Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suha (Nəmin)
Suha (fars. سوها‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,783 nəfər yaşayır (345 ailə).
Alaha
Alaha (Halakha, Halacha, Alaha, הלכה İbranicedə "getmək" mənasındadır) Yəhudi qanun sistemini təyin bir anlayışdır. Şifahi və yazılı köçürülən əmr və nəhyləri əhatə edən ümumi bir dini hüquq anlayışıdır. Təxminən olaraq Babil Talmudunun üçdə biri və Qüds Talmudu'nun da altıda birini Halaha təşkil edir. Alaha hüquq sisteminin bir çox hissəsi müasir hüquq sistemlərində də görülən vətəndaş hüquq və cinayət hüququ kimi hissələrdən ibarətdir. Alaha 613 əmrdən ibarətdir. Bunun 365'i qadağalardan müteşekkildir. Qaynağı Tora'dır.
Sauna
Sauna — tərləmə yolu ilə bədəndəki su və toksinlərin normaya salınması, dəridəki məsamələrin açılması və dərinin təmizlənməsi kimi öhdəlikləri özündə cəmləşdirən yüksək istilikli otaqlardır. Adətən 5–6 nəfərlik otaqlardan ibarət sauna günümüzdə bir çox idman zallarında, hamamlarda və gözəllik mərkəzlərində fəaliyyət göstərir. Bununla yanaşı, bir sıra yaşayış sahələrində də sauna otağı mövcuddur. Ənənəvi saunalarda, daxili mühit müəyyən ağac növləri istifadə edilərək hazırlanır və strukturu pillə şəklində oturma yerlərindən ibarət olur. Saunalarda taxtadan istifadə edilməsində əsas məqsəd, yüksək istilik şəraitində istifadəçinin rahatlığını maksimallaşdırmaqdır. Sauna sobası, adətən otağın orta hissəsində yer alır və əsas istilik mənbəyidir. Ənənəvi saunalarda soba odun alovu ilə, müasir saunalarda isə elektrik ilə çalışır. Sobanın üst hissində yerləşən sauna daşları, sobanın qızması ilə isinir. Zaman-zaman otaqdakı nəmişlik və istilik dərəcəsini artırmaq üçün bu daşların üstünə su tökülərək buxar əldə edilir. Xüsusilə Skandinaviya regionunda sauna daşlarının üstünə tökülən suya müxtəlif ətirlər qarışdırılır.
Seuta
Seuta (isp. Ceuta; ərəb. سبتة‎) - İspaniyanın Şimali Afrikada yerləşən ərazisi. İspaniya konstitusiyasına görə Melilya ilə birlikdə muxtar statusa malikdir. Mərakeş ilə sərhəd olan şəhərin ərazisi 19 km²'dir. Aralıq dənizi ilə 20 km, Mərakeş ilə 8 km sərhəd zonası mövcuddur. Pireney yarımadasına 14 km məsafədə yerləşir. Seuta 1995-ci ilin 14 mart tarixinə qədər Kadiz muxtar bölgəsinin tərkibində olmuş və həmin tarixdən sonra muxtar ərazi statusu almışdır. İspaniya Avropa İttifaqına daxil olmamışdan əvvəl Seuta, Melilya və Kanar adaları azad liman statusuna malik idi. 2011-ci ilin məlumatına əsasən 82 min nəfər əhalisi vardır.
Skuba
Akvalanq (lat. aqua, su + lung, ağ ciyər) və ya skuba (ing. scuba) — su altında nəfəs almağa imkan yaradan fərdi dalğıc aparatı. 1943-cü ildə Fransada kəşf olunmuşdur. Akvalanq sıxılmış hava (təzyiqi 20–60 MPa) doldurulmuş iki balondan, hava verişini tənzim edən tənəffüs avtomatından ibarətdir. Sıxılmış hava reduktordan keçərək tənəffüs avtomatına daxil olur. Tənəffüs avtomatı dalğıcın nəfəs aldığı havanın təzyiqini tənzimləyir, nəfəslə verilən havanı isə suya buraxır. Akvalanq dalğıcın kürəyinə qayışla bağlanır. Ondan istifadə etməklə su altında 40 m dərinlikdə 8–10 dəq, 5 m-dən az dərinlikdə 1 saat qalmaq olur. Sıxılmış havanın tərkibindəki azot dalğıca narkotik təsir göstərdiyindən 40 m-dən çox dərinə üzmək məsləhət görülmür.
