Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əcəl zəngi
Əcəl zəngi — 1940-cı ildə yazıçı Ernest Heminquey tərəfindən yazılmış müharibə romanıdır. Əsər əsasında eyni adlı film də çəkilmişdir. O, zamanı respublikaçı partizan dəstəsinə qoşulmuş gənc amerikalı könüllü, sosialist Robert Cordanın hekayəsindən danışılır. Dinamitçi olaraq Seqoviya şəhərinə hücum zamanı körpünü partlatmaq tapşırılıb. Süjet İspaniyada Vətəndaş Müharibəsi zamanı baş verir və respublikaçılar tərəfində partlayıcı maddələr üzrə mütəxəssis, dinamitçi kimi döyüşən Montanadan olan ispan müəllimi Robert Jordanın hekayəsi ətrafında cərəyan edir . General Qolz ona Seqoviya Hücumunda üsyançı tərəfin əks hücumundan qaçmaq üçün vacib olan körpünün dağıdılmasını tapşırır . Robert, düşmən xəttinin arxasında yerləşən bölgəyə qoca Anselmonun rəhbərliyi ilə gəlir. Orada körpünü partlatmaqda ona kömək etməli olan dəstənin başçısı Pablonun sərxoş olduğunu görür. Lakin o, dərhal aşiq olduğu gənc qız Mariya və Pablonun arvadı Pilar ilə də tanış olur. Pilar kobud və çirkin qadındır, lakin cəsur və böyük iradəlidir, eyni zamanda qaraçı qanına malikdir; yüksək respublika sədaqətinə malikdir və həm körpü missiyasında, həm də şəxsən Mariya ilə Robertin bir yerdə olmasəna çox kömək edir.
Edsel
Edsel ― ABŞ-də yerləşən keçmiş bir avtomobil markası idi. Marka 1957-ci ildə Ford Motor Company tərəfindən yaradılmış və 1960-cı ildə bağlanmışdır. Henri Fordun oğlu Edsel Fordun adını daşımışdır. Ford Edsel markası ilə həm General Motors, həm də Chryslerə qarşı bazar payını əhəmiyyətli dərəcədə artıracağına və Amerika avtomobil bazarında GM ilə arasındakı boşluğu aradan qaldıracağına ümid edirdi. Ford, Edselin gələcəyin avtomobili olduğuna istehlakçıları inandırmaq üçün reklam kampaniyasına böyük bir investisiya qoydu. İctimaiyyətə açıqlandıqdan sonra, çirkin, bahalı və ekstravaqant hesab edildi və müasir Amerika avtomobil alıcıları arasında heç vaxt populyarlıq qazanmadı. Edsel adı, ticarətdə uğursuzluğu göstərmək üçün nəzərdə tutulmuş məşhur bir simvol halına gəlmişdir.
Eyfel
Eyfel qülləsi (fr. La Tour Eiffel) — Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir. "Eyfel" adı qülləyə onu inşa edən memarın - Qüstav Eyfelin (fr. Gustave Eiffel) adından miras qalmışdır. Memar özü isə qülləni "300 metrlik qüllə" adlandırmışdır. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir. Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayının yaxınlığında yerləşir. == Tarixi == Eyfel qülləsi 1887-1889-cu illər arasında Qüstav Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibətilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir.
Ezhel
Ömər Sərcan İpəkçioğlu (türk. Ömer Sercan İpekçioğlu, təxəllüsü: Ezhel; 1 iyul 1991, Çanqaya, Ankara ili) — Türkiyə repçisi və söz yazıçısı. == Həyatı == Ömər Sərcan İpəkçioğlu 1 iyul 1990-cı il tarixində Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Onun ailəsi musiqi ilə maraqlanırdı – anası Anadolu xalq rəqqası, dayısı isə musiqiçi, səsçi və səhnə işıqçısı idi. O, "TED" məktəbinə təqaüd alır. Bu dövrdə "Ezhel" "Eminem", "50 Cent" və Tupak Şakur kimi ABŞ repçilərinə qulaq asmağa başlayır. == Karyera == 18 yaşında olarkən o, "Afra Tafra" adlı reqqi janrındakı mahnılar ifa edən bir musiqi qrupunun üzvü olmuşdur. "Hip-Hop Life" saytının təşkil etdiyi müsabiqədə o, "Freestyle kralı" seçilmiş və 2.000 türk lirəsi qazanmışdır. Qrupdan ayrıldıqdan sonra Ankara şəhərində bir neçə dostu ilə "Kökler Filizleniyor" adlı öz reqqi musiqi qrupunu təsis etmişdir. O, karyerasına 2017-ci ilə qədər "Ais Ezhel" təxəllüsü ilə davam etmişdir.
