Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Curcu
Curcu (rum. Giurgiu) — Rumıniyada şəhər. Ployeştidən köçən "Astra" futbol klubu 2012-ci ildən Curcuda məskən salıb. Klub ev oyunlarını Curcunun 8500 tamaşaçı tutumuna malik Marin Anastasoviçi stadionunda keçirir.
Nauru
Nauru (nauru. Naoero; ing. Nauru) və ya rəsmi adı ilə Nauru Respublikası (nauru. Repubrikin Naoero; ing. Republic of Nauru) — Sakit okeanda Okeaniya regionunda ada-dövlət. Ölkə köhnədən Pleasant Adası olaraq da bilinir. Nauru Mikroneziyada yerləşən mikrodövətdir. Ada-dövətin ən yaxın qonşusu 300 km şərqdə Kiribatinin Banaba adasıdır. Nauru Tuvaludan şimal-qərbdə, Solomon Adalarından 1300 km şimal-şərqdə, Papua Yeni Qvineyadan şərq və şimal-şərqdə, Mikroneziya Federativ Ştatlarından cənub-şərqdə, Marşal Adalarından isə cənubda yerləşir. İnzibati mərkəzi Yaren, ümumi sahəsi 21 kvadrat kilometr, əhalisinin sayı 11 min nəfərdir.
Uluru
Uluru və ya Ayers-rok — Avstraliyanın çöl bölgəsində qumdaşından ibarət qaya formalaşması. Qayanın yerləşdiyi ərazidə Uluru-Kata Tyuta Milli Parkı yaradılmışdır. Uluru təxminən 2 km uzunluğunda və 1,7 km enindədir və ümumi sahəsi 9,4 kilometrdir. Zirvənin dəniz səviyyəsindən yüksəkliyi 862,5 m, ətraf düzənlikdən nisbi hündürlüyü isə 348 m-dir. Uluru 1336 km² sahəsi olan Kata Tyuta milli parkı ilə əhatə olunmuşdur və UNESCO tərəfindənÜmumdünya İrsi siyahısına daxil edilib. Uluru qonşusu Kata Tyuta ilə birlikdə təxminən 600 milyon il əvvəl meydana gəlmişdir. Bu yoğrultunun bir qismi zəlzələlərdən sonra təkrar səthə çıxmışdır. Uluru'nun arxa tərəfində, Avstraliya aborigenləri tərəfindən müqəddəs olaraq qəbul edilən su hövzələri var. Uluru o zamandan bəri davamlı bir şəkildə havanın təsirinə məruz qalan, paslı qırmızı rəngdə qum daşından (qırmızı bir mineral) meydana gəlmişdir. Rəngi tərkibində çoxlu dəmir olmasından irəli gəlir.
Guru Guru
Guru Guru — 1968-ci ildə vurma alətlər ifaçısı Mani Noymayer tərəfindən Heydelberqdə yaradılmış alman kraut-rok qrupudur. 40 ildən çoxdur ki, fəaliyyət göstərən qrup, bu müddət ərzində 20 studiya albomu buraxmış və bu albomlar 500 000-dən çox satmışdır. 1960-cı illərin sonları və 1970-ci illərin başlanğıcında qrup, sol siyasi baxışın tərəfdarı idi və bunu öz konsert çıxışlarında da əks etdirirdi. Qrup bəzən "Alman Sosialist Tələbə Birliyi" ilə birlikdə konsertlər təşkil edirdi. Bu konsertlərdə siyasi məzmunlu mahnılar səsləndirən qrup üzvləri bir neçə dəfə bu mahnılara görə həbs edilmişdir. Qrup üzvlərindən ekstravaqant və anarxist olanları, Alman, Odenwald regionunda yaşayırdı. Mani Noymayer ilk Finkenbach Krautrok-Festivalının təşkilatçılarından biridir. Qrup bir çox konsertlərdə, filmlərdə, radio və televiziya proqramlarında yer almışdır. Guru Guru, 1976-cə ildə, alman WDR kanalında yayımlanan "Rockpalast" verlişinə qonaq olan ilk alman qrupudur.
