Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çertkov tarix-diyarşunaslıq muzeyi
Çertkov tarix-diyarşunaslıq muzeyi — Rostov vilayətinin Çertkov rayonu, Çertkov qəsəbəsində yerləşən diyarşunaslıq muzeyi Muzeyin adresi: 346000, Rostov vilayəti, Çertkov r, Çertkov q, Pionerski x, ev 27 Rostov vilayətinin Çertkov rayonu, Çertkov qəsəbəsində yerləşən diyarşunaslıq muzeyi Çertov rayon ispolkomu, Xalq deputatlar sovetinin 1983-cü il 21 sentyabr №368 saylı əmri ilə təsis edilmişdir. Muzey Pionerski xiyabanı ev 27-də yerləşirdi. Hazırda muzey qeyri kommersiya təşkilatı olaraq fəaliyyət göstərir. Muzey yerli buccənin hesabına fəaliyyətdədir. Rayon mülkiyyətindədir. Muzeyin direktoru Vladimir Filippoviç Olipirdir. Muzeyin ekspozisiyası əsasən yerli əhali tərəfindən Çertkov rayonunda aparılan axtarış işləri zamanı toplanmışdır. Burada ümumilikdə 2706 ədəd eksponat toplanmışdır ki, onunda əsasını şəkillər, sənədlər, tarixi və mədəni əhəmiyyət daşıyan əşyalardan ibarətdir. Burada həmdə rayonun sakinləri tərəfindən əldə etidən medal və ordenlər belə nümayiş etdirilir. Burada idmançıların kubok və medalları, şəkilləri belə görmək mümkündür.
Çertkov rayonu (Rostov vilayəti)
Çertkovski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Çertkovo şəhəridir. Rostov-na-Donu şəhərindən 320 km məsafədə yerləşir. 1920-ci ildə mərkəzi Mankovo-Kalitvenskoe olan Dones dairəsində Leono-Kalitvinski rayonu təşkil edilmişdir. 10 yanvar 1934-cü ildə rayonun adı Çertkovski, şəhərin adı isə Çertkovo olaraq dəyişdirilmişdir. 1954-1957-ci illər ərzində Kamenskaya vilayəti ərazisinə daxil idi. 1959-cu ildə Alekseevo-Lozovski rayonunun ərazisi ona birləşdirilmişdir. 1 fevral 1963-cü ildə rayon ləğv edilərək Malçevski rayonuna birləşdirilmişdir. 1965-ci ildə isə rayon yenidən təşkil edilmişdir Çertkovski rayonu Rostov vilayətinin şimal-qərbində yerləşir. Qərbdə Ukrayna, şimalda isə Voronej vilayəti ilə sərhədlənir.
Bertol.
Antonio Bertoloni (it. Antonio Bertoloni, 8 fevral 1775 — 17 aprel 1869) — İtaliya botaniki. == Əsərləri == Amoenitates italicae. 1819. (ital.) Pralectiones rei herbariae. 1827. (ital.) Dissertatio de quibusdam novis plantarum speciebus et de Bysso antiquorum. 1835. (ital.) Florula guatimalensis. 1840.
Bərqov
Bərğov – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bərqov oyk, sadə. Quba rayonunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XIX əsrin ortalarına aid sənədlərdə indiki Birinci Nügədi kəndinə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin ərazi XIX əsrin sonlarında Zərqava kəndi əhalisinin istifadəsinə verilmişdir. Kəndin ərazisi Vəlvələçaydan çəkilmiş bəndlərlə suvarılır. Azərbaycan dilinin dialektlərində bər "axar suyun qarşısını kəsmək üçün maneə, bənd" mənasında işlənir. Yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim "suyun bəndə salındığı yer və ya bəndə salınmış çay" mənasına uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 793 nəfər əhali yaşayır.
