Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ekuan
Ekuan (fr. Écouen) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Sarsel, kanton — Ekuan. Əhalisi — 7.383 nəfər (2007). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimalında, Serji bələdiyyəsinin 24 km şərqində yerləşir.
Günah
Günah — dinlərdə insanın Tanrı tərəfindən qadağan edilmiş bir sıra hərəkətləri icra etməsidir. Demək olar ki, hər bir dini görüşdə insanın günah etməsinə görə müəyyən cəza çəkəcəyinə dair görüşlər mövcuddur. == Dəlillər ilə açıqlanması == İnsan yaradılış etibarilə günah işləməyə meyillidir. Həzrət Adəmin Cənnətdə olarkən Allah-Təalanın əmrini unudaraq zəlləyə düşməsi, sonra da tövbə edib bağışlanma diləməsi bizə günahlardan arınma yolunu göstərir. Günah mənəvi boşluq, bir təzad və yaradılışın ziddinə getməkdir. Günah işləyən bir insan özünü vicdan əzabının və qəlb sıxıntısının qoynuna atmış bir bədbəxt, bütün ruhi-mənəvi qabiliyyətlərini şeytana satmış bir zavallıdır. Üstəlik insan həmin günahı işləməkdən əl çəkməzsə, ixtiyarı tamam əldən verər, nə günahlara müqavimət göstərməyə iradəsi, nə də özünü toparlamağa gücü qalar. Günahlar insanın ruhuna bulaşan mənəvi kirlərdir. Vücudumuzun kirini su ilə təmizlədiyimiz kimi, günahlarla kirlənmiş mənəviyyatımızı da tövbə ilə təmizləyirik. Tövbə arınma və təmizlənmə yoludur.
Kunar
Kunar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Kunth
Karl Kunt (alm. Karl Sigismund Kunth‎; 18 iyun 1788, Leypsiq, Saksoniya elektoratlığı – 22 mart 1850, Berlin) — alman botaniki.
Külah
Külah — Azərbaycanda tarixən mövcud olmuş baş geyim formalarından biri. == Haqqında == Farsca “papaq” mənasını bildirən külah oğuzlar arasında hələ ilk orta əsrlərdən məlum idi. Kəndlilər, şəhər yoxsulları “kulah-namad” adlanan oval formalı keçə külah, orta və yuxarı zümrələr isə konusvarı formalı hündür külah geyirdilər. Kitabi Dədə Qorqud dastanlarında kişi baş geyim kimi külah haqqında qeyd olunur ki, “...altı ögəc dərisindən, külah etsə, qulaqlarını örtməyən, qolu-budı xaranca, uzun baldırları incə, Qazan bəgün dayısı At ağızlu Aruz qoca çapar yetdi”. Bu mətndən bəlli olur ki, oğuzların külahı qoyun dərisindən, xüsusilə erkək qoyun dərisindən tikilərmiş. Külah tipli konusvarı baş geyiminə Təbriz miniatür məktəbinə mənsub olan incəsənət əsərlərində də tez-tez təsadüf edilir. Bu bir daha göstərir ki, XVI əsrdə Azərbaycan ərazisində külah kütləvi səciyyə daşımışdır. Hətta əsilzadə şəxslərə məxsus olan bəzi təsvirlərdə külahın ətrafına çalma sarındığı müşahidə olunur. Görünür, orta əsrlərdə külah parçadan tikilən baş geyimini də ifadə edirmiş. Son zamanlaradək Azərbaycanın bəzi etnoqrafik bölgələrində, xüsusilə Abşeronda “taskülah”, yaxud “şəbkülah” adı ilə bəlli olan kişi baş geyimi hələ dəbdən düşməmişdi.
Günah (İslam)
Günah — (Farsca: گناه) Allahın haram buyurduğu işi yerinə yetirmək. Quranda günah mənasında işlənən kəlmələr aşağıdakılardır: 1. "Zənb" — lüğətdə "ardıcıllıq" mənasınadır. Dünya və axirət əzabları insanın günaha mürtəkib olmasından sonra həmin günahların ardınca göndərildiyinə görə günaha "zənb" deyilir. Bu kəlmə Quranda 35 dəfə təkrar olunub. 2. "Məsiyət" — Allahın əmrindən boyun qaçırmaq, üsyankarlıq etmək mənasınadır. Günah insanın Allah-təalanın müəyyən etdiyi bəndəçilik həddindən çıxdığını bildirir. Bu ifadə Quranda 33 dəfə gəlmişdir. 3.
