Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stef.
Boris Popov (bolq. Борис Стефанов Попов; 8 iyun 1894, Sofiya, Bolqarıstan knyazlığı – 12 dekabr 1979, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. Boris Popov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Centaurea albofimbriata Centaurea parilica Colchicum filifolium Colchicum soboliferum Eranthis bulgaricus Gymnadenia × borisii Hypecoum pendulum subsp. ponticum Jasione bulgarica Stefanoff, B. Monographie der Gattung Colchicum L.. — Sofia, 1926. — 100 p. Stefanoff, B. Herkunft und Entwicklung der Vegetationstypen in den Rhodopen. — Sofia, 1927. — 205 p.
Stoj.
Nikolay Stoyanov (bolq. Николай Андреев Стоянов; 21 noyabr 1883, Qrodno, Rusiya imperiyası – 9 oktyabr 1968, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. Nikolay Stoyanov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Stojanov, N. Stefanoff, B. Флора на България (Flora of Bulgaria) (in two volumes, four editions: 1924-26, 1933, 1948 and 1965-1966, the latest edition along with B. Kitanov) Stoyanov, N. Опит за характеристика на главните фитоценози в България (An attempt to characterise the main plant communities in Bulgaria), Год. на СУ, ФМФ, vol. 3, 1941 Stoyanov, N. Kitanov B. Диви полезни растения в България (Useful wild plants in Bulgaria), Sofia, 1960. Alkanna stojanovii Kožuharov, 1989 Crepis stojanovii T.Georgiev, 1926 Ranunculus stojanovii Delip., 1971 Thymus stojanovii Degen, 1925 Viola stojanowii W.Becker, 1924 Kitanov B. Velinova, L., Николай Стоянов. Биобиблиография (Nikolai Stojanov: Biobibliography, Sofia, 1955. Markova, M. Сто години от рождението на акад.
Stoa
Stoalar, Qədim Yunan memarlığında küçə və ya agoranın yanında yerləşən örtülü, sütunlu qalereyalardır. Onlar inzibati və ticarət mərkəzləri kimi istifadə edilən ictimai yerlər idi. Onun yaradıcısının Aqnaptus adlı qədim yunan memarı olduğu qeyd edilir. Sonrakı nümunələr stoalar iki mərtəbəli inşa edilirdi və mağazalar və ya bəzən ofislərin olduğu İonik üslubda kolonları birləşdirirdi. Bu binalar ictimaiyyət üçün açıq idi; burada tacirlər mallarını sata, rəssamlar öz sənət əsərlərini sərgiləyə, dini məclislər keçirə bilərdilər. Stoalar tez-tez böyük şəhərlərin bazarlarını və ya agoraları funksiyasını görürdü Stoaların digər nümunələrindən içəridə və çöldə faydalı məkanları birləşdirən qoruyucu və təhlükəsiz mühitlər yaratmaq üçün istifadə olunurdu Kiprli Zenon tərəfindən qurulan Stoaçılıq fəlsəfə məktəbinin adı “stoa”dan götürülüb. Tağ altında mənasını verən stoa fəlsəfəsi tağın altına toplaşan filosoflar tərəfindən qurulmuşdur.
Ceki Şrof
Ceki Şrof (ing. Jackie Shroff; 1 fevral 1957, Bombey) — tanınmış hind aktyorudur. Ceki Şrof karyerası ərzində 180-nə yaxın filmə çəkilmişdir. Filmlər hind, tamil, teluqu, malayalam, benqal, kannada və marathi dillərində çəkilmişdir. Ceki Şrof 1 fevral 1957-ci ildə qucarat dilində danışan Şrof ailəsində anadan olmuşdur. Onun qardaşının adı Hemantdır və onlar Mumbayın qərbində yerləşən Bandra vilayətində yaşayırlar. O uzunmüddət dostluq etdiyi prodüser Ayeşa Datla evlənir. Onların 2 övladı- Tayqr (Tiger) adlı oğlu və Krişna adlı qızı var. Ceki Şrof 1973-cü ildə həmin dövrün tanınmış ulduzu olan Dev Anand'nın iştirak etdiyi Heera Panna filmində mənfi obrazda yer almışdır. Onun Dev Anand'la birlikdə iştirak etdiyi növbəti filmi Svami Ata olmuşdur.
Miroslav Stoh
Miroslav Stoh (19 oktyabr 1989, Nitra) — slovakiyalı futbolçu. Hal-hazırda Fənərbaxça PFK-da, sol cinahda oynayır.
