaşmağa başladı . Cersi ABŞ və Qərbi Avropada çox məşhurdur. 1996-cı ildə NASA-nın əsas yeməklərindən biri olur. O artıq çəki yaratmır və yüksək keyfiyyətə malikdir.
Circi Zeydan
Cürci Zeydan (ərəb. جرجي زيدان‎ Jurjī Zaydān; 14 dekabr 1861[…], Beyrut – 21 iyul 1914[…], Qahirə) — ərəb yazıçısı və tarixçisi, maarifçisi və publisisti. Ərəb ədəbiyyatında tarixi roman janrının yaranıb geniş yayılması birinci növbədə onun adı ilə bağlıdır. Onun romanları hələ müəllifin sağlığında fars, türk, Azərbaycan, hind, urdu və bəzi Avropa dillərinə tərcümə olunmuşdur. Cürci Zeydanın ərəb ədəbiyyatının və elminin inkişafındakı xidmətləri, istər ərəb alimləri, istərsə də Qərbi Avropa və rus şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Ərəb alimlərindən Məhəmməd Hüseyn Heykəl, Abbas Mahmud əl-Aqqad, Mutran Xəlil Mutran, Əbdüləziz əl-Bəşəri, Yusif Həcm və başqaları Cürci Zeydana elmi məqalələr və məruzələr həsr etmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişlər. == Həyatı == Cürci Zeydan 14 dekabr 1861-ci ildə Beyrutda xristian ailəsində dünyaya gəlmişdir. Onun atası Həbib Zeydan xırda tacir idi. İlk təhsilini Beyrutda müxtəlif məktəblərdə almış, 6 ildə 3 məktəb dəyişmişdir. Ailəsinin ağır maddi vəziyyəti atasını Zeydanı çəkməçi yanına şagird verməyə məcbur edir.
Quzey Çirkin
Quzeyçirkin — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Quzeyçirkin kəndi dağətəyi ərazidədir. Kəndin adı Azərbaycan dilindəki quzey (dağın gün düşməyən tərəfi, şimal) sözündən və çirkin etnonimindən ibarətdir. Çirkin isə XIII əsrdə monqolların işğallarında iştirak etmiş türk-monqol mənşəli karait tayfasının bir qoludur. == İqtisadiyyatı == İşğal edilənədək bu kənddə əkinçilik, heyvandarlıq və tütünçülük inkişaf etmişdir. Amma tütün əkilməsinə baxmayaraq, kəndin heç bir sakini siqaret çəkməyib. Bu, dədə-babadan gəlmə bir ənənə olmuşdur. Kəndin ağsaqqalları yığışıb belə bir qadağa qoymuşdular ki, kim siqaret çəksə, gərək kəndi tərk eləsin. Baxmayaraq ki, kəndin mağazasına rayon istehsalat şöbəsindən siqaret gətirilirdi; amma həmin siqaretlər aylarla orada qalırdı.
Çiaki Minamiyama
Çiaki Minamiyama (d. 16 oktyabr 1985) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 2 qol vurub.
Çiaki Yamada
Çiaki Yamada (d. 2 avqust 1966) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 21 oyun keçirib, 3 qol vurub.
Çurki adası
Çurki adası — Xəzər dənizinin Abşeron körfəzi akvatoriyasında yerləşən kiçik ada. Dardanel adaları ilə Çilov adasının Urunus yarımadası arasında yerləşir. Şərqində Yal adası yerləşir. Düzən relyefə malikdir. Abşeron arxipelaqının tərkib hissəsinə daxildir. Okean səviyyəsindən −28 metr aşağıda yerləşir.
Çiki Beqiristayn
Çiki Beqiristayn (12 avqust 1964) — İspan əsilli mərkəz futbolçusu. Peşəkar karyerasına 1982-ci ildə Real Sosyedad FK-da başlamışdır. Daha sonra Barselona, Deportivo La-Korunya və Urava Reddo Daiyamonzu kimi klublarda oynamışdır.
