Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gabud
Gabud — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Kəndin adı ilk dəfə XIII əsrdən xatırlansa da, ərazidəki tarixi abidələr onun daha da qədim olduğunu göstərir. Belə ki, kəndin əsası X əsrdən əvvəl qoyulmuşdur. Erməni mənbələrində kəndin adı Gyabut, Gyabud formalarında verilir. Kəndin adı Azərbaycan dilində «qayalıqda keçən yol», «uçurum», «daşlıq» mənasında işlənən gab sözünə -ud şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Kaput qoyulmuşdur.
Likud
Likud (ivr. ‏ הַלִּכּוּד‎‏‎ Rom: HaLikud, yəni Konsolidasiya) — İsraildəki əsas sağ ideoloji görüşlü siyasi partiyadır. 1973-cü ildə Menachem Begin tərəfindən bir neçə sağçı və liberal partiyaların birləşməsi ilə yaradılıb. 1977-ci ildəki seçkilərdə Likudun qələbəsi, ilk dəfə olaraq solların gücünü itirməsi baxımından ölkənin siyasi tarixində mühüm bir dönüş nöqtəsi olmuşdur. Lakin 1980-ci illərin böyük bir dövründə hakimiyyətdə olduqdan sonra partiya 1992-ci il Knesset seçkilərində uduzdu. Bununla birlikdə, Likudun namizədi Benyamin Netanyahu 1996-cı ildə baş nazir seçkisində qalib gəldi və ona 2009 seçkilərindən sonra hökuməti formalaşdırmaq səlahiyyəti verildi. 2003-cü ildəki qələbədən sonra, Likudun lideri Ariel Şaron, 2005-ci ildə böyük parçalanmaya səbəb olan yeni Kadima partiyasını yaratması ciddi ixtilaflara səbəb oldu. Bu, 2006-cı il seçkilərində Likudun dördüncü yerə enməsinə səbəb olsa da, partiya 2009-cu il seçkilərində keçmiş itkisini kompensasiya edərək, mövqelərini baş nazir Benyamin Netanyahu vasitəsilə bərpa edərək İsrail hökumətini təşkil etmişdir. Üzvləri tez-tez Likudnik olaraq adlandırılır və Irgunun siyasi varisi hesab olunur.
Nabur
Nabur — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi mənbələrdə == Osmanlı imperiyası ilə Rusiya arasında 1727-ci il 12 dekabrda Şamaxı yaxınlığında Nabur kəndində imzalanmış müqaviləyə əsasən ruslar Cavad, Salyan, Şeşpara və Rustov ərazilərinə yiyələndilər. Azərbaycan torpaqlarının qərb hissəsi isə Osmanlııların əlində qaldı. Bu müqavilə tarixdə "Nabur müqaviləsi" adlanır. == Etimologiyası == Nabur oykoniminin adı zülqədər tayfa]]sının nabur tirəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində də eyniadlı kənd qeydə alınmışdır. == Əhalisi == Əhalisi təxminən 5000 nəfərdir. Muğam ustadı Alim Qasımov, general-mayor Əbdül Xalıqov bu kənddə anadan olmuşlar. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq, əkinçilik və qismən arıçılıqdır. == Din == Kənddə Nabur kənd məscidi dini icması fəaliyyət göstərir.
Nebuq
Nebuq (адыг. Нэбгъу) — Krasnodar diyarının Tuapsinski rayonunda kənd. Nebuq kənd məskunlaşma ərazisinin inzibati mərkəzi. == Coğrafiyası == Kənd Qara dəniz sahilində, Nəbuq çayının vadisində yerləşir. Tuapse rayon mərkəzindən 9 km şimal-qərbdə və Krasnodar şəhərindən 94 km cənubda yerləşir. A-147 avtomobil yolu Rusiyanın Qara dəniz sahillərini Adlerdən Cubqaya gedən yol kənddən keçir. Nebuq şimal-qərbdən Mayski və Tümenski, şərqdən Agui-Şapsuq və cənub-şərqdən Aqoy yaşayış məntəqələrinin ərazilər ilə həmsərhəddir: Kənd Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Nebuq üç tərəfdən şam və enliyarpaqlı meşələrlə əhatə olunmuş dağ silsilələri ilə əhatə olunub. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 81 metr yüksəklikdədir. Kəndin sahilyanı hissəsi dəniz səviyyəsindədir.
