Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eagles
Eagles — 1971-ci ildə ABŞ-nin Los-Anceles şəhərində yaranmış rok-qrupu. Hitparadlarda birinci pilləyə qədər yüksəlmiş yeddi sinql, 6 Qremmi mükafatı, 5 "Amerikan Musiqi mükafatı" qazanmaqla 70-ci illərin musiqi tarixində dərin iz buraxmışdır. Qrupunun buraxdığı "Hotel California" albomu Rolling Stone jurnalının tərtib etdiyi "Bütün zamanların ən böyük 500 albomu" siyahısında 37-ci, 2004-cü ildəki "Bütün zamanların ən böyük 100 müğənnisi" siyahısında isə 75-ci yeri tutmuşdur. == Tarixi == Eagles qrupu 1971-ci ildə Los-Anceles şəhərində Qlenn Frey, Don Hendli, Berni Ledon və Rendi Maysner tərəfindən əsası qoyulmuşdur. Həmin il qrup Asylum Records səsyazma şirkəti ilə ilk müqaviləsini imzaladı. 1972-ci ilin fevralında İngiltərədə ilk debüt albomu , qrupun adı ilə eyni olan "Eagles"-ı satışa çıxardılar. Albomun ilk sinqlı "Take It Easy" ABŞ-də ən məşhur və nüfuzlu musiqi hit-paradı "Billboard Hot 100"-da 12-ci pilləyə kimi yüksəldi. == Fasilə illəri (1980–1994) == 1980-ci ildə qrupun fəaliyyati müəyyən səbəblərə görə dayandırıldı və üzvlər solo karyera qurmağa başladılar. == Yenidən birləşmə == 1994-cü ilin aprel ayında qrup yenidən birləşəndən sonra solist Frey canlı konsert zamanı demişdir: "Qrup dağılmamışdır, sadəcə olacaq 14 illik fasilə etdik." == Statistika cədvəli == == Diskoqrafiya == === Studiya albomları === Eagles (1972) Desperado (1973) On the Border (1974) One of These Nights (1975) Hotel California (1976) The Long Run]] (1979) Hell Freezes Over (1994) The Long Road Out Of Eden (2007) === Konsert albomları === Eagles Live (1980) Hell Freezes Over (1994) === Seçmələr === Their Greatest Hits (1971–1975) (1976) The Eagles Greatest Hits, Vol.
Eyləs
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
Ədləs
Ədləs (ərəb. أدلس‎) — Əlcəzairin cənub-şərq hissəsində, Tamanrasset vilayətində kiçik şəhər və kommuna. Təzruk dairəsinə daxildir. Şəhər vilayətin mərkəzi hissəsinin cənub-şərqində, Böyük Səhranın mərkəzi hissələrində, Əhəqqar Milli Parkında, paytaxt Əlcəzairdən təxminən 1450 kilometr cənub-cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 1391 metrdir. Ədləs kommunası Fəqarət-əz-Zua, İn-Amgel, Tamanrasset, Təzruq kommunaları, həmçinin İllizi vilayətinin ərazisi ilə həmsərhəddir. Sahəsi 54,125 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 38 mm). Orta illik temperatur 21,1 °C-dir.
Əmləş
Əmləş — İranın Gilan ostanında yerləşən şəhər. Əmləş əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Əmləş şəhristanı
Əmləş şəhristanı (Farsca: شهرستان املش) — İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir. Şəhristan 1997-ci ildə Rudsər şəhristanının hesabına yaradılıb. Şəhristanın ərazisi 410 km²-dir. 2006-cı il əhali siyahıya almasına əsasən şəhristanın ümumi əhalisi 46,108 nəfərdir . Əmləş şəhərinin əhalisi giləklərdən ibarətdir və onlar giləkçənin Əmləşə xas olan xüsusi dialektində danışırlar. Mərkəzi (Əmləş) bəxşi əhali : 29,716 nəfər (2006 s.a.) şəhər əhalisi : 15,047 nəfər (2006 s.a.) kənd əhalisi : 14,669 nəfər (2006 s.a.) Rənkuh bəxşi əhali : 16,392 nəfər (2006 s.a.) şəhər əhalisi : 956 nəfər (2006 s.a.) kənd əhalisi : 15,436 nəfər (2006 s.a.) Mərkəzi (Amlaş) bəxşində : Əmləş şəhəri Əhalisi : 15,047 nəfər (2006 s.a.) Rənkuh bəxşində : Rənkuh şəhəri Əhalisi : 956 nəfər (2006 s.a.) Şimali Əmləş Cənubi Əmləş Samam Şəbxuslət Qəcidu Şəhristanda 147 kənd vardır, ancaq onlardan 13-ündə əhali yaşamır.