Bakı Dövlət Sirki
Bakı Dövlət Sirki — Şərqdə ilk sirk-teatrı. == Tarixi == === 1900–1945 === 1900-cü illərdə Rus sirkinin ataları sayılan Nikitin qardaşları Bakıda ilk stasionar sirk-heyvanxana açdılar. 1904-cü ildə isə onlar keçmiş "Tarqovı" və "Bolşaya Morskaya" küçələrinin tinində, indiki Nəsimi bağının yerində şərqdə ilk Sirk-teatr inşa etdirdilər. Bu sirkdə mütəmadi olaraq Nikitinlərin rəhbərlik etdiyi qrup çıxış edirdi. 1906-cı ildə Sirk-teatrın binası yandı. Ancaq qardaşlar elə həmin il onun yerində daşdan yeni sirk binası inşa etdirdilər. 1916-cı ildə Yefimovlar Nikitin qardaşlarının sökülmüş sirkinin yerində, başqa bir sirk binası tikdilər. 1924-cü ilin dekabrında yanğın bu sirki də məhv etdi və çox keçmədi ki, Kudryavtsev burada öz sirkini qurdu. Bakıda sirkin fəaliyyət göstərdiyi bütün bu müddət ərzində onun səhnəsində Rusiyanın müxtəlif şəhərlərindən gələn sirk truppaları çıxış edirdilər. O dövrün məşhur sirk truppaları Tanti qardaşlarının, Lerrinin rəhbərlik etdiyi kollektivlər də 20-ci illərdə tez-tez Bakıya qastrollara gəlirdilər.
Çirkli pulların yuyulması
Çirkli pulların yuyulması — qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinin "gizli iqtisadiyyat"dan rəsmi iqtisadiyyata keçirilməsi və onlardan sonrakı mərhələdə açıq şəkildə istifadə edilməsi. Prosesin rəsmi adı "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya mülkiyyətin leqllaşdırılması"dır. Bu zaman pul vəsaitləri nağd puldan qeyri-nağd (bank) pula və əksinə qeyri-nağd puldan (bank hesabı) nağd pula çevrilə bilər. == Ümumi məlumat == Bu elə bir prosesdir ki, onun nəticəsində cinayət yolu ilə əldə edilmiş ("çirkli") vəsaitlər qanuni ("təmiz") kimi görünməyə başlanır.Pulların yuyulması əməli bir cinayətdir və bu əmələ görə Azərbaycan Respublikasında müvafiq cinayət məsuliyyəti nəzərdə tutulubdur. Cinayətkarlarda, bir qayda olaraq, yalnız iri məbləğdə vəsaitlərin yuyulmasında ehtiyac yaranır. Bununla belə, bu cür əməlin cinayət sayılmasında yuyulan vəsaitlərin həcmi və yaxud məbləği rol oynamır. Çirkli pulları qanuni kimi görünməsini təmin etmək və ya ən azından çirkli pulların mənbəyini gizlətmək məqsədilə cinayətkarlar müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Bu cür üsul və vasitələrdən maliyyə və qeyri-maliyyə, ələlxüsus da bank sektorunda istifadə olunur. Pulların yuyulmasına qarşı mübarizə bir neçə məqsədlə aparılır. Bu işdə ilkin və ən əsas məqsəd ölkədə tamah niyyəti ilə törədilən bütün cinayətlərin qarşısının alınmasıdır.
5 Çirkin Qız
5 Çirkin Qız — 2023-cü ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmidir. Layihənin prodüseri və quruluşçu rejissoru Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərsəyə gətirilib. "5 Çirkin Qız" kinosunun ssenarisi Azərbaycanda ilk dəfə olaraq ChatGPT süni intellekt tərəfindən yazılıb. == Məzmunu == Münasibət qurmaqda uğursuzluq yaşayan rəfiqələr bir gün ən uğursuz rəfiqələrinin ərə getdiyini görürlər. Bu hal onları çox narahat edir. Qarşı cinslə uğurlu münasibət qurmağın yolunu axtararkən yolları "Çirkin Qızlar Klubu"na düşür. Həmin klubda münasibət qurmağın uğurlu yollarını öyrənirlər. Tədris prosesində başlarına maraqlı hadisələr gəlir. == Filmin janrı == Film Komediya janrındadır.
