Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Absurd
Absurd — gündəlik həyatda vərdiş edilən və düzgün təfəkkür tərzinin əsasını təşkil edən məntiqin qaydalarının əksinə çıxan, onlara əhəmiyyət verməyən məfhum. Absurd və absurdluq təfəkkürdə və reallıqda mövcuddur. İnsan bəzən real həyatda müşahidə etdiyi hər hansı bir hadisəni, yaxud bir şeyi məntiqi cəhətdən izah etməkdə çətinlik çəkir və bu ona absurd – qeyri məntiqi kimi görünür.
Baster
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Aster
Çayırçiçəyi, aster (lat. Aster) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.Astranı çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik astraların Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp astrasının (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir. İtaliya astrası (A.amellus) — boruşəkilli, dilcikli çiçəkləri bənövşəyi, göy və sarı rəngdədir.
Astra

Absurd teatrı
Absurd teatrı – XX əsr 50–60-cı illərinin avanqard dramaturgiyası və teatrına xas keyfiyyətlərin məcmusu. "Absurdizmin" daha dolğun prinsipləri rumın-fransız dramaturqu Ejen İoneskonun "Daz müğənni qadın" (La cantatrice chauve, 1950) və irland yazıçısı Semyuel Bekketin "Qodonun İntizarında" (Waiting for Godot, 1952) dramlarında öz əksini tapmışdır. == Tarixi == Termini ilk dəfə 1962-ci ildə ingilis tənqidçisi M. Esslin işlətmişdir. Absurd teatrının fəlsəfi-estetik əsasını Qərbi Avropa fəsəsfi fikrinin irrasionalist cərəyanları – J.P. Sartr və A. Kamyunun ekzistensializmi, Z. Freydin psixoanalizi, həmçinin A. Jarri, A. Arto və başqaalrının dramaturgiyası və nəzəri işləri təşkil edirdi (S. Bekket, E. İonesko, F. Arrabal, J. Votye, J. Jene, J. Şeade, R. de Obaldia, J. Tardye və b.-nın pyesləri, habelə onların tamaşaları). Əsər (eləcə də tamaşa) müəlliflərinin fikrincə, real həyatda subyekt və obyekt bir-birilə əks mövqedə dayanır. Tarixdə baş verən hər şey üçün insan məsuliyyət daşıyır. İnsan yalnız "sərhəd situasiyasında", yəni ölüm qarşısında dayandıqda özünü ekzistesiya kimi dərk edir. Odur ki, Absurd teatrının qəhrəmanları ölüm, iztirab, qorxu, günah, mübarizə zəminində təsvir olunur. Nəticədə şəxsiyyət (bədii obraz) transsendensiya ilə yarışa girmək imkanı əldə edir. əsl həqiqət bu zaman dərk olunur.
Astrey (mifologiya)
Astrey (yun. Ἀστραῖος; lat. Astraeus) yunan mifologiyasında bir personaj, Hesiod "Teoqoniyasına" və Psevdo-Apollodora görə ikinci nəsil titan, Krios və Evribiyanın oğlu. Higin onu Geya və Tartarın oğlu – nəhəng hesab edir. Titan ilahə Eosun əri, dörd külək tanrısının: Evr (cənub-şərq küləyi), Zefir (qərb küləyi), Not (cənub küləyi), Boreyin (şimal küləyi) atası. == İstinadlar == == Mənbə == Hans von Geisau: Astraios. In: Pauly-Wissowa#Der Kleine Pauly (KlP)|Der Kleine Pauly. Lexikon der Antike in fünf Bänden. Band 1, München 1964, Sp. 660.
Baster Kiton
Cozef Frenk Kiton, səhnə adı Baster Kiton (ing. Buster Keaton; 4 oktyabr 1895[…] – 1 fevral 1966[…], Vudlend-Hillz[d], Kaliforniya) — amerikalı komediya aktyoru və rejissoru, səssiz kinonun ən tanınmış komiki, əfsanəvi "Şerlok-kiçik" , "Naviqator" və "General" filmlərinin yaradıcısı. == Bioqrafiya == Kitona "Baster " (ing. Buster-dəliqanlı) təxəllüsünü məşhur illuzionist Harri Hudini vermişdir. Ona bu təxəllüsün verilməsinin səbəbi Kitonun 6 aylığında pilləkandan yıxılaraq heç bir xəsarət almaması olmuşdur. 3 yaşından səhnədə "3 Kiton" şousunda iştirak etmiş və çox sevilmişdir. Buster Keaton Production kinokompaniyasını yaratmışdır. Atası, Con Kiton "Tibbi şou"da Harri Quddininin tərəf yoldaşı olmuşdur. Basterin atası rəqs edir və salto aşırdı. Baster isə anasının saksafonda ifa etdiyi zaman kart fokusları göstərərək tamaşaçıları heyrətləndirirdi.