Staf Smit
Staf Smit (14 avqust 1909 – 25 sentyabr 1967, Münxen) — Cazmen. Staf Smit – caz skripkasını yaradanlardan biridir. Smit bu alətdə çalmağa 1930-cu ildə başlayanda onun 20 yaşı vardı. Smitin ifası «xuliqansayağı oynaq» tərzi ilə seçilirdi. Bu skripkaçının çıxış etdiyi, onun özündən başqa Cimmi Consun (fortepiano) və Con Liviinin (bas) daxil olduğu trio «Onyx Club» səhnəsində müntəzəm çıxışları sayəsində bütün caz aləmində məşhurlaşmışdı. Təəccüblü də olsa, faktdır: zərb alətlərində ifaçının daxil olmadığı bu üçlük ritmik "pulsasiya" yarada bilirdi. Onların ifasının yeganə yazıları «Asch» firması tərəfindən aparılmışdır. Barnett, Anthony. Almost Like Being In Bop: a Not-So-Brief Account of the Hidden History of the Swing to Recorded Bebop and Progressive Violin in America and Europe. Lewes, East Sussex: AB Fable, 2005.
Stob piramidaları
Stob piramidaları (bolq. Стобски пирамиди) - Bolqarıstan ərazisində geoloji abidə. Geoloji baxımdan hudu hesab olunur. Dik qayalı sütünlardan ibarət olan bu bölgə Bolqarıstanın cənub-qərbində, Rila dağlıq ərazisinə aiddir. Stob piramidalar bölgəsinin sahəsi 0,7 km²-dir. Piramidalar Kystendil əyalətində, Stob kəndi yaxınlığında yerləşir. Sütun formalı qayaların hündürlüyü 12 metr, çevrəsinin uzunluğu bəzən 40 metrə çatır. Sütunlar müxtəlif formada olur. Bəziləri üzərində yastı daşlar mövcuddur. Stob piramidaları Balkan yaramadasında, Rila dağ silsiləsinin qərb yamaclarındadır.
Stok-Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Stok Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Stol rəqsi
Stol rəqsi — səhnədə deyil, stolda və ya stolun üstündə ifa olunan rəqsdir. Stol rəqsi seks işçisi tərəfindən ifa edilən erotik rəqs də ola bilər və ya sadəcə olaraq asudə vaxtı keçirmək üçün nəzərdə tutulan tədbir olaraq da həyata keçirilə bilər.
Ston Səddi
Ston Səddi və ya Ston divarları — Xorvatiyanın cənubundakı tarixi Dalmasiya bölgəsinin Ston şəhərində yerləşən 7 kilometr (4.3 mil) uzunluğunda müdafiə divarı. Səddin inşasına 1358-ci ildə başlanmışdır. Bu gün dünyanın qorunan ən uzun istehkam sistemlərindən biridir. Stone səddi "Avropanın Çin səddi" olaraq da tanınır. Kütləvi şəhər divarları tərəfindən yaxşı qorunmasına baxmayaraq, Raqusa Respublikası başqa bir müdafiə xətti qurmaq üçün Peleşasdan istifadə etmək qərarına gəlir. Yarımadanın ən dar nöqtəsində, Stondan Mali Ston şəhərinə qədər bir divar inşa edildi. Respublika dövründə divarlar Dubrovnikin sərvətinə töhfə verən qiymətli duz məfdənlərini qorumaq üçün istifadə olunurdu və buna görədə təmir işləri aparılırdı. Cümhuriyyətin süqutundan sonra divarlarda söküntü işləri başladı. Daha sonra Avstriya-Macarıstan imperiyasının səlahiyyətliləri məktəblər və icma binalarını inşa etmək üçün və həmçinin Avstriya İmperatorunun 1884-cü ildə gəlişi münasibətilə qurulan zəfər tağı üçün divardan material götürdülər. Mali Stonun ətrafındakı divar insanların sağlamlığına ziyan vurduğu bəhanəsi ilə söküldü.
V/STOL
V/STOL (ing. Vertical or Short Take-Off and Landing) şaquli və ya qısa məsafəli ərazilərə enmə və ya qalxma deməkdir. Bu spesifikasiyaya malik olan təyyarələr qısa uçuş-enmə zolağından istifadə edirlər və ya kiçik bir əraziyə, məsələn, meşəlik ərazidəki kiçik bir açıq əraziyə şaquli şəkildə enirlər və qalxırlar. Bu xüsusiyyət yanacağa qənaət etməyə imkan verir.
