Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cüdo
Cüdo (Cü - yumşaq, Do – yol) və ya dzü-do — yapon döyüş sənətidir. Ciqaro Kano Ciu-citsu döyüş növünün əsasında cüdonun əsas qaydalarını, məşq prinsiplərini, mübarizə üsullarını yaratmışdır. Cüdonun yarandığı tarix 1882-ci il hesab olunur. == Yaranması == Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Bu idman növünün təməlini Ciqaro Kano qoyub. C.Kano Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. O vaxt yaponların milli idman növü sayılan əlbəyaxa-silahsız döyüş növü olan ciu-citsu təkcə Yaponiyada deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdır. Lakin bu idman növü ilə məşğələlər, yarışlar saysız-hesabsız zədələrlə nəticələnirdi. Buna görə də ciu-citsu gənclərin fiziki tərbiyəsinə yönəldilmiş idman növü ola bilməzdi. Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqaro Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündürdüyündən o belə qənaətə gəlmişdir ki, gənclərə yeni, zərbələrsiz və fəndləri zədələnmələrə səbəb olmayan maraqlı bir idman növü gərəkdir.
Udo Yürqens
Udo Yürgens
Udo Yürgen Bokelmann (alm. Udo Jürgen Bockelmann‎; 30 sentyabr 1934[…], Klaqenfurt, Avstriya – 21 dekabr 2014[…], Münsterlingen[d], Turgau[d], İsveçrə) — və ya sadəcə Udo Yürgens kimi tanınan yarı avstriyalı və yarı isveçrəli müğənni və bəstəkar. İfa etdiyi "Merci, Chérie" mahnısı ilə Avstriyanı 1966 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və qələbə qazanmışdır. Yürgens 50 illik musiqi karyerası boyunca 1000-ə yaxın mahnı bəstələmişdir. == Həyatı == Udo Yürgen Bokelmann 30 sentyabr 1934-cü ildə Avstriyanın Klaqеnfurt şəhərində anadan olmuşdur. Yürgensin qardaşı Manfred Bokelmann rəssam, oğlu Con Yürgens müğənni, aktyor və DJ, qızı Cenni Yürgens isə aktrisadır. Udo Yürgens 21 dekabr 2014-cü ildə 80 yaşında kəskin ürək çatışmazlığından dünyasını dəyişmişdir. == Musiqi karyerası == 1950-ci ildə Udo Yürgens Avstriyanın ORF telekanalı tərəfindən təşkil olunan ən yaxşı bəstəkarlar müsabiqəsində "Je t'aime" mahnısı ilə qalib gəlmişdir. Yürgens eyni zamanda 1961-ci ildə hitə çevrilən və Şirli Bessi tərəfindən ifa olunan "Reach for the Stars" mahnısının bəstəkarı olmuşdur. Udo Yürgens "Warum nur, warum?" adlı mahnı ilə Avstriyanı Kopenhagendə keçirilən 1964 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və 16 təmsilçi arasında 6-cı yerdə qərarlaşmışdır.
Azərbaycanda cüdo
1972-ci ildə SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun SSRİ ərazisində yayılması haqqında qərar vermişdir. Qərarın icrası kimi elə həmin il, yəni 1972-ci ildə Respublikamızda Cüdo Federasiyası yaradılır. Bu illər ərzində federasiyaya Arif Ələkbərov rəhbərlik edib. 1980-ci ildən Federasiya rəhbərliyində dəyişikliklər baş verib. Yeni sədr – Rəhim İsmayılov −16 il ərzində qurumun rəhbəri olub. 1996-cı ildən Füzuli Ələkbərov Azərbaycan Cüdo Federasiyasının prezidentidir. 22 noyabr 1972-ci ildə respublikamızda ilk dəfə olaraq cüdo üzrə yarışlar keçirilib. İlk klublar "Dinamo", "Burevestnik", "Lokomotiv", "Vodnik" cəmiyyətlərində və Sumqayıt, Gəncə şəhərlərində fəaliyyət göstərməyə başlayır. 1972-ci ilin dekabrında Azərbaycan cüdo məktəbinin ilk məşqçiləri olan İsmayıl Əhmədov, Sabir Hüseynov, Ağarza Əhmədov və Viktor Kuznetsov Tallində təşkil olunmuş məşqçilərin ilk ümumittifaq seminarında iştirak edirlər. Daha sonra ümumittifaq hakimlər seminarlarında Əhməddin Rəcəbli və Viktor Kuznetsov, 1973-cü ildə isə Ukraynanın Fiadosiya şəhərində keçirilmiş məşqçilərin ikinci ümumittifaq seminarına Zair Məmmədov, Tərlan Həsənov və Rauf Şəfiyev də iştirak ediblər.
