Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
CİS
CİS və ya Coğrafi İnformasiya Sistemləri(GIS – Georaphical Information Systems) – dünya üzərindəki kompleks ictimai, iqtisadi, ekoloji və s. problemlərinin həllinə. == CİS-in beş təməl komponenti vardır == Bunlar: a) Təchizat (hardware): CİS-in işləməsini mümkün edən kompüter və buna bağlı yan məhsulların bütünü təchizat olaraq adlandırılar. Bütün sistem içərisində ən əhəmiyyətli vasitə olaraq görünən kompüter yanında yan təchizatlara da ehtiyac vardır. Məsələn, yazıçı (printer), çəkici (plotter), skaner (scanner), ədədiləşdirici (digitizer), məlumat qeyd modulları (verilən collector) kimi cihazlar məlumat texnologiyası vasitələri olaraq CMS üçün əhəmiyyətli sayıla biləcək təchizatlardır. b) Proqram (software): Digər bir deyişlə kompüterdə qaça bilən proqram, coğrafik məlumatları depolamaq, analiz etmək və göstərmək kimi ehtiyac və funksiyaları istifadəçiyə təmin etmək üzrə, yüksək səviyyəli proqramlaşdırma dilləriylə reallaşdırılan alqoritmlərdir. Proqramların çox çoxunun ticari məqsədli firmalar tərəfindən inkişaf etdirilib çıxarılması yanında universitet və bənzəri araşdırma təşkilatların tərəfindən də təhsil və araşdırmaya istiqamətli inkişaf etdirilmiş proqramlar da mövcuddur. Dünyadakı CBS bazarının əhəmiyyətli bir qisimi proqram inkişaf etdirən firmaların əlindədir. Bu baxımdan indiki vaxtda CBS bu cür proqramlarla haradasa qaynaşmış vəziyyətdədir. Ən məşhur CİS proqramları olaraq ArcInfo, Intergraph, MapInfo, Netcad (Türkcə, Azərbaycan dili), Idrisi, Grass vs.
Arxeologiyada CİS
CİS və ya Coğrafi İnformasiya Sistemləri — son illər arxeologiya üçün vacib vasitə halını almışdır. CİS və arxeologiya kombinasiyası mükəmməl bir ikili formalaşdırır və arxeologiya zamanla insan davranışının (məkan daxilində) işlənməsinə gətirib çıxarır. Arxeologiya tarixi hadisələrin ortaya çıxmasını coğrafiya, zaman və mədəniyyət çərçivəsində dəyərləndirir, arxeoloji tədqiqatların nəticələri məkan anlayışı baxımından zəngindir. CİS geniş miqyaslı məlumatları coğrafi dəyərləndirmə işində peşəkardır. Bu sürətli, doğru və mali bir vasitə olmasını təmin edir. CİS-in sahib olduğu imkanlar məlumat toplama, depolama və çağırma məsələlərində istifadəçiyə daha aydın bir görüntü təkllif edir. CİS arxeologiyada vacib ola bilər, ancaq CİS arxeologiyada xəritə formalaşdırmaqdan daha çox, fərqli məlumat növlərini birləşdirib analiz etmək və yeni məlumatlar yaratmaq üçün istifadə edilməlidir. CBS-nin arxeologiyada tətbiqi arxeoloqların sadəcə məlumat toplamaq və vizuallaşdırmaqlarını deyil, məkanla əlaqəli düşüncə vasitələrini də dəyişdirmişdir. == Tədqiqatda == Tədqiqat və sənədlərin qorunması arxeologiya üçün vacibdir və bu tədqiqatlar sahə işləri ilə faydalı və həssas bir formada CİS ilə həyata keçirilir. CİS-in istifadə olunduğu arxeoloji qazıntılarda və tədqiqatlarda CİS bir qərar vermə vasitəsi kimi istifadə edilə bilər.
Axis axis
Adi aksis (lat. Axis axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü. == Yayılması == Aksislər Himalay və Seylonun dağətəyi meşə zonalarında yaşayır. Bu marallara artıq tez-tez Hindistanda da rast gəlinir və onların sayı artmaqdadır. Ermənistan meşələrinə müvəffəqiyyətlə uyğunlaşdırılıb.
Acris
Sisəy ağacqurbağası (lat. Acris) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin ağacqurbağaları fəsiləsinə aid heyvan cinsi.
Amiş
Qəribə geyimləri ilə bərabər modernizmi və texnologiyanı rədd edən Amişlər əcnəbilər üçün maraq obyekti olmaqla yanaşı istər Amerikada, istərsə də dünyada bir çox insan onların varlığından xəbərsizdir. Amişlərin əcdadları 1500-cü illərdə ən başda İsveçrə olmaqla, bir çox Avropa ölkələrində yaşamışdır. Amişlər adlarını "Jacob Amman"-dan (topluluğun banisi) almışdır. Amişlərin dini Xristian dini olmaqla bərabər Protestanlıq məzhəbinə daha yaxındır və Anavaptist (revaptister-təkrar xaç suyuna salınma) qoluna mənsubdurlar. Anavaptistlər dövlət və kilsə bağlantısını rədd edərək ayrıca bir qol müəyyənləşmişdirlər. İlk Amişlər 1700-cü illərdə Pensilvaniya ştatında məskunlaşmışdılar. Daha sonra buradan bütün Amerikada məskən salıblar. Amişlər dini düşüncələrdən irəli gələn "Sadə həyat" anlayışı ilə yaşamlarını davam etdirirlər. Bu gün Amişlərin sayı Amerikada 150.000 və ya 200.000 arasındadır və əksəriyyəti Ohio, Pensilvaniya , İndiana və Lowa ştatlarında yaşayırlar. Amişlər daha çox əkinçiliklə məşğul olur lakin dülgər, faytonçu və açarçılıq kimi peşə nüvləri ilə məşğul olanlarda var. Evlərində isə qaz lampası və XIX əsrdə istifadə edilən ev alətləri istifadə edilir.Həmçinin Amişlər İncil tərs olacağına inandıqları üçün foto çəkdirmirlər.
Apis
Apis (münbitlik allahı) — münbitlik allahı. Apis (arı) — bal arısı cinsi. Apis (şəhər) — şəhər. Apis (Yunan mifologiyası) — Yunan mifologiyası.
Arıs
Arıs — Qazaxıstanın Türkistan vilayətində şəhər (1956-cı ilə qədər — qəsəbə). Çimkent aqlomerasiyasının bir hissəsidir. == Tarixi == Arıs, 1900-cü ildə Orenburq-Daşkənd dəmir yolu xəttindəki bir stansiya olaraq quruldu. 1901–1904-cü illərdə inşa edilmiş dəmir yolu stansiyasının binasında İmperator II Nikolayın monoqramları hələ də qorunub saxlanılır. 2009-cu ilin mart ayında "Kazarsenal" QHT-də baş verən partlayış nəticəsində 3 nəfər öldü. 26 iyun 2014-cü ildə silah sursat məhv edildiyi yerdə barıt partladı və nəticədə 2 nəfər öldü. 2015-ci ilin noyabr ayında tullantıların məhv edilməsi zamanı zibilxanada partlayıcı işə düşdü. Nəticədə 1 nəfər (texnoloq) öldü. 24 iyun 2019-cu il tarixində hərbi hissənin ərazisində partlayış baş verdi, yaxınlıqdakı binalar şok dalğasından ziyan gördü. Şəhərin bütün əhalisi (40.000 nəfərdən çox) təxliyə edildi.
Axis
Aksis (lat. Axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
CLISP
CLISP — Common Lisp proqamlaşdırma dilinin implimentasiyasıdır. C və Common Lisp dillərində yazılıb. Windows və Unix əməliyyat sistemlərini dəstəkləyir.
CMOS
CMOS (ing. Complementary metal–oxide–semiconductor—metal oksid yarımkeçirici) CMOS ana plata üzərində yerləşir . Bu elektron sxemin funksiyası kompüterin konfiqrasiyasını , vaxtı və tarixi yadda saxlamaqdır . CMOS özündə(xüsusi batareyada ) elektrik enerjisi saxlayaraq kompüter sönülü olanda da fəaliyyətdə olur . Bunun nəticəsində uzun müddət kompüterdən istifadə etməsək belə , tarix , saat və ümumi konfiqrasiyayadda saxlanılır . CMOS daimi yaddaşdır , yəni enerji olmadıqda belə , orada saxlanılan informasiya itmir . Lakin kompüter sönülü olan zaman vaxtın hesablanması , kalendarın nizamlanması kimi əməliyyatlar üçün enerjiyə ehtiyac duyulur ki , CMOS-un batareyası da bunun üçün nəzərdə tutulub.
