Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əlvən Mirzə
Əlvənd Mirzə (bilinmir – 1505, Mardin) — Ağqoyunlu hökmdarı. == Həyatı == Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur. Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur. == Hakimiyyəti == Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı.
Even dili
Even dili (lamut dili) öz adlandırılması evedı toren — evenlərin dili, evenk, nanay, udegey dillərinə yaxındır. Tunqus-mancur dilləri qrupuna aiddir. == Əsas məlumatlar == Evenk dilinin qərb ləhcəsinə yakut, Kamçatka ləhcəsinə isə koryak dili təsir edib. XVII əsrdən evenk dilinə rus dili sözləri daxil olmağa başalyıb. 17 200 nəfər evenkdən ancaq 7 mini bu dilə bağlıdır. Əsasən Oxot dənizi ətrafında və Yakutiya və Maqadan vilyətində yaşayırlar. == Orfoqrafiyası == == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Дуткин Х. И. Краткий словарь-разговорник для изучающих эвенский язык. Якутск, 1992. Лебедев В. Д.Язык эвенов Якутии. Л., 1978.
Even-Bıtantay ulusu
Even-Bıtantay ulusu (saxa Эбээн-Бытантай улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Bataqay Alıta kəndidir. == Coğrafiyası == Ulus respublikanın şimalında, Şimal qütb dairəsindən cənubda yerləşir. Rayonun qərbində Verxoyansk silsiləsi, şimal-şərqdə isə Kular silsiləsi vardır. Yakutiyanın ən əlçatmaz uluslarından biridir. Ulusun sahəsi 52,3 min km-dir. Şimalda Bulun ulusu, qərbdə Jıqan ulusu, cənubdan Kobyay ulusu, şərqdən Verxoyansk ulusu ilə həmsərhəddir. Ulusun relyefi dağlıqdır. Yanvar ayının orta temperaturu: -40 °С, iyul: +16 °С olur. ulus ərazisindən axan əsas çaylar: Omola, Buxuruk, Ulaxan-Sakkırır, Xobool, Acçıgı-Sakkırır, Mandıya, Tirek və s.
Edvin
Edvin — ad.
Ekiben
Ekiben (駅弁) – Yaponiyada qatar stansiyalarında satılan bento çeşidi. Ekibenlər yemək çubuqları və ya qaşıqlarla da təqdim oluna bilər. Ekiben qabları plastikdən və ya taxtadan hazırlana bilər. Bir çox qatar stansiyaları yerli yemək çeşidlərinin olduğu ekibenləri ilə məşhurlaşıb. Ekibenlərin tarixçəsi XIX əsrdən başlayır. Tezliklə ekiben uzun qatar səyahətləri zamanı ehtiyac duyulan bento çeşidinə çevrilib. Ekiben satışları 1980-ci illərdə öz pik nöqtəsinə çatmasına baxmayaraq, hava səyahətinin populyarlaşması, eləcə də, qatar səyahətinin sürətlənməsi nəticəsində satışlarda azalma başlayıb. Buna baxmayaraq, ekibenlər hələ də öz populyarlıqlarını saxlayırlar: stansiyalarda, platformalarda və ya qatarın içində satılır və ekiben qabları səyahətçilər tərəfindən bəzən suvenir kimi saxlanılır. Ekiben sadəcə Yaponiyada deyil, digər Şərqi Asiya ölkələrində də (xüsusilə Tayvan) populyardır. == Tarixi == "Ekiben" sözü yapon dilində "stansiya" mənasına gələn "eki" və "bento" sözünün qısaltması olan "ben" sözlərinin birləşməsindən yaranıb.
Ekman
Erik Leonard Ekman (isv. Erik Leonard Ekman, 14 oktyabr 1883, Stokholm – 15 yanvar 1931) — İsveç botaniki. == Elmi fəaliyyəti == Erik Leonard Ekman qıjıkimilər və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Şərəfinə adlandırılmış taksonlar == Ekmania Gleason Ekmaniopappus Borhidi Elekmania B.Nord. Ekmaniocharis Urb. Myrtekmania Urb. Ekmanochloa Hitchc.
Ekuan
Ekuan (fr. Écouen) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Sarsel, kanton — Ekuan. Əhalisi — 7.383 nəfər (2007). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimalında, Serji bələdiyyəsinin 24 km şərqində yerləşir.