Bərğov
Bərğov – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bərqov oyk, sadə. Quba rayonunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XIX əsrin ortalarına aid sənədlərdə indiki Birinci Nügədi kəndinə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin ərazi XIX əsrin sonlarında Zərqava kəndi əhalisinin istifadəsinə verilmişdir. Kəndin ərazisi Vəlvələçaydan çəkilmiş bəndlərlə suvarılır. Azərbaycan dilinin dialektlərində bər "axar suyun qarşısını kəsmək üçün maneə, bənd" mənasında işlənir. Yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim "suyun bəndə salındığı yer və ya bəndə salınmış çay" mənasına uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 793 nəfər əhali yaşayır.
Reutov
Reutov — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Yerşov
Yerşov — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Çertyoj
Çertyoj - əşyaların hər hansı informasiya daşıyıcısı (kağız, kalka, plyonka, faner və s.) üzərində, müəyyən miqyasa uyğun olaraq, qrafik obrazlar, yəni nöqtə, düz və əyri xətt parçaları, simvollar, şərti işarələr və s. vasitəsilə təsviri (və ya proyeksiyalanması). Çertyojdan mətn illüstrasiyası kimi və yaxud məmulatı hazırlamaqdan ötrü tərtib olunan sənədlərin tərkibində istifadə olunur. Çox vaxt izahlı yazılarda, texniki tələblərdə, məmulatın hazırlamasına dair göstərişlərdə təchiz olunur. Texniki rəsm və ya sxem də çertyoj növləridir Azərbaycan Sovet Ensiklopediyası - X cild. səh. 321.
Çervon
Çervon (rus. черво́нец) rusca xarici və yerli böyük qızıl sikkələrin ənənəvi adıdlr. İlk olaraq bu qızıl sikkə nominalsız 3,3—3,5 qram çəkidə olmuşdur və dəyəri müxtəlif dövrlərdə 2—3,5 gümüş rus manatına bərabət idi. İlk rus çervonu XV əsrdə – rus çarı III İvanın dövründə, istehsal edilmiş və dövriyyəyə buraxılmışdır. Həmin vaxtlarda istənilən böyük qızıl sikkəni, imperialları və yarım imperialları “çervon” adlandırırdılar. XX əsrin əvvəllərindən etibarən isə on manatlıq rus əskinazları (həm də qrivna, avro və s.) bəzən çervon adlanmışdır. Нумизматический словарь (4-е изд.). Львов: Высшая школа. Автор: Зварич В.В. 1980. Словарь нумизмата (2-е изд., перераб.
Serov
Serov — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Vərov
Vərov — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Vərov kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Çelov
Çelov — Azərbaycan Respublikasının Qobustan rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. Çalov kəndi rayon mərkəzindən 5 km şimal qərbdə Böyük Qafqaz dağlarının çənub-şərq ətəklərində,dəniz səviyyəsindən təxminən 980 m yüksəklikdə yerləşir. Kənd əhalisi Böyük Vətən müharibəsindən əvvəl 250 təsərrüfatda birləşib, 1948-1949-cu illərdə 150 təsərrüfat Salyan rayonunun Kürsəngi deyilən ərazisinə köçmüşdür. Kənd sakinlərinin Kürsəngi ətrafında vaxtı ilə “Təpəli” ,Axundlu, Yolqıraği,Alyar və sair qışlaqları olmuşdur. Kəndin tərəkəmə camaatı burada 1600 dəvə, 30 min qoyun saxlamışlar. Kənd məscidi 1873-cu ildə tikilmişdir. 1918-ci ildə həmin məscid ermənilər tərəfindən yandırılmışdır. 1930-cu ildə məscid bərpa olunaraq əvvəl ibtidai məktəb, sonralar isə kitabxana kimi fəaliyyət göstərmişdir. 1918-ci ilin mart soyqrımında Çalov kənd sakinlərindən 7 nəfər öldürülmüş, onlarla sakin yaralanmışdır. Hal-hazırda Çalov kəndində 1700-dən çox əhali yaşayır.