Çudo Peçka
"Çudo Peçka" — Bakıda mağazalar şəbəkəsi. == Tarixi == Çingiz Cəlilov tərəfindən yaradılmış "Çudo Peçka" ilk dəfə 6 iyun 2001-ci ildə Bakıda, Azərbaycan prospektində açılan mağaza ilə fəaliyyətə başlamışdır. Sonrakı illərdə sayı artaraq, şəhərin mərkəzində və qəsəbələrində 14 mağaza-kafesi olub. 2018-ci ilin yanvar ayında sonuncu filialı bağlanıb. Şirkətin hazırkı qanuni təmsilçisi Fuad Məmmədov, nizamnamə kapitalı isə 10 manatdır. 2024-cü ilin mayına olan məlumata görə "Çudo Peçka"nın 150 milyon manatdan çox borcu var. == Mükafatları == 2003 – ABŞ-nin Nyu-York şəhərində keçirilən "Quality Summit"də "Çudo Peçka"ya "Yüksək Keyfiyyət və Biznes Prestiji" sahəsində Qızıl Mükafat verilib. 2004 – Fransanın paytaxı Parisdə "World Quality Commitment"in "Beynəlxalq Planlama üzrə Keyfiyyət Ulduzu" təqdim olunub. 2004 – Avstryanın paytaxtı Vyanada "XXI əsr Prestij və Keyfiyyət üzrə "Actualidad" mükafatı"nı alıb. 2005 – Almaniyanın Frankfurt şəhərində "Keyfiyyət və Texnologiya üzrə Brilliant Kateqoriya"sında "Arch of Europe" mükafatı verilib.
Tüdo
Tuado — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 457 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki tıı (tut) və do (ağac) sözlərindən ibarət olub (-a mənsub, bildirir), “tut ağacı” mənasındadır. Görünür, kəndin salındığı ərazidə və ya yaxınlığında çoxlu tut ağacı olduğu üçün belə adlanmışdır. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Akiko Sudo
Akiko Sudo (d. 7 aprel 1984) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 3 qol vurub.
Masato Kudo
Masato Kudo (6 may 1990, Suqinami, Tokio, Yaponiya – 21 oktyabr 2022, Miyazaki[d], Miyazaki, Yaponiya) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 2 qol vurub.
Şiqemitsu Sudo
Şiqemitsu Sudo (d. 2 aprel 1956) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 13 oyun keçirib.
Kudo Heysuke
Kudo Heysuke (工藤 平助, 1734 – 24 yanvar 1800) – Yaponiya həkimi və politoloqu. Doğum adı Kyukey olmuş, Qenrin təxəllüsündən istifadə etmişdir. == Həyatı == 1734-cü ildə Kii hanının daymyosuna qulluq edən və Naqay klanına mənsub olan bir həkimin oğlu kimi doğulmuşdur. Senday hanının həkimi olan Kudo Coan tərəfindən övladlığa götürülmüşdür. Edo şəhərindəki stansiyasından Senday hanının həkimi kimi fəaliyyət göstərmişdir. Edoda Yaponiya və Çin klassiklərinin əsərlərini oxumuş, Naqasakidə Qərb elmlərini öyrənərək Avropa mədəniyyəti haqqında məlumatlanmışdır. Nankaku Hattori və Aoki Konyonun şagirdi olmuş, Katsuraqava Hoşu, Nakaqava Cunan və Maeno Ryotaku kimi şəxslərlə dostluq etmişdir. 1755-ci ildə Kudo klanının başçısı olmuşdur. == Xarici əlaqələr == Heysuke 1770-ci illərdə Naqasaki məmurları üçün yazdığı memorialda ticarət qaçaqmalçılığını azaltmaq və ticarəti optimallaşdırmaq üsulları haqqında yazmış, xarici ticarətin vacib olduğunu müdafiə etmişdir. 1773-cü ildə yazdığı traktatda Matsumae klanının Ezonun şərqində ruslarla gizli ticarət əlaqələrindən yararlandığını bildirmişdir.