Harriet Biçer-Stou
Harriet Biçer-Stou (ing. Harriet Elizabeth Beecher Stowe; 1811–1896) — yazıçı. Harriet Biçer 1811-ci il iyunun 14-də ABŞ-nin Konnektikut ştatının Litçfeld (Litchfield) qəsəbəsində dindar bir ailədə anadan olmuşdur. Harrietin atası Liman Biçer Konqresin üzvü idi. Liman Biçer tanınmış teoloq və Amerika İncil Cəmiyyətinin əsasını qoyanlardan biri hesab edilirdi. O köləliyə qarşı açıq şəkildə mübarizə aparırdı. Harrietin anası Roksana Fut (Roxana Foote) da dindar bir qadın idi və uşaqlarının qəlbinə ilahi sevgi və insanlara xidmət duyğularının salınmasını dönə-dönə dua edirdi. Hadisələrin gedişi göstərdi ki, onun bu duaları qəbul edilib. Amma Harriet 4 yaşında olanda anası dünyadan köçdü. Atası bundan sonra yenidən evləndi.
Harriyet Biçer-Stou
Harriet Biçer-Stou (ing. Harriet Elizabeth Beecher Stowe; 1811–1896) — yazıçı. Harriet Biçer 1811-ci il iyunun 14-də ABŞ-nin Konnektikut ştatının Litçfeld (Litchfield) qəsəbəsində dindar bir ailədə anadan olmuşdur. Harrietin atası Liman Biçer Konqresin üzvü idi. Liman Biçer tanınmış teoloq və Amerika İncil Cəmiyyətinin əsasını qoyanlardan biri hesab edilirdi. O köləliyə qarşı açıq şəkildə mübarizə aparırdı. Harrietin anası Roksana Fut (Roxana Foote) da dindar bir qadın idi və uşaqlarının qəlbinə ilahi sevgi və insanlara xidmət duyğularının salınmasını dönə-dönə dua edirdi. Hadisələrin gedişi göstərdi ki, onun bu duaları qəbul edilib. Amma Harriet 4 yaşında olanda anası dünyadan köçdü. Atası bundan sonra yenidən evləndi.
Stok-im-Ayzen
Stok-im-Ayzen (alm. Stock-im-Eisen‎ – dəmir içində ağac) — orta əsrlərdən bəri, uğur üçün yüzlərlə mismar vurulmuş və mismar ağacı (Nagelbaum) adlanan ağacın kəsilmiş gövdəsi. Hal-hazırda Avstriyanın paytaxtı Vyananın mərkəzində şüşə arxasında yerləşdirilib. Ağacın gövdəsi 2.19 metr (7 ft 2 düym) hündürlüyündədir və beş dəmir bantla divara bərkidilib. Dəmir 1575-ci ilə aiddir və üzərindəki HB hərfləri ehtimal ki, binanın sahibi Hans Buettingerə aiddir. Kötük 1400-ci illərdə əkilmiş küknara aiddir və təxminən 1440-cı illərdə kəsilmişdir. 1975-ci ildə ağac aşkar edilir. İlk mismarlar ağac hələ sağ ikən yəni 1440-a qədər vurulmuşdu. Bu barədə ilk yazılı qeyd 1533-cü ilə aiddir və 1548-ci ildə, o artıq hal-hazırda Stok-im-Ayzen-Platz adlanan bir evin divarında yerləşirdi. Ağac hal-hazırda Çexiya hornblendindən hazırlanmış bir baza üzərində dayanır.
Stok-on-Trent
Stok-on-Trent — Böyük Britaniyada, İngiltərədə şəhər.
Stok Siti FK
Stok Siti (Stoke City FC) — İngiltərənin futbol klubu. 1863-cü ildə yaranmışdır. 2 dəfə Avropa kuboklarında iştirak edib.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Tof Bei Fonq
Tof Bei Fonq (ing. Toph Bei Fong) - Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsas personajlardan biri (2-ci mövsümdən (Yer kitabı) bəri). Tof əvvəl 16 yaşlı atletik, əzələli oğlan və Sokkanın təzadı olmalı idi. Onun prototipini hər seriyasının önsözündə görmək olar. Baş personajlara qoşulmaq üzərə olan torpaq maqının personajını təqdim etməyə vaxt yaxınlaşanda, serialın baş ssenaristi, Aaron Ehaz güclü, yetkin torpaq maqlarını məğlub etməyə bacaran balaca bir qız personajını yaratmağa təklif etmişdi. İşçilərin bəziləri bu fikri gülməli hesab ediblər, lakin Brayan Konietzko əvvəl onu rədd etmişdi. Bir sıra uzun müzakirələrdən sonra, Konietzko bu ideyaya qarşı mübarizəsini dayandırıb və onu qəbul olunub. Nəticədə, Tof Konietzkonun ən sevdiyi personajlarından biri olmuş. Personajın öncəki konsepsiyası isə serialda daha küçük rolu olan başqa iki personaj üçün işlənilib. Konietzkonun sözlərinə görə, Korra əfsanəsi serialındaki Bolin personajı da, həmçinin Tofun əvvəlki konsepsiyasından hayranlanaraq yaradılmışdı.