Günah keçisi
Günah keçisi — suçsuz olduğu halda başqalarının suçu üzərinə yüklənilən insan ya da topluluğa verilən ad.
Günah çıxarma
Günah çıxarma (Barışma, etiraf) — Xristianlıqda, tövbəkarların günahlarını bir din adamının qarşısında etiraf edərək bağışlanması. == Günah çıxarma == Günah çıxarma nədir nədir? Televiziyada gördüyümüz kimi etiraf, bütün xristianların tətbiq etdiyi bir tətbiqdirmi? Bunun məqsədi nədir? Müqəddəs Kitaba yəni Qurani Kərimə görə günahları bağışlamaq yalnız Allahın işidir. Xristianlıqda günahları etiraf etmə prinsipinin Katolik Kilsəsi tərəfindən təsis edildiyini, yəni müəyyən forma şərtlərinə bağlı olduğunu bildirir. Fərqli olmasına baxmayaraq, bu etiraf institutu pravoslav və protestant məzhəblərində də baş verir. Protestantlar bunu "Tövbə və günahların bağışlanması" adlandırırlar. Allaha günahlarını etiraf etmək və Allahdan bağışlanmasını istəmək lazımdır. Ancaq qırdığımız və ya incitdiyimiz biri varsa, günahkar hərəkətlərimizi Allaha etiraf edərək bağışlanma diləmək kifayət deyil.
Ölümcül günah
Ölümcül günah — Xristianlıqda, tövbə edilməzsə ruhun xilas edilməsini itirməsinə səbəb olan ağır günahdır. Bu termin, ağır və adi günahları fərqləndirən inancın inkişaf etdirildiyi katolik ilahiyyatında geniş istifadə olunur. Eynilə, bu termin bəzi qeyri-katolik kilsələrində, o cümlədən pravoslavlıqda da istifadə olunur. Ancaq orada ölümcül günahın dəqiq bir katolik doktrinasında yer alan belə bir tərifi yoxdur. Pravoslavlıqda səkkiz, katoliklikdə isə yeddi ölümcül günahdan ibarət sistem qəbul edilir. == Katolisizmdə ölümcül günah == Katolik Kilsəsinin ölümcül günahla bağlı rəsmi təlimi (və onun adi günahlardan fərqləri) dogmatik olaraq müəyyən edilmişdir, yəni katoliklər üçün imanın məcburi elementidir. Bu, Tredent Kafedralı (lat. Tridentum) tərəfindən elan edilir. Müasir dövrdə bu, Papa II İohann Pavelin "Barış və Tövbə" (lat. Reconciliatio et Paenitentia) Apostol Müraciətində təkrarlanır, burada Tredent Kafedralının tərifindən sonra ölümcül günahın tərifi belə ifadə edilir: "Ölümcül günah odur ki, ciddi materiya (vacib məsələlərə) aiddir və bundan əlavə, tam şüurla və tam razılıqla törədilib".
İlk günah
İlk günah — Adəm və Həvvanın cənnətdə törətdiyi günah, xristian ilahiyyatının və fəlsəfəsinin çox önəmli mövzusu. Yaradılış kitabının 3-cü fəslində ilk insanların (Adəm və Həvvanın) qadağan olunmuş ağacdan meyvə yeməsi, bunun nəticəsində onların ilk dəfə günaha batmaları və cənnətdən qovulmaları haqqında rəvayətlər vardır. Bu rəvayətlər eyni zamanda xristian antropologiyasının da əsasını təşkil etmişdir. Belə ki, xristian təlimində Adəm və Həvva, qadağan olunmuş ağacdan meyvə yedikləri üçün, günaha batdıqlarından sonra cənnətdən qovuldular və bu səbəbdən, onlardan törənən bütün bəşəriyyət, əcdadlarının bu ilkin günahına görə məsuliyyət daşıyır. Deməli insanlar bu dünyada günahkar doğulurlar. Ancaq xristian ilahiyyatında ilk günahdan azad olmaq da mümkündür. Bunun üçün İsaya bir Tanrının oğlu, onun əbədi Sözü (Loqos) kimi inanmaq lazımdır. Çünki onun simasında Tanrı dünyaya insan obrazında gəlmiş, insanlığın günahlarını öz üzərinə götürmüş və könüllü olaraq insanlar naminə ölümü qəbul etmişdir. Bu səbəbdən ona iman edənlər ilk günahdan azad olurlar, öz həyatını Tanrıya ibadətlərdə keçirirlər, xeyirxahlıq edirlər, şərdən uzaqlaşırlar. == Mənbə == Aydın Əlizadə (2007).