Çexov
Çexov — Rus soyadı. Bu soyadı olan tanınmışlar Anton Çexov — görkəmli rus yazıçısı. Aleksandr Çexov — Anatoli Çexov — Sovet snayperi Valeri Çexov — Şahmatçı İvan Çexov — leytenant Yaşayış məntəqələri Çexov (şəhər) — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir. Çexov (stansiya) — Moskva vilayətində stansiya. Çexov (qəsəbə) — Bryanski vilayətində qəsəbə.
Ərdov
Cerom K. Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…], Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşhur satirik jurnalların daimi əməkdaşı. == Həyatı == === Gəncliyi === Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.
Cerom Klapka Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…], Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşhur satirik jurnalların daimi əməkdaşı. == Həyatı == === Gəncliyi === Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.
Kirilo Petrov
Krilo Petrov (22 iyun 1990, Kiyev) — Neftçi PFK-da çıxış dən ukraynalı futbolçu
Marina Çernova
Marina Çernova — Rusiyalı akrobatika gimnastıdır. Rusiya Federasiyasını 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi və 3 qızıl medal qazandı. Marina xanım Georgi Pataraya ilə birgə Azərbaycan paytaxtında çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində qızıl medal qazandı. Rusiyanın əməkdar idman ustasıdır. 2014-cü ilin Dünya Çempionatınında qızıl medalçısıdır. == Həyatı == Marina Çernova 7 mart 1996-cı ildə anadan olmuşdur. == Karyerası == Marina Çernova ilk uğurunu 2014-cü ildə Fransada qazandı. O Levallus-Perredə Dünya Çempionatının qızıl medalını qazandı. 1 il sonra isə Marina xanım 2015-ci ildə Azərbaycan paytaxtında böyük uğur qazandı. O Bakıda Avropa Oyunlarında Georgi Pataraya ilə birgə 3 qızıl medal qazandı.
Merton Miller
Merton Miller (ing. Merton Howard Miller) (16 may 1923 - 3 iyun 2000) — amerikalı iqtisadçı. 1990-cı ildə Harri Markovits və Vilyam Şarpla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Merton Miller Boston şəhərində vəkil Col Miller və evdar xanım Silviya Millerin övladı olaraq anadan olub. II Dünya müharibəsi dövründə Xəzinə Nazirliyinin vergi tədqiqatları bölməsində iqtisadçı olaraq işlədi və 1952-ci ildə Con Hopkins Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Doktorluq dərəcəsinə yüksəldikdən sonra ilk akademik vəzifəsini London İqtisadiyyat məktəbində köməkçi qonaq olaraq yerinə yetirdi. Merton Miller 1958-ci ildə Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) həmkarı Franko Modilyani ilə birgə "Kapital xərcləri, Təşkilati maliyyə və İnvestisiya nəzəriyyəsi" (ing. The Cost of Capital, Corporate Finance and the Theory of Investment) adlı bir məqalə yazmışdı. Bu məqalədə ənənəvi təşkilati maliyyə düşüncəsinə son nəticədə qarşı çıxırlar, ənənəvi yanaşmaya görə bir qurum düzgün borc/kapital nisbətini taparaq kapital xərclərini azalda bilər. Miller-Modilyani teoreminə görə isə düzgün nisbət yoxdur, beləliklə qurum idarəçiləri vergi borcunu azaldaraq, qurumun dəqiq kapitalını maksimallaşdırmağa çalışmalıdırlar.
Nadejda Çernova
Nadejda Çernova (rus. Надежда Михайловна Чернова; 15 yanvar 1947 və ya 1947, Bayanaul[d], Qazaxıstan SSR, SSRİ) — rus əsilli qazax şairəsi, tərcüməçi və jurnalist, publisist, ədəbiyyatşünas. Qazaxıstan Yazıçılar Birliyinin üzvü. Kirov adına Qazax Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Prostor jurnalının şeir şöbəsinin müdiridir. Ədəbiyyata gedən yol Aleksandr Puşkinin əsərlərini oxumağı sevən atası Mixail Timofeeviç Çernovun göstərişi ilə başlayır. Uşaqlığını Semipalatinskdə keçirmişdir. Nadejda Çernova 10 yaşında şeirlər yazmağa başlamış və 15 yaşında "Günəş" şeiri "Leninski Smena" və "Kazakhstanskaya Pravda" qəzetlərində dərc edilmişdir. Məktəbi bitirdikdən sonra Kirov adına Qazax Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olur. Sonra iyirmi beş il Prostorda çalışdı, burada ədəbiyyat sahəsində məşhur şəxsiyyətlərlə tanış oldu: Moris Simaşko, Viktor Vasiliev, Anatoli Kim, İlyas Yesenberlin, Mixail Pak və başqaları.