Kudo Kyukey
Kudo Heysuke (工藤 平助, 1734 – 24 yanvar 1800) – Yaponiya həkimi və politoloqu. Doğum adı Kyukey olmuş, Qenrin təxəllüsündən istifadə etmişdir. == Həyatı == 1734-cü ildə Kii hanının daymyosuna qulluq edən və Naqay klanına mənsub olan bir həkimin oğlu kimi doğulmuşdur. Senday hanının həkimi olan Kudo Coan tərəfindən övladlığa götürülmüşdür. Edo şəhərindəki stansiyasından Senday hanının həkimi kimi fəaliyyət göstərmişdir. Edoda Yaponiya və Çin klassiklərinin əsərlərini oxumuş, Naqasakidə Qərb elmlərini öyrənərək Avropa mədəniyyəti haqqında məlumatlanmışdır. Nankaku Hattori və Aoki Konyonun şagirdi olmuş, Katsuraqava Hoşu, Nakaqava Cunan və Maeno Ryotaku kimi şəxslərlə dostluq etmişdir. 1755-ci ildə Kudo klanının başçısı olmuşdur. == Xarici əlaqələr == Heysuke 1770-ci illərdə Naqasaki məmurları üçün yazdığı memorialda ticarət qaçaqmalçılığını azaltmaq və ticarəti optimallaşdırmaq üsulları haqqında yazmış, xarici ticarətin vacib olduğunu müdafiə etmişdir. 1773-cü ildə yazdığı traktatda Matsumae klanının Ezonun şərqində ruslarla gizli ticarət əlaqələrindən yararlandığını bildirmişdir.
Azərbaycan Cüdo Federasiyası
Azərbaycan Cüdo Federasiyası — 1972-ci ildə yaradılmış idman federasiyası. == Haqqında == 1972-ci ildə SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun SSRİ ərazisində yayılması haqqında qərar vermişdir. Qərarın icrası kimi elə həmin il, yəni 1972-ci ildə Respublikamızda Cüdo Federasiyası yaradılır. Bu illər ərzində federasiyaya Arif Ələkbərov rəhbərlik edib. 1980-ci ildən Federasiya rəhbərliyində dəyişikliklər baş verib. Yeni sədr — Rəhim İsmayılov −16 il ərzində qurumun rəhbəri olub. 1996-cı ildə Füzuli Ələkbərov Azərbaycan Cüdo Federasiyasının prezidenti təyin edildi. 2015-ci ildən 2021-ci ilə qədər federasiyanın baş katibi Elmar Babanlı olmuşdur. Həmin dövrdə federasiyanın prezidenti vəzifəsində Rövnəq Abdullayev təyin edilmişdi. 2021-ci ildə Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsi tərəfindən Rəşad Rəsullu qurumun baş katibi təyin edilib.
Cüdo Olimpiya oyunlarında
Yay Olimpiya oyunlarında cüdo — Cüdo ilk dəfə 1964-cü ildə keçirilən Olimpiya oyunlarında oynandı. 1968-ci ildə Mexikoda keçirilən Olimpiadada isə oynanmadı. 1972-ci ildə Münihdə keçirilən Olimpiya oyunlarından etibarən Olimpiya oyunu kimi bütün olimpiadalarda oynanılır. Qadınlar da isə 1988-ci ildə nümayiş kimi oynansa da,1992-ci ildən medal oyunu kimi oynanılır.
Fudo şəlaləsi
Fudo şəlaləsi (不動の滝, Fudō no taki) – Yaponiyanın İvate prefekturasının Haçimantay şəhərində yerləşən şəlalə. Api çayının qolu üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir.