Keçəl
Keçəl – başında tük olmayan və ya saçı tökülmüş adam. Keçmişde keçəllik çox yayılmış xəstəlik olmuşdur. Bu antisanitariya vəziyyətindi olan ailələrdə başın tez-tez yuyulmaması, qırxılmaması, bit-sirkə düşməsi üzündən törəyirdi. Kirli, uzun dırnaqlarla başı qaşımaq, başda çirkdən qatmaq bağlamaq halları başın dərisində iltihablı yaralar əmələ gətirirdi. Xalq təbabətində bu xəstəliyin müalicəsi üçün müxtəlif bitkilərin çiçəklərindən, meyvə qabıqlarından istifadə edilir. Məsələn, gəndəlaşın yetişmiş meyvələrini əzib yaraların üstünə qoymaq olar. İt soğanı, zanbaq şəklində başında bənövşəyi çiçəkləri olan bitkilər bu xəstəliyin dərmanı hesab olunurdu. Onun köklərini əzib yumurta ağına qatıqdan sonra başdakı yaralara yaxırlar. Pəlpətöun bitkisinin bitkisinin şirəsini çıxara və ya sirkəyə qatmaqla alınan məhlulla yaralıların qanını və irini təmizləyərmişlər. Yaralar sağaldıqdan sonra yara düşən dəriyə bir də tük gəlmədiyindən başda keçəllik qalarmış.
Əcmən
Əcmən (ərəb. عجمان‎) — Birləşmiş Ərəb Əmirliklərində şəhər, Əcmən əmirliyinin inzibati mərkəzi. Аджман Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine — BƏƏ kurortları Густерин П.В. Города Арабского Востока, М., Восток—Запад, 2007, 352 с.
Əcrək
Sind topisi -— Sind milli baş geyimi. Sind milli baş geyimi olan Sind topisi əsasən Pakistanın Sind əyalətində yaşayan əhali tərəfindən geyinilən baş geyimidir. Bu geyimdən Saraiki xalqı, Bəluc xalqı və Puştunlar da istifad edir və bütün Pakistan ərazisində rast gəlinir. Əcrək və ya Saraiki Əcrək ilə yanaşı Sind papağı, Sind və Saraiki mədəniyyətinin mühüm bir hissəsi hesab edilir. Bu geyim həm də Sind milliyyətçiliyinin bir nişanəsidir. Sind papağının alın hissəsi açıq olan dairəvi/silindir formalı geyim növüdür. Qarışıq həndəsi naxışlar bu geyim üzərində öz əksini tapıb və əksər vaxt çox kiçik şüşə parçaları da içərisinə işlənir. Sind mədəniyyətində Sind papağı, Əcrək ilə yanaşı hədiyyə və ya hörmət əlaməti olaraq bağışlanır. 2009-cu ilin dekabr ayında Pakistanın Sind əyalətində Sind sərhəddini və bütövlükdə Sind mədəniyyətini qeyd etmək üçün "Sind Topi Günü" keçirildi. 2010-cu ildən bu gün "Sind mədəniyyəti günü" adlandırılmağa başlandı.
Ərdəl
Ərdəl-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Ərdəl şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,162 nəfər və 1,767 ailədən ibarət idi.