Nibia
İmta yaxud Nibia (e. ə. XXII əsr – e. ə. XXII əsr) — ikinci Kuti hökmdarı.
Nimrud
Nimrud (və ya Nəmrud) — Qədim Assuriyanın Kalhu adlanan şəhərinin vaxtı ilə yerləşdiyi təpəliyin adıdır. İraqın Mosul şəhərinin yaxınlığında yerləşir. Burada e.ə. XIII əsrdə I Salmanassar tərəfindən paytaxt Nineviyadan 4 mil aralıqda şəhər salınmışdı. E.ə. 885-ci ildə Aşşurnasirpal paytaxtı buraya köçürür və şəhəri bərpa edir. Kalax şəhəri Nineviyadan daha çox mövcüd olur və eyniadlı əyalətin mərkəzinə çevrilir. Şəhər vaxtı ilə hündür dördbucaq formasında olub və Dəclə çayı ilə yuyulub. Hal hazırda burada 4 qrup qalıqlar var. Nimrudda yerləşən şəhər qalıqları 1845-1847-ci illərdə Leyard tərəfindən araşdırılıb.
Nobuo
Nobuo — Yaponiyada ad. Nobuo Fucişima — keçmiş Yaponiya futbolçusu. Nobuo Kavakami — keçmiş Yaponiya futbolçusu. Nobuo Matsunaqa — keçmiş Yaponiya futbolçusu. Nobuyo Fucişiro — keçmiş Yaponiya futbolçusu.
Noxud
Noxud (Cicer arietinum L. ) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. == Yaşıl noxud == Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. == Qida və yem dəyəri == Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Şirud
Şirud — İranın Mazandaran ostanının Tonekabun şəhristanının Mərkəzi bəxşində şəhər.
Şibuy
Şibuy (渋い) – yapon dilində sadə, gözə çarpmayan, incə gözəlliyi ifadə edən termin. Muromaçi dövrünün sənətkarları tərəfindən yaradılmış konsepsiyadır. Termin rəng, dizayn, dad, səs, hətta insan davranışına şamil edilə bilər. Şibusa (渋さ) və şibumi (渋み) isim formalarıdır. == Terminologiya == Şibuy anlayışı Yaponiyada orta əsrlərin estetika anlayışı nəticəsində yaranmış, vabi-sabi və iki kimi konsepsiyaları əhatə etmişdir. "Şibuy" sözü kal, yetişməmiş alçaya istinadən hərfi mənada "büzücü" və ya "turş" deməkdir. Belə ki, bu termin ortaya çıxdığı ilk vaxtlarda alçaldıcı mənada işlədilirdi. Lakin orta əsrlərin sənətkarları sadə, gözə çarpmayan gözəlliyi ön plana çıxardıqdan sonra müsbət mənada işlədilən terminə çevrilmişdir. Xüsusilə, Edo dövründə səssiz və cəlbedici atmosferə üstünlük verən şəxslər arasında geniş istifadə olunan termin olmuşdur.Usta müğənninin sakit mahnısı, təcrübəli aktyorun intizamnlı performansı və ya tanınmış keramika sənətçisinin sadə dizaynı şişirdilmiş, təvazökar gözəlliyə malik olduğu üçün şibuy kimi qiymətləndirilirdi. Şişirdilmiş, rəngarəng gözəllik sofistikə olmayan şəxslərə uyğun idi, lakin şibuy gözqamaşdırıcı gözəlliyə aldanmayan, bütün növ gözəlliklərdən doymuş şəxslərə aid edilirdi.
Nabu
Nabu (akk. Na-bi-um) — Babil, Akkad və Assuriya mifologiyasında yazı tanrı.