Baster şəhəri
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Syngnathus abaster
İtalyan iynəbalığı (lat. Syngnathus abaster) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinin i̇ynəbalıqları fəsiləsinin adi dəniz iynəbalığı cinsinə aid heyvan növü. == Yayılması == Xəzər dənizinin hər yerində yayılmışdır. Cənubi Xəzərdə çayların dənizə qarışan hissəsində yaşayır. == Yaşayış yeri və həyat tərzi == İynəbalıq dəniz balığıdır, lakin şirin suda da yaşaya bilir. Uzunluğu 230 mm-dək olur, cinsi yetişkənliyə çatmış balıqların uzunluğu 90 mm-ə çatır. Dənizdə dəniz otu zosteraarasında şaquli vəziyyətdə yaşayır, Bədəninin rəngi yaşadığı mühitin -otların rəngində (yaşılımtıl-qonur) olduğundan çox çətin seçilir. == Çoxalması == İynə balıqlarının da çoxalması çox maraqlı keçir. May-iyun aylarında çoxalma ərəfəsində erkək balıqların qarın nahiyyəsində uzununa iki dəri qatı əmələ gəlir və açıq kisə (kamera) şəklini alır. Dişi balıqlar kürülərini bu kameraya tökür.
Aster ageratoides
Aqeratobənzər çayırçiçəyi (lat. Aster ageratoides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çayırçiçəyi cinsinə aid bitki növü. == Yarımnövləri == Aster ageratoides var. firmus (Diels) Hand.-Mazz. Aster ageratoides var. grossedentatus (Franch. ex Diels) Kitam. Aster ageratoides var. laticorymbus (Vaniot) Hand.-Mazz. Aster ageratoides var.
Aster alpinus
Alp çayırçiçəyi (lat. Aster alpinus) — mürəkkəbçiçəklilər fəsiləsinin çayırçiçəyi cinsinə aid bitki növü. == Yarımnövləri və variasiya == Aster alpinus var. serpentimontanus (Tamamsch.) Ling Aster alpinus subsp. tolmatschevii (Tamamsch.) Á.Löve & D.Löve Aster alpinus subsp.
Aster ambiguus
Erigeron bonariensis (lat. Erigeron bonariensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü. == Arealı == Erigeron bonariensis növü Meksikadan Tropikal Amerikaya qədər yayılmışdır. == Sinonim == Aster ambiguus (DC.) E.H.L.Krause Conyza ambigua DC. Conyza bonariensis (L.) Cronquist Conyza bonariensis f. bonariensis Conyza chenopodioides DC. Conyza crispa (Pourret) Rupr. Conyza crispa (Pourr.) Cout. Conyza gracilis Hoffmanns. & Link Conyza hispida Kunth Conyza ivifolia Burm.f. Conyza ivifolia (L.) Less. [Illegitimate] Conyza leucodasys Miq.
Aster amellus
Gözəl çayırçiçəyi (lat. Aster amellus) — çayırçiçəyi cinsinə aid bitki növü. Bu bitki Pireneydə və Alp dağlarından Karpatlara qədərki Avropa dağlarında yetişir. Avropadan kənarda Qərbi Asiyada (Türkiyə), Qafqazda, Sibirdə, Cənubi Asiyada (Uttarakhand, Hindistan) və Mərkəzi Asiyada (Qazaxıstan) rast gəlinir.[mənbə göstərin] == Variasiyaları == Aster amellus subsp. bessarabicus (Bernh. ex Rchb.) Soó Aster amellus subsp. ibericus (Steven) V.E.Avet.
Aster atticus
Zərif çayırçiçəyi (lat. Aster atticus) - çayırçiçəyi cinsinə aid bitki növü.
Aster bellis
Çoxillik qızçiçəyi (lat. Bellis perennis) - qızçiçəyi cinsinə aid bitki növü.Bellis perennis L. == Sinonim == Aster bellis E.H.L.Krause Bellis alpina Hegetschw. Bellis armena Boiss. Bellis croatica Gand. Bellis hortensis Mill. Bellis hybrida Ten. Bellis integrifolia DC. Bellis margaritifolia Huter Bellis minor Garsault [Invalid] Bellis perennis var. caulescens Rochebr. Bellis perennis f. discoidea D.C.McClint.