Vale Tudo
Vale Tudo — 1920-ci ildə Braziliyada yaranıb. === Tarixi === Mənası Portuqaliya dilində -"vali tudu",İngilis dilindən tərcümədə-"hər şey gedir" deməkdir.Müasir qarışıq hərbi döyüş sənəti kimi populyar olmuş Vale Tudo tək mübarizlik,silahsız özünü müadfiə məqsədilə yaradılmışdır.XXI-əsrdə dünyada keçirilən Qaydasız Döyüş yarışlarında(UFC,MMA,Pro FC) Vale Tudonun texnikalarında çox istifadə edilir.1990-cı ildən başlanılaraq Vale Tudo üzrə dünya çempionatıda keçirilir.
Cüdo Yay Olimpiya Oyunlarında
Yay Olimpiya oyunlarında cüdo — Cüdo ilk dəfə 1964-cü ildə keçirilən Olimpiya oyunlarında oynandı. 1968-ci ildə Mexikoda keçirilən Olimpiadada isə oynanmadı. 1972-ci ildə Münihdə keçirilən Olimpiya oyunlarından etibarən Olimpiya oyunu kimi bütün olimpiadalarda oynanılır. Qadınlar da isə 1988-ci ildə nümayiş kimi oynansa da,1992-ci ildən medal oyunu kimi oynanılır.
Yay Olimpiya oyunlarında cüdo
Yay Olimpiya oyunlarında cüdo — Cüdo ilk dəfə 1964-cü ildə keçirilən Olimpiya oyunlarında oynandı. 1968-ci ildə Mexikoda keçirilən Olimpiadada isə oynanmadı. 1972-ci ildə Münihdə keçirilən Olimpiya oyunlarından etibarən Olimpiya oyunu kimi bütün olimpiadalarda oynanılır. Qadınlar da isə 1988-ci ildə nümayiş kimi oynansa da,1992-ci ildən medal oyunu kimi oynanılır.
Budo-Qlimt FK
Budö-Qlimt Futbol Klubu (norv. Fotballklubben Bodø/Glimt), qısaca Budö-Qlimt (norv. Bodø/Glimt), Budö və ya keçmiş adı ilə Qlimt — Norveçin Nurlann qraflığındakı Budö şəhərini təmsil edən peşəkar futbol klubu. Hazırda Norveç futbolunun ən yüksək təbəqəsi olan Elitseriyada çıxış edən klub 1916-cı ildə yaradılıb. "Budö-Qlimt" Elitseriyanın 2020, 2021 və 2023 mövsümlərini qazanaraq Norveç futbolunun üçqat çempionu olub. Onlar həmçinin doqquz dəfə hazırda ləğv olunmuş Şimali Norveç Kubokunu və iki dəfə Norveç Kubokunu qazanıblar. Klub həm də 1975-ci ildə Norveç Kubokunu qazanaraq ölkənin şimalından milli titulu qazanmış ilk komanda, o cümlədən regiondan milli liqanın qalibi olmuş ilk komanda olub. Klub sarı formaları və tərəfdarların matçlara gətirdikləri, 1970-ci ildən bəri tərəfdarlarının simvolu olan nəhəng sarı diş fırçaları ilə tanınır. "Budö-Qlimt" 2018-ci il mövsümü ərəfəsində yüksək liqaya yüksəldikdən sonra tarixinin ən böyük uğurunu yaşadı, ardıcıl olaraq iki dəfə liqa qalibi oldu, ardınca UEFA Konfrans Liqasının 1/4 finalına və Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməyi bacardı, amma növbəti mövsümdə Avropa Liqasına düşdü.
2016 Yay Olimpiya Oyunlarında cüdo
Rio-de-Janeyroda keçirilən 2016 Yay Olimpiya Oyunlarında cüdo avqustun 6-dan 12-dək Barra da Ticukadakı Barra Olimpiya Parkının daxilindəki Carioka Arena 2 -də baş tutdu. Təxminən 386 cüdoçu 14 növdə (hər birində həm kişilər, həm də qadınlar üçün yeddi nəfər) mübarizə aparıb.
2018 Cüdo üzrə Dünya Çempionatı
Cüdo üzrə 32-ci Dünya Çempionatı 2018-ci il 20–27 sentyabr aralığında Bakı şəhəri (Azərbaycan), Milli Gimnastika Arenasında keçiriləcəkdir. == Mükafatlar == Ümumi mükafat fondu 800.000 min avrodur: Qızıl — 20.800 min avro idmançıya və 5.200 min avro məşqçiyə; Gümüş — 12.000 min avro idmançıya və 3.000 min avro məşqçiyə; Bürünc — 6.400 min avro idmançıya və 1.600 min avro məşqçiyə. Komanda yarışları üçün ümumi mükafat fondu 200.000 min avrodur: Qızıl — 72.000 min avro idmançıya və 18.000 min avro məşqçiyə; Gümüş — 48.000 min avro idmançıya və 12.000 min avro məşqçiyə; Bürünc — 20.000 min avro idmançıya və 5.000 min avro məşqçiyə.