Elvin
Elvin — Kişi adı. Elvin Abbasov Elvin Abbasov (iş adamı) — Azərbaycanlı iş adamı. Vision TV-nin təsisçisi, "TimeSoft" MMC və "Virtual Azerbaijan Group of Companies" MMC şirkətlərinin həmtəsisçisi və direktoru, Ciu-citsu Federasiyanın idarə heyətinin üzvü (2019). Elvin Abbasov (əsgər) — Vətən müharibəsinin şəhidi. Elvin Abbasov (baş çavuş) — Vətən müharibəsinin şəhidi. Elvin Məmişzadə — 2015 Avropa Oyunlarının qızıl medalçısı. Elvin Beqiri — Albaniya futbolçusu Elvin Rot — amerikalı iqtisadçı. Elvin Kristoffel — alman riyaziyyatçısı Elvin Mirzəyev Elvin Mirzəyev (rejissor) — Azərbaycan rejissoru, aktyoru. Elvin Mirzəyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Elvin Mirzəyev (futbolçu) (ru) — Azərbaycanlı futbolçu.
Elşən
Elşən — Kişi adı. Elşən Həşimov — Milli təhlükəsizlik və hərbi elmlər doktoru (2019), professor (2017). Elşən Abuzərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Elşən Aslanov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmidov — Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmzəyev — Azərbaycanlı deputat. Elşən Səmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Essen
Essen (alm. Essen‎ [ˈɛsən]) — Almaniyanın qərbinə, Şimali Reyn-Vestfaliya federal torpağında torpaq tabeli şəhər. Əhalisi 579,8 min nəfər (2009); 2000-ci ildə 599,5 min. Ölkənin ən böyük 6-cı şəhəridir. XX əsrlərdə Almaniyanın ən önəmli dəmir və daş kömür mərkəzi idi.
Esten
Esten (kanton)
Əbyən
Abya mühafazası — == Ərazisi == Abya mühafazasının ərazisi 21 939 km2-dır. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Abya mühafazasının əhalisi 658 824 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Əcmən
Əcmən (ərəb. عجمان‎) — Birləşmiş Ərəb Əmirliklərində şəhər, Əcmən əmirliyinin inzibati mərkəzi. == Mənbə == Аджман Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine — BƏƏ kurortları == Ədəbiyyat == Густерин П.В. Города Арабского Востока, М., Восток—Запад, 2007, 352 с.
Əlvan
Əlvan— İranın Xuzistan ostanının Dəşt Azadegan şəhristanının Əlvan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,100 nəfər və 1,081 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Əlvənd
Əlvənd — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əlvənd Zərdab rayonunun çox qədim və zəngin tarixi olan kəndlərindən biridir. Güman olunur ki, Əlvənd yaşayış məntəqəsi kimi orta əsrlərin sonlarında formalaşmışdır. Abbasqulu ağa Bakıxanov məşhur "Gülüstani-İrəm" əsərində Əlvənddən bəhs edərək yazır ki, 1775-ci ildə "Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu..." Məntiqə görə Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi, 1498-ci ildə özünü Təbrizdə hökmdar elan etmiş və tezliklə qardaşı Məhəmməd Mirzə tərəfindən məğlub edilib taxtdan salınan Əlvənd Mirzənin – Yusif Mirzə oğlunun (1504-cü ildə Diyarbəkirdə vəfat etmişdir) Əlvənddən olduğunu söyləmək səhv olmaz. Əlvəndin tarixinə aid maddi mənbələr 1965-1970-ci illərdə kəndin şimal-şərdində yerləşən "Dəvəçökəyi" adlanan ərazidə meliorasiya işləri zamanı aşkar edilmişdir. 4-5 metr dərinlikdə aparılan qazıntı işləri zamanı çoxlu sayda naxışsız gil qablar, bəzək əşyaları, müxtəlif əmək alətləri tapılmışdır (ərazi öz arxeoloji tədqiqini gözləyir). Bu da Kür-Araz mədəniyyəti adlanan Erkən Tunc dövrünə (e.ə.IV minillik) gedib çıxır. Bu ərazi indi də el arasında xan qızının hanasının qaldığı yer kimi hallanır. Digər maddi mənbə 1956-cı ildə kənddəki köhnə qəbristanlıgın ətrafında aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirlərdir. Bu da Əlvəndin tarixinin eramızdan əvvələ gedib cıxdığını bir daha sübut edir.
Ənvər
Ənvər — kişi adı. Ənvər Fərəcov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər Sadat — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970–1981) Ənvər Vəliyev — Aktyor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Ənvər Arazov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər paşa — 4 avqust 1922 Tacikistan) Osmanlı İmperiyası tarixində əhəmiyyətli Ənvər Əlibəyli — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. Ənvər Əbluc — Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor. Ənvər Həsənov — Azərbaycan aktyoru, ikinci rejissor, koordinator, rejissor assistenti, Azərbaycanın əməkdar artisti (2000). Ənvər İsmayılov Əsgər Ələkbər oğlu İsmayılov — Azərbaycan memarı və dövlət xadimi, Azərbaycan SSR əməkdar mühəndisi (1962). Əsgər Sərvər oğlu İsmayılov — krımtatar əsilli Ukrayna xalq və caz musiqiçisi, gitaraçı, Ukraynanın xalq artisti Ənvər Çingizoğlu — yazıçı, publisist, geneoloq Ənvər Xudiyev — Ənvər Şıxəlizadə — Kəndlər Ənvər Məmmədxanlı (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Əsvan
Əsvan (ərəb. أسوان‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 267.913 nəfərdir (2006).
Əsvənk
Əsvənk — Filippin mifologiyasında təsvir edilən xəyali varlıq. Haqqında bir sıra əhvalat və xalq rəvayətləri mövcuddur. XVI əsrdə İspaniya koloniyaçılarının dediklərinə görə, yerli xalq hətta o dövrdə belə bu canlının var olduğuna inanmış, müxtəlif yollarla onlara da bu haqda məlumat vermişlər. Varlıq, fərqli bölgələrdə tik-tik, fi-fi, bayot, vak-vak, sok-sok, mariz və klinq-klinq adları ilə də çağrılır.
Ekler
== Ekler (Éclairs) == Ekler 3 elementdən ibarətdir: Şu xəmiri (Pâte à Choux) Krem Şokoladlı qlazur Elementləri bir-bir hazırlayıb ekleri düzəldək. Əvvəlcə kremi hazırlayaq (krem 2 gün əvvəldən də hazırlana bilər) == Krem == 16 ekler üçün 2 stəkan süd 1/2 stəkan şəkər tozu 2 çay qaşığı vanil ekstaktı (əvəzində bir çimdik vanilin də istifadə edə bilərsiniz) bir çimdik duz 4 yumuta sarısı 1/2 stəkan qarğıdalı nişastası 2 xörək qaşığı kərə yağı, balaca-balaca doğranmış == Hazırlanma qaydası == Qazana süd, 1/4 stəkan şəkər tozu, vanil və duzu qoyun. Orta odda qaynamağa başlayanadək bişirin. Dərin qabda yumurta sarısı, nişasta, və qalan 1/4 stəkan şəkər tozunu mikserlə çalın. Dəyanmadan yavaş-yavaş qaynar südü bu qarışığa əlavə edin və ərzaqlar qarışanadək yaxşıca çırpın. Alınan kütləni qazana geri tökün və orta odda, ara vermədən, taxta qaşıqla qarışdıra-qarışdıra təxminən 2-4 dəqiqə və yaxud qatılaşanadək bişirin. Qatılaşmış kütləni dərin qaba boşaldın. Üstünə kərə yağını əlavə edib, mikserlə təxminən 5 dəqiqə ərzində çalın. Bu müddət ərzində kərə yaşə əriməli, kütlə isə bir qədər soyumalıdır. Kremin üstünü sellofanla örtün.
Əkbər
Əkbər — kişi adı. Əkbər şah — Böyük Moğol imperiyasının 3-cü padşahı. Əkbər Hüseynli — Vətən müharibəsi şəhidi. Aşıq Əkbər Cəfərov — Azərbaycan aşığı. Əkbər Məsimov — Vətən müharibəsi şəhidi. Əkbər Xanmətov — kimya elmləri doktoru. Əkbər Hüseynov — Vətən müharibəsi şəhidi. Əkbər Tağıyev — Vətən müharibəsi şəhidi. Əkbər Yerevanlı — ədəbiyyatşünas, pedaqoq, nasir, dramaturq, dosent (1956). Əkbər Mustafayev — Dövlət Sərhəd Xidmətinin Əkbər Quliyev — Vətən müharibəsi şəhidi.