Əxtəl
Əbu Malik Qiyas ibn Qaus ət-Təğlibi (640[…], Hiyrə, Nəcəf mühafəzəsi – 710, Cəzirə) – ərəb şairi. Xristian Təğlib qəbiləsinə mənsub olmuşdur. Kəskin həcvlərinə görə müsəlman şair Kәəb ibn Cüeylin ona "sən boşboğaz və səfehin birisən" deməsindən sonra "əxtəl" (səfeh) ləqəbi ilə tanınmışdır. Əxtəl dövrün tanınmış adamlarına, o cümlədən xəlifə Müaviyəyə, Yezidə, Həccac və Ziyada mədhiyyələr qələmə almışdır. Himayəsində olduğu Yezidin istəyi ilə əhli-beyti və ənsarı tənqid edən şeirlər yazmışdır. Mədinə əhlini həcv etdiyinə görə müsəlmanlar tərəfindən lənətlənən Əxtəl xəlifə Əbdülməlik dövründə Dəməşqdə Əməvilər sarayının rəsmi şairi olmuş və xeyli rəğbət qazanmışdı. Əxtəlin Əməvilər dövrünün məşhur şairlərindən olan Cərir ibn Ətiyyə ilə qarşılıqlı atmacaları geniş yayılmışdı (bu mübahisələrdə Fərəzdəq Ə.-in tərəfini tutmuşdur). Əxtəl fəxriyyələr yazmış, lakin bu janra forma və dil baxımından yenilik gətirə bilməmişdir. Xəmriyyələri (şərabı tərənnüm edən şeirlər) məşhurdur. Əxtəlin şeirləri yaşadığı dövrün hadisələrini, siyasi çəkişmələri əks etdirdiyi üçün tarixi dəyərə malikdir.
Euhel
Euhel — İrlandiya xristian müqəddəsi. == Həyatı == Euhel təxminən b.e. 460-cı ildə yaşamış İrlandiya xristian müqəddəsi idi. Onun atası İrlandiyanın baş ollamı Dubdax Makku Luqayr idi.
Ecey
Ecey - türk və altay mifologiyasında yer üzündəki ilk qadın, Həvva. Ece, Ece, Eje də deyilir. Törüngəyin yoldaşıdır. Şumerlerdeki Ecem (Kraliça Tanrıçası) ilə də əlaqəlidir. Adəm isə Əlley (və ya Törüngəy) olaraq bilinir. İlk insan (ilk kişi və ilk qadın) anlayışlarına bütün mədəniyyətlərdə maraq eşidilmişdir, çünki insanın yer üzündə nə vaxt və necə var olduğu sualı daim maraq edilmişdir. == Etimologiya == (Ec/Eç/Eş) kökündən törəmişdir. Şumer mənşəli olduğu deyilməkdədir. Türkcədə böyük bacı, kraliça mənaları vardır. Türkcədə "Eş" kökünü də işarə edər.
Ezel
Ezel — 2009-cu ildən 2011-ci ilədək yayımlanan Türk istehsalı serial. Ssenarist Kərəm Dərənin 11 martda beyninə qan sızdığına görə teleserial 2 həftə yayımlanmamış, 12 apreldən etibarən yayımını davam etdirmişdir. Ezel teleserialı 2010-cu ildə ilk dəfə təqdim olunan İsmayıl Cem Televiziya Mükafatları müsabiqəsində 14 nominasiyadan 9-da mükafat qazanaraq böyük uğura imza atmışdır.
Eçer
Eçer – Macarıstanda, Budapeşt yaxınlığında qədim kənd. Kənd Budapeştdən cənubi-şərqdə, Feriheci Beynəlxalq Aeroportunun yaxınlığında, 120a dəmir yolunun üzərində yerləşir.
Əhel
Əhel-İranın Fars ostanının Lamerd şəhristanının İşkənan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,797 nəfər və 606 ailədən ibarət idi.
Əzəl
Ezel — 2009-cu ildən 2011-ci ilədək yayımlanan Türk istehsalı serial. Ssenarist Kərəm Dərənin 11 martda beyninə qan sızdığına görə teleserial 2 həftə yayımlanmamış, 12 apreldən etibarən yayımını davam etdirmişdir. Ezel teleserialı 2010-cu ildə ilk dəfə təqdim olunan İsmayıl Cem Televiziya Mükafatları müsabiqəsində 14 nominasiyadan 9-da mükafat qazanaraq böyük uğura imza atmışdır.