Səbha
Səbha (ərəb. سبها‎) — Liviyada şəhər.Tripolidən təxminən 800 km uzaqlıqda yerləşir. İraq Şam İslam Dövlətinin Liviyadakı mərkəzlərindən biri də buradır. 2011 ci ildən sonra Liviyada İslam Dövlətinin, həmçinin 2019-cu ilin yanvar ayından Haftərin mərkəzi burada yerləşir. Liviya vətəndaş müharibəsi zamanı bura mərkəz olub.
Blua
Blua (fr. Blois) — Fransada şəhər. Luar və Şer departamentinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 49, 6 min (2005) nəfərdir. Luara çayının sahilindədir. == Tarixi == Blua 6-cı əsrdən məlumdur. 9-cu əsr – 13-cü əsrin əvvəllərində Şampan qraflığı ilə sülalə ittifaqında və uzunmüddətli uniyada olan və Fransa krallarına qarşı mübarizə aparan güclü qraflığın mərkəzi idi. 1391-ci ildən Valua sülaləsinin Orlean qolu şahzadələrinin mülkiyyətində, 1498-ci ildən kral domeninin tərkibində olmuşdur. 16-cı əsrdə Bluada Fransa krallarının daimi iqamətgahı yerləşirdi. 1576–77-ci və 1588–89-cu illərdə Baş ştatlar Bluada toplanmışdı.
Luka
Nuqa - Şəkər və bal, yumurta ağı, badam, qoz, fıstıq və fındıqdan edilən və müxtəlif dadlar, darçın, vanil kimi ədviyyatlar əlavə olunan bir konfet növüdür.Cənubi Avropada, nuqa böyük ölçüdə Milad mövsümü ilə əlaqəlidir.Təbrizin əhəmiyyətli şiniyatlarındandır.
Lupa
Lupa və ya zərrəbin — bir neçə linzadan ibarət olan, xırda predmetlərin yaxınlaşdıraraq müşahidəsi üçün nəzərdə tutulmuş optik sistem. İnsan fəaliyyətinin bir çox sahələrində — biologiya, tibb, arxeologiya, bank və zərgərlik işi, kriminalistika, saat və radio elektron texnikasının təmiri zamanı, həmçinin filateliya, numizmatika və bonistikada istifadə olunur. == Filateliyada == Lupa filatelistlər tərəfindən geniş istifadə olunur. Şəklin xırda detallarına baxmaq üçün 3–4 bölünən lupa kifayətdir. Filatelistlər əsasən qatlanan lupalara üstünlük verir. Bəziləri isə binokulyar cərrahi lupalardan istifadə edirlər .
Luqa
Luqa — Rusiya Federasiyasında yerləşən şəhər. Leninqrad vilayətinə daxildir.
Luza
Luza — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Alpha Data
Alpha Go
AlphaGo — Go oyununu oynayan kompüter proqramı. O, Alphabet Inc. şirkətinin Londondakı törəmə şirkəti olan Google DeepMind tərəfindən yaradılıb. 2015-ci il oktyabr ayında AlphaGo tam 19x19 ölçülü lövhədə peşəkar Go oyunçuya qalib gələn ilk kompüter Go proqramı olur. 2016-cı il mart ayında 9-cu dan peşəkar Li Sedolu məğlub edir. Li Sedol ilə 4-cü oyunu uduzmasına baxmayaraq, 5-ci oyunda Lini yenidən məğlub edərək, 4–1 hesabı ilə qələbə qazanır. Bu qələbə münasibəti ilə AlphaGo Korea Baduk Assosiyası tərəfindən 9-cu danla mükafatlandırlır. Li Sedol ilə olan oyun əsasında Greg Kohs tərəfindən AlphaGo adlı sənədli film də hazırlanmışdı. 2017-ci ildə Future of Go zirvə görüşündə, AlphaGo o vaxtı, dünyada 1-ci yerdə olan, Ke Jie-ni üç oyunluq oyunda məğlub edir. Bu oyundan sonra AlphaGo Çinin Weiqi Assosiyası tərəfindən 9-cu dan ilə mükafatlandırılır.