Cüdo üzrə SSRİ çempionatı 1977
Cüdo üzrə 4-cü SSRİ çempionat Bakıda 1977-ci ilin 28–31 iyul tarixlərində keçirilmişdir. == Medalçılar == == Mənbə == "4-й Чемпионат СССР по дзюдо". rubin-judo.narod.ru. İstifadə tarixi: 2015-07-30.
Para-cüdo üzrə Avropa Çempionatı
Para-cüdo üzrə Avropa Çempionatı — para-cüdo idman növü üzrə 2 ildə bir dəfə baş tutan Avropa Çempionatı.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
CUDA
CUDA (ing. Compute Unified Device Architecture — Birləşmiş Cihaz Arxitekturasının Hesablanması) — Nvidia tərəfindən yaradılmış, qrafika emalı üçün paralel hesablama arxitekturasıdır. CUDA, Nvidia GPU-larında hesablama mühərrikidir. GPU-da proqram yazmaq üçün proqramlaşdırma dili kimi C dilinin Nvidia tərəfindən xüsusi olaraq CUDA üçün hazırladığı (genişləndirdiyi) versiyadan istifadə olunur.
Cudi
Çudu
Çudu - Dağıstan xalqlarının milli yeməyi. == Hazırlanması == Yağlı, yumşaq qoyun və ya mal əti yuyulub ət maşınından keçirilir, tavaya yaxud qazana qoyulur. Üzərinə su tökülür, duz əlavə olunur. Ocağa qoyulur. Suyu lap azalanda xırda doğranmış soğan tökülür, qarışdırılır. Soğanla bir az qovrulur. Sonra ocaqdan düşürülüb, istiot vurulur. Qiyməni ödəyəcək qədər un ələnir, içərisinə duz, su tökülüb xəmir yoğrulur. Həmin xəmirdən kündələr tutulub, diametri 9-10 sm, qalınlığı 1,5-2 mm olan yuxalar yayılır.Bu yuxaların bir üzünə qaşıqla həmin qiymədən qoyulur, o biri hissəsi isə qiymənin üstünə qatlanıb kənarları bükülür. Sonra isə hər iki tərəfi yağ qoyulmuş tavada qızardılıb yeməyə verilir.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
2013 Para-cüdo üzrə Avropa Çempionatı
2013 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə V Para-cüdo üzrə Avropa Çempionatı — 2013-cü il deкabrın 4-dən 6-na qədər Macarıstanın Eger şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2015 Cüdo üzrə Böyük Dəbilqə turniri
== Medal sıralanması ==
2015 Para-cüdo üzrə Avropa Çempionatı
2015 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə VI Para-cüdo üzrə Avropa Çempionatı — 2015-ci il noyabrın 25-dən 30-na qədər Portuqaliyanın paytaxtı Lissabon şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
Bonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Hо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Sen-Marten-lez-О
Sen-Marten-lez-О (fr. Saint-Martin-les-Eaux, oks. Sant Martin deis Aigas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04190. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 99 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 72 yaşda (15-64 yaş arasında) 54 nəfər iqtisadi cəhətdən fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 80.0%). Fəal olan 54 nəfərdən 48 nəfəri (27 kişi və 21 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi.
Vonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Ю
Ю-Yu və ya Ü səslərinə ekvivalent Kiril əlifbası hərfi.(Ю: Böyük Hərf. Ю: Kiçik hərf) == Hesablama kodları == == Ədəbiyyatı == Карский Е. Ф. Славянская кирилловская палеография / отв. ред. акад. В. И. Борковский. — 2-е изд., факсимильное. — Л., М.(факс.): Из-во АН СССР; из-во "Наука" (факс.), 1928, 1979 (факс.). — С. 205–206. — 494 с. — 2700 экз.