Ələs Rüstəmov (tam adı: Ələs Vidadi oğlu Rüstəmov; 24 noyabr 1998; Dəliməmmədli, Goranboy rayonu, Azərbaycan — 2 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Ələs Rüstəmov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dəliməmmədli, Goranboy rayonu, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | Dəliməmmədli, Goranboy rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016-2017, 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 2020 |
Ələs Rüstəmov 1998-ci il noyabrın 24-ü Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olmuşdur. M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbini bitirmişdir. Subay idi.
Ələs Rüstəmov 2016-2017-ci illərdə Bakıda hərbi xidmət keçmiş, 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətdən keçən hərbi qulluqçu olaraq işə başlamışdır. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin ələ keçirilməsində iştirak etmişdir. 2020-ci il oktyabrın 2-si şəhid olmuş, doğulduğu tarixdə - noyabrın 24-ü dəfn edilmişdir.
Bir yaralı əsgər yoldaşı onun haqqında söyləyir:
“Ələs çox hörmət qazanmışdı. Komandirin sağ qolu idi. Bir gün komandir demişdi ki, mənə nəsə olsa, mən şəhid olsam bu taqım Ələsə əmanətdir. Elə də oldu. Komandir şəhid oldu. Tağıma Ələs başçılıq edirdi, əmrləri o verirdi. Xeyli irəliləmişdik. Sonra bir gün nə oldusa, hər yer toz-dumana qərq oldu. Ələsi görə bilmədik”.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə əsgər Rüstəmov Ələs Vidadi oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[1]