"Kolumbiya" sirki (film, 2010)
"Kolumbiya Sirki", Bosniyalı rejissor Danis Tanoviçin çəkdiyi bir dram filmidir (2010). Antalya IFF-də Qızıl Portağal Mükafatı (2010) na layiq görülmüşdür. 67-ci Venesiya Film Festivalında və 2011-ci ildə Trieste Film Festivalının açılışında təqdim edilmişdir. Bosniya və Herseqovina tərəfindən rəsmi olaraq 2010-cu ildə "Ən yaxşı xarici film" nominasiyasında Oskar mükafatına namizəd göstərilmiş, lakin son beş nominasiyaya daxil ola bilməmişdir. == Süjet == Filmin qəhrəmanı, 40 yaşlıı xorvatiyalı Divko, Almaniyadan doğma yurdu Bosniyaya qayıdır və ömrünün yarısını hərbi çağırışdan yayınmaq üçün sosialist Yuqoslaviyasından gizlənir. İndi o varlanmışdır, dəbdəbəli Mercedes avtomobili, Azra adlı gənc bir məşuqəsi var. Divkonun məqsədi, qaçaq düşdükdən sonra əlaqə saxlamadığı arvadından boşanmaq, evini qaytarmaq və Azra ilə yeni bir həyat qurmaqdır. Talisman hesab etdiyi qara pişiyini də özü ilə gətirir (həmin pişiyi tapdıqdan sonra həyatı yoxuşa qalxmışdır). Şəhərin yeni meri, xorvat millətçisi və çoxdankı dostu, evinə sahib çıxmağına kömək edir, bununla da keçmiş həyat yoldaşı Lusia və oğlu Martin küçəyə atılır (daha sonra onlar köhnə bir mənzildə yerləşirlər). Bələdiyyə başçısı aktiv şəkildə əmlak bölgüsü aparır və quldurlar etiraz etmək istəyəndə keçmiş kommunist bələdiyyə başçısını döyürlər.
Çirkin Kral bağışlamaz (film, 1967)
Çirkin Kral bağışlamaz filmi rejissor və ssenarist Yılmaz Güney tərəfindən 1967-ci ildə ekranlaşdırılmışdır. Dram, cinayət, bədii janrda olan film "İrfanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Yılmaz Güney, Nəbahat Çehrə, İldırım Gəncər, Ənis Fosforoğlu, Nuran Ağsoy, Tuncər Nəcmioğlu ifa edirlər.. == Məzmun == Mustafa İşıq fabrikdə işləyir. Fabrikin müdiri fabrikdə 2 nəfəri öldürüb, günahı Mustafanın üzərinə atır. Mustafa edamla mühakirə olunur. Çarəsiz Mustafa bacısını çağırıb, onun illər əvvəl Yusif Dağçı adında bir düşməni olduğunu, hətta Mustafanı öldürmək istəyəndə silahı cibinə qoyub: "Səni ölümdən ən çox qorxduğun an öldürəcəyəm" deyir. Mustafa bacısına bu sözləri deyir və ardınca deyir ki, çağır onu məni o gəlib öldürsün. Bacısı Yusifi çağırır. Yusif silahından güllə çıxarıb ona göstərir, deyir ki, bu sənin gülləndir...