Buru
Buru (ind. Pulau Buru) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir. Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.
Cuku
Cuku (塾) – Yaponiyada özəl və ödənişli hazırlıq məktəbləri. Əsas məktəbə və ya universitetə hazırlaşmaq üçün nəzərdə tutulub. Edo dövründə "cuku" termini fərdi alimlər və ya pedaqoqlar tərəfindən qurulan, döyüş sənətləri və ya fəlsəfi təlimləri öyrətmək üçün nəzərdə tutulan kiçik məktəbləri bildirmək üçün işlədilirdi. Digər məktəb növlərinə gənc samuraylar üçün nəzərdə tutulmiş hankolar və avam adamların uşaqları üçün nəzərdə tutulmuş terakoyalar idi. Meyci dövrünün əvvəllərində Yaponiyada vahid ibtidai təhsil sisteminin qurulmasından sonra cukular özəl hazırlıq məktəblərinə çevrilmişdir və əsasən ingilis dili, abak, piano kimi fənnləri öyrətmək üçün nəzərdə tutulmuşdu. 1970-80-ci illərdə Yaponiyada cuku təhsili öz pik nöqtəsinə çatmışdır. 1976-cı ilin statistikasına görə həmin il ibtidai şagirdlərin 20%-i, orta məktəb şagirdlərinin isə 38%-i cukuya gedirdi. Ölkədə isə 22.000-dən çox cuku fəaliyyət göstərirdi; hər cukuya 5 müəllim və 137 şagird düşürdü. Müasir cukular incəsənət və idman kimi qeyri-akademik fənnləri və ya ingilis dili, riyaziyyat, yapon dili kimi universitetə daxil olmaq üçün lazım olan akademik fənnləri tədris edir. Bəzi cukular sadəcə ev şəraitində fəaliyyət göstərdiyi halda, şəbəkə şəklində fəaliyyət göstərən böyük cukular da mövcuddur.
Cürə
Cürə (lat. Spatula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Kürü
Kürü — soyuq delikates qəlyanaltısı. Kürü həm konservləşdirilmiş, həm də təzə halda süfrəyə verilir.
Nuru
Nuru — kişilərə verilən şəxsi ad. Nuru Paşa — Türkiyə Osmanlı ordusunun generalı. Nuru Abdullayev — İkinci dünya müharibəsi veteranı Nuru Səfərov — fizika və riyaziyyat üzrə fəlsəfə doktoru Nuru Məmmədov — Tarix elmləri namizədi (1976), dosent (1998) Nuruş Əliyev (1911-1995) — Sosialist Əməyi Qəhrəmanı Vüsal Nuru — yazıçı, ssenarist. Qara Nuru — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Nurulu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Haqqın nuru (qəzet) — Qafqaz Müsəlmanları İdarəsi nin həftəlik dini-ictimai qəzeti.
Quru
Quru (informatika)
Sürü
Sürü — canlılar qrupu. Davranışında qarşılıqlı əlaqə olan, bir növə mənsub məməlilər qrupu; yəni müəyyən vaxtda eyni çür davranan, çox vaxt fəaliyyətiti eyni olan (məs, balinaların eyni vaxtda suyun üzünə çıxması) və vahid hərəkət istiqamətinə malik heyvanlar. Sürü yaratmaq balinakimilər, çüt və təkdırnaqlılar, meymunlar üçün daha çox xarakterikdir. Sürünün tərkibi və böyüklüyü dəyişkəndir. Ədəbiyyatda sürü termini daha geniş mənada bir çox heyvanın bir yerə toplanmasına aid edilir. Məs, çəyirtkə sürüsü, balıq sürüsü. Ayrı-ayrı təsərrüfatlarda saxlanmaq, kökəldilmək və otarılmaq üçün formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. Təsərrüfatda eyni cinsdən olan heyvanların ümumi miqdarı.