Dəcəl öpüş
Dəcəl öpüş (ing. Playful Kiss) — 2010-cu ilin Cənubi Koreya romantik-komediya teleserialıdır, baş rollarda JUNG SO MİN və KİM HYUN JOONG -dur. Bu serial MBC-də 2010-cu il sentyabrın 1-dən oktyabrın 21-ə qədər çərşənbə və cümə axşamı günləri saat 21:55-də yayımlanıb. == Sujeti == Serialın mövzusu orta məktəb illərində Baek Seung Jo'ya aşiq olan Oh Ha Ni'nin heç imtina etmədən Baek Seung Jo'yu əldə etməsidir. Təbii ki, olaylar yazıldığı qədər asan keçmir. Ha Ni necə Baek Seung Jo'ya aşiqdirsə, Boong Joon Go ( LEE TAE SUNG)-da Ha Ni-yə o cür aşiqdir.Ha Ni üçün așçı belə olmuştur. Amma Ha Ni onu 4 il sonra rəddetmişdir. Serial Ha Ni'nin atası ilə yaşadığı evin 2.2 bal gücü zəlzələ nəticəsində dağılması ilə başlamışdır .Atasının çox yaxın keçmiş dostu onları xəbərlərdə görəndə öz evlərinə dəvət edir. Ha Ni və atası yaxşı vəziyyətdə olmadıqları üçün bu təklifi qəbul edirlər .Ha Ni çamadanını alıb arxasını dönəndə Baek Seung Jo'nu qarşısında görür və çaşbaş qalır. Məgər Baek Seung Jo atasının dostunun oğlu imiş.
Ecell adası
Ecell adası (ing. Edgell Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Ecell adası Baffin Torpağı ətrafında yerləşən çoxsaylı adalardan biridir. Ada Frobişer körfəzinin girişində, bir qədər böyük olan Rezolyoşen adasının şimalında yerləşir. Rezolyoşen, Ecell və Louer-Savic adaları tez-tez Rezolyoşen adaları qrupu olaraq adlandırılır. Adanın sahəsi 287 km², sahil xəttinin uzunluğu 148 km-dir.
Edsel Ford
Edsel Bryant Ford (6 noyabr 1893[…], Detroyt, Miçiqan – 26 may 1943), Henri Fordun oğlu olub, Michigan, Detroit şəhərində anadan olmuşdur. 1919-cu ildən 1943-cü ildəki ölümünə qədər Ford Motor Companynin prezidenti idi.
Eyfel körpüsü
Eyfel körpüsü (rum. Podul Eiffel) — Prut çayı üzərindəki körpü və Moldova ilə Rumıniya arasındakı bir keçid məntəqəsi. Körpü Unqen şəhəri (Moldova) və Yaş vilayətinə (Rumıniya) daxil olan Unqen kommunasını birləşdirir. == Tarixi == 6 may 1872-ci ildə rus diplomatı İvan Alekseeviç Zinoviev və Rumıniyanın xarici işlər naziri Georgi Kostaforu 1873-cü il yanvarın 9-da təsdiq edilmiş dəmir yolu qovşaqları haqqında saziş imzaladılar. Bir körpünün inşası Rus-Türk müharibəsi başlamazdan əvvəl ortaya çıxdı. Yaş-Unqen yolu 1 avqust 1874-cü ildə açılır. Rus-türk müharibəsinə hazırlaşmaq üçün (1877-1878) Rusiya İmperiyası 1871-ci ildə 1 iyun 1875-ci ildə açılmışı olan Kişinyov-Korneşti-Unqen dəmir yolunun tikintisinə başlamışdır. 1875-ci ildə dəmir yolu tam istifadəyə verilir. Kişinyov-Korneşti dəmiryolu hissəsi daha əvvəl 1873-cü ildə açılır. 1876-cı ildə Prut çayında baş verən yaz selindən sonra Bessarabiya ilə Rumıniyanı birləşdirən dəmir yolu körpüsü demək olar ki, dağıdıldı.
Eyfel qülləsi
Eyfel qülləsi (fr. La Tour Eiffel) — Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir. "Eyfel" adı qülləyə onu inşa edən memarın - Qüstav Eyfelin (fr. Gustave Eiffel) adından miras qalmışdır. Memar özü isə qülləni "300 metrlik qüllə" adlandırmışdır. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir. Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayının yaxınlığında yerləşir. == Tarixi == Eyfel qülləsi 1887-1889-cu illər arasında Qüstav Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibətilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir.
