f. 1. Sürülmüş yerə toxum atmaq, toxum səpmək. Nə əkərsən, onu biçərsən. (
Ata. sözü ).
[Əyyar:] Onlar səndən də güclüdür; Əkin əkir, naxır güdür… A.Şaiq.
[Haşım] əkirdi, biçirdi və hər bir ağır zəhmətlərə qatlaşırdı. B.Talıblı.
2. Quyu şəklində qazılmış yerə ağac, kol və s. basdırmaq. Ağac əkmək.
– Bir gün əkdim miyanə; Gül sünbülə dayana; Oxu, bülbülüm, oxu; Bəlkə yarım oyana. (Bayatı).
Bu gün əkdiyimiz bu qatar-qatar; Ağaclar bir zaman orman olacaq. S.Vurğun.
Şair ilə Afaq … ləklərə çiçək, yonca toxumu səpib çəpər boyu cavan ağaclar əkdilər. Ə.Məmmədxanlı.
3. məc. Başlanğıcını qoymaq, binasını qoymaq.
İllər keçib, zəmanələr dolanıb, o şəxslərin əkdikləri toxumlar bar verib. Ə.Haqverdiyev.
4. məc. dan. Döl qoymaq, törətmək. Goruna od qalansın, ay bu sarsaq kişini əkən dədə! “M.N.lətif.”.