Çudu
Çudu - Dağıstan xalqlarının milli yeməyi. Yağlı, yumşaq qoyun və ya mal əti yuyulub ət maşınından keçirilir, tavaya yaxud qazana qoyulur. Üzərinə su tökülür, duz əlavə olunur. Ocağa qoyulur. Suyu lap azalanda xırda doğranmış soğan tökülür, qarışdırılır. Soğanla bir az qovrulur. Sonra ocaqdan düşürülüb, istiot vurulur. Qiyməni ödəyəcək qədər un ələnir, içərisinə duz, su tökülüb xəmir yoğrulur. Həmin xəmirdən kündələr tutulub, diametri 9-10 sm, qalınlığı 1,5-2 mm olan yuxalar yayılır.Bu yuxaların bir üzünə qaşıqla həmin qiymədən qoyulur, o biri hissəsi isə qiymənin üstünə qatlanıb kənarları bükülür. Sonra isə hər iki tərəfi yağ qoyulmuş tavada qızardılıb yeməyə verilir.
CURL
cURL — müxtəlif şəbəkə protokollarından istifadə edərək məlumatların ötürülməsi üçün kitabxana (libcurl) və komanda sətri aləti (curl) təmin edən kompüter proqram təminatı layihəsi. Adın açılışı "Client for URL"-dir. curl ilk dəfə 1996-cı ildə buraxılıb. O, əvvəlcə httpget, daha sonra urlget, sonda isə curl adlandırılıb. Orijinal müəllif və aparıcı tərtibatçı isveçli Daniel Stenberqdir. O, IRC istifadəçiləri üçün valyuta məzənnələrinin alınmasını avtomatlaşdırmaq istədiyi üçün curl-i yaratmışdı. Curl-un əsas istifadəsi əmr sətrində sadəcə curl yazmağı, sonra isə URL-ni ehtiva edir. curl.se — CURL rəsmi saytı Comparison of curl vs other open source download tools Stenberg, Daniel. "Comparison of curl vs wget". Nov 9, 2021 [2007].
Avropa cüyürü
Avropa cüyürü (lat. Capreolus capreolus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin cüyür cinsinə aid heyvan növü. Cüyürün 5 yarımnövü məlumdur. Azərbaycanda Avropa yarımnövünə aid olan xırda formalı cüyür yayılmışdır. Cüyürə bəzən əylik də deyirlər. Uzunluğu 100–150 sm, hündürlüyü 75–100 sm olur. Qulaqları uzun, quyruğu qısadır. Çox yaraşıqlı görkəmə malik olan cüyürün dırnaqları iti, burun güzgüsü tünddür. Dişi cüyürlər buynuzsuz, erkək cüyürlər də isə 3–5 çıxıntılı buynuzlar olur. Bütün Avropa, Şimali İran, Kiçik Asiyanın şərqindən Volqaya qədər yaşamışdır.
Nauru Respublikası
Nauru (nauru. Naoero; ing. Nauru) və ya rəsmi adı ilə Nauru Respublikası (nauru. Repubrikin Naoero; ing. Republic of Nauru) — Sakit okeanda Okeaniya regionunda ada-dövlət. Ölkə köhnədən Pleasant Adası olaraq da bilinir. Nauru Mikroneziyada yerləşən mikrodövətdir. Ada-dövətin ən yaxın qonşusu 300 km şərqdə Kiribatinin Banaba adasıdır. Nauru Tuvaludan şimal-qərbdə, Solomon Adalarından 1300 km şimal-şərqdə, Papua Yeni Qvineyadan şərq və şimal-şərqdə, Mikroneziya Federativ Ştatlarından cənub-şərqdə, Marşal Adalarından isə cənubda yerləşir. İnzibati mərkəzi Yaren, ümumi sahəsi 21 kvadrat kilometr, əhalisinin sayı 11 min nəfərdir.