Caiz
Caiz [جائص ] – icra edilməsində dini hökmlərə əks olmayan, günah olmayan şeylər. Hər hansı bir şeyin, yaxud hərəkətin caiz olması islam dinində ilk növbədə Quranla, sonra hədislərlə, sonra isə müsəlman fəqihlərinin rəylərinə əsasən müəyyən olunur. Caiz sözü azərbaycan dilində daha çox islam fəlsəfəsi mətnlərində işlədilir. Kəlmənin kökündə olan cəzə [جاص ] felindən azərbaycan dilində geniş yayılan icazə sözü də əmələ gəlmişdir. Ərəb dilində icazə sözünün feli IV babda əcəzə felidir. İcazə sözü onun məsdəridir. Ərəbcədə müənnəs qadın cinsini bildirən -ətun şəkilçisi azərbaycan dilinə qısa ə olaraq keçmişdir [Müqayisə et: ər. icazətun – az. Icazə; ər. idarətun – az.
Camış
Asiya camışları (lat. Bubalus) — Boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid heyvan cinsi.Azərbaycanda camış ən qədim zamanlardan bəri yetişdirilir. Dağıstan MR, Kuban, Qara dəniz sahilləri, Krım və Dunay çayı ətrafında da camışçılıq inkişaf etmişdir. Vəhşi camışlara Hindistanın bəzi tropik meşələrində, xüsusən şərq bataqlıqlarında, mərkəzi əyalətlərində, habelə Seylon adasının şərqində indi də rast gəlmək olur. Təbii xassələrinə görə camış susevər (hidrofil) heyvandır. Camış əhliləşdirilmiş halda Malıy adaları, Çin, Yaponiya, İran, Misir və Türkiyədə xeyli miqdarda yayılmışdır. Cənubi Avropada camışlar Bolqarıstan, Ruminiya, Albaniya, Macarıstan, Yunanıstan, Yuqoslaviya və başqa Balkan ölkələrində, hətta az miqdarda Çexoslovakiyada, Cənubi İtalyanın Kalabriya hissəsində və Siciliya adasında da yetişdirilir. Bu ölkələrdə yağıntı az olsa da, çoxlu çay və su mənbələri vardır. Camış isti günlərdə həmişə nohurlarda, bataqlıq yerlərdə, durğun sularda, gölməçələrdə, yaxud çaylarda yatmağı sevir. Suda olduqda camışın ancaq başı kənarda qalır, baş adətən bel ilə bir hündürlüklə durur, bu da onun suda yaşamaq adəti ilə əlaqədardır.
Canis
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Cass.
Alexandre Henri Gabriel de Cassini (fr. Alexandre Henri Gabriel de Cassini; 1781, Paris — 1832) — Fransa botaniki, tanınmış Kassini nəslinin sonuncu nümayəndəsi. Kassini tərəfindən adlandırılmış taksonlar: Brachyscome (1816) Carphephorus Dracopis Cassini Emilia Cassini Eurybia (Cassini) S.F. Gray Euthamia (Nuttall) Cassini 1825 Facelis Cassini Guizotia Cassini Helianthus pauciflorus Nuttall ssp. pauciflorus, (Stiff Sunflower), Helianthus laetiflorus var. rigidus və 'H. rigidus (Cassini) Desf. kimi də təqdim olunub Heterotheca Cassini Ixeris (Cassini) Cassini Ligularia Cassini Pallenis Cassini Pluchea Cassini Sclerolepis Cassini Youngia Cassini Taraxacum Cassini == Mənbə == Cassini, Henri. 1813. Observations sur le style et le stigmate des synanthérées. Journal de Physique, de Chemie, d'Histoire Naturelle et des Arts 76: 97–128, 181–201, 249-75. King, Robert M., Paul C. Janaske, & David B. Lellinger (compilers).