Neoseiulus certus
Neoseiulus certus (lat. Neoseiulus certus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Qriqori Petrov
Qriqori Petrov (hərbçi)
Robert Merton
Robert Merton (ing. Robert Cox Merton) (d. 31 iyul 1944) — amerikalı iqtisadçı. 1997-ci ildə Mayron Şoulzla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Robert Merton 31 iyul 1944-cü ildə ABŞ-nin Nyu York şəhərində sosioloq Robert K. Merton və Suzana Kerhart cütlüyünün övladı olaraq anadan olub. Kolumbiya Universitetinin riyaziyyat mühəndisliyi bölməsindən məzun olub. Robert Merton Kaliforniya Texnologiya İnstitutunda magistr, Massaçusets Texnologiya İnstitutunda isə doktorluq dərəcəsinə yüksəlmişdir. Daha sonra isə Massaçusets Texnologiya İnstitutunun Sloan İdarə məktəbi fakültəsində işləməyə başlamışdı.
Stanislav Petrov
Stanislav Petrov (rus. Станислав Евграфович Петров) (7 sentyabr 1939, Vladivostok, RSFSR, SSRİ – 19 may 2017, Fryazino, Moskva vilayəti)-Rus Strateji Roket Qüvvələrinin sabiq polkovnik-leytinantı. 26 sentyabr 1983-cü ildə radarlarda ABŞ-nin SSRİ-yə qarşı kütləvi raket hücumuna başladığını görür. Əvvəlki təcrübələrinə əsaslanaraq bunun komputerlərin səhvi ola biləcəyini düşünür və rus ordusunun proseduralarına məhəl qoymayaraq gözləməyə qərar verir. Onun bu qərarı hərbçi karyerasını bitirsə də, SSRİ tərəfindən ABŞ-yə ediləcək nüvə hücumunun qarşısını almaqla nüvə müharibəsinin baş verməsini önləyir. Tam adı ilə Stanislav Evgrafovich Petrov 7 sentyabr 1939-cu il tarixində Vladivostok şəhəri yaxınlığında anadan olmuşdur. Atası Yevqraf II Dünya müharibəsi zamanı Hava qüvvələrində xidmət etmişdir. Anası isə tibb bacısı olmuşdur. Sovet hava qüvvələri nəzdində Kiyev Yüksək Texnologiyalar kollecinə daxil olan Petrov 1972-ci ildə buranı bitirmiş və Sovet Havadan Müdafiə Qüvvələrinə qəbul edilmişdir. 1970-ci illərin əvvəllərində o NATO ölkələrinin ballistik raket hücumlarını aşkar etmək üçün nəzərdə tutulan erkən xəbərdarlıq sisteminə nəzarətçi vəzifəsinə təyin olunur.