5 Çirkin Qız (film, 2023)
5 Çirkin Qız — 2023-cü ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmidir. Layihənin prodüseri və quruluşçu rejissoru Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərsəyə gətirilib. "5 Çirkin Qız" kinosunun ssenarisi Azərbaycanda ilk dəfə olaraq ChatGPT süni intellekt tərəfindən yazılıb. == Məzmunu == Münasibət qurmaqda uğursuzluq yaşayan rəfiqələr bir gün ən uğursuz rəfiqələrinin ərə getdiyini görürlər. Bu hal onları çox narahat edir. Qarşı cinslə uğurlu münasibət qurmağın yolunu axtararkən yolları "Çirkin Qızlar Klubu"na düşür. Həmin klubda münasibət qurmağın uğurlu yollarını öyrənirlər. Tədris prosesində başlarına maraqlı hadisələr gəlir. == Filmin janrı == Film Komediya janrındadır.
Acırlı
Acırlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd. Acırlı (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Birka
Björkö adasındakı Birka (orta əsr mənbələrində Birca) Viking dövründə Skandinaviya ilə Şərqi Avropa və Şərq arasında əhəmiyyətli bir ticarət mərkəzi idi. Björkö, müasir Stokholmdan 30 kilometr qərbdə, Ekerö bələdiyyəsindəki Mälaren gölündə yerləşir. Birka adasında və Adelsö yaxınlığındakı Hovgarden'in arxeoloji yerləri Viking Skandinaviyalıların ətraflı ticarət şəbəkələrini və Avropa tarixinə təsirlərini göstərən bir arxeoloji kompleks meydana gətirir. Ümumiyyətlə, İsveçin ən qədim şəhəri sayılan Birka 1993-cü ildə UNESCO tərəfindən Dünya mirası elan edilib. Birkadakı Vikinq türbəsindən gələn gümüş üzük, bu dövrün Skandinaviyada olan ərəb yazılı ilk üzüyüdür. == Tarix == Birka, ticarəti idarə etmək və genişləndirmək üçün bir padşah tərəfindən qurulmuşdu. Skandinaviyanın ən erkən şəhər yaşayış yerlərindən biridir. Birka, Ladoga (Aldeigja) və Novqorod (Holmsgard) yolu ilə Bizans İmperiyası və Abbasilər Xilafətinə gedən çay və portaj yolundakı Baltik bağlantısı idi. Birka, İsveçdə 831-ci ildə Müqəddəs Ansqar tərəfindən qurulan ilk məşhur xristian icmasının yeri kimi də əhəmiyyətlidir. Birka, həmçinin, İsveçdə 831-ci ildə Müqəddəs Ansqar tərəfindən təsis edilmiş xristian icması kimi tanınırdı.
Bitki
Bitki (lat. Plantae və ya lat. Vegetabilia) — mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlular və çiçəkli bitkiləri özündə birləşdirən çoxhüceyrəli orqanizmlərin əsas qruplarından biri. Bəzi mütəxəssislər[kimlər?] yosunları bütünlüklə, bəziləri[kimlər?] isə onların bir qismini bitkilər qrupuna aid edirlər. == Ümumi məlumat == Botanika elminin tədqiqat obyekti olan bitkilər Yer kürəsində geniş yayılmışdır. Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat dövranı başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.
Carlı
Carlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Carlı oykonimdir. Şirvan düzündədir. Zaqatala r-nunun Car kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1289 nəfər əhali yaşayır. === Tanınmışları === Aşıq Əhməd Rüstəmov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Carçı
Carçı (agah edən)
Cersi
Cersi (ing. Jersey [ˈdʒɜrzi], fr. Jersey [ʒɛʁˈzɛ], norm. Jèrri) — La Manş boğazında Normand adaları qrupunun ən böyük adası, Böyük Britaniya ərazisidir. == Haqqında == Cersi adası Fransa sahilləri yaxınlığındadır. Adanın sahəsi 116,3 kv. km-dir. Hühdürlüyü dəniz səviyyəsindən 148 metrdir. Ada kristallik suxurlardan ibarətdir. İri şəhəri və portu Sent-Helierdir.
