Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Surikat
Surikat — Herpestidae fəsiləsinə aid olan heyvan cinsi. Cənubi Afrikada (Kalaxari səhrası ərazisində: Anqola, Namibiya, Botsvana, CAR-ın şimal-qərbində) geniş yayılmışdır. Əvvəllər Madaqaskarda da rast gəlinib. == Yayılması == Manqustlar fəsiləsinə aid olan surikatlar əsasən ağacların bitmədiyi daha açıq və boş torpaqlarda yaşayırlar. Onları savannalarda və açıq düzənliklərdə tapmaq olar. == Təsviri == Surikatlar kiçik manqustlara aid olduğundan onların çəkisi 700-750 qramdır. Surikatın başı ilə birlikdə bədəninin uzunluğu 25-35 sm, quyruğunun uzunluğu isə 17,5-25 sm olur. Surikatların diş formulu belədir: I 3 3 C 1 1 P 3 3 M 2 2 , {\displaystyle I{3 \over 3}C{1 \over 1}P{3 \over 3}M{2 \over 2}\,\,,} (burada I {\displaystyle I} - kəsici dişlər, C {\displaystyle C} - köpək dişləri, P {\displaystyle P} - kökaltı dişləri M {\displaystyle M} - azı dişləri) onların sayı 36-dır. Tüklərinin rəngi adətən narıncı-qəhvəyi rəngdə olur. Bütün surikatlarda xarakterik olaraq qara zolaq vardır.
Hərəkat
Hərəkət sözünün aşağıdakı izahları vardır : obyektin məkanda yerini dəyişməsi Fizikada Mexaniki hərəkət — maddi obyektin digər maddi obyektlərə nisbətən fəzada vəziyyətinin daimi dəyişməsi. Broun hərəkəti Bir stasionar vəziyyətdən digərinə keçidin nəticəsi (Kvant fizikası). Yol hərəkəti Fəlsəfədə Hərəkət (fəlsəfə) — fəzada istənilən dəyişikliyi göstərən fəlsəfi kateqoriya. Biologiyada Hərəkət (biologiya)Təqribən eyni mənanı verən Hərəkat sözünün izahları: mütəşəkkil insan qrupunun məqsədli hərəkatı, məsələn: Muharibə əleyhinə hərakat Yaşıllar hərəkatı Gənclər hərəkatı və s.
Sukat
Sukat - müxtəlif meyvələrdən hazırlanan quru mürəbbə. Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur. Alma sukatı Armud sukatı Ərik sukatı Qarpız sukatı Qovun sukatı Qabaq sukatı Gavalı sukatı Limon qabığından sukat Portağal qabığından sukat Heyva sukatı == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Surat
Surat (ing. Surat, qüc. સુરત) — Hindistanın Qucarat ştatında şəhər. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2011-ci ilin məlumatına görə şəhərin əhalisi 4 462 002 nəfərdən ibarətdir.; Şəhərdə əhali əsasən qucarat, sindhi, hindi, marvari, marathi və başqa dillərdə danışır.
Surək
Surək — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Miyandürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,817 nəfər və 2,377ailədən ibarət idi.
Sürət
Sürət — gedilən yolun zamana nisbətinə bərabər olan kəmiyyətdir. Düsturla ifadəsi isə belədir: v = s t {\displaystyle v={\frac {s}{t}}} Burada s-düzxətli bərabərsürətli hərəkətdə gedilən yol, t - həmin yolu getmək üçün sərf olunan zaman, v - isə sürətdir. Sürət vahidləri 1 s m s a n {\displaystyle 1{\frac {sm}{san}}} (SQS sistemində), 1 m s a n {\displaystyle 1{\frac {m}{san}}} (BS sistemində) -dir. Cismin hərəkət halı təkcə sürətin qiyməti ilə deyil, həm də hərəkətin istiqaməti ilə xarakterizə olunduğundan sürət vektorial kəmiyyətdir.
REAL (hərəkat)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. == Tarixi == 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. 7 və 8 aprel 2018-ci il tarixlərində 2 mərhələli şəkildə Real Alternativ Hərəkatı 1-ci təsis Qurultayını keçirərək Real Partiyasını yaratmışdır. Partiyanın seçkili orqanlarına səs vermə yolu ilə 40 nəfər Məclis üzvü, İlqar Məmmədov isə səs çoxluğu ilə partiya sədri seçilmişdir. 2018-ci ilin yay fəslində artıq REAL partiyasının sədri İlqar Məmmədov şərti azadlığa buraxıldı. 2019-cu ildə partiyada qurultaya hazırlıq addımları atıldı, məclis və idarə heyəti buraxıldı.
