Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
CMOS
CMOS (ing. Complementary metal–oxide–semiconductor—metal oksid yarımkeçirici) CMOS ana plata üzərində yerləşir . Bu elektron sxemin funksiyası kompüterin konfiqrasiyasını , vaxtı və tarixi yadda saxlamaqdır . CMOS özündə(xüsusi batareyada ) elektrik enerjisi saxlayaraq kompüter sönülü olanda da fəaliyyətdə olur . Bunun nəticəsində uzun müddət kompüterdən istifadə etməsək belə , tarix , saat və ümumi konfiqrasiyayadda saxlanılır . CMOS daimi yaddaşdır , yəni enerji olmadıqda belə , orada saxlanılan informasiya itmir . Lakin kompüter sönülü olan zaman vaxtın hesablanması , kalendarın nizamlanması kimi əməliyyatlar üçün enerjiyə ehtiyac duyulur ki , CMOS-un batareyası da bunun üçün nəzərdə tutulub.
CMYK
CMYK – poliqrafiyada rəngli çap üçün istifadə olunan subtraktiv rəng modelidir. Çap olunan bütün rəng çalarları dörd əsas rəngin üst-üstə çap olunması nəticəsində alınır. Bu əsas rənglər mavi, çəhrayı, sarı və qaradır. Mətbəə işçiləri bu rənglərə çox vaxt sadəcə göy, qırmızı, sarı və qara deyir. == CMYK abbreviaturasının mənası == CMYK abbreviaturası ingiliscə 3 rəng adının (Cyan, Magenta, Yellow) baş hərflərindən və K (Key color) hərfindən ibarətdir. K hərfinin mənşəyi barəsində bir neçə fikir var. Bir versiyaya görə qaranı (Black) B hərfi ilə ona görə işarələmədilər ki göy rənglə (Blue) səhv düşməsin. Digər versiyaya əsasən, ən sonda çap olunan qara rəng üçün nəzərdə tutulmuş çap forması ingilisdilli ölkələrdə key plate termini ilə adlandırılır. Başqa bir versiya isə K hərfinin almanmənşəli olduğunu bildirir. K – Kontur.
Smok-Krik
Smok-Krik (ing. Smoke Creek Desert) — ABŞ-nin şimal-qərbində Nevadadan 97 km şimalda qərarlaşır. Piramid gölünün şimalında yerləşir. Yaxınlığından kontinental dəmir yolu keçir.
Uilyam Ciok
Vilyam Ciok (12 may 1895[…] – 28 mart 1982[…], Berkli, Kaliforniya) — kimya üzrə Nobel mükafatçısı. Amerika fiziki kimyaçısı Vilyam Frensis Ciok 1895-ci ilin mayın 12-də anadan olmuşdur (Kanadanın Niaqara-Fols şəhərində). 1920-ci ildə Berklidə Kaliforniya universitetini qurtarmışdır. 1920–1977-ci illərdə həmin universitetdə işləmiş, 1934-cü ildən professor vəzifəsində çalışmışdır. Əsas elmi işləri maddələrin, xüsusi halda olduqca aşağı temperaturlarda kondensləşmiş qazların termodinamiki xassələrinin tədqiqinə həsr olunmuşdur. 1920-ci ildə termodinamikanın üçüncü başlanğıcını təcrübi yoxlanmaq üçün tədqiqatlar aparmışdır. Öz əməkdaşı D. Mak-Duqall ilə birlikdə 1927-ci ildə 1K-dən aşağı temperatur almaq üçün adiabatik maqnitsizləşmə üsulunu və olduqca aşağı temperaturları ölçmə üsulunu yaradır. 1933-cü ildə 0,5K temperatur ala bilir. Eksperimental tədqiqatları elə temperatur intervallarında aparmışdır ki, həmin temperatur intervallarında atomların istilik hərəkətləri praktiki olaraq yoxdur. Bu da ona imkan vermişdir ki, atomların öz vəziyyətlərindəki keçidlərdə energetik dəyişmələri müəyyən edə bilsin.
