Qırpmaq sözü “kəsmək” deməkdir. Biçindən sonra yerdə qalan hissə “qırpı” adlanıb. Çırpı da bununla qohum ola bilməzmi? Qırpıq (kəsik), qıt (kəsilmiş) sözləri də qırp feili ilə kökdaş olub. Çırpmaq feili ilə qohumdur. Çırpma (zərbə) zamanı qopub tökülən xırda çubuq qırıntılarına deyilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)