Nauru adası
Nauru (ing. Nauru) — Sakit okeanın qərbində, Mikroneziyanın cənubunda yerləşən ada. Sahəsi 21,3 km² təşkil edir. Əhalisinin sayı 13 528 nəfərdir, o cümlədən 6763 nəf. kişi, 6765 nəf qadın. Nauru adası nadir atoll tipi olan qalxmış atolldur. Adanın daxilində azca duzlu şirinsulu göl vardır (Buada gölü). Göl əvvəllər bir laqun olmuşdur. Şimalında isə Anabar gölü yerləşir. Ada Ekvatordan 42 km cənubda yerləşir.
Nauru bayrağı
Nauru bayrağı — Naurunun Dövlət bayrağı
Nauru dili
Nauru dili (dorerin Naoero)- Avstroneziya dillərinə aid olan və Nauruda danışılan dildir.
Nauru himni
Nauru dövlət himni(Nauruca: Nauru Bwiema, Nauru mahnısı, Nauru nəğməsi)- Naurunun dövlət himnidir. Sözlərinin müəllifi Marqaret Hendri və bəstəkarı isə Lorens Henri Hiksdir. Naurau müstəqillik əldə edən il, 1968-ci ildə təsdiq edilmişdir. Nauru bwiema, ngabena ma auwe. Ma dedaro bwe dogum, mo otata bet egom. Atsin ngago bwien okor, ama bagadugu Epoa ngabuna ri nan orre bet imur. Ama memag ma nan epodan eredu won engiden, Miyan aema ngeiyin ouge, Nauru eko dogin! Nauru bizim vətənimiz, ürəkdən sevdiyimiz yurd, Hamımız sənin üçün dua edirik və həm də adını həmd edirik. Uzun zamanlardan bəri bizim böyük əcdadlarımızın evi olmuşsan Və hələ gələcək nəsillər üçün olacaqsan. Hamımız, bayrağını şərəfləndirmək üçün birlikdə iştirak edəcəyik, Və biz birlikdə sevinciylə deyəcəyik; Əbədi olsun Nauru!
Naxçıvan çuxuru
Ordubad sinklinoriumu və Şərur-Culfa antiklinoriumunun üstünü örtür və bu prosesdə q.-ə doğru miqrasiya qeyd olunur.Dağarası çuxurun əmələ gəlməsi bir neçə qırılmanın,əsasən,onun şm.-ş. kənarı boyu izlənən Naxçıvan dərinlik qırılnmaasının Oliqosen və Miosen dövrlərində aktiv fəailiyyəti ilə əlaqədardır. Naxçıvan qırışıqlıq zonasının sonrakı təkamülü tektonik sıxılma və blokların müxtəlif miqyasda qalxması şəraitində davam etmiş və Pliosen dövründə Zəngəzur və Dərələyəz silsilələrinin qovuşduğu sahədə yerüstü vulkanlar fəaliyyət göstərmişdir. Mineral su bulaqlarının rəngarəngliyinə görə Nax.MR dünyanın ən diqqətəlayiq bölgələrindəndir.Bu bulaqların böyük əksəriyyəti Şərqi arpaçay,Əlincəçay,Gilançay,Qaradərə çaylarının vadilərində və yaxınlıqlarındadər.
Noxud çuxuru
Noxud çuxuru — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı və digər el şənliklərində uşaqlar tərəfindən oynanılan oyunlardan biridir. Bu maraqlı oyun ev şəraitində keçirilir. Böyük bir sini təmiz və narın qumla doldurulub, üzəri hamarlanır. Sinini dövrəsi boyunca bir- birinin yanında, qumun üstündə kiçik çuxurlar qazılır... Hər çuxura yeddi ədəd noxud salınır. Oyunçular cüt-cüt noxudları çuxurlara salarkən belə bir şeir deyirlər: Oyunda üç və üçdən artıq oyunçu iştirak edə bilər. Oyunçulardan biri payına düşən çuxurlardan birinin noxudlarını saat əqrəbi istiqaməti üzrə qonşu çuxurlara bir- bir salır. Növbə ilə ikinci və üçüncü oyunçunu da bunu təkrar edir. Kimin axrıncı noxudu oyunçuların çuxurundakı tək sayda (1,3,5) olan noxudların üzərinə düşürsə, o oyunu udmuş hesab olur.
