ÇÜRÜMƏK

f.
1. Mikroorqanizmlərin təsiri altında pozulub xarab olmaq. Taxta çürüdü. Meyvələr yağışdan çürümüşdür.
[Qərənfilin] də yarı canı qalıb südün yanında ki, südü bişirmədim, çürüyəcək. Ə.Vəliyev.
Ayaq üstündə çürümüş ( f.sif. ) iri ağacın yıxılmasına bənzər küt bir xırıltı eşidildi. B.Bayramov.

2. məc. Pozulub dağılmağa başlamaq; pozulmaq, məhv olmaq, məhvə məhkum olmaq.
Çünki İran əks-inqilabını himayə edən çar hökuməti öz içərisindən çürüməkdədir. M.S.Ordubadi.
“Molla Nəsrəddin” çürümüş, köhnə, yaramaz, üfunət saçan həyat və ictimai əlaqələrin hərtərəfli və öldürücü tənqidçisidir. M.İbrahimov.

// məc. Məhv olmaq, yıpranmaq. Dərdli Kərəm bu yollarda çürüyə; Yolçunu yolundan eylər bu gəlin! “Əsli və Kərəm”.
Heç kəs istəməz ki, oğlu qazamatda illərlə çürüsün. N.Nərimanov.

Синонимы

  • ÇÜRÜMƏK pozulmaq — korlanmaq
  • ÇÜRÜMƏK qoxumaq — iylənmək

Антонимы

  • ÇÜRÜMƏK ÇÜRÜMƏK – SAFLAŞMAQ Deməli, biz çürümüşük, hə? (M.İbrahimov); Bu nəcib hisslər daim təkmilləşmədə, gözəlləşmədə, saflaşmadadır (Mir Cəlal)

Этимология

  • ÇÜRÜMƏK Çirk sözü ilə qohumdur. Qırğız dilində “гнилой” mənasında çırı (çürümə) sözü işlədilir. (Bəşir Əhmədov
ÇÜRÜMƏ
ÇÜRÜNTÜ

Значение слова в других словарях

ба́рдовский ки́тель на подбо́р наслоня́ться общежи́тие сдо́бриться суслёнок вши́вость вы́коваться непревзойдённый ота́пливание предве́стие разнопёрый фотокопи́ческий ергать урома abjure Boulder bracer deedful facilitate grief nephritis бултыхаться фартовый