Aster carolinianus
Ampelaster (lat. Ampelaster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ampelaster carolinianus (Walter) G.L.Nesom == Sinonimləri == Aster carolinianus Walter bazionim Aster scandens J.Jacq. ex Spreng.
Aster chinensis
Callistephus (lat. Callistephus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Yunancadan növün adı "gözəl bitki" kimi tərcümə edilir. Bu, gülün sarı mərkəz hissəsinin ağ ləçəklərlə əhatə edilməsi ilə izah olunur.Azərbaycanda dekorativ gülçülükdə onun bir növü- Çin kallistefusu (C.chinensis).Bunun çoxsaylı hibrid formaları vardır.Hazırda yabanı halda bitən bu növdən gülçülükdə istifadə olunmur.Çin astrası bir neçə qrupa bölünür:boruşəkilli astralar yığcamlığı ilə fərqlənirlər.Kürəşəkilli hamaşçiçəklilər yalnız boruşəkilli çiçəklərdən ibarətdir.Bu bitkilər qollu-budaqlı kol formasında olub,hamaşçiçəkləri ilə fərqlənirlər.Çin kallistefusunun hamaşçiçəkləri iri, sadə kürəşəkillidir.Birillik astralar fuzarioz xəstəliyinə yoluxa bilərlər.Xəstəliyin qarşısını almaq üçün toxumlarını əkindən əvvəl kimyəvi üsulla təmizləmək lazımdır.Qollu-budaqlı olması və iyunda yaxşı çiçəkləməsi üçün bitkiyə gübrə verməlidir.Astra olan əkin sahəsi vaxtaşırı alaqlardan təmizlənməlidir. == Sinonimləri == Amellus speciosus Gaterau Aster chinensis L. Aster lacinians Borbás Aster regalis Salisb. Asteriscodes chinense (L.) Kuntze Brachyactis chinensis (L.) Bureau & Franch. Callistemma chinensis (L.) Skeels Callistemma hortense Cass. Callistephus hortensis (Cass.) Cass.
Aster discoideus
Brintonia (lat. Brintonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Brintonia discoidea (Elliott) Greene === Sinonim === Aster discoideus Elliott Solidago discoidea (Elliott) Torr.
Aster erigeroides
Erigeron karvinskianus (lat. Erigeron karvinskianus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü. == Sinonim == Aster erigeroides (DC.) Harv. 1865 not Hook. & Arn. 1836 Erigeron mucronatus DC. Erigeron trilobus Sond. Felicia erigeroides DC. Felicia natalensis Sch.Bip. ex Walp. Felicia trinervia Turcz.
Aster helenium
Uca andız (lat. Inula helenium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü (60) 80–150 sm və daha hündür olan, gövdəsi düzduran, qalın, şırımlı, qısa tüklü, yuxarı hissədə qalxanşəkilli və ya uzun ensiz salxımşəkilli süpürgə şəklində süpürgəvari budaqlanan çoxillik iri ot bitkisidir. Yarpaqları iridir, uzunluğu 40–50 sm, üst tərəfdən zəif tüklü və ya çılpaq, alt tərəfdən sıx yumşaq məxmər tüklüdür, aşağı yarpaqları saplaq üzərindədir, uzunsov-elliptik, xırda dişli və ya mişarlı, yuxarı yarpaqları oturaqdır, uzunsov-yumurtaşəkilli, sivriləşmiş, qaidəsi ürəkşəkilli, yarımgövdə həcmini artırandır. Səbətləri çoxsaylı deyil, iridir, eni 20–35 mm olub, qismən uzun saplaq üzərindədir. Qının bayır yarpaqcıqları otşəkilli, çoxsaylı, demək olar ki, qalın dərilidir, yumurtaşəkilli, boz keçə tüklü, uzunluğu 1–2 (2,5) sm-dir, ortadakılar enli tünd törəməlidir, daxili yarpaqcıqları daha ensiz, kürəkşəkilli və kütdür. Dilcikşəkilli çiçəkləri sarı rəngli, çoxsaylı, ensiz xətvaridir, təpə hissədə sivriikidişlidir, qından uzundur. Toxumlarının uzunluğu 4–5 mm, prizmaşəkillidir, çılpaqdır; kəkili qəhvəyi rəngli, 2–2,5 dəfə toxumdan uzundur. İyun-sentyabr ayında çiçəkləyir, avqust-oktyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ şimal, KQ cənub, Nax.