Cins
Cins (insan)
Cisu
Kim Cisu (ing. Kim Jisoo; 3 yanvar 1995[…]) və ya bilinən səhnə adı ilə Cisu — Cənubi Koreyalı müğənni, aktrisa, model. 2016-cı ildəYG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in Vizualı və aparıcı vokalıdır.Qrupun yaşca ən böyük üzvüdür. == Həyatı == === İlk illəri === Cisu 3 yanvar 1995-ci ildə Cənubi Koreya-da Gunpo,Gyeonggi də doğulub. Özündən böyük qardaşı və bacısı var.Uşaqlıqda basketbol oynayırdı və taekvondo dərslərinə qatılırdı.O, TVXQ fanatı idi. Cisu orta məktəbi Seul İfaçılıq Sənəti Məktəbində oxuyub. 11-ci sinifdə oxuduğu məktəbdə dram dərnəyinə başlamış və seçmələr vasitəsilə daha böyük təcrübə qazanmışdır. == Karyera == === 2011-günümüz === 2011-ci ildə Cisu YG Entertainment dinləmələrinə stajçı olaraq qatıldı. Cisu 8 avqust 2016-cı ildə Blackpink-in dörd üzvündən biri olaraq Cenni, Roze və Lisa ilə birlikdə "Square One" albomunu çıxarmaqla debüt etdi. O, Blackpink-in yaşca ən böyük üzvüdür.
CİSM
Beynəlxalq Hərbi İdman Şurası və ya qısaca CİSM — dünya miqyaslı üçüncü hərbi idman təşkilatı. Hazırda özündə 137 üzv ölkəni birləşdirir. Dünya qitələrarası və regional yarışları keçirən dünyanın ən böyük idman təşkilatlarından biridir. Prezidenti Hamad Kalkaba Malboumdur. == Tarixi == Qurum 18 fevral 1948-ci ildə Fransada yaradılmışdır. İlk təsisçiləri Lüksemburq, Hollandiya, Belçika və Danimarka nümayənədələri olmuşdur. Qısa zaman ərzində öz fəaliyyətini genişləndirmiş və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən də tanınmışdır. == Məqsədi == Məqsədi idman və fiziki məşqlər vasitəsi ilə iştirakçı ölkələr arasında daimi əlaqələr yaratmaqdır.
Çibiş
Bibikinə (lat. Vanellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Bibikinə cinsinə 1 növ daxildir: Çibiş bibikinə (Vanellus vanellus Linn., 1758) == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Çips
Çipsi — kartofdan hazırlanan qızardılmış nazik delikates. İlk dəfə 24 avqust 1853-cü ildə bir müştərinin şikayətinə cavab olaraq zarafat kimi hazırlanıb. Müştəri qızardılan kartof hissələrinin çox qalın olduğunu bildirir. Sonra kartof zarafat məqsədi ilə çox nazik şəkildə doğranır Müştari kartof dilimlərinin çox dadlı olduğunu söyləyir illər keçir və Çipsinin Başqa Növləridə çıxır və Çipsi firma yeməyinə çevrilir.
Çiriş
Çiriş (lat. Eremurus) — qulançarçiçəklilər sırasının asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. Çiriş sözü latın dilində "Eremurus" adlanır. Bu söz yunan dilində "eremos"- səhra, "ura" isə quyruq deməkdir. Sözün lüğəti mənası "səhra quyruğu"dur. == Təbii yayılması == Çirişin Ön, Qərbi, Mərkəzi Asiyada 50, keçmiş SSRİ-də 23, Qafqaz və Azərbaycanda 2 növü bitir. == Botaniki təsviri == Çiriş cinsi əvvəllər zanbaqkimilər fəsiləsinə aid idi. Son vaxtların tədqiqatçılar bitkinin asfodelinakimilər fəsiləsinə daxil olduğunu müəyyən etmişlər. Çiriş çoxillik bitki olub yeraltı orqanı kökyumrusudur. Kökləri yoğunlaşmış iyşəkillidir.
Çıxış
Çıxış — nitq və ya ritorika; dinləyicilərə müəyyən bir fikir, hiss aşılamaq üçün deyilən uzun sözlər. Çıxış bir fikri həyəcanlandıraraq ifadə etməkdir. Çıxışların mövzuları, əsasən; sosial fikirlər sosial və milli davalar və hadisələrdir. Mərasimlərdə, milli günlərdə, ildönümlərində, mitinqlərdə toplaşan böyük kütlələri və icmaları həyəcanlandırmaq, ümumi fikirləri səsləndirmək və ya kürsüdən siyasi və milli iddiaları müdafiə etmək də çıxış xarakterlidir. Demostenes və Mark Tulli Siseron bu sahənin ən məşhur insanlarındandır.