Carl Sigismund Kunth
Karl Kunt (alm. Karl Sigismund Kunth‎; 18 iyun 1788, Leypsiq, Saksoniya elektoratlığı – 22 mart 1850, Berlin) — alman botaniki.
Yeddi ölümcül günah
Yeddi ölümcül günah — Xristianlıq inanclarına görə Yeddi böyük günah, Əsas günahlar, Kardinal günahlar kimi də tanınan, Roma-Katolik kilsəsinin yanaşmaları əsasında Papa I Qriqori tərəfindən hazırlanmış və insanların həyatı boyunca yayınmalı olduğu yeddi əsas günahdır. Yeddi ölümcül günahdan Əhdi-Cədidin qalatiyalılardan bəhs edən bölməsində Yeddi Şeytani hərəkət kimi bəhs olunur. Dante Aligyeri yazdığı "İlahi komediya" əsərində tez-tez Yeddi ölümcül günah məsələsinə toxunmuşdu. == Yeddi ölümcül günah == Bu günahların latınca adlarının ilk hərflərindən meydana gələn SALİGİA sözü Yeddi ölümcül günahın digər adıdır. Yeddi ölümcül günaha aşağıdakılar daxildir: Superbia (ing. pride): qürur, özündən razı olmaq. Avaritia (ing. greed): acgözlük. Luxuria (ing. lust): şəhvət düşkünlüyü.
Zərrin-külah Firuz
Firuzşah Zərrinkolah (digər mənbələrdə Zərrin-külah Firuzşah; fars. فیروزشاه زرین کلاه‎; mənası – Qızıl baş hökmdar Firuz) — kürd zadəgan, Səfəvi sülaləsinin ilk nümayəndəsi. == Həyatı == Səfəviyyə ordeninin yaranmasından əvvəl Təvəkkül ibn İsmayıl ibn Bəzzaz tərəfindən yazılmış "Səfvət əs-Səfa" yazılı əsərində Səfəvilərin mənşəyini Xorasan Türkmeni adlandırılan Firuzşah Zərrinkolaha gedib çıxdığı qeyd edilir. Alimlərə görə, o, XI əsrdə Xorasandan Ərdəbilə köç etmişdir. Ordenin eponimi Şeyx Səfi Firuzşahdan yeddi nəsil sonra anadan olmuşdur. Səfəviyyə ordeni qurulduqdan sonra ərsəyə gətirilən yeni mətnlərdə Firuzşahın nəsil şəcərəsi 7-ci şiə imamı Musa Kazıma qədər çıxarılır. Tarixçi Namiq Musalı səfəvilərin öz hökmdarlıqlarının legitimliyini əsaslandırmaqdan ötürü bu amildən geniş surətdə istifadə etdiklərini bildirmişdir. Bəzi mənbələr Firuzşahı İbrahim ibn Ədhəm övladından, digərləri isə İbrahim ibn Ədhəmin nəvələrindən olan Sultan Əhmədin tərəfdarı kimi təqdim edir. Həmçinin, mənbələrdə Firuzun Azərbaycana gəlmədən əvvəl Əli ibn Musa Rzanın Məşhəddəki məqbərəsinin mühafizəçisi olduğunu bildirilir. "Safvətüs-səfa"nın Süleymaniyyə kitabxanasındakı nüsxələrinin birində "İbrahim ibn Ədhəm" yerinə "Sultan Əhməd" adı işlədildiyindən bəzi araşdırmaçılar "Sultan Əhməd"i ayrı şəxs hesab etmişdir.