Aster howellii
Columbiadoria (lat. Columbiadoria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Aster hydrophilus
Almutaster (lat. Almutaster) — astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Almutaster pauciflorus (Nutt.) A.Löve & D.Löve yeganə növ Sinonimləri Aster hydrophilus Greene ex Wooton & Standl. Aster pauciflorus Nutt.
Aster inqilabı
Aster inqilabı və ya payız gülü inqilabı—28-31 oktyabr 1918-ci il tarixində Macarıstanda Mixay Karoyi tərəfindən başladılan inqilab. İnqilabın “Aster inqilabı” adlandırılmasının səbəbi Budapeştdəki vətəndaşlar və əsgərlərin öz papaqlarına aster yəni payız güllərini taxması idi. Bu güllər sosial demokrat Macar Milli Şurasını və Mixay Karoyi təmsil edirdi. == İnqilabın səbəbləri == Macarıstanda yaranan ağır sosial-iqtiasdi və siyasi vəziyyət 1918-ci ilin payızında inqilabın başlanmasını zəruri edirdi. Avstriya-Macarıstan ordusunun italyan cəbhəsində ağır məğlubiyyətə uğraması kral IV Karlın hakimiyyətini və Vekerle hökumətinin mövqelərini tamamilə zəiflətdi. 1918-ci ildəki tətillərin gedişində ilk dəfə Macarıstanda fəhlə deputatları sovetləri təşkil edildi. Zəhmətkeş kütlələr müharibənin dayandırılmasını, Habsburqlar monarxiyasının dağıdılmasını daha qətiyyətlə tələb edirdilər. Serbiya, Xorvatiya, Çlovakiyada və s. başqa yerlərdə milli-azadlıq hərəkatı gücləndi. 1918-ci ilin oktyabrında ölkədə kütləvi tətil hərəkatı ən yüksək nöqtəsinə çatdı.
Aster lacinians
Callistephus (lat. Callistephus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Yunancadan növün adı "gözəl bitki" kimi tərcümə edilir. Bu, gülün sarı mərkəz hissəsinin ağ ləçəklərlə əhatə edilməsi ilə izah olunur.Azərbaycanda dekorativ gülçülükdə onun bir növü- Çin kallistefusu (C.chinensis).Bunun çoxsaylı hibrid formaları vardır.Hazırda yabanı halda bitən bu növdən gülçülükdə istifadə olunmur.Çin astrası bir neçə qrupa bölünür:boruşəkilli astralar yığcamlığı ilə fərqlənirlər.Kürəşəkilli hamaşçiçəklilər yalnız boruşəkilli çiçəklərdən ibarətdir.Bu bitkilər qollu-budaqlı kol formasında olub,hamaşçiçəkləri ilə fərqlənirlər.Çin kallistefusunun hamaşçiçəkləri iri, sadə kürəşəkillidir.Birillik astralar fuzarioz xəstəliyinə yoluxa bilərlər.Xəstəliyin qarşısını almaq üçün toxumlarını əkindən əvvəl kimyəvi üsulla təmizləmək lazımdır.Qollu-budaqlı olması və iyunda yaxşı çiçəkləməsi üçün bitkiyə gübrə verməlidir.Astra olan əkin sahəsi vaxtaşırı alaqlardan təmizlənməlidir. == Sinonimləri == Amellus speciosus Gaterau Aster chinensis L. Aster lacinians Borbás Aster regalis Salisb. Asteriscodes chinense (L.) Kuntze Brachyactis chinensis (L.) Bureau & Franch. Callistemma chinensis (L.) Skeels Callistemma hortense Cass. Callistephus hortensis (Cass.) Cass.
Aster major
Canadanthus (lat. Canadanthus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Canadanthus modestus === Sinonim === Aster major (Hook.) Porter Aster modestus Lindl. basónimo Aster modestus var. major (Hook.) Muenscher Weberaster modestus (Lindl.) Á.Löve & D.Löve Aster majus (Hook.) Porter Aster mutatus Torr. & A.Gray Aster sayianus Nutt. Aster unalaschkensis var. major Hook. Weberaster modestus (Lindl.) Á.Löve & D.Löve Aster subgen.
Abxarə (Vərziqan)
Abxarə (fars. ابخواره‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Vərziqan qəsəbəsindən 10,5 km qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (50 ailə).
Abxorə (Qəzvin)
Abxorə - İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Buyin bölgəsinin Dəştabi kəndistanında, Buyin qəsəbəsindən 42 km şimal-qərbdədir.
Abşar (Həftkel)
Abşar (fars. ابشار‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 18 ailədə 81 nəfəri kişilər və 62 nəfəri qadınlar olmaqla cəmi 143 nəfərdir.