Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Actaea
Qarğaotu (lat. Actaea) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Actaea spicata
Sünbülvari qarğaotu (lat. Actaea spicata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qarğaotu cinsinə aid bitki növü.
Actinea palmeri
Plateilema (lat. Plateilema) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Plateilema palmeri (A.Gray) CockerellSinonim Actinea palmeri (A.Gray) B.L.Rob.
Actinella carnosa
Chamaechaenactis (lat. Chamaechaenactis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Chamaechaenactis scaposa (Eastw.) Rydb. === Sinonim === Actinella carnosa (Eastw.) A.Nelson Chaenactis scaposa Eastw. basónimo Chamaechaenactis scaposa var. parva Preece & B.L.Turner Chamaechaenactis scaposa var. scaposa (Eastw.) Rydb.
Actinella palmeri
Plateilema (lat. Plateilema) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Plateilema palmeri (A.Gray) CockerellSinonim Actinea palmeri (A.Gray) B.L.Rob.
Actiniaria
Aktinilər və ya dəniz anemonları (lat. Actiniaria) — Bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi. Tək-tək yaşayan dəniz polipləridir. Uzunluğu bir neçə millimetrdən 1,5 metrədək olur. Rəngi əlvandır. Skeletsizdir. Yastı oturacağı ilə bərk substrata yapışır; qazıcı və neyston (suyun səthinə yapışan) növləri də var. Aktiniyaların ağzı onun yemi olan onurğasızları və balıq körpələrini iflic edən (və ya öldürən), dalayıcı çıxıntılarla əhatə olunmuşdur. Aktiniyalar qeyri-cinsi və cinsi yolla çoxalır. Cinsiyyət hüceyrələri suda mayalanır.
Actinidia
Aktinidiya (lat. Actinidia) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinə aid bitki cinsi. Onun iki növünün meyvəsindən istifadə olunur. Bunlardan biri kişmiş, digəri isə kolomikt aktinidadır. Adları çəkilən hər növ aktinida ağaclara sarılan incə budaqlı sarmaşıq bitkisidir. Bu növlərin ikisi də iyun ayında çiçəkləyir, meyvələri isə sentyabr – oktyabr aylarında yetişir. Meyvələri şirəlidir, xaşagələn şirin və ətirli dada malikdir. Bu bitkilər bəzən dekorativ məqsəd üçün də becərilir. 1934-cü ildə bu bitkilərdən N. V. Miçurin seleksiya yolu ilə yeni, şaxtaya davamlı və məhsuldar meyvəli çeşidlər əldə etmişdir. Aktinidanın meyvələri tam yetişən zaman toplanır.
Actinidia kolomikta
Kolomikt aktinidiyası (lat. Actinidia kolomikta) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. == Təbii yayılması == Çində, Yaponiyada, Koreyada, Saxalində meşələrdə, dəniz səviyyəsindən 1300–1400 m hündürlükdə bitən lianadır. == Botaniki təsviri == 15 m hündürlüyə çatan sarmaşan bitkidir. Yarpaqları müxtəlif çalarlı; əvvəl bürüncü, sonra yaşıl, çiçəkləyəndə ağ-alabəzək, payızda narıncı-bənövşəyi, daha sonra qızaran moruğu-qırmızı rəngli iri kürəvari olur. Çiçəkləri ağ və çəhrayı rəngdə, ətirlidir. Zoğ üzərində tək-tək və ya seyrək salxımlarda yerləşir, ikievli bitkidir. Erkəkcikli çiçəkləri dişicikli çiçəklərdən kəskin seçilir. Erkəkcikli çiçəkləri dişicikli çiçəklərdən kəskin seçilir. Erkəkcikli çiçəkləri kiçik, 50–60 tozcuqdan ibarət olub, dişicikli çiçəklər isə iridir.
Actinidia polygama
Poliqam aktinidiya (lat. Actinidia polygama) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. == Təbii yayılması == Saxalində, Koreyada, Şimal-Şərqi Çində təbii halda bitir. == Botaniki təsviri == Kol lianasıdır. Cavan zoğların qabığı boz-qonur, yaşlılarda qırmızımtıl-qonurdur. Yarpaqları vegetasiya dövründə rəngini dəyişir. İyunun əvvəlindən avqustun ortalarınadək təxminən 30 gün ağ, ətirli çiçəklərlə çiçəkləyir. Bitki birevlidir. Hündürlüyü 5–8 m-ə qədər, gövdəsinin qalınlığı 2–3 sm olan, orta boylu lianadır. Xarici görünüşünə görə kolomikta aktinidiyasına bənzəyir, ancaq ondan kiçikdir, az budaqlanır.