2GIS
2GIS — Rusiya, Qazaxıstan, İtaliya, Çexiya, Çili, BƏƏ, Özbəkistan, Qırğızıstan, Kipr, Azərbaycan və Ukrayna şəhərlərinin rəqəmsal xəritələrini və bələdçilərini hazırlayan rus lokal axtarış şirkəti. Baş ofisi Novosibirskdə yerləşir. 2021-ci ilin şirkət məlumatlarına əsasən, 2GIS rəqəmsal xəritələri 765 şəhəri əhatə edib və gündəlik 20,5 milyondan çox axtarış sorğusunu emal edib. Şirkət həmçinin aylıq 56 milyondan çox istifadəçidən ibarət qlobal auditoriyaya sahib olduğunu bildirib. Tətbiqin bütün versiyaları pulsuzdur və şirkətin əsas gəlir mənbəyi öz saytındakı reklamlardır. Rəqəmsal xəritələr üç versiyada — PC, Veb və Mobil, həmçinin iOS və Android platformalarında təqdim olunur. 2GIS "Forbes"-ə görə Rusiyanın ən böyük internet şirkətlərindən biridir. 2021-ci ildə 2GIS Forbes jurnalı tərəfindən Rusiyanın İnternet seqmenti reytinqində 30 Ən Dəyərli Şirkət arasında 25-ci yerdə qərarlaşıb. Şirkətin təxmini dəyəri 189 milyon dollar olub. 2016-cı ildə "The Wall Street Journal" 2GIS-i Rusiyanın iqtisadi böhranı və Qərbin sanksiyaları fonunda qlobal bazarları hədəfləyən tanınmış Rusiya startapı adlandırdı.
Abdulla Aliş
Abdulla Aliş (tatar. Abdulla Aliş, Ğabdulla Aliş; 15 sentyabr 1908 – 25 avqust 1944, Plyötsenzee həbsxanası[d], Berlin, Üçüncü Reyx) — Tatarıstan sovet şairi, yazıçısı. Əsil adı Abdullah Bariev oğlu Alişevdir. O 15 sentyabr 1908-ci ildə Kayuki kəndində anadan olmuşdur. Onun uşaqlar üçün nağıllar, şeirlər və dramatik əsərləri vardır. == Tərcümeyi-hal == Abdulla 1908-ci ildə anadan olub. 1927-ci ildə Kazan torpaq-tikinti texnikomuna daxil olur. O meliorativ və usta işləyibdir. 1933-cü ildə jurnalistika ilə məşğul olmağa başlayır. O ilk dəfə "Pioner kalyame" (Pioner yazısı) jurnalında işləməyə başlayır.
Abiş Xatun
Abiş Xatun və ya Abaş Xatun (Şiraz – 31 dekabr 1286, Təbriz) — 1264-cü ildən 1282-ci ilə qədər Şiraz Salqurlularının IX və sonuncu hökmdarı. == Həyatı == Atası Sad ibn Əbu Bəkir Yəzd atabəyinin qızı Terkən Xatundir. Anadan olma tarixi bilinməməkdədir. Fars atabəyi olan Səlcuqşah Abiş Xatunun anası Terkən Xatunu öldürüb, Abiş Xatun və bacısını həbs edmişdi. Bunun ardınca, Elxani məmurlarını da öldürdükdən sonra Hülakü xan tərəfindən üzərinə ordu göndərilmiş və öldürülmüşdür. Atasından sonra taxta çıxan kiçik qardaşı Məhəmməd öldükdən sonra, 1264-cü ildə adına xütbə oxutduraraq və sikkə kəsdirərək taxta çıxmışdır. Ona bu işdə Hülakü xan yardım etmişdir. 1270-ci illərdə Hülakü xanın oğlu olan Mengü Teymur ilə evlənmişdir. Bu evlilikdən Alqançı və Kördüçin adlarında iki qızı olmuşdur. Abaqa xanın taxta çıxmasından sonra Fars atabəyliyi əlindən alındı və Farsın gəlirindən illik 70.000 qızıl təqaüd ayrıldı.
Abış Ahməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).