Sübhi Bərəkat
Sübhi Bərəkat (1889, Antioxiya – 1939, Antakya, Hatay ili) — Fransanın mandatı dövründə ilk Suriya prezidenti (1922–1925). == Ədəbiyyat == Şükrü Balcı. Suriye eski devlet ve meclis reisi Suphi Berekât'ın iştediği şehadet. 1949.
Sürəban (Sərdəşt)
Sürəban' (fars. سوره بان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 60 nəfər yaşayır (12 ailə).
Şürənab (Əhər)
Şürənab (fars. شوره ناب‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (17 ailə).
Camal Sürəya
Camal Sürəya (1931[…], Ərzincan, Türkiyə – 9 yanvar 1990, İstanbul, Türkiyə) — Kürd əsilli türk şair və yazıçı. Əsil adı Cəmalətddin Səbərdir. Camal Sürəya 1931-ci ildə Ərzincan şəhərində doğulub.1938-ci ildə Dersim Üsyanı (Dersim Qətliamı) nəticəsində ailəsi ilə birlikdə Biləcikə sürgün edilir. O yanvarın 9-u İstanbul şəhərində vəfat edib.
Cemal Süreya

Mobil sursat
Mobil sursat (həmçinin intiharçı pilotsuz uçuş aparatı, intiharçı dron, kamikadze pilotsuz uçuş aparatı, rouminq silahları və ya kamikadze dron kimi tanınır) sursatların müəyyən müddət ərzində hədəf ərazinin ətrafında fırlandığı və yalnız hədəf aşkar edildikdən sonra hücum etdiyi hava silah sistemidir. Mobil sursatlar, yüksək dəyərli platformalar hədəf əraziyə yaxın yerləşdirildikdən qısa müddət sonra görünən gizli və ya məxfi hədəflərə qarşı daha sürətli cavab müddətlərini təmin edir və həmçinin də hücum əmri asanlıqla ləğv oluna bilindiyi üçün daha seçici olaraq vacib hədəflərə tuşlanmağa imkan yaradır. Mobil sursatlar qanadlı raketlər ilə silahlı pilotsuz uçuş aparatları (SPUA) arasında qəbul edilir və hər ikisi ilə eyni xüsusiyyətlərə malikdir. Onlar qanadlı raketlərdən hədəf ərazinin ətrafında nisbətən uzun müddət dövrə vurması üçün nəzərdə tutulması, SPUA-lardan isə mobil sursatın bir hücumda sərf edilməsinin nəzərdə tutulması və daxili döyüş başlığına malik olması ilə fərqlənirlər. Buna görə də onları qeyri-ənənəvi mənzilli silahlar da hesab etmək mümkündür. Mobil silahlar ilk dəfə 1980-ci illərdə yer-hava raketlərinə (SAM) qarşı Düşmənin Hava Hücumundan Müdafiəsinin Zəiflədilməsi (SEAD) rolunda istifadə üçün ortaya çıxmışdırlar və 1990-cı illərdə bir sıra hərbi hava qüvvələrində SEAD rolunda çıxış etməsi üçün yerləşdirilmişdirlər. 2000-ci illərdən başlayaraq, rouminq silahları nisbətən uzun mənzilli hücumlardan və atəş dəstəyindən tutmuş kürək çantasına sığan bir taktiki döyüş vasitələrinə və hətta çox qısa mənzilli döyüş sistemlərinə qədər əlavə rollar üçün hazırlanmışdır.
Surkan (Urmiya)
Surkan (fars. ‎‎‎‎سوركان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 658 nəfər yaşayır (85 ailə).
Tandem sursat
Tandem sursat və ya ikili partlayıcı qısaca partlayıcı və ya döyüş raketi sistemlərində istifadə olunan və ardıcıl partlayışı təmin edən bir cihazdır. Bu mexanizm vasitəsilə zirehli döyüş maşınlarında istifadə olunan qəfəs zirehləri və ya reaktiv zirehləri zərərsizləşdirmək nəzərdə tutulur. Birinci mərhələdə cihaz reaktiv zirehləri yüngül bir partlayışla aktivləşdirir. Bu şəkildə zirehdəki partlayıcılar partladılır. Təsirə məruz qalan ərazi reaktiv partlayıcılardan təmizləndikdən sonra başlıqdakı əsas partlayıcılar işə düşür və texnikanın əsas zirehi ilə təmas edərək onu məhv etməyə çalışır. PG-7VR model döyüş başlığından istifadə edən RPG-7 və onun daha da inkişaf etdirilmiş versiyası olan RPG-29 buna misaldır. Soyuq müharibə illərində Amerika istehsalı olan bir çox silah da bu texnikadan istifadə edilmişdir. O dövrdə istehsal olunan Sovet tanklarının əksəriyyəti reaktiv zirehlərdən istifadə edirdi.
Sursat qatarı
Sursat qatarı — XIX və XX əsr müharibələrində orduların elementi. Onlar hər bir diviziyanın artilleriya və piyada döyüş sursatlarının sursat doldurma məntəqəsindən döyüş sahəsinə daşınmasına cavabdeh idilər. Qatar burada hərfi mənada qatar ola bilərdi, lakin əksər hallarda deyildi və "karvan" mənasında işlədilirdi. Dövrdən asılı olaraq, onun daşınması atlı vaqon və ya motorlu nəqliyyat vasitələri olmuş, və rolları yerinə yetirmək üçün lazımi işçi heyəti və avadanlıqlar təyin edilmişdir.Onların ənənəvi qabiliyyəti müasir döyüşlərdə böyük ölçüdə əvəz edilmişdir. Birləşmiş Ştatlar Hərbi Qüvvələrində hər bir döyüş diviziyasının öz sahə artilleriya briqadasına təyin edilmiş sursat qatarı olmalı idi.
Milliyyətçi Hərəkat Partiyası
Milliyətçi Hərəkat Partiyası (türk. Milliyetçi Hareket Partisi, qısa MHP kimi tanınır) – Türkiyədə mövcud olan siyasi partiya. == Tarixi == === 1969-1980 === MHP 8-9 Fevral 1969-cu ildə Adanada keçirilən ümumi qurultayda quruldu, Respublikaçı Kəndli Millət Partiyası adını Milliyyətçi Hərəkat Partiyası olaraq dəyişdirdi. Böyük Konqresdən sonra ilk ümumi idarə heyəti iclasında və eyni zamanda MHP Gənclik Qolları ("Ülkü Ocakları") üçün partiyanın emblemi "Üç Aypara" olaraq qəbul edildi. MHP 1969 və 1973 ümumi seçkilərində böyük bir müvəffəqiyyət qazana bilmədi. Suat Hayri Ürgüplü kabinetində "Türkeşçi" olaraq təyin olunan üç nazir vardı: Mehmet Altınsoy, Hazım Dağlı, Mustafa Kepir. 1965-ci il seçkilərində partiya 2,2% səs aldı. Milli Balans sistemi ilə 11 deputat seçildi. Bir senatoru var idi. 1968-ci ildə 14 millətvəkilindən dördü partiyadan istefa etdi.
Milliyətçi Hərəkat Partiyası

Çevik Hərəkat Dəstəsi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsi — yaşıl beretlilər kimi tanınan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Xidmətinin vəzifələri aşağdakılardır : Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş digər əşyaların, habelə Azərbaycan Respublikasının Dövlət sərhədlərindən hər hansı bir yolla keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada qarşısının alınmasını təmin edir. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi ilə əlaqədar səlahiyyətləri daxilində əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirir. Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna dair sənədlərinin yoxlanılmasını, həmin sənədlərdə müvafiq qeydlərin edilməsini, qanun pozuntusu aşkar edildiyi hallarda qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini təmin edir. Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin təminatı ilə bağlı hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu aparır, əməliyyat-qeydiyyat işini başlayır və onu qeydiyyata alır. Əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin səlahiyyətlərinə aid informasiyalar əldə edildiyi təqdirdə zəruri hallarda təxirəsalınmaz tədbirlər keçirməkdə həmin orqanları dərhal məlumatlandırır və onlara lazımi kömək göstərir.
Çevik Hərəkat Qüvvələri

Surət Hüseynov
Surət Hüseynov və ya Sürət Hüseynov (12 fevral 1959, Kirovabad – 31 iyul 2023, İstanbul) — Azərbaycanlı siyasətçi və sahibkar; Azərbaycan Respublikasının 4-cü baş-naziri, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989–1991); Azərbaycan Respublikası Baş nazirinin müavini (1992–1993), Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, Azərbaycan Ordusunun korpus komandiri (1992–1993), polkovnik, Azərbaycanın Milli Qəhrəmanı (1992–1994). == Həyatı == Sürət Davud oğlu Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirmişdir. 1977-ci ildən 1979-cu ilə qədər Sovet Ordusunda xidmət etmişdir. 1980-ci ildə institutda oxuya-oxuya, Gəncə şəhərində xalça-mahud kombinatında usta köməkçisi kimi işləmişdir. 1983-cü ildə institutu bitirib Pyatiqorsk şəhərinə köçmüş, sonra Azərbaycana qayıtmış və 1984-cü ildən Şəki tədarük idarəsinin çeşidləyicisi, 1986-cı ildən Yevlax rayonunun yunun ilkin emalı fabrikinin böyük nəzarətçisi, sex rəisi, 1989-cu ildən həmin fabrikin direktoru vəzifələrində işləmişdir.31 iyul 2023-cü ildə Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından xəstəxanaya yatırılıb və uzun sürən xəstəlikdən sonra mədəsində deşilmə yarandığı üçün başlayan qanaxma nəticəsində vəfat edib. Gəncədə dəfn olunacağı açıqlanıb. 2 avqust 2023-cü ildə Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb. == Qarabağ müharibəsi və döyüşlərdə iştirakı == 1992-ci ilin əvvəllərində könüllü batalyon yaratmış və o vaxtdan Qarabağdakı döyüş əməliyyatlarına ciddi maliyyə dəstəyi vermişdir. 1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini və prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrində çalışmışdır.
Sürət qatarı
Sürət qatarı — köhnə sistemli relslərdə sürət həddi 200-250 km/s (bəzı Avropa ölkələrində 190-250 km/s), təzə sistemli relslərdə isə 250 km/s və daha yüksək olan qatar. == Şəkillər == == Xarici keçidlər == Bakı-Sumqayıt qatarına bilet neçəyə olacaq?
Transonik sürət
Transonik — Aerodinamikada səs sürətindən aşağı və yuxarı olan sürətləri (təxmini olaraq Mach 0.8 - 1.2) müəyyənləşdirmək məqsədi ilə istifadə edilən termindir. Həmçinin gövdəsi səs divarını keçə bilən, ancaq əslində səs sürətindən aşağı sürətdə uçmaq üçün yaradılmış olan təyyarələrə transonik təyyarələr deyilir. North American F-86 Sabre buna nümunə göstərilə bilər.
Suraka ibn Malik
Suraka ibn Malik (VI əsr, Ərəbistan yarımadası – 645, ərəb. سراقة بن مالك‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Mudlic qəbiləsindən idi. O, Məhəmməd peyğəmbərin Mədinəyə hicrəti zamanı, Qureyşlilərin Məkkə yaxınlığındakı bütün qəbilələrə Məhəmmədi diri və ya ölü onlara çatdıra biləcək hər kəsə 100 dəvə verməyə hazır olduqlarını bildirməsi ilə məşhurlaşır. Suraka mükafat almağa qərar verdi və Məhəmmədin axtarışına çıxdı. Səhrada xeyli məsafə qət edən Surakının atı büdrəməyə başlayır. Artıq qayıtmaq qərarına gələn Suraka Peyğəmbəri 2 səhabə ilə görüb, ona ox atmaq istəyir, lakin əli yerində donub qalır. Atının ayaqlarının quma batmağa başladığını gördü. Sonra Suraka Peyğəmbərə üz tutur, ondan atını buraxmasını istəyir və təqibi dayandıracağına söz verir. Peyğəmbər Allaha dua edir və atın ayaqları möcüzəvi şəkildə qumdan azad olur, lakin Suraka vəd edilən mükafatı xatırlayır və yenə Peyğəmbərin arxasınca getməyə başlayır.
Sürəya xanım Talıbxanbəyli
Sürəyya Talıbxan qızı Talıbxanbəyli (1899 – ?) — publisist, folklorşünas. == Həyatı == Sürəyya Talıbxan qızı 1899-cu ildə Şuşa qəzasının Qacar kəndində anadan olmuşdu. Məktəb təhsili almışdı. 1920-ci ildə ailəsi ilə bərabər Türkiyəyə mühacirət etmişdi. Orada "Azərbaycan Yurd bilgisi" dərgisində bir çox yazılar hazırlamışdı. Dayısı Hüseyn bəy Mirzəcamalov ona dəyərli məsləhətlər vermiş, doğru yola yönəltmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, səh.292-293; Ənvər Çingizoğlu, Bir Qacar soyu: Talıbxanovlar, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №4, səh.3-10.