Amyen sülhü
Amyen yaxud Amien sülhü. 1802-ci ildə Fransa ile İngiltərə arasında bağlanmış bu sülhə əsasən İngiltərə Fransanın Avropada işğallarını tanıdı. İngiltərə Seylon və Trinidad adalarında hakimiyyətini saxladı, Hollandiya, Almaniya, İtaliya və İsveçrənin işlərinə qarışmaqdan əl çəkdi. Malta adasını "Malta cəngavərləri" cəmiyətinə qaytardı. Fransa Misirdən əl çəkdi. 2-ci antifransız koalisiyası dağıldı.
Antalkid sülhü
Antalkid sülhü, Şah sülhü — e.ə. 386-cı ildə Sard şərqində Afina və Fiv başda olmaqla yunan şəhər-dövlətləri koalisiyası ilə Sparta arasında imzalanmışdır. == Haqqında == Sparta diplomatı Antalkidin adı ilə adlanır. Əhəməni şahı II Artakserkin irəli sürdüyü şərtlər əsasında bağlanmışdır (digər adı da buradandır). Antalkid sülhü nəticəsində Kiçik Asiya və Kiprdəki yunan şəhərləri İranın hakimiyyəti altına keçmiş, Peloponnes ittifaqından başqa Yunanıstandakı bütün siyasi birliklər qadağan edilmişdir. Antalkid sülhünün şərtlərinə nəzarətin Spartaya həvalə edilməsi onun Yunanıstanda hökmranlığını möhkəmləndirdi. Beləliklə, Antalkid sülhü Yunan-İran müharibələri (e.ə. 500–449) dövründə yunanların qazandığı itirildi. Antalkid sülhü siyasi pərakəndəliyi və daxili çəkişmələri gücləndirdi. Ksenofontun «Yunan tarixi» adlı əsərində Antalki sülhünün mətni verilmişdir.
Bağdad sülhü
Brest sülhü
Brest-Litovsk sülh müqaviləsi – Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı — Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında imzalanmış sülh müqaviləsi. Sülh müqaviləsi Osmanlı dövlətinin torpaq qazandığı son müqavilədir. Müqavilə 2 aylıq sürən danışıqların nəticəsində, Ukraynanın Alman nəzarəti altında olan Bialstok-Grodna əyalətinin Brest-Litovsk şəhərində (Polyak dilində: Brześć Litewski, Alman dilində: Friedensvertrag von Brest-Litowsk, 1945-ci ildən bəri sadəcə Brest) imzalandı. Müqavilə bolşevik hökuməti tərəfinin müharibədə Almaniya və Avstriya-Macarıstan qüvvələrinin irəliləməsinin dayandırılması mövzusu üzərində idi. Bununla da, Sovet Rusiyası keçmiş Rusiya imperiyasının İttifaq ölkələrinə dair heç bir öhdəliyini yerinə yetirməmişdir. Müqavilə 1918-ci il martın 3-də Brest-Litovskda imzalanmış, martın 15-də 4-cü Ümumrusiya Fövqəladə Sovetlər Qurultayı, sonra isə 22 martda Almaniya reyxstaqının razılıq verməsindən sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm tərəfindən təsdiq olunmuşdur. == Müharibənin arxa planı == === Son hərbi manevrlər === === Ərazi dəyişiklikləri === Sülh müqaviləsi Rusiyanın I Dünya müharibəsindən çıxması ilə nəticələndi. Müqaviləyə əsasən, Bolşevik Rusiyası Baltikyanı ərazilərini Almaniyaya verərək idarəçilikdən imtina etdi, bu ərazilər Almaniyanın vassalına çevrilərək kiçik krallıqlara bölündü. Rusiya həmçinin Cənubi Qafqazda yerləşən əyalətini — Qarsı Osmanlı İmperiyasına verərək oradan imtina etdi və Ukrayna Xalq Respublikasının müstəqilliyini tanıdı. Konqresdə Polşanın müqavilədə qeyd olunmaması və Almanların Polşa təmsilçilərinin iştirakını tanımaması mübahisələrə və etirazlara səbəb oldu.