Vilyam Ciok
Vilyam Ciok (12 may 1895[…] – 28 mart 1982[…], Berkli, Kaliforniya) — kimya üzrə Nobel mükafatçısı. Amerika fiziki kimyaçısı Vilyam Frensis Ciok 1895-ci ilin mayın 12-də anadan olmuşdur (Kanadanın Niaqara-Fols şəhərində). 1920-ci ildə Berklidə Kaliforniya universitetini qurtarmışdır. 1920–1977-ci illərdə həmin universitetdə işləmiş, 1934-cü ildən professor vəzifəsində çalışmışdır. Əsas elmi işləri maddələrin, xüsusi halda olduqca aşağı temperaturlarda kondensləşmiş qazların termodinamiki xassələrinin tədqiqinə həsr olunmuşdur. 1920-ci ildə termodinamikanın üçüncü başlanğıcını təcrübi yoxlanmaq üçün tədqiqatlar aparmışdır. Öz əməkdaşı D. Mak-Duqall ilə birlikdə 1927-ci ildə 1K-dən aşağı temperatur almaq üçün adiabatik maqnitsizləşmə üsulunu və olduqca aşağı temperaturları ölçmə üsulunu yaradır. 1933-cü ildə 0,5K temperatur ala bilir. Eksperimental tədqiqatları elə temperatur intervallarında aparmışdır ki, həmin temperatur intervallarında atomların istilik hərəkətləri praktiki olaraq yoxdur. Bu da ona imkan vermişdir ki, atomların öz vəziyyətlərindəki keçidlərdə energetik dəyişmələri müəyyən edə bilsin.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Çok güzel hareketler 2
Çox gözəl hərəkətlər 2 — (türk. Çok Güzel Haraketler 2) BKM Mutfak imzalı, Kanal D televiziya kanalında yayımlanan əyləncə televerilişidir. 2008–2011-ci illərdə yayımlanan çox gözəl hərəkətlər bunlar adlı televerilişin davamıdır. İlk seriyası 10 fevral 2019-cu ildə yayımlanmışdır.
AMOKO
Amoco — Dünyanın ən böyük neft və qaz istehsalçılarından biri. 1889-cu ildə yaradılmışdır. Müxtəlif ölkələrdə 42.000 işçisi var. "AMOKO" Şimali Amerikada ən böyük təbii qaz istehsalçısıdır. Şirkət energetika, neft və qaz emalı, kimya və neft-kimya sahələrində də fəaliyyət göstərir.
Amol
Amül, Amul və ya Amol — İran İslam Respublikasının Mazandaran ostanının şəhərlərindən və Amül şəhristanının mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 197,470 nəfər və 55,183 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və Mazandaran dilində danışırlar.
Amon
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Amoç
Amoç (erm. Ամոջ) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı həmçinin Amvoç və Amaca kimi də qeyd edilir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Odzun kəndi ilə birlikdə "Odzun bələdiyyəsi"ni (erm. Օձուն համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 157 nəfərdir.
Amöb
Amoeba , Amoebae ailəsinə aid birhüceyrəli amöboidlər cinsidir . Cinsin tip növü sinif otaqlarında və laboratoriyalarda geniş şəkildə öyrənilən ümumi şirin su orqanizmi Amoeba proteusdur . == Tarix və təsnifat == Amoebaya bənzəyən orqanizmin ilk qeydi 1755-ci ildə kəşfini Yunan mifologiyasının formasını dəyişdirən dəniz tanrısı Proteusun şərəfinə " der kleine Proteus " ("kiçik Proteus") adlandıran Avqust İohan Rösel von Rosenhof tərəfindən hazırlanmışdır. Röselin illüstrasiyaları hazırda Amoeba proteus kimi tanınan canlıya bənzər bir canlını göstərsə də, onun "kiçik Proteus"unu heç bir müasir növlə eyniləşdirmək mümkün deyil . "Proteus animalcule " termini 18-ci və 19-cu əsrlər boyu hər hansı böyük, sərbəst yaşayan amoeboid üçün qeyri-rəsmi ad kimi istifadədə qaldı. 1758-ci ildə, görünür, Röselin "Proteus"unu özü üçün görmədən, Karl Linney orqanizmi Volvox adı altında öz təsnifat sisteminə daxil etdi . Bununla belə, Volvox adı artıq bayraqlı yosunlar cinsinə aid edildi . 1786-cı ildə Danimarka təbiətşünası Otto Müller Proteus diffluens adlandırdığı bir növü təsvir etdi və təsvir etdi , ehtimal ki, bu gün Amoeba proteus kimi tanınan orqanizm idi . "Dəyişiklik" mənasını verən yunan amoibè ( ἀμοιβή) dən olan Amiba cinsi 1822-ci ildə Bori de Saint-Vinsent tərəfindən qurulmuşdur . 1830-cu ildə alman təbiətşünası CG Ehrenberg mikroskopik canlıların öz təsnifatında bu cinsi qəbul etdi, lakin o öz təsnifatında " Amöba " olaraq qeyd etdi.
Blok
Blok (mexanika) — oxa nəzərən fırlana bilən çarx.
CMNF
Clothed male, naked (or nude) female, bir və ya birdən çox çılpaq qadın ilə bir və ya birdən çox geyinmiş kişi mövzusunu ələ alan erotika növüdür.
CTOL
CTOL (ing. Conventional Take-Off and Landing), Ənənəvi enmə-qalxma sözlərinin qısaldılmış formasıdır. Sərnişin təyyarəsi kimi normal hava texnikaları enmə-qalxma meydanından istifadə edərək enmə-qalxma həyata keçirirlər. Ənənəvi enmə-qalxma sisteminə alternativ olan bir sistem də, Şaquli şəkildə enmə-qalxma hesab olunur. Dəniz təyyarələri enmə-qalxma meydanının əvəzinə sudan istifadə edirlər.
Cask
Cask — İranın Hörmüzgan ostanının şəhərlərindən və Cask şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,133 nəfər və 2,406 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Chmod
chmod — Unix əmri olub, istifadəçinin fayl üzərində haqqlarını müəyyən edir. == İstifadəsi == Ümumiyyətlə faylın 3 istifadə haqqı olar. Faylı oxumaq, faylı yazmaq (faylda dəyişiklik etmək), faylı çağırmaq (run). chmod əmrindən iki yolla istifadə etməklə, faylın istifadə haqlarını dəyişmək olar. 1) Hərflərlə chmod aşağıdakı operatorlardan istifadə etməklə faylın icaəsini (mode-nu) müəyyən edir. Fayldan istifadə hüquqlarını müəyyən edən variantlar (modelar) aşağıdakı kimidir.
Cökə
Cökə (lat. Tilia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Şimal yarımkürəsinin bütün ilıq bölgələrinin gilli, sərin və nəmli torpaqlarında yetişir. Sürətlə böyüyən və 20-25 metrəyə kimi uzanan cökə ağaclarının gövdələrinin diametri 1.5 m belə ola bilər. Əvvəlcə düz olan gövdə qabığı, ağac yaşlandıqca çatlayır. Üstü tünd yaşıl yarpaqları uzun saplı, ürək formasında və kənarları da düzdür. Yarpağın boz və ya gümüş rəngindəki alt tərəfində qılcıqlar var. İyun-avqust ayları arasında açan sarımtıl rəngli xüsusi xoş ətirli çiçəklərinin 3-5-i bir yerdə, yarpaqların orta damarına bağlı və sarılı vəziyyətdə olur. Ağacın tək toxumlu meyvəsi minik, yuvarlaq və qurudur. Cökə ağacı toxumu, gövdə çəlikləri ilə və ya boy atan köklərinin ayrılıb əkilməsi ilə çoxaldılır.
Çoku
Çoko (猪口) və ya bəzən çoku – sake fincanı növü. Sadə dizayna və kiçik ölçüyə malikdir. Keçmişdə çoko sake içmək üçün yox, sirkə və sousları saxlamaq üçün istifadə olunan adi qab növü idi. Edo dövründə sake içmək üçün istifadə olunmağa başlamışdır. Belə ki, bu dövrdə sakedəki spirtin faizi artdığı üçün çoko gibi kiçikölçülü fincandan sake içmək daha uyğun idi. Adətən çokunun içərisində iki göy halqa təsviri olur. Bu halqalar kikiçoko adlanır və sakeni dadarkən istifadə olunur. Halqaların rəngi standart olduğu üçün sakeni içən şəxs halqalara baxaraq sakenin saflığı və keyfiyyəti haqqında məlumat deyə bilər. Çokonun həcmi 20–90 millilitr olur. Adətən sake butulkası olan tokkuri ilə birlikdə istifadə olunur.
Edin Ceko
Edin Ceko (17 mart 1986[…], Sarayevo) — İtaliyanın İnter klubunun formasını geyən Bosniyalı futbolçu. Futbol karyerasına öz ölkəsində Jelezniçar klubunda başlamışdır. Jelezniçar forması ilə 40 oyuna 5 qol atmış və Çexiyanın Teplitse klubuna transfer olmuşdur. Bu komandada 43 oyuna 17 qol vurmuşdur. Uzun boyu və texnikası ilə diqqət çəkən Ceko 2007-ci ildə ilk dəfə əsas milliyə çağırılmış və mövsümün sonunda Almaniyanın Volfsburq klubuna transfer olunmuşdur. İlk mövsümündə 28 oyuna 18 qol qeyd etmişdir. Əsil çıxışını 2008-09 mövsümündə göstərmiş və 32 oyunda 15 qol ötürməsi ilə birlikdə 26 dəfə rəqib qapılara yol taparaq 28 qol vuran və həmin mövsüm bombardir olmuş komanda yoldaşı Qrafite ilə birlikdə Volfsbuqun çempion olmasında böyük rol oynamışdır. Həmin mövsümdə UEFA Kuboku və Almaniya kubokunun 8 oyununda 12 qol vuran Ceko mövsümü 38 qolla bitirmişdir. Almaniyanın Ştutqart klubunda oynayan Vedad İbişeviç ilə birlikdə Bosniya millisinin əsas qol silahlarından biridir. 7 yanvar 2011-ci ildə İngiltərənin Mançester Siti klubuna transfer olunmuşdur.
Enliyarpaq cökə
Enliyarpaq cökə (lat. Tilia platyphyllos) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. == Təbii yayılması == Ukraynanın qərb hissəsinin meşələrində, Moldovada, Qafqazda, Qərbi, Mərkəzi, Cənubi Avropada, İtaliyada, Yuqosloviyada, Bolqariyada, Yunanistanda, Rumıniyada bitir. == Botaniki təsviri == Hündürlüyü 40 m-dək, sıx, enli piramidal çətirli, qırmızımtıl qonur tükücüklü, bəzən çılpaq ağacdır. Yarpaqları 14 sm-dək uzunluqda, yumurtavari, üstü tünd yaşıl, alt tərəfi açıq, çılpaq, damarcıqların künclərində açıq tükcüklüdür, 2-6 sm uzunluğu olan saplaqlarda yerləşir. Xırdayarpaq cökəyə nisbətən yarpaqları iki həftə gec açılır Tumurcuqları qırmızımtıl-qonur, çılpaqdır. Çiçəkləri 2-5 ədəd sarımtıl çiçək qrupunda toplanır və iyun ayının əvvəlində çiçəkləyir. Meyvəsi təxminən şarşəkilli, 5 çıxıntılı, qalın qabıqlı, keçəli tükcüklü qozadır. == Ekologiyası == İstiyə, quraqlığa, rütübətə davamlı olub, torpaga tələbkardır. İşıqlı ərazilərdə yaxşı bitir.
Gümüşü cökə
Tüklü cökə (lat. Tilia tomentosa) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Jim Crow
Jim Crow, ingilis komediya ustası Thomas Ricein 1828-ci ildə yaratdığı bir obrazdır. Raysın oynadığı xarakter, hər cür alçaldıcılığa məruz qalan zəif intellekli, primitiv, ibtidai bir zənci xarakteridir. Rays, obrazı canlandırarkən üzünü kömürlə qara rəngə boyayırdı. Jim Crow, Ağların Qara insanları alçaltmaq üçün istifadə etdikləri adlardan biri idi.
Karoline Çimot
Karolina Şimot (22 aprel 1978) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Karolina Şimot Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Kiçikyarpaq cökə
Lyubov Blok
Lyubov Blok, Mendeleyeva (29 dekabr 1881, Sankt-Peterburq – 27 sentyabr 1939, Leninqrad) — aktrisa, balet tarixçisi, memuarist, "Blok və özü haqqında hekayə və nağıllar" və "Klassik rəqs: tarix və müasirlik" kitablarının müəllifi. Kimyaçı Dmitri Mendeleyevin qızı, şair Aleksandr Blokun həyat yoldaşı. == İstinadlar == == Əsərlər == Блок Л. Д. И были, и небылицы о Блоке и о себе. Бремен: Кафка-Пресс. 1979. Блок Л. Д. Классический танец: История и современность (25000 nüs.). М.: Искусство. Вступит. слово Гаевский, Вадим Моисеевич; рецензент: Пётр Гусев; ред. коллегия: В. М. Красовская,Суриц, Елизавета Яковлевна.
Mart.Crov.
Raul Nereo Martinez Krovetto (isp. Raúl Nereo Martínez Crovetto; 1921, Buenos-Ayres – 1988) — Argentina botaniki. == Elmi fəaliyyəti == Raul Nereo Martinez Krovetto toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Raúl Martínez Crovetto. 1996. Zoonimia y etnozoología de los Pilagá, Toba, Mocoví, Mataco y Vilela. Ed. J. Pedro Viegas Barros. BAires: Instituto de Lingüística, Facultad de Filosofía y Letras de la UBA Raúl Martínez Crovetto. 1981.