Sibir cüyürü
Sibir cüyürü (lat. Capreolus pygargus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin cüyür cinsinə aid heyvan növü. Sibirin cənubunda, Uzaq Şərqdə, Orta Asiyanını dağlarında, Monqolustanda, Şimali və Şərqi Çində yayıllmışdır. Erkəklərinin bədəninin uzunluğu 123-151 sm, süysününün hündürlüyü 84-100 sm, kütləsi 60 kq, dişilərinin bədənlərinin uzunluğu 119-147 sm, süysününün hündürlüyü 80-96 sm, kütləsi 52 kq-a qədər olur.
Tsuru Morimoto
Tsuru Morimoto (d. 9 noyabr 1970) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib, 1 qol vurub.
Çurum Meru
Anxel şəlaləsi — Venesuelanın cənubundakı Bolivar ştatında yerləşən şəlalə. Yerli əhalinin dilində Kerepakupai meru və ya Churun meru adlanır. Cənubi Amerika materikində yerləşir. Anxel dünyada ən hündür şəlalədir, ümumi hündürlüyü 979 metrdir. Digər bir çox sənədlərə əsasən isə 1054 metr sayılır. Suyun aşağı tökülməsi hündürlüyü, yəni hündürlükdən axım zamanı su arası kəsilmədən 807 metrlik yeri əhatə edir. Şəlalənin adı isə pilot Ceyms Anxelin şərəfinə qoyulmuşdur, 1935-ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf etmişdir. Şəlalə Venesuelanın tropik meşələrində yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Şəlalənin coğrafi koordinatı – 5°58′03″ şimal, 62°32′08″ qərb hissə. Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir.
Uluru şəlaləsi
Ümumi məlumat -Uluru (Ayers Rock Fall) dünyanın ən məşhur və tanınmış iri qaya birləşmələrindən biridir.. Ulurunun 600 milyon ildən çox yaşı var ki, bu da onu bu gün mövcud olan ən qədim qayalardan birinə çevirir. İqlimi -Ərazinin iqlimi ilə əlaqədar olaraq, həmin ərazidə ildə cəmi bir neçə dəfə yağış yağır. Lakin yağış yağmağa başlayanda gözəl mənzərəni izləmək şansı olanlar, onun gözəlliyinə heyran qalırlar. Hər fırtınadan sonra qayanın zirvəsindən böyük miqdarda su axaraq kiçik şəlalələrin illüziyasını yaradır. Bundan əlavə, qaya yağışla islandıqdan sonra onun rəngi bozdan müxtəlif qırmızı, tünd qırmızı və qəhvəyi çalarlarına çevrilir. Təəssüf ki, şou uzun sürmür, ona görə də hər dəfə bu baş verəndə turistlər şəkil çəkdirməyə və tədbirdən həzz almağa tələsirlər. Onların əksəriyyətinin iddia etdiyi kimi, bu, unudulmaz bir təcrübədir, çünki qayanın dibinə axan onlarla nazik görünən şəlalələr var. Ayers qayasına çatmaq üçün ən yaxın böyük şəhər olan Alice Springsdən 300 kilometrdən çox məsafə qət etmək lazımdır və yağış başlamazsa, ərazidə həddindən artıq temperatur 40 dərəcə Selsiyə çata bilər. Ancaq buna baxmayaraq, qaya divarları, nadir bitkilər və hətta petroqliflər kimi yerli heyvanlar sayəsində buranı ziyarət etməyə gələn turistlərin sayı durmadan artır.