Gülüstan sülhü
Gülüstan sülh müqaviləsi ( rus. Гюлистанский договор) — 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan müqavilə. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsini bitirən bu müqavilənin imzalanması 1 yanvar 1813-cü ildə general Kotlyarevskinin Lənkəranı tutması ilə daha da sürətləndi.Müqavilə Dağıstanın, Gürcüstanın, bu günki Azərbaycan Respublikasının əksər hissəsinin və hal-hazırkı Ermənistan Respublikasının şimal torpaqlarının Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi.Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlandı. Müqaviləni Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzaladı.Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. İkinci Rusiya-İran müharibəsindən sonra Rusiya Cənubi Qafqazı bütünlüklə tutdu və bunu Türkmənçay müqaviləsində Qacar dövləti tərəfindən təsdiq edilməsinə nail oldu.Gülüstan müqaviləsi və ondan sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində azərbaycanlılar iki yerə parçalandı. == Arxa plan == Rusiya imperiyasının Qafqazda işğalçı fəaliyyəti Qacarları ciddi şəkildə narahat edirdi. Bunun qarşısını almaq üçün Fətəli şahın vəliəhdi Abbas Mirzə Rusiyaya qarşı 1805-ci ilin yazında hərbi əməliyyatlara başladı. 1813-cü ilə qədər davam edən döyüşlər sonunda Qacarlar ağır formada məğlub edildilər. Artıq hərbi əməliyyatların Təbriz ərazisinə keçmə təhlükəsi yarandı. Bunun qarşısını almaq üçün Abbas Mirzə sülh danışıqlarına başlamağa icazə verdi.
Hüdeybiyyə sülhü
Hüdeybiyyə sülhü— (ərəb. الحدیبیّة‎) hicri VI (M.628/mart)ildə Hüdeybiyyə adlanan bir məntəqədə Hz. Peyğəmbərlə məkkə müşrikləri arasında bağlanmış bir sülh müqaviləsidir. Həcc mərasimlərini yerinə yetirmək üçün Məkkəyə yollanan müsəlmanlar Qureyş müşrüklərinin qadağası ilə üzləşdilər, Hz.Peyğəmbər Qüreyş müşrikləri ilə danışıqlar aparmaq qərarına gəldi və bunun üçün ilk olaraq Ömər ibn Xəttabı seçdi. Ancaq O, getməkdən imtina edib Osman ibn Əffanın getməsini təklif etdi, Osmanın getməsindən və öldürülməsi barədə yayılan şayiələrdən sonra hz. Peyğəmbər müsəlmanlara Rizvan beyəti kimi tanınan bir müqavilə bağladı. Tərəflər arasındakı danışıqlardan sonra nəhayət, tərəflər arasında on illik barışığı təmin edən Hüddeybiyyə Barışıq Sazişi bağlandı və müsəlmanlar o il Mədinəyə qayıtdılar ki, növbəti il Ümrə ziyarətini yerinə yetirmək üçün Məkkəyə gəlsinlər. == Müsəlmanların Həccə getmək əzmi == Hz.Peyğəmbər hicrətin VI ilində səhabələri ilə birlikdə Məkkəyə getdiyini və Allahın evini ziyarət etdiyi yuxusunda gördü. لَّقَدْ صَدَقَ اللَّـهُ رَسُولَهُ الرُّؤْیا بِالْحَقِّ ۖ لَتَدْخُلُنَّ الْمَسْجِدَ .الْحَرَامَ إِن شَاءَ اللَّـهُ آمِنِینَ مُحَلِّقِینَ رُءُوسَکمْ وَمُقَصِّرِینَ لَا تَخَافُونَ ۖ فَعَلِمَ مَا لَمْ تَعْلَمُوا فَجَعَلَ مِن دُونِ ذَٰلِک فَتْحًا قَرِیبًا ( And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) rö’yasının çin olduğunu təsdiq etdi. (Ey mö’minlər!) Siz, inşallah, əmin-amanlıqla, (bə’ziniz) başınızı qırxdırmış, (bə’ziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız.
