ÇİŞ

Fars mənşəlidir, həmin dildə sidik sözünün yerinə şaş işlədilir, şaşidən məsdəri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ÇİSƏLƏMƏK
ÇİT
OBASTAN VİKİ
Çişmi rayonu
Çişmi rayonu (başq. Шишмә районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi şəhər tipli Çişmi qəsəbəsidir. Başqırdıstanın mərkəzi hissəsində yerləşir. Rayonun ərazisi 1823,77 km² təşkil edir. İqlimi kontinental, isti, mülayim rütubətlidir. Ərazisinidən Dyoma, Urşak, Karmasdan, Çermasak, Uza və s. çaylar axır. Ərazisində 250-dən çox göl vardır kı, onlarında ümumi sahəsi 1000ha-dır. Qara və boz meşə torpaqları geniş sahə tutur.
Çişmə (Baltas)
Çişmə (rus. ЧишмаŞ başq. Шишмә) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 152 nəfərdir. Kənd, rayon mərkəzindən 16 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 85 kilometr uzaqlıqdadır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (63%) tatarlar (36%) üstünlük təşkil edir.
Çiştilik
Çiştiyyə-sufi yönümlü islam təriqəti Muinüddin Həsən Çişti (v.633/1236) tərəfindən qurulmuşdur. Muinüddin Çişti, Sicistanda anadan olmuşdur. Muinüddin, Buxara və Səmərqənd mədrəsələrində təhsil aldıqdan sonra Bəlx, Bağdad kimi şəhərlərə səyahət etdi. O şəhərlərdə dövrüntanınmış şeyxləri Əbdülqadir Gilani, Əbün-Nəcib əs-Sührəverdi və Nəcməddin Kübra ilə görüşmüşdür. Bir müddət "Kəşful-məhcub"un müəllifi Xucvirinin türbəsində inziva həyatı yaşamışdır. Əbu İshaq Şamiyə intisab etdikdən sonra onun yaşadığı Çişt kəndində məskunlaşdı. Uzun illər Çişt kəndində yaşadıqdan sonra Əcmərdə vəfat etdi (v.633/1236). Çiştiyyə Hindistan bölgəsinin ilk və ən məşhur təriqətidir. Hindistan və Pakistan bölgəsinin İslamlaşmasında olduğu kimi, orda yaşayan müsəlmanların mənəvi həyatında mühüm bir yeri vardır. Çiştiyyə təriqəti, cəhri və xafi zikr, muraqəbə, çilə və səma kimi xüsusiyyətləri özündə cəmləşdirir.
Çiştiyyə

Yakub Bart-Çişinski
Yakub Bart-Çişinski (y.sorb Jakub Bart-Ćišinski; 20 avqust 1856, Kukau[d] – 16 oktyabr 1909, Panşitz[d]) — Sorb şairi, dramaturq, romançı və katolik keşişi idi. Xalq poeziyasının obrazlarını özündə cəmləşdirən “Bəy” poemasında (1876, 1926-cı ildə çap olunub), şeirlərində (“Sonetlər kitabı”, 1884, “Formalar”, 1888-ci il məcmuələri) Lusat ədəbiyyatında realist cərəyanı təsdiqləyir. Bundan əlavə, bir çox sonetlərin, balladaların, lirik şeirlərin müəllifidir. Milli-vətənpərvərlik problematikasını onun “Vətənpərvər və Reneqat” (1878-1879) romanında qaldırmışdır. Onun sənəti vətəninin gözəlliyini tərənnüm edir, vətənpərvərlik hissləri ilə doludur. Yakub Bart-Çişinski Lusatian dram və teatrının əsasını qoydu (“Qalada faciə”, 1880). Ədəbi təxəllüsü - Çişinski. O, çex, italyan, polyak və alman ədəbiyyatının əsərlərini yuxarı lusatian dilinə tərcümə etmişdir. Moje serbske wuznaće Narodowc a wotrodźenc (1879) Na hrodźišću (1880) Slubowanje ze zadźěwkami (1881) Słowjanam (1884) Kniha sonetow (1884) Formy (1888) Гугнин А. А. Введение в историю серболужицкой словесности и литературы от истоков до наших дней, Российская академия наук, Институт славяноведения и балканистики, научный центр славяно-германских отношений. — М., 1997.

Значение слова в других словарях