Cinli
Cinli (Ağdam)
Çarxı
Çarxı — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. == Haqqında == Kənddə 2 məktəb, 1 xəstəxana, 4 mağaza, 2 məscid, 1 poçt şöbəsi, bələdiyyə və kənd icra nümayəndəliyi fəaliyyət göstərir. Çarxı kənd bələdiyyəsi 1999-cu ildə yaradılmışdır. Tərkibi Çarxı və Xanlıqoba kəndlərindən ibarətdir. Çarxı kəndinin əhalisi 7000 nəfərdir və bu baxımdan Xaçmazın ən böyük və əhalisi çox olan kəndi sayılaraq, əhalisi isə tamamilə azərbaycanlılardan ibarətdir.
Çipsi
Çipsi — kartofdan hazırlanan qızardılmış nazik delikates. İlk dəfə 24 avqust 1853-cü ildə bir müştərinin şikayətinə cavab olaraq zarafat kimi hazırlanıb. Müştəri qızardılan kartof hissələrinin çox qalın olduğunu bildirir. Sonra kartof zarafat məqsədi ilə çox nazik şəkildə doğranır Müştari kartof dilimlərinin çox dadlı olduğunu söyləyir illər keçir və Çipsinin Başqa Növləridə çıxır və Çipsi firma yeməyinə çevrilir.
Çiğli
Çiğli (türk. Çiğli) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimalında Menemen, şərqində Qarşıyaxa ilçələri, cənubunda və qərbində isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 139 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 200,211 nəfərdir.
Çıraq
Çıraq — işıq verən lampa; "Çıraq" — Əsrin Müqaviləsi imzalanmış 3 neft yatağından biri. Çıraq (Kəlbəcər) — Kəlbəcər rayonunda kənd. Çıraq — Dəvəçi rayonunda kənd. Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.
Çığlı
Çığlı (Miyanə)
Çərik
Xüsusi təlim görmüş oxçu qvardiyasıdır. Sözün türk dillərində müxtəlif variantları mövcuddur. Bu söz “ordu”, “yürüş” “bahadırın yoldaşları”, “igid” anlamında işlənir. Xanın xüsusi qvardiyasına da çerik deyilmişdir. Osmanlılar yeni üsul ilə hazırladıqları korpusu “yeniçəri” adlandırmışlar. Azərbaycan dövlətçiliyinin ordu terminologiyasında bu söz “könüllü əsgər” korpusunu ifadə etmişdir. Mirzə Yusif Qarabağinin “Tarixi-Safi” əsərində Rus-İran müharibəsi zamanı qızılbaş ordusunun könüllü əsgərləri çəri, xüsusi piyada şah qvardiyası isə canbaz adlanır. Ruspərəst erməni tarixçisi, 1804-cü il İrəvan ətrafındakı döyüşü təsvir edərkən qeyri-ixtiyari bu sözləri yazır: “Qızılbaşlar atlarını çaparaq, döyüş meydanına, rus əsgərlərinin içərisinə girdilər. Rusların bir çoxunun başlarını qılıncla vurub, yenə meydandan salamat çıxırdılar.” == Mənbə == Ə.Əsgər, M. Qıpçaq. Türk savaş sənəti, B., 1997.
Cinşi
Cinşi (çin. 進士; pinyin: jìnshì) ― Çin imperiyasında imperiya imtahanında ən yüksək və son dərəcə idi. İmtahan adətən imperiyanın paytaxtında sarayda aparılırdı və buna Paytaxt İmtahanı da deyirdilər. Cinşi dərəcəsi ilk dəfə dövlət qulluğu imtahanının institutlaşdırılmasından sonra yaradılmışdır. Əvvəlcə altı kateqoriya üçün idi, lakin sonradan vahid dərəcəyə birləşdirildi. Bu sistem ilk dəfə Han sülaləsi dövründə yaradıldı. Tan sülaləsi boyunca hər il imtahan verənlərin təxminən 1-2%-i cinşi titulu qazanırdı. == Növləri == Cinshi cidi (進士及第, hərf. "seçilmiş cinşi"), saray imtahanındakı birinci dərəcəli məzunlar, adətən yalnız ilk üç şəxs bu ada layiq görülürdü. Çuanqyuan (狀元, hərf.