Katarina Sousa
Katarina Sousa (d. 27 aprel 2000) — Anqolalı üzgüçü. Katarina Sousa Anqolanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Katarina Sousa birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 32.24 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 56-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Lok Sabha
Lok Sabha (Xalq Məclisi), Hindistanın iki palatalı parlamentinin aşağı palatasıdır. Hindistan Parlamentinin yuxarı palatası Rajya Sabha adlanır. Lok Sabha üzvləri, səsvermə yaşına çatmış şəxslərin ümumi səsvermə hüququ və öz seçdikləri seçim regionlarını təmsil etmək üçün bir ilk-son-post sistemi ilə seçilirlər və kürsülərini beş il ərzində və ya mövcud nazirlər kabinetinin tövsiyəsi əsasında prezident tərəfindən ləğv edilincəyə qədər davam etdirirlər. 545 kürsüyə sahib olan Lok Sabha üzvlərinin 543 nəfəri seçkilər yolu ilə, 2 nəfəri isə Anqlo-Hind icmasından Hindistan Prezidenti tərəfindən seçilir.
Luçi Sulla
"Luçi Sulla" ( it. Lucio Silla Lucio Silla ) — musiqili dram (it. dramma per musica ), V.A. Motsartın operası, J. da Gamerra'nın librettosu. P. Metastasio tərəfindən redaktə edilmişdir. Premyerası: 26 dekabr 1772-ci il Milan, Reggio Ducale Teatrında baş tutmuşdur. Lutsi Korneli Sulla eramızdan əvvəl 138–78-ci illərdə yaşamış Roma diktatorudur. Eyni zamanda I.K.Bax və P. Anfossinin eyni adlı operalarının qəhrəmanı olmuşdur. == Süjet == Motsartın əsərinin əsası İtalyan opera seriyasına xas olan məcburiyyət və hisslərin ziddiyyətindən götürülmüşdür.. Baş qəhrəman Luçi Sulla, Senator Cecilionun nişanlısını əlindən alıb özünü isə Romadan qovur. O, geri qayıdaraq qızın namusu uğrunda mübarizəyə başlayır.
Marsel Şlutt
Marsel Şlutt (alm. Marcel Schlutt‎; 1 avqust 1977) — Almaniyalı kino aktyoru, model, fotoqraf və kolumnist. == Həyatı == Marsel Demmin şəhərində (Meklenburq-Ön Pomeraniya), nalbəndçi ailəsində anadan olmuşdu. Ailənin yeganə uşağı idi. Almaniya birləşəndən sonra o Bilefeldə (Şimali Reyn-Vestfaliya) köçür. Gənc yaşlarından at yarışları ilə dərindən maraqlanır, hətta bir neçə dəfə yarışlarda qələbə də qazanır. Məktəbi bitirdikdənn sonra o Münsterə köçür. Marselin 18 yaşı tamam olanda, fotoqraf TeeJott onu Kölndə dərc edilən bir sıra jurnallarda model qismində çəkilməyi təklif etdi. O bir sıra illüstrə edilmiş jurnal və kitab üz qabıqlarında göründü, onun hətta çılpaq şəkilləri də burada yer aldı. So Dam Tuff agentliyinin yeni üzü olduğundan, ona Londonda və Madriddə yaşamağı təklif etdilər.
Masiela Lusha
Masiela Luşa (ing. Masiela Lusha; 23 oktyabr 1985, Tirana, Albaniya — ABŞ aktrisası, yazıçı və filantrop.
Paris sülhü
Paris sülhü (1783) — Parisdə və Versalda ABŞ İstiqlal müharibəsinin bitməsi. ABŞ-nin müstəqilliyinin Böyük Britaniya tərəfindən tanınması. Paris sülhü (1814) — 1814 cü ildə Parisdə Fransa ilə VI antifransa koalisiyası (Rusiya, Böyük Britaniya, Avstriya, Prusiya, sonradan isə İspaniya, İsveçrə, Portuqaliya) arasında imzalanmış müqavilə: Fransa 1 yanvar 1792 ci il sərhədlərinə qaytarılır, İsveçrə və Hollandiya, alman kyazlıqları və İtaliya müstəqilliyini bərpa edir. Paris sülhü (1815) — 1815 cü ildə Parisdə Fransa ilə VII antifransa koalisiyası (Rusiya, Böyük Britaniya, Avstriya, Prusiya) arasında imzalanmış müqavilə: Fransa 1790 ci il sərhədlərinə qaytarılır və ona 700 mln. frank kontribusiya qoyulur. Fransanın şimal şərqi hələ 3-5 il işğalda qalır.