Günah ulduzlarımızdadır (film, 2014)
Günah ulduzlarımızdadır (ing. The Fault in Our Stars) — 2014-cü ildə ABŞ yazıçısı Con Qrinin eyniadlı əsəri əsasında rejissor Coş Bun tərəfindən çəkilmiş dram və melodram janrlı film == Məzmun == 16 yaşlı Hazel Qreys Lançester 3 ildir tiroid xərçəngindən əziyyət çəkir. Xəstəlik artıq ağciyərlərinədə yayıldığı üçün həmişə yanında oksigen balonu gəzdirir. Bu xəstəlikdən əziyyət çəkən insanlar üçün yaradılmış dəstək qurupunda seanslara gedərkən Aqustus Vaters adlı gənc bir oğlanla tanış olur. O da bir vaxtlar beyin şişi xəstəliyindən müalicə almış və ayağının birini itirmişdir. Bu iki cütlük bir müddətdən sonra bir-birlərinə aşıq olurlar. Xəstəliyə görə xəstəxanada yatan Hazelin yanından heç ayrılmayan Auqustus onun həmişə iştəmiş olduğu arzusunu reallaşdırmaq üçün onunla birgə səyahətə çıxır. Məqsəd isə, Amsterdama gedərək Hazelin ən çox sevdiyi yazıçı Piter van Houteni tapmaqdır. == Rollarda == Şeylin Vudli — Hazel Qreys Lankaster Lili Kenna — Hazelin uşaqlığı Ansel Elqort — Aqustus Vaters Nat Volff — İsaak, Aqustusun görmə qüsurlu dostu Laura Dern — Frenni Lankaster, Hazelin anası Sem Trammel — Maykl Lankaster, Hazelin atası Uilyam Dafoe — Piter van Houten Lotte Verbik — Lidewic Vlieqenthart, Piterin assistantı Mayk Birbiqlia — Patrik Emili Piçer — Monika Emili Biç — Monikanın anası Karole Veyers (səs) — Enn Frank == Premyerası == Filmin premyerası 2014-cü ilin 2 iyun tarixində 300-dən artıq qonağın iştirakı ilə Nyu-Yorkun Ziegfeld teatrında baş tutdu. Kitabın müəllifi Qrin veriyi açıqlamasında bildirib: "Mən kitabın ekranlaşdırılmasına icazə vermək istəmədim.
Tristan da Kuna
Tristan-da-Kunya və ya qısaca Tristan (ing. Tristan da Cunha) — Atlantik okeanının cənubunda yer alan uzaq bir vulkanik ada qrupudur. Cənubi Afrikadakı Keyptaun sahilindən təqribən 1,511 mil (2.416 km), Müqəddəs Yelena adasından 1.343 mil (2.161 km) və Folklend adalarından 2.166 mil (2.866 km) məsafədə yerləşən dünyanın ən ucqar yaşayış adalarıdır. Bu ərazi diametri təxminən 11 kilometr (6,8 mil) olan və sahəsi 98 kvadrat kilometr (38 kvadrat mil) olan Tristan da Kunya adasından, eləcə də Qof adasının kiçik səhra adalarının vəhşi təbiət qoruqlarından ibarətdir. Oktyabr 2018-ci il kimi əsas adada Britaniya vətəndaşlığı olan 250 daimi sakin yaşayır. Qof adasında hava stansiyası heyəti istisna olmaqla, digər adalarda yaşayış yoxdur. Tristan da Cunha, öz konstitusiyasına sahib Britaniya müstəmləkəsidir. Əsas adada heç bir hava limanı yoxdur, Buraya gəlmək üçün yeganə yol Cənubi Afrikadan qayıqla altı günlük səyahətdir. == Tarixçəsi == Adalar ilk dəfə 1506-cı ildə portuqal tədqiqatçı Tristo da Kunya tərəfindən kəşf edildiyi qeydə alındı, lakin təlatümlü dəniz, tədqiqatçıya burada enməyə mane oldu. Adanın adını öz adı, Ilha de Tristão da Cunha kimi adlandırmışdır.