Petrov işi
Petrov işi — 1954-cü ildə DTK zabiti Vladimir Petrovun Sovet İttifaqının Kanberradakı səfirliyindən qaçması ilə bağlı Soyuq Müharibə illərində Avstraliyada baş vermiş casus hadisəsi. Bu ayrılma Kral Komissiyasına səbəb oldu və nəticədə yaranan mübahisə İşçi Partiyasının parçalanmasına gətirib çıxartdı. Petrov, nisbətən kiçik diplomatik statusuna baxmayaraq, (1954-cü ildə) KQB-nin, Sovet məxfi polisinin polkovniki, həyat yoldaşı isə Daxili İşlər Nazirliyinin (MVD) zabiti idi. Petrovlar 1951-ci ildə Sovet Təhlükəsizlik İdarəsinin rəisi Lavrenti Beriya tərəfindən Kanberra səfirliyinə göndərilmişdi. 1953-cü ilin martında İosif Stalinin ölümündən sonra Beriya Stalinin xələfləri tərəfindən həbs edilmiş və güllələnmişdi və Vladimir Petrov yəqin ki, Sovet İttifaqına qayıtsa, "Beriya adamı" kimi "təmizlənəcəyi"ndən qorxurdu. Petrov Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatı (ASIO) ilə əlaqə saxladı və siyasi sığınacaq müqabilində Sovet casusluğunu sübut etməyi təklif etdi. Bu ayrılma, təxminən iki ilə yaxındır Petrovu yetişdirən, onunla dostluq edən və onu Sidneyin King's Cross bölgəsində fahişələrə baş çəkməyə aparan polşalı həkim və musiqiçi və yarımştat ASIO agenti Maykl Bialoquski tərəfindən təşkil edildi. Bialoquski Petrovu ASIO-nun yüksək rütbəli zabiti Ron Riçardsla tanış etdi, o, Petrova sığınacaq və səfirlikdən özü ilə gətirə biləcəyi bütün sənədlərin müqabilində 5000 funt sterlinq təklif etdi. Potensial qaçqınların "Kabin Namizədləri" kimi qeyd edilməsinin standart təcrübəsinə əsasən, Petrovun qaçmasının planlaşdırılmas 11 saylı Əməliyyat Kabini olaraq təyin olunduqdan sonra qısa müddət ərzində Əməliyyat Kabin 12 olaraq kodllandırıldı. Petrov 3 aprel 1954-cü ildə ölkəni tərk etdi.
Viktor Petrov
Viktor Platonoviç Petrov (ukr. Віктор Платонович Петров; təxəllüsləri V. Domontoviç (ukr. В. Домонтович) və Viktor Ber (ukr. Віктор Бер); 10 (22) oktyabr 1894, Dnepr – 8 iyun 1969, Kiyev —Ukrayna və SSRİ yazıçısı, filosofu, sosial antropoloqu, ədəbiyyatşünası, arxeoloqu, filoloqu, etnoqrafı, tarixçisi və kulturoloqu. O, Valerian Pidmogilnı ilə birlikdə Ukrayna intellektual roman janrının, eləcə də romanlaşdırılmış bioqrafiyanın yaradıcılarından biri hesab olunur. Petrov indiki dövrdə yazıçı kimi xatırlansa da, sağlığında o, ilk növbədə alim olmuşdur. O, arxeologiya, antropologiya, tarix, fəlsəfə və ədəbiyyat üzrə məqalələr yazmışdır. Petrov eyni zamanda, 1930-cu illərin sonlarından sovet kəşfiyyatçısı olmuşdur. Viktor Platonoviç Petrov 10 oktyabr 1894-cü ildə Rusiya imperiyasının Yekaterinoslav şəhərində (indiki Ukraynanın Dnepr şəhəri) kahin ailəsində anadan olmuşdur. Onun uşaqlığı Odessada keçmişdir.
İrvinq Çernev
İrvinq Çernev (29 yanvar 1900, Priluki[d], Poltava quberniyası[d] – 29 sentyabr 1981, San-Fransisko, Kaliforniya)— şahmatçı və məhsuldar şahmat kitablarının müəllifi idi. İrvinq Çernev 20 şahmat kitabı yazıb, 1978-ci ildə Oxford University Press tərəfindən nəşr edilmiş və 1982-ci ildə Dover tərəfindən yenidən çap edilmiş, İrvinq Çernev tərəfindən Kapablankanın Ən Yaxşı Şahmat Sonluğu final mərhələsinə vurğu ilə qeyd olunan altmış tam oyun təqdim edir (tam cəbri qeydlə).