Stop the War Coalition
Stop the War Coalition (azərb. Müharibəni Dayandırın İttifaqı‎) — Britaniyada yaranmış anti-müharibə hərəkatı.
Transatlantic non-stop (albom)
Transatlantic non-stop - Çili qrupu Altiplano və Səyavuş Kəriminin birgə layihəsi olan musiqi albomu. Albomda Altiplano qrupu və Azərbaycanın görkəmli muğam ifaçıları tərəfindən müasir miks olunmuş Çili, Ekvador və Azərbaycan xalq mahnıları yer tutub.
Don't Stop 'Til You Get Enough
Don't Stop 'Til You Get Enough — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
I Just Can't Stop Loving You
I Just Can't Stop Loving You – Maykl Cekson və Siedah Garrett tərəfindən ifa olunmuş məşhur balladadır. Mahnı Maykl Ceksonun yeddinci solo albomu olan Baddən çıxarılmıç ilk sinqldır. Mahnının ispan dilində olan versiyası "Todo Mi Amor Eres Tú" adlanır. Fransız dilində olan "Je Ne Veux Pas La Fin De Nous" adlı versiyası isə Maykl Ceksonun ölümündən sonra "Bad 25" albomunda satışa çıxarılmışdır. Mahnının söz və musiqi müəllifi Cekson özüdür. Əvvəlcə mahnının Ceksonun seçdiyi iki qadın müğənnidən biri – ya Barbra Streyzand ya da Vitni Hyustonla birgə ifa edilməsi nəzərdə tutulmuşdu. Hətta Areta Franklin və Agnetaa Feltskoqla (ABBA qrupunun üzvü) da birgə ifa edilməsi də düşünülürdü. Lakin hər dörd qadın ifaçı o zaman başqa işlə məşğul olduğu üçün təklifi qəbul edə bilməmişdi. Bu zaman mahnının müəllifi və Kuinsi Cons Ceksonun "Man In The Mirror" mahnısının bəstəkarı Garrettə mahnını Ceksonla birgə səsləndirməyi təklif etdilər. Beləcə Garret 1984-cü ildə Dennis Edvardsla olan "Don't Look Any Further" hitindən sonra növbəti hiti səsləndirmək təklifi aldı.
CTOL
CTOL (ing. Conventional Take-Off and Landing), Ənənəvi enmə-qalxma sözlərinin qısaldılmış formasıdır. Sərnişin təyyarəsi kimi normal hava texnikaları enmə-qalxma meydanından istifadə edərək enmə-qalxma həyata keçirirlər. Ənənəvi enmə-qalxma sisteminə alternativ olan bir sistem də, Şaquli şəkildə enmə-qalxma hesab olunur. Dəniz təyyarələri enmə-qalxma meydanının əvəzinə sudan istifadə edirlər.
Eston
Estonlar Estoniyanın əksəriyyətini meydana gətirən və ölkənin rəsmi dili olan Eston dili danışan etnik qrupa verilən addır. Estonlar, minlərlə il əvvəl Ural dağlarına sonrakı həyatdan olduqları bölgəyə köç etmişlər.
Etol
Etol ( q.yun. Αἰτωλός) — yunan mifologiyasında personaj. O, Endimionun dəniz pərisindən olan oğludur. Başqa bir versiyaya görə, Etol Zevsin ilə Protogeneyanın, ya da Oyneyin oğludur. Etol Pronoyanın həyat yoldaşıdır. Onun oğulları Plevron və Kalidondur. Роберт Грейвс.