Niau
Niau (fr. Niau) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). taiti dilindən tərcümədə «Kokos palması» mənasını verir. Fakarava atolundan 53 km qərbdə yerləşir. == Coğrafiya == Dairəvi formaya malikdir. Diametri 8 km-dir. Atollun sahəsi 20 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 32 km²-dir. Okean sularından tam təcrid olunmuşdur.
Nibl
Nibl (fr. Nibles, oks. Nibles) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dyu-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04137. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 45 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 40 nəfər (15-64 yaş arasında) 26 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 65.0%, 1999-cu ildə 71.0%). Fəal olan 26 nəfərdən 21 nəfər (11 kişi və 10 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi.
Niue
Niue (ing. Niue [ˈnjuːeɪ], niue Niuē-fekai) — Sakit okeanında yerləşən ada dövlətidir. Yeni Zelandiyadan 2,400 km şimal-şərqdə yerləşir. Quru sahəsi 260 kv.km-dir. 2016-cı ilin noyabrına olan məlumata əsasən, əksəriyyəti Polineziyada olmaqla təqribən 1,612 nəfər əhalisi var. Niuenin paytaxtı Alofi kəndidir. Niue əhalisi Yeni Zelandiya vətəndaşı sayılır. Ölkənin başçısı kraliça II Elizabetdir. Niue əhalisinin 95%-i Yeni Zelandiyada yaşayır və təqribən 70%-i Niue dilində danışır. Niue BMT üzvü deyil.
Accipiter nisus
Bildirçinçalan (lat. Accipiter nisus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Ağ nöyüd
Kerosin və ya ağ neft — neftin qovulmasından alınan şəffaf neft məhsulu. Onun qaynama temperaturu 110 °C-dən 320 °C-ə qədər intervalda ola bilir. == Tərkib və xüsusiyyəti == Sıxlıq 0.78-0.85 g / cm³ (+20 °C-də), özlülük 1.2-4.5 mm² / s (+20 °C-də), parlama nöqtəsi + 28… + 72 °C, avtomatik yanma temperaturu 200-400 °C (asılı olaraq mühitin təzyiqi), yanma istiliyi təxminən 43 MJ / kq-dır. Doymuş alifatik karbohidrogenlər – 20-60 % Neftin kimyəvi tərkibindən və emal üsulundan asılı olaraq onun tərkibinə aşağıdakılar daxildir: doymuş alifatik karbohidrogenlər — 20—60 %, Naften karbohidrogenləri – 20-50 %, Bitsiklik aromatik karbohidrogenlər – 5-25 %; Doymamış karbohidrogenlər – 2 %-ə qədər.Kerosinin aşağıdakı növləri fərqləndirilir: aviasiya, lampa (əlavə olaraq qətranın, naften turşusunun və aromatik karbohidrogenlərin miqdarını azaltmaq üçün sulfat turşusu ilə təmizlənir), texniki, həlledici (əlavə olaraq aromatiksizləşdirilir). Xalq təbabəti aviasiya və lampa kerosinini istifadə edir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.
Badam noxud
Badam noxud - konfetəoxşar Azərbaycan şirniyyatı == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Böyük Nefud
Böyük Nefud (ərəb. صحراء الدهناء‎) — Yaxın Şərqdə, Ərəbistan yarımadasının şimalında yerləşən səhra. Səhra 290 km uzunluğa, 225 km enə malikdir. Səhranın sahəsi 103 600 km² təşkil edir. Böyük Nefud səhrası özünün qəfil güçlü küləkləri ilə məşhurdur. Səhranın qumları qırmızıdır. Böyük Nefud Rub-əl-Xali və Dəhnə səhraları ilə birləşir. Akaba şəhərini ələ keçirməzdən öncə ərəb üsyançılarının başçısı Auda ibn Tayi limana zəif qorunan hissədən türk ordusuna hücum təşkil edir. Bu ordu Böyük Nefud səhrasını keçdikdən sonra çətinliklə şəhərə yaxınlaşmışdırlar. Tomas Edvard Lourens Auda ibn Tayi Akabaya hücum etməyə inandıra bilir.
Kim Kibum
Kim Ki-bum (koreyaca: 김기범, d. 23 sentyabr 1991-ci il) - SHINee qrupunun repçisi, solisti.
Layal Abbüd
Layal Abbüd (ərəb. :ليال عبود‎, [layāl ʿab'boud], 15 may 1982) Livan pop müğənnisidir, şairə, rəqqasə, uyğun model, Müsəlman xeyriyyəçi və işəgötürən.
Məbud Məhərrəmov
Məbud Əliəsgər oğlu Məhərrəmov (12 mart 1957, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2006). == Həyatı == Məbud Məhərrəmov 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. 1978-ci ildən Səməd Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynamış, bir çox filmlərdə çəkilmişdir. Onun yaratdığı: Ağasaf (M. İbrahimbəyov "Мужчина для молодой женщины"; azərb. "Gənc qadın üçün kişi"‎), Əmrah (Hidayət "Mənzil"), Ər (Elçin "Mənim ərim dəlidir"), Qannibal (J. Patrik "Странная миссис Сэвидж"; azərb. "Qəribə missis Sevic"‎), Şut (U. Şekspir "Kral Lir") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. M. Məhərrəmov bundan başqa bir çox filmlərdə və televiziya filmlərində çəkilmişdir. "Деловая поездка" ("İşgüzar səfər"), "Park", "Другая жизнь" ("Özgə ömür"), "В условиях неочевидности" ("Qeyri-müəyyənlik şəraitində"), "Семейный круг" ("Ailə çevrəsi") kimi filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynamışdır. 2000-ci ildə M. Məhərrəmov Azərbaycan Respublikasının Əməkdar Artist, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.
Məbud İsmayılzadə
Məbud İbrahim oğlu İsmayılzadə (24 mart 1924, Zərdab rayonu – 17 sentyabr 2004, Bakı) – Tanınmış mədəniyyət işçisi, teatr təşkilatçısı, teatr rejissoru, ssenarist. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979). == Həyatı == Məbud İsmayılzadə 1927-ci ilin mart ayının 24-də Zərdab rayonunda dünyaya gəlib. Məbud İsmayılzadə ilk əmək fəaliyyətinə 1942-ci ildə, on altı yaşında həmin vaxtlar Zərdabda fəaliyyət göstərən Dövlət Dram Teatrında başlayıb. Teatr sənətinə böyük maraq, onu Azərbaycan Dövlət Teatr İnstitutuna gətirib. 1951-ci ildə institutun rejissorluq fakültəsini bitirib, elə həmin il Respublika Xalq Yaradıcılığı Evinin direktoru təyin olunub. Bu təşkilata rəhbərlik etdiyi 20 il müddətində Məbud müəllim "Çinar", "Şur" kimi məşhur kollektivlərin, 30-dan çox Xalq teatrının yaranmasının, respublika miqyaslı bayram şənliklərinin, festivalların, müsabiqələrin keçirilməsinin fəal təşkilatçılarından biri olub. 1954-cü ildə minlərlə həvəskar ifaçıların iştirak etdiyi ilk teatrlaşdırılmış "Xalq yaradıcılığı bayramı"nın, 1955-ci ildə keçirilən Respublika bədii özfəaliyyət baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı, 1959-cu ildə Moskvada keçirilən "Azərbaycan mədəniyyəti ongünlüyü" çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da məhz M. İsmayılzadə olmuşdu. Bu tədbirlər özünün rəngarəngliyinə, rejissor yozumuna görə də böyük tamaşaçı marağı qazanmışdı. 1972–1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Abidələrin və muzeylərin qorunması idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Nabul (vilayət)
Nabul vilayəti (ərəb. نابل‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Nabul vilayətinin ərazisi 2 840 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Nabul vilayətinin əhalisi 787 920 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Nabul vilayəti
Nabul vilayəti (ərəb. نابل‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Nabul vilayətinin ərazisi 2 840 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Nabul vilayətinin əhalisi 787 920 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Nabur bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.