Actinidiaceae
Aktindiyakimilər (lat. Actinidiaceae) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Actinobole
Actinobole (lat. Actinobole) — astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Actinodaphne
Actinodaphne — dəfnəçiçəklilər sırasının dəfnəkimilər fəsiləsinə aid biki cinsi. == Növləri == == Xarici keçidlər == Actinodaphne:The Plant List saytında takson barədə məlumat.
Actinomycetes
Actinomisetlər (actis — şüa, myces — göbələk) bakteriyalarla göbələklər arasında orta bir yer tutan müstəqil mikroorqanizmlər qrupu. Bergi təsnifatına əsasən onlar Actinomycetales sırasına aid edilir. Actinomisetlərin hüceyrələri şaxəlidir ki, bu da göbələklərin mitselilərini xatırladır (hiflər kimi). Bacteriyalar kimi Actinomisetlərin də nüvələri kiçik deyil. Onlarda nüvə maddəsi protoplazmaya yayılmışdır. Actinomisetlər hiflərin sadə bölünməsi yolu ilə yaxud spor əmələ gətirməklə çoxalır. Qidalı mühitdə sıx ərp, orqanizmdə isə druzlar adlanan dənələr şəklində yığınlar əmələ gətirirlər. Druzlar — formasını dəyişmiş mitselilərin özünəməxsus toplanması nəticəsndə əmələ gələn törəmələrdir. Druzun forması hər tərəfə çıxan şüanı xatırladır. Məhz buna görə də Actinomisetləri şüalı göbələklər də adlandırmaq olar.
Actinopappus
Rutidosis (lat. Rutidosis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonim == Helichrysum sect. Rutidosis (DC.) Baill. Actinopappus Hook.f. ex A.Gray == Növləri == Rutidosis crispata A.E.Holland Rutidosis glandulosa A.E.Holland Rutidosis helichrysoides DC. Rutidosis heterogama Philipson Rutidosis lanata A.E.Holland Rutidosis leiolepisF.Muell. Rutidosis leptorhynchoides F.Muell. Rutidosis leucantha F.Muell. Rutidosis murchisonii F.Muell.
Actinopterygii
Şüaüzgəclilər (lat. Actinopterygii) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Müasir balıqların 20 000-dən çox və ya 95% növü bu yarımsinifə daxildir. Şüaüzgəclilər əksəriyyəti müasir dəniz və şirinsu hövzələrində yaşayan müxtəlif gövdə quruluşlu balıqlar yarımsinifidir. Şüaüzgəclilər uzun sümük şüalı üzgəcləri olur. Şüaüzgəclilər yarımsinfinə daxil olan balıqların əsas qrupları: paleonisklər (Palaeonis­cum), qığırdaqlı və sümüklü qanoidlər və irisümüklülərdir. Ən qədim şüaüzgəclilər şirin sularda yaşamış, paleozoyda meydana gəlmiş, mezozoy və kaynozoy dövrlərində bütün su hövzələrində üstün­lük təşkil etmişlər. Qazıntı halında çoxlu nümayəndələri məlumdur. == Ümumi xarakteristika == Müasir balıqların 95%-i (27 minə qədər) şüaüzgəclilər sinfinə aiddir. Müasir şüaüzgəclilər 35 dəstədən ibarətdir.
Actinoseris
Actinoseris (lat. Actinoseris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Actinoseris angustifolia
Leptoclinium (lat. Leptoclinium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Actinoseris radiata
Actinoseris radiata (lat. Actinoseris radiata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin actinoseris cinsinə aid bitki növü. == Sinonimləri == Ingenhusia radiata Vell.
Actinospermum
Actinospermum (lat. Actinospermum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Actinotia (cins)
Actinulida
Actinulida (lat. Actinulida) — heyvanlar aləminin dalayıcılar tipinin hidroidlər sinfinə aid heyvan dəstəsi.
Action/RPG
Döyüş rol oyunu, Ekşen rol oyunu (ing. Action role-playing game, Action RPG, Action-RPG) və ya ARPO (ing. ARPG) — rol-pleyinq və aksiya elementlərinin birləşdiyi rol videooyunu altjanrı. Belə oyunlar növbə-əsaslı və menyu-əsaslı döyