Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aktu
Akuta
Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. == Toponimkası == Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. Türk dillərində aq və ut (azərbaycanca ot) sözlərindən ibarətdir. XIX əsrdə Qars əyalətinin Oltin dairəsində Aqut-Kom kənd və yayla adı, Aqutir, Azərbaycanda Şəki rayonunda Oxut (Aqut adından təhrif) adları ilə eyni mənadadır. Mal-qaranın yediyi "aq otluq" mənasındadır. XIX əsrdə Cənubi Qafqazda bu adın Aqudi forması da vardı: Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) Aqudi, Qars əyalətinin Oltin qəzasında Axut, Naxçıvanda Aqut-İr, Quba qəzasında Oqudi dağ adı və s. Naxçıvanda Akutir kənd adı ilə eyni bir kənd adı Akutiri formasında Kaxetiyada qeydə alınmışdır.
Aykut
Aykut — ad. Aykut Kocaman — Türkiyə futbolçusu və futbol baş məşqçisi. Aykut Oray – Türk teatr, kino və serial aktyorudur. Aykut Erçetin — Türkiyə futbolçusu Aykut Barka — Türkiyəli geoloq. Soyad İmren Aykut — Türkiyə iqtisadçısı və dövlət xadimi.
Akt
Akt (lat. actus - təsir — fəaliyyət; lat. actum est — həyata keçirildi, baş verdi) — müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəddir. Bir qayda olaraq o bir neçə şəxs (kollegiyal) və ya xüsusi olaraq təyin edilmiş şəxs tərəfindən tərtib edilir. Akt: əməl, iş, hərəkət, hadisə; rəsmi sənəd, qeyd, protokol; hüquqi qüvvəyə malik olan, şahidlərin iştirakı ilə yazılmış, yaxud yoxlama nəticəsində müəyyən edilən bir faktın, bir hadisənin təsdiqi üçün tərtib edilmiş rəsmi sənəd, yazı, protokol və s. Məsələn, akt tərtib etmək, akta qol çəkmək, notarial aktı; müəyyən faktın qeydə alındığı protokol; müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin, vətəndaşların hərəkətləri, adətən bu cür hərəkətlər əsasında hüquqi normalara riayət edilməsi və pozulması barədə mühakimə yürüdürlər; fərman, qanun, dövlət və ya ictimai əhəmiyyəti olan qərar, hökm; tədris müəssisələrində: təntənəli yığıncaq. == Həmçinin bax == İnzibati akt Normativ hüquqi akt == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Akun adası
Akun (aleut. Akungan, ing. Akun Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur. == Tarix == Bu ad 1830-cu ildə Veniaminov və Fyodor Litke tərəfindən verilmiş, hidroqraf Tebenkov 1852-ci ildə bu adı xəritəyə qeyd etmişdir. 1928-ci il mayın 22-də axşam saatlarında adanın sahillərində "Folklend ulduzu" yelkənli gəmisi qəzaya uğramışdır. Gəmi duman içində sahil daşlarına çırpəımışdır. Ertəsi gün sahil mühafizə gəmisi "Hayda" və "Kedr" mayak xidmət gəmisi qəzada zərərçəkənlərə yardım etmək üçün köməyə gəlir.
Aykut Barka
Aykut Erçetin
Aykut Erçetin (14 sentyabr 1982) — Türkiyə futbolçusu Aykut futbola Ştutqartda başlayıb. 2003-cü ildə Qalatasaraya transfer olan bu gənc qapıcı, Fərid Mondraqon kimi məşhur bir qapıçıyla üç il birlikdə işləmək şansı oldu. Latınca, İngiliscə və Almanca bilən Erçetin, 2007–08 mövsümünün başında Mondraqonun Kölnə transfer olmasıyla birlikdə daha çox forma şansı tapmağa başladı. Əvvəllər Orkun Usakın arxasında ehtiyat qapıcı kimi gözləyən Aykut, ikinci dövrəylə birlikdə birinci seçim olmağı bacarmışdı. Etdiyi kritik qurtarışlarla o mövsüm alınan çempionluqda böyük pay sahibi olan Erçetin, keçdiyimiz mövsümün böyük hissəsində isə Argentinalı Leo Frankonun ehtiyatı olaraq istifadə edildi. 2009–10 mövsümündə cəmi 12 matça çıxan təcrübəli qapıçı, bu qarşılaşmalarda 13 dəfə topu qapısında gördü, bir də penalti qurtardı. 21 Yaş Altı Milli Komandada (U21) 19 dəfə çıxış edən Aykutun Qalatasarayla 2012-ci ilə qədər müqaviləsi var.
Aykut Kocaman
Aykut Kocaman (türk. Aykut Kocaman; 4 aprel 1965, Sakarya, Türkiyə) — Türkiyə futbolçusu və futbol baş məşqçisi. Hazırda Türkiyə Super Liqası klublarından Fənərbaxçada baş məşqçilik edir. == Oyun statistikası == Mənbə: "Aykut Kocaman" (türk). Mackolik.com. 2015-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.
Aykut Oray
Aykut Oray (13 oktyabr 1942, Üsküdar, İstanbul - ö. 11 avqust 2009, Köyceğiz, Muğla), Türk teatr, kino və serial aktyorudur.
Aykut Qocaman
Aykut Kocaman (türk. Aykut Kocaman; 4 aprel 1965, Sakarya, Türkiyə) — Türkiyə futbolçusu və futbol baş məşqçisi. Hazırda Türkiyə Super Liqası klublarından Fənərbaxçada baş məşqçilik edir. == Oyun statistikası == Mənbə: "Aykut Kocaman" (türk). Mackolik.com. 2015-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.
Yakut Vikipediyası
Yakutca Vikipediya — Vikipediyanın yakut dilində olan bölməsidir.
Yakut dili
Saxa (Yakut) dili — saxaların xalq dili. Rusiya Federasiyasının Saxa Respublikasının rəsmi dövlət dilidir. Türk dillərinə daxildir.
Yakut inəyi
Yakut inəyi (saxa ынах) — Saxa Respublikası ərazisində yayılmış mal-qara cinsidir. Alçaq böyü və az çəkisi ilə fərqlənir. İbtidai öküzdən törəyən Monqol mal-qara qrupundan çıxmışdır. Cins Uzaq Şimalın sərt şəraitində ətlik və südlük istiqamətli maldarlığın Yakut mədəniyyətinin əsasını təşkil etmişdir. 1929-cu ildə məhsuldarlığı artırmaq üçün, gətirilən xolmoqorsk və simmental cinsləri tərəfindən cinsin kütləvi assimilyasiyasına başlanıldı. Hal-hazırda, mal-qara sürüləri yalnız Even-Bıtantay uluslarında, fərdi kəndli, kolxoz təsərrüfatlarında və Novosibirsk Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutununda qorunub saxlanılmışdır. Şimal-şərqi Asiyanın Yakut kolonizasiyasının 6-7 əsrləri ərzində Mərkəzi Yakutiyadan gələn cins heyvandarlıq sahəsi şimal və şimal-şərq istiqamətlərində geniş yayılaraq Yana, İndigirka və Kolıma çaylarının aşağı hövzələrinə çatır. Hal-hazırda inkişaf etmiş heyvandarlıq mərkəzləri zəngin yay otlaqları ilə məşhur olan Mərkəzi Saxa ovalığıdır. Yakut inəkləri son dərəcə yüksək dözümlülük xüsusiyyətləri ilə xarakterizə olunur. Xüsusilə qışın -40 °C temperaturda sağ qalması nümunələrinə rast gəlinir.
Yakut üsyanları
Yakut üsyanları - 1921-1928-ci illərdə Yakutiyada baş vermiş üsyanlar silsiləsi. Üsyanlara Yakutiyanın müxtəlif bölgələrində 1921-1923-cü illərdə bolşeviklər və Ağ ordu arasında, 1924-1925-ci illərdə Yakutiya MSSR-nin səlahiyyətliləri və Tunqus üsyançıları adlanan birliklər, 1927-1928-ci illərdə BDSİ (Birləşdirilmiş Dövlət Siyasi İdarəsi) və konfederalistlər olaraq adlandırılan (həmçinin ksenofoblar kimi də bilinən) qrup arasında baş tutan silahlı toqquşmalar daxildir.. 1921-1923-cü illərdə baş tutan Yakut üsyanı Rusiya vətəndaş müharibəsi ərzində aparılan döyüş əməliyyatlarından biri idi. Tunquska antibolşevik üsyanı Tunqus xalqının müstəqilliyini hədəfləmişdi. Konfederalist hərəkat Yakutiyanın RSFSR-nin tərkibindən ayrılaraq, daha sonra qurulacaq SSRİ-yə suveren bir respublika kimi daxil olmağı tələb edirdi. Onlar öz qanunlarını və məhkəmələrini, Yakut təbii sərvətlərinin SSRİ tərəfindən istismarının dayandırılmasını və SSRİ-dən müstəqil bir hökumətin qurulmasını tələb etdilər. Üsyan 1921-ci ildə Ayano-Mayski rayonunda başlayıb. Üsyana yakut G.V. Efimov rəhbərlik edirdi, kornet Mixail Korobeynikovun rəhbərliyində olan Ağ Qvardiya da ona qoşulmuşdu. Qiyamları Yakut Vilayət İdarəetməsi təşkil edirdi, Yakut üsyan ordusu da yaradılmışdı. İdarəetmə 1922-ci ildə Vladivostoku idarə edən Merkulov qardaşlardan kömək istəsələr də, buna nail ola bilmədilər.
Yakut üsyanı
Yakut üsyanı — Rusiya Vətəndaş müharibəsinin son epizodu sayılır. Hərbi əməliyyatlar 1921-ci ilin sentyabr ayından 1923-cü ilin iyun ayına qədər davam edib və hadisələr Uzaq Şərq vilayətinin Ayano-Mayski rayonunda baş verib. Üsyanın başladığı ərazilər o dövrdə Yakutiyanın ərazisi olsa da hazırda Xabarovsk vilayətinin şimalını əhatə edib. 1922-ci ilin mart ayında üsyançılar Çurapçedə müvəqqəti yakut xalr idarəetməsi təsis etdilər. 23 mart tarixində Yaxut Xalq Ordusu Korobeynikovun rəhbərliyi ilə böyük şəhər olan Yakutsku ələ keçirdilər. Qırmız ordu qarnizonunun əsgərlərinin yarısını öldürüb yarısını isə əsir götürməklə yanaşı 6 pulemyotu da ələ keçirdilər. Aprel ayında üsyançılar Vladivostokda yerləşən Müvəqqəti Priamur hökumətindən (Sovet tarixşünaslığında "Qara bufer" adını alıb) kömək istəmək üçün əlaqə qurdular. 27 aprel tarixində Sovet İttifaqı Yakut MSSR yaradıldığını elan edib, üsyanın yatırılması üçün ekspedisiya göndərdidi. 1922-ci ilin yayında ağlar Yakutskdan çıxarıldılar və Oxotsk, Ayan kimi liman şəhərlərini ələ keçirərək Sakit okean sahilinə çəkilib, yenidən Vladivostokdan kömək istədilər. 30 avqustda "Sibir könüllü dəstəsi"nin 750 könüllüsünü döyüş üçün təchiz olunaraq general Anatoli Pepelyaevin rəhbərliyi ilə Vladivostokdan Sakit okean donanması ilə üsyançıların köməyinə gəldi.
İmren Aykut
İmren Aykut (türk. İmren Aykut; 1940, Kozan, Adana ili) — Türkiyə iqtisadçısı və dövlət xadimi. 1940-cı ildə Türkiyənin Adana ili Kozan şəhərində anadan olmuşdur. Atatürk adına ibtidai məktəbi, sonra Adanadakı qızlar liseyini bitirir. 1964-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. Sonra İngiltərədəki Oxford Universitetində oxuyur. İşçi-işəgötürən münasibətləri, əmək münasibətləri və həmkarlar ittifaqları üzrə təhsil alır. Bundan sonra Norveçdəki Oslo Universitetində "müəssisə rəhbərliyində işçilərin iştirakı" proqramı üzrə təhsil alır. Daha sonra İttifaqlar Konfederasiyasında və İngiltərədəki Əmək Nazirliyində müxtəlif araşdırmalarla məşğul olur. Doktor dərəcəsini "İşçilər üçün valyuta məzənnələri (Türkiyə xaricində) və bunların Türk iqtisadiyyatı baxımından təhlili" adlı işinə görə almışdır.
Aykut Kaya
Aykut Kaya (1978, Kayseri ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Aykut Kaya 1978-ci ildə Kayseri ilində anadan olub. İbtidai və orta təhsilini Antalyada alıb. Anadolu Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub. Birləşmiş Ştatların Boldiun-Uolles Universitetində beynəlxalq biznes üzrə magistr dərəcəsi alıb. Daxildə və xaricdə irimiqyaslı inşaat layihələri aparan özəl müəssisədə baş meneceri vəzifəsində çalışıb. 2016-cı ildə təsisçisi olduğu xarici tərəfdaş müəssisəsində vitse-prezident və İdarə Şurasının sədri vəzifələrində çalışıb. Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Estoniya ilə İş Şurasının sədri, Norveç ilə İş Şurasının sədr müavini, İrlandiya ilə İş Şurasının sədr müavini, Slovakiya ilə iş Şurasının İdarə Heyətinin üzvü, Səudiyyə Ərəbistanı ilə İş Şurasının isə üzvüdür. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
AKT (test)
AKT - Amerikada kolleclərə qəbul üçün nəzərdə tutulmuş test. Amerika Birləşmiş Ştatlarında AKT Korporasiyası tərəfindən yaradılmış, kolleclərə tələbə qəbulu üçün tərtib olunan standartlaşdırılmış uğurlu imtahan. Bu test ilk dəfə 1959-cu ildə Everet Franklin Linqvest tərəfindən Kollec İdarə Heyətinin Sxolastik Qabiliyyət Testinə (indi SQT Məntiq Testi kimi tanınır) qarşı rəqib olaraq tətbiq olunmuşdur. AKT tarixən 4 testdən ibarət olmuşdur: ingilis dili, riyaziyyat, oxu və təbiət elmləri düşüncə testi. 2005-ci ilin fevralında könüllü yazı testi AKT-yə əlavə olundu və həmin ilin martında eynilə SQT-də də dəyişiklər olundu. ABŞ-də bütün 4 illik kollec və universitetlər AKT-ni qəbul edir. Tarixən, SQT sahilboyu zonalardakı kolleclərdə, AKT isə Orta Qərb və Cənubda daha çox məşhurluq qazanmışdı. Hal-hazırda bəzi kolleclər insanların işə təyin olunması ilə bağlı olaraq AKT-ni tələb edirlər, buna baxmayaraq bir neçə məktəb AKT-ni qətiyyən qəbul etmir.
Krasnıy Kut
Krasnı Kut — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Kut adası
Kut adası-(Ко Кут, Ко Куд, ing. Ko Kud или ing. Koh Kood, tay เกาะกูด)- Siam körfəzinin adası olub, Kambodjı əyalətinə Trat regionuna daxildir. == Coğrafi mövqeyi == Regionun ən az əhali məskunlaşmış adası hesab edilir. Maki adası ilə birlikdə şimalda yerləşir. Adanın əhalisi 2007-ci ilin statistik məlumatlarına görə 1715 nəfərdir. Sahəsi isə 131 кm²-dir. Ada dənizkənarı Mu-Ko-Çanqın parkının bir hissəsidir.
Kut qəzası
Kut qəzası (ərəb. قضاء الكوت‎) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Kut şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 5.144 km² ərazini əhatə edir. == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 374.457 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Kut qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 41%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəzada əhali əsasən şiə ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar. Sayları 200 min nəfərdən çox olan bu tayfanın nümayəndələri həmçinin Bağdad mühafazasında, Əziziyə qəzasında, Naməniya qəzasında və Bedra qəzasında məskunlaşıblar.
Normativ akt
Normativ akt– 1) Tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyası ilə,qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsləkər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş rəsmi sənəddir. Normativ hüquqi aktlar qeyri-müəyyən subyekt dairəsi üçün v Və dəfələrlə tətbiq olunması üçün nəzərdə tutulub. 2)hüquqi akt – hüquq mənbələri növlərindən biri. Normativ akt hüquq normalarının müəyyənləşdirilməsi, dəyişdirilməsi, ləğv edilməsi məqsədilə dövlət orqanı tərəfindən verilir. Hüquqi aktlar kateqoriyasına normativ hüquqi aktlarla yanaşı normativ xarakterli hüquqi aktlar və qeyri-normativ hüquqi aktlar da daxildir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı İnformasiya Texnologiyaları, 2009, 201 s.
Simona Kut
Simona Kut (12 noyabr 1980, Utrext, Utrext) — Niderlandı təmsil edən su poloçusu. Simona Kut, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Yaqorliski Kut
Yaqorliski Kut — Qara dəniz sularında, Ukraynanın Xerson vilayəti ərazisində yerləşən yarımada. Şimaldan və qərbdən Yaqorliski körfəzi, cənubdan isə Tendrovski körfəzi ilə əhatələnir. Yarımadanın qərbində yerləşən 5540 ha ərazi Qara dəniz biosfer qoruğu ərazisinə daxildir. Yarımadanın adı türk dilindən keçmədir və mənası "düzgün olmayanların yolu". Zaparoji kazakları vaxtı ilə yarımada sahillərindən duz toplayarkən türkləri narahat edirdilər. 1959–1994 illərdə yarımadanın böyük hissəsi Qara dəniz donanmasınınpaliqonu olmuşdur. Paliqon ləğv edildikdən sonra 4700 ha-lıq yarımada ərazisi qoruğa birləşdirilmişdir. Burada paliqonun inşasına qədər burada balıqçı qəsəbəsi olan Svobodnı Port olmuşdur. Qəsəbə 1959-cu ildə ləğv edilmişdir. Echoes of the Ancient Borysthenes.
Krasnı Kut
Krasnı Kut — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.