Eqle Qabrenayte
Eqle Qabrenayte (24 sentyabr 1950, Moskva, RSFSR, SSRİ) — Litva altrisası. == Həyatı == Eqle Qabrenayte 24 sentyabr 1950-ci ildə Moskvada anadan olmuşdur. 1972-ci ildə Litva konservatoriysının "Aktyorluq" fakültəsini bitirmişdir. 1972-1990-cı illərdə Litava Dövlət Dram Teatrında işləmişdir. 1990-cı ildə Vilnüs Kiçik Teatrının aktrisasıdır.
Ələs Rüstəmov
Ələs Rüstəmov (tam adı: Ələs Vidadi oğlu Rüstəmov; 24 noyabr 1998; Dəliməmmədli, Goranboy rayonu, Azərbaycan — 2 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ələs Rüstəmov 1998-ci il noyabrın 24-ü Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olmuşdur. M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbini bitirmişdir. Subay idi. Ələs Rüstəmov 2016-2017-ci illərdə Bakıda hərbi xidmət keçmiş, 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətdən keçən hərbi qulluqçu olaraq işə başlamışdır. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin ələ keçirilməsində iştirak etmişdir. 2020-ci il oktyabrın 2-si şəhid olmuş, doğulduğu tarixdə - noyabrın 24-ü dəfn edilmişdir. Bir yaralı əsgər yoldaşı onun haqqında söyləyir: “Ələs çox hörmət qazanmışdı. Komandirin sağ qolu idi. Bir gün komandir demişdi ki, mənə nəsə olsa, mən şəhid olsam bu taqım Ələsə əmanətdir.
Meri Eqnes Çeyz
Meri Eqnes Çeyz (1869–1963, nee Merrill) — ABŞ Kənd Təsərrüfatı Departamentində və Smitson İnstitutunda işləmiş ABŞ-lı aqrotoloq (ot mütəxəssisi). Chase, M.A. & Albert Spear Hitchcock|Hitchcock, A.S. 1910. The North American species of Panicum. Bulletin of the United States National Museum. DOI:10.5962/bhl.title.53687 Chase, M.A. 1922. First book of grasses: The structure of grasses explained for beginners. The Macmillan Company. Chase, M.A. 1950, revision. Manual of grasses of the United States. U.S. Dept.
Nişani-Əqdəs ordeni
Nişani-Əqdəs-İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. Bu ordenin ancaq II dərəcəsi vardı. Əsasən nazirlərə və bu dərcədə olanlara verilirdi. Ordu komandanları da bu ordenlə təltif olunurdular. Orden almazlarla bəzənmişdi.
Suilanları kraliçası Eqle
"Suilanları kraliçası Eqle" (lit. Eglė žalčių karalienė) — ən məşhur və nadir Litva xalq nağıllarından biridir. Bu nağılın 100-dən artıq fərqli variantları mövcuddur. "Suilanları kraliçası Eqle" nağılı əfsanəyə dönmüş ən qədim Litva nağıllardan biri olaraq Litva xalqının duyum və təsvir dünyasının təşəkkül tapmasında həlledici rol oynamışdır. Bu nağıl Litva şifahi xalq ədəbiyyatının xristianlığa qədərki dövrünə aiddir və onun əsasında duran mifologemotik arxaiklik, həmçinin litvalıların baltik mənşəli etiqadları və mərasimləri ilə qarşılıqlı əlaqələri bir sıra tədqiqatçılara belə bir fikri yürütməyə əsas yaratmışdır ki, onlar dəfələrlə "Suilanları kraliçası Eqle" nağılını millətin soykökünü üzə çıxaran və milli şüurun inkişafını açıb göstərən Litva milli dastanı kimi təqdim etmişlər. Ona görə də təsadüfi deyildir ki, sənətkarlar bu nağıldan və yaxud onun motivlərindən milli özgünlük göstəricisi, milli identikliyin istinad nöqtəsi kimi yararlanaraq dəfələrlə Litva yazılı ədəbiyyatında, musiqi və incəsənətdə istifadə etmişlər. Nağılın süjeti mürəkkəb deyildir, lakin çoxlu surətdə arxetip motivlərlə zəngindir. Yerin üstündə yaşayan torpaq qızı Eqle göldə bacıları ilə birgə çimərkən, sürünüb onun köynəyinin qoluna girmiş suilanına — dənizin dibindəki yeraltı dünyada yaşayan xtonik varlığa ərə getməyə söz verir. Atası onu ər evinə köçürdür və Eqle yeraltı dünyada peyda olur. Bu hadisənin üstündən düz doqquz il ötüb keçir.
Ellen Estes
Ellen Estes (d. 13 sentyabr 1978) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Ellen Estes, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Ellen Estes, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
EOLSS
EOLSS - Həyat təminatı sistemlərinin ensiklopediyası (ingiliscə, Encyclopedia of Life Support Systems). Ensiklopediya YUNESKO-nun himayəsi ilə yaradılmışdır. Ensiklopediyanın elektron variantı 50 milyon sözdən ibarət 180 cild təşkil edir. Sistem pulludur, lakin qısamüddətli müraciət və təhsil müəssisələri üçün xüsusi icazələr əldə etmək mümkündür. Müxtəlif sahələrə aid 16 ensiklopediyanı özündə birləşdirir.
Eagle
Eagle — 1990-cı illərdə Chrysler və Mitsubishi-nin ortaq olaraq hazırladığı Mitsubishi əsaslı marka. 1999-cu ildə istehsalı dayandırılmışdır. Həmçinin 1966–1969-cu illər arasında Formula 1-də yarışmış markadır.
Egletes
Egletes (lat. Egletes) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Egletes domingensis Cass. Egletes floribunda Poepp. Egletes florida Shinners Egletes humifusa Less. Egletes liebmannii Sch.Bip. ex Klatt Egletes obovata Benth. ex Oerst. Egletes prostrata (Sw.) Kuntze Egletes repens Shinners Egletes tenuifolia Cuatrec. Egletes viscosa (L.) Less.
Ellər
Abovyan, — Ermənistan Respublikasında şəhər, Ellər bələdiyyəsini (erm.: e. Աբովյանի համայնք, l. Abovyani hamayank) təşkil edir. Ellər rayonunun mərkəzi. == Tarixi == Ellər şəhəri mühüm nəqliyyat qovşaqlarından biridir. 1963-cü ildən respublika tabeli şəhərdir. Erməni yazıçısı Xaçatur Abovyanın adı verilməklə tarixi adı dəyişdirilib. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == İstinadlar == == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
Engels
Engels — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir == Tarixi == Əlbəttə "Abad şəhərlər yollar ayrıcında, çaylar üzərində salınmışdır" deyənlər yanılmırlar. Kiçik Bakır kəndi də Volqa çayı ilə Elton gölü arasındakı Böyük yolda, Saratov şəhərindən azca aralı yerləşirdi. Vaxtilə qədim Saratov Volqanın bu üzündə Bakırdan bir kilometr yarım məsafədə yerləşirdi. Yanğından sonra onu Volqanın o biri üzünə köçürdülər. Bu yola "Elton traktı" deyirdilər. 1747-ci ilin yayında senat podpolkovnik Çemadurovun rəhbərliyi altında Elton gölünü tədqiq etməkdən ötrü elmi ekspedisiya göndərmişdir. Rusların tələffüzündə Elton kimi səslənən bu ad indi elə bu şəkildə də rəsmiləşdirilib. Əsl adı çox güman ki, Altun olan bu göl (Sahil yamacları və dibi qırmızı torpaqdan olan bu göl həqiqətən qızıl kimi parlayır) yerli tatar və kalmıkların tələffüzündə Altun~Alton adlanıb, sonradan rusca Elton şəklinə düşmüşdür. Çemadurov senata Elton gölünün tədqiq edildiyini və buradakı duzun hasil edilməsinin məqsədəuyğun olduğunu xəbər verir.
Eqlie
Eqlie (fr. Eygliers, oks. Aigliers) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Qiyestr kantonuna daxildir. INSEE kodu — 05052. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 749 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 488 nəfər (15-64 yaş) arasında 342 nəfər iqtisadi cəhətdən, 146 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70.1%, 1999-cu ildə 69.4%) idi. Fəal olan 342 nəfərdən 330 nəfəri (175 kişi və 155 qadın), 12 nəfəri işsizdir (5 kişi və 7 qadın).
Eqlön
Eqlön (fr.
Equus
At (lat. Equus) — Təkdırnaqlılar dəstəsinin atlar (lat. Equidae) fəsiləsinin yeganə müasir cinsi. == Təsnifatı == 7 müasir və 1 nəsli kəsilmiş növü var. === Müasir növləri === Prjevalski atı (Equus przewalskii) növü Vəhşi at (Equus ferus) növü Ev atı (Equus ferus caballus) yarımnövü Eşşək (Equus asinus) növü Qulan (Equus hemionus) növü Düzənlik zebri (Equus quagga) növü Dağ zebri (Equus zebra) növü Səhra zebri (Equus grevyi) növü === Nəsli kəsilmiş növü === Kvaqqa (Equus quagga) növü Zooloji təsnifata görə atlar fəqərəlilər şöbəsinə, məməlilər sinfinə, təkdırnaqlılar dəstəsinə, ataoxşarlar (ekvidlər) ailəsinə və əsil atlar növünə mənsubdurlar. Ekvidlər ailəsinə həmçinin ulaqlar, zebrlər və yarım ulaqlar növləri də daxildirlər. Professor B. O. Kovalyovski qazıntılar nəticəsində tapılan təkdırnaqlılar içərisində keçid formalarının olmasını sübut edərək, bunların təkamül nəticəsində meydana gəlməsini göstərmişdir. Onun fikrincə həyat şəraiti dəyişdikcə bunlarda dəyişmiş, bir formadan-digər formaya, yəni şəraitə uyğun bir formaya düşmüşlər. Atların ən qədim əcdadı hesab edilən Eohippus meşə heyvanı olmaqla üçüncü dövrün ikinci epoxasında (Eosepdə) köhnə və Yeni dünyanın müstəqil iqlim, yumşaq tropik bitki, rütubətli və bataqlıq yerlərdə yaşamışlar. Milyon illər davam edən təkamül nəticəsində 30 sm boylu Eohippus dəyişmiş onun barmaqları atrofiyaya uyğarayaraq nəhayət 100–120 sm boylu iliohippus adlanan tək dırnaqlı bir forma meydana gəlmişdir.
Eqzos
Səsboğucu – Daxili yanma mühərrikində yanan qazın xaric edilməsinə kömək edən qurğunun adıdır. Mühərrik işləyən zaman yaranan artıq qazlar bu qurğunun köməyi ilə çölə çıxarılır. Mühərrikin səsboğucu hissəsindən son çıxışa qədər çoxsaylı susdurucularla gurultu minimuma endirilərək səssiz bir qaz çıxarılmasına şərait yaradılır.
Əhlət
Əxlat (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Xlat", süryanilər "Kelat", ərəblər isə "Xilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır.
Əlley
Əlley - türk və altay mifologiyasında ilk insan. Adəm. Törüngəy (Türüngəy) olaraq da bilinər. Yer üzündə yaradılan ilk adamdır. İnsanların atasıdır. Göydə yaşamaqdadır. Nə bir millətə, nə də bir boya (qəbiləyə) sahib deyildir. İlk əvvəllər yoldaşı da yoxdur. Sonradan yer üzünə göndərilmişdir. Yer üzünə göndərilərkən Uluqayın (və ya Ulu Ata) tərəfindən özünə Su, Atəş və Dəmir verilmişdir.
Əllər
Əl — insan və meymunun yuxarı ətrafları. İnsan bir əlində 5 barmaq olmaqla 10 barmağa sahibdir. Əl tutma, dartma, itələmə, vurma, yazma kimi onlarla funksiyanı yerinə yetirir. Baş barmağın tutuş zamanı digər barmaqlardan əks tərəfdə yerləşməsi tutma qüvvətini xeyli artırır. Əlin hissetmə qabiliyyəti çox yüksəkdir. Görmə qabiliyyətini itirmiş şəxslərin əllərindəki hissiyat daha güclü olur. Əldə 27 dənə sümük var. Bir əlin barmaqlarında isə 14 sümük var. Baş barmaqda 2, qalan barmaqların hərəsində 3 sümük var. İnsan həyatında fəal iştiraka görə əl ən çox travmatizmə məruz qalır.
Ələşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
Əqrəb
Əqrəblər (lat. Scorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəblərin 600-ə qədər növü məlumdur. Xarakterik nümayəndələrindən Krımda yaşayan sarı rəngli, 4 sm uzunluqda olan Krım əqrəbidir (lat. Euscorpius tauricus). Qafqazın Qara dəniz sahilində İtaliya əqrəbi (lat. Euscorpius italicus), Zaqafqaziyada və Orta Asiyada alabəzək əqrəb (lat. Buthus eureus) növləri geniş yayılmışdır. Uzunluğu 18 sm olan iri Afrika əqrəbi (lat. Pandinus imperator) tropik zonada yaşayır.
Əulef
Əulef və ya Əulef-əl-Ərəb (ərəb. أولف‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir.. Şəhər vilayətin şərq hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1,095 kilometr (680 mil) cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 275 metr (902 ft) yüksəkdir. Şəhərin iqlimi quraq kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 10 mm-dir). Orta illik temperatur 25,9 °C-dir.
Ekler
== Ekler (Éclairs) == Ekler 3 elementdən ibarətdir: Şu xəmiri (Pâte à Choux) Krem Şokoladlı qlazur Elementləri bir-bir hazırlayıb ekleri düzəldək. Əvvəlcə kremi hazırlayaq (krem 2 gün əvvəldən də hazırlana bilər) == Krem == 16 ekler üçün 2 stəkan süd 1/2 stəkan şəkər tozu 2 çay qaşığı vanil ekstaktı (əvəzində bir çimdik vanilin də istifadə edə bilərsiniz) bir çimdik duz 4 yumuta sarısı 1/2 stəkan qarğıdalı nişastası 2 xörək qaşığı kərə yağı, balaca-balaca doğranmış == Hazırlanma qaydası == Qazana süd, 1/4 stəkan şəkər tozu, vanil və duzu qoyun. Orta odda qaynamağa başlayanadək bişirin. Dərin qabda yumurta sarısı, nişasta, və qalan 1/4 stəkan şəkər tozunu mikserlə çalın. Dəyanmadan yavaş-yavaş qaynar südü bu qarışığa əlavə edin və ərzaqlar qarışanadək yaxşıca çırpın. Alınan kütləni qazana geri tökün və orta odda, ara vermədən, taxta qaşıqla qarışdıra-qarışdıra təxminən 2-4 dəqiqə və yaxud qatılaşanadək bişirin. Qatılaşmış kütləni dərin qaba boşaldın. Üstünə kərə yağını əlavə edib, mikserlə təxminən 5 dəqiqə ərzində çalın. Bu müddət ərzində kərə yaşə əriməli, kütlə isə bir qədər soyumalıdır. Kremin üstünü sellofanla örtün.