Əkrəm
Əkrəm — ad. Əkrəm Əylisli — nasir, dramaturq, tərcüməçi Əkrəm Cəfər — dilçi. Əkrəm Zeynallı — azərbaycanlı diplomat. Əkrəm ibn Əbu əl-Əkrəm — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əkrəm Poladov — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018) Əkrəm Əlican — Türk siyasətçi, maliyyəçi, partiya lideri. Əkrəm Abdullayev — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.
Əkbər Xanmətov Əkbər oğlu
Əkbər Xanmətov (tam adı: Əkbər Əkbər oğlu Xanmətov; 25 oktyabr 1938, Sudur, Qusar rayonu – 26 dekabr 2020, Bakı) — kimya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun 30 saylı "Polimerləşmə katalizi" laboratoriyasının baş elmi işçisi. == Həyatı == Əkbər Əkbər oğlu Xanmətov 25 oktyabr 1938-ci ildə Qusar rayonunun Sudur kəndində anadan olmuşdur. O, 1957-ci ildə Xaçmaz rayonunun Maksim Qorki adına kənd orta məktəbini bitirmişdir. 1958–1961-ci illərdə Sovet Ordu sıralarında xidmət etmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş və orada 1965-ci ilə kimi təhsil almışdır. 1965-ci ildən təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş və 1968-ci ildə həmin universiteti kimyaçı ixtisası üzrə bitirmişdir. O, 1969–1972-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsil almış və 1972–1976-cı illərdə həmin institutda kiçik elmi işçi vəzifəsində işləmişdir. O, 1977–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuda böyük elmi işçi vəzifəsində, 1996–2001-ci illərdə elmi tədqiqat "Olefinlər" institutunda və 2002 – 2012-ci illərdə AMEA – nın Neft-Kimya Prosesləri İnstitutuda aparıcı elmi işçi, 2014-cü ildən Neft-Kimya Prosesləri İnstitutunun 30 saylı "Polimerləşmə katalizi" laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışır. 2012-ci ildən Neft-Kimya Prosesləri İnstitutunun Kiçik Elmi Şurasının üzvüdür. Əkbər Xanmətov 26 dekabr 2020-ci ildə Bakıda vəfat etmişdir.
Acacia caven
Vachellia caven (lat. Vachellia caven) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin vachellia cinsinə aid bitki növü. == Sinonimləri == Acacia cavenia (Molina) Hook. & Arn.
Allahu əkbər
Təkbir, (ərəb. الله أكبر‎ — oxunuşu: Əllahu əkbər — Allah vəsfə gələcək hər şeydən böyükdür.) şəklində ifadə edilən İslam anlayışı. Allahın hər şeydən üstün, uca və ulu olduğunu ifadə edir.
Aşıq Əkbər
Aşıq Əkbər Cəfərov (1933, Tovuz rayonu – 24 avqust 1990) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Əkbər Zərbalı oğlu Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb. Saza-sözə vurğun olan Əkbər bir çox böyük ustad sənətkarların – Aşıq Mirzə Bayramovun, Aşıq Məhəmməd Rzayevin, Aşıq Hüseyn Dəmirçinin, Aşıq Yusif Həsənovun, Aşıq Mikayıl Azaflının, Aşıq Yunis Həsənovun, Aşıq Vəli Qaraxanlının yanında şəyirdlikdən ustadlığa qədər yüksəlib. Əsas müəllimi isə aşıq dastanlarının mahir bilicisi, böyük ustad, Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olub. Sazdan əvvəl balabanda, zurnada, tütəkdə əksər aşıq havalarını, el havalarını məharətlə ifa edən Aşıq Əkbər böyük ustad Mikayıl Azaflı və Yusif Yusifovun təkidi ilə cavanlığından sırf aşıqlığa keçərək, könlünü həmişəlik saza-sözə bağlayır. Aşıqlar adətən zil, orta və bəm köklərdən birində oxuya bilirlər. Aşıq Əkbər isə hər üç kökdə böyük ustalıq və məharətlə oxuya bilirdi. El ona "Zilxan" təxəllüsünü boş yerə verməmişdi. Əkbərin əsas özəlliklərindən biri də ondan ibarətdir ki, aşıq musiqisi ilə yanaşı, muğam və təsniflərimizi də gözəl ifa edirdi. Oxuduğu "Heyratı", "Mənsuriyyə", "Dilkeş", "Zabul segah"ı ilə hər kəsi heyrətləndirərdi.