Ferens Erkel
Ferens Erkel (mac. Ferenc Erkel; 7 noyabr 1810[…], Dyula[d], Bekeş medyesi – 15 iyun 1893, Budapeşt) - dövrünün Avstriya-Macarıstan imperiyası idarəçiliyi altında yaşamış macar opera bəstəkarı, pianist, müəllim və orkestra drijoru. Erkel macar tarixi mövzusu olan macar qrand-opera janrının yaradıcısı hesab edilir. Opera əsərləri Macarıstanda hələ də tamaşaçıların böyük sevgisi ilə dəfələrlə yenidən səhlələşdirilmişdir. 1844-cü ildə Macarıstan milli himni olaraq qəbul edilən "Himnusz" adlı marşın musiqisinin bəstəkarıdır. == Həyatı == Erkel Transilvaniya-Macarıstan sərhədinə yaxın olan Dyula adlı kiçik şəhərdə Şvabiyalı alman əsilli musiqiçi olan İosif Erkel və macar əsilli həyat yoldaşının oğlu olaraq 1810-cu ildə anadan olmuşdur. === Təhsili === Musiqi sahəsində istedadı olan çox balaca ikən anlaşılmış, orq ifaçıları olan babası və atası tərəfindən ilk musiqi təhsili və piano dərsləri almışdı. İlk piano konsertini Dyulada 11 yaşında olarkən vermişdir. Sonra musiqi təhsilini əvvəl lisey səviyyəsində təhsil verən Oradeada və sonra da daha yüksək musiqi təhsili verən Bratislavada davam etdirmişdir. Bu şəhərdə yaxşı musiqi təhsili görmüş və 17 yaşında təhsilini bitirmişdir.
Kembridən əvvəl
Kembridən əvvəl və ya Prekembri (ing. Precambrian) — Yer tarixinin hal-hazırda dəvam edən Fanerozoy eonundan əvvəlki, erkən dövrünü əhatə edən zaman dilimi üçün istifadə edilən terimdir. Bu dövr Fanerozoy eonunun ilk dövrü olan Kembridən əvvəl gəldiyi üçün belə adlandırılmışdır. Prekembri çağı Yer kürəsinin geoloji tarixinin 88%-ni təşkil edir. Prekembri geoloji zamanın qeyri-rəsmi bir vahididir və 3 eonun: Katarxey, Arxey və Proterozoyun ümumiləşdirilmiş adıdır. Dövr 4.6 milyard il əvvəl Yerin yaranmasından, 541 milyon il əvvəl Kembrinin başlanmasına qədər olan zaman dilimini əhatə edir. == Xüsusiyyətləri == Yer tarixinin təxminən səkkizdə yeddisini təşkil etməsinə baxmayaraq, Prekembri haqqında nisbətən az şey məlumdur və məlum olanlar əsasən 1960-cı illərdən bəri aşkar edilmişdir. Prekembriyə aid fosil tapıntıları sonrakı Fanerozoy erası ilə müqayisədə daha kasıbdır və bu qalıqlar məhdud biostratiqrafik istifadəyə malikdir. Bunun səbəbi, bir çox Prekembri süxurları ağır metamorfozlaşmış, mənşələrini gizlətmiş, digər qismi eroziya nəticəsində məhv olmuş və ya Fanerozoy təbəqələrinin altında dərin basdırılmışdır. Yerin 4,543 milyon il əvvəl Günəş orbitindəki materialllardan yarandığı və yaranmasından qısa müddət sonra çox böyük (Mars ölçülü) bir planet tərəfindən vurularaq Ayı meydana gətirən materiallara parçalandığı düşünülür (bax:Böyük toqquşma fərziyyəsi).
Keçəl (oyun)
Keçəl - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, əsasəndə Novruz bayramı ərəfəsində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.108.
Keçəl (İran)
Keçəl (fars. كجل‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (127 ailə).
Keçəl Məmmədli
Keçəl Məmmədli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Soltanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.