Ftor
Flüor (F) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 9-cu elementdir. Atom radiusu qrupunun elementlərinə nisbətən kiçikdir, flüor atomu elektronu özünə daha güclü cəzb edir, yəni flüor kimyəvi cəhətdən daha aktivdir, oksidləşdiricilik qabiliyyəti daha yüksəkdir və elektromənfiliyi ən yüksək elementdir. Flüor kimyəvi cəhətdən aktiv olduğuna görə yalnız birləşmələr şəklində rast gəlinir. Flüorun təbiətdə ən geniş yayılmış mineralı kalsium-Flüoriddir. Flüor müxtəlif dağ mədənlərinin tərkibində xüsusəndə apatitlərin tərkibində olur. Kristal quruluşu-kub Atom radiusu- 50 pm Atom radiusu(hes.)- 42 pm Kovalent radiusu-72 pm Flüor yüksək aktivliyinə görə sərbəst halda ayrılması çətindir. Halogenlərdən yalnız flüor duzların ərintisinin elektrolizi ilə alınır. Onu, az miqdarda qurğuşun aparaturada biflüorid KF*HF ərintisinin elektrolizi ilə alırlar. Flüor adi şəraitdə açıq sarı rəngli, xarakterik kəskin iyli qazdır. Flüor hətta adi şəraitdə belə su ilə şiddətli reaksiyaya girir və buna görə də onun suda məhlulunu almaq mümkün deyil.
JSTOR
JSTOR — 1995-ci ildə Amerikanın Nyu-York şəhərində əsası qoyulmuş elektron kitabxana. İlk yaradılanda elmi və akademik jurnalları daha sonra isə kitabları da arxivləşdirmək üçün istifadə olunan onlayn bir sistem. Jstor güclü bir tədqiqat və tədris platforması vasitəsilə geniş bir elmi məzmunu araşdırmağa kömək edir. Kitabxanalardan istifadə edən tədqiqatçılar, tələbələr və professor-müəllim heyətinin xərclərini azaldaraq, rəf sahəsini artırarkən həyati məzmunla əlaqələndirməsi, müstəqil tədqiqatçılara təqaüddən pulsuz və ucuz istifadə imkanı təmin etməsi və naşirlərin yeni auditoriyalara qovuşmalarına və məzmununun gələcək nəsillər üçün qorunmasına kömək etmək üçün akademik cəmiyyətlə əməkdaşlıq edir.
Oton
Mark Salvi Oton (lat. Marcus Salvius Otho Caesar Augustus; 28 aprel 32 – 16 aprel 69) — 15 yanvar 69-cu ildən etibarən Roma İmperatoru. Mənşə etibarilə etrusk idi. 58-ci ildə 66-cı ilədək Luzitaniya valisi vəzifəsini icra etmişdi. Nerona qarşı Qalbanın başladığı üsyanı dəstəkləmişdi. Lakin Qalba tərəfindən vəliəhd elan edilmədiyindən onun əleyhinə intriqalara qoşulmuşdu. Pretorian qvardiyasının köməyilə 69-cu ilin yanvarında Qalbanı devirmiş və özünü imperator elan etmişdi. Ona qarşı üsyan qaldırmış və Reyn, Qalliya və Britaniya orduları tərəfindən dəstəklənmiş Vitelliyə qarşı Bedriak döyüşündə məğlub olduqdan sonra özünü öldürmüşdür. Ölüm anında demişdir: Hamının bir nəfərə görə ölməyindənsə, bir nəfərin hamıya görə ölməsi daha yaxşıdır.
Ptoz
Ptozu (yun. πτῶσις — düşmə) Yuxarı göz qapağının düşməsi ya sallanması Çəpgözlük İki görmə Gözün qıcıqlanması Gözün tam qapana bilməməsi Göz qapağının açıq saxlamaq üçün daim gərginlikdən yorulma Göz qapağının bir və iki tərəfdə sallanması Bir və ikitərəfli Anadangəlmə və qazanılma Tam və natamam Anadangəlmə ptoza səbəb göz qapağını qaldıran əzələnin ya olmaması ya da inkişafdan qalmasıdır. Qazanılmış ptozlara səbəb göz qapağını qaldıran əzələni innervasiya edən sinir liflərinin, gözün hərəki sinirinin insult, ensefalit, Horner sindromu nəticəsində iflicidir. Botoks inyeksiyasından sonrakı yatrogen fəsad Əsas xəstəliyin ya patoloji halın aradan qaldırılması. Cərrahi müdaxilə Horner sindromu "Ptoz əlamətləri". 2010-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-07.
Sato
Sato (V əsr) — qədim türkcə satay, saday "sevimli", "yaxın " sözündən; VII əsrdə uyğurların da bir xaqanının Sato adlanması məlumdur (Azərbaycanda bir sıra türkdilli xalqlarda geniş yayılmış Saday şəxs adını xatırlayın).