1. Maye bir şeyi udmaq. Su içmək. Dərman içmək. Şərbət içmək.
– Yarım saata kimi ağalar və xanımlar çay içməyə və söhbətə məşğul oldular.
Stol üstündəki qrafindən stəkana su töküb içdim.
// Məc. mənada.
Yar ki yara həsrət ilə qovuşdu; Dodaq busə içər, dil ləzzət çəkər.
Eşqin çeşməsindən bir damcı içdim; Axdı sellər qədər gözümün yaşı.
2. Eyni mənada spirtli içkilər haqqında: sərxoşluq etmək, əyyaşlıq etmək.
Eylədik tövbə, əgər göz görə pünhan içdik.
Bu sözdən Qaraca qız əsla şad olmadı, çünki bilirdi ki, [Yusif] oraya içməyə gedir.
İçmək Cümşüd bəyi xarab etdi, o qədər içirdi ki, bir saat da sərxoşluqdan ayıq olmurdu.
□ Sağlığa (sağlığına) içmək – birinin şərəfinə badə qaldırmaq.
[Əsgər:] Sağ ol, Məşədi İbad! Sağlığına içirəm.
3. Sulanmaq, su verilmək. Ağaclar su içdi. Torpaq su içdi.
– [İsgəndərzadə:] Sən də get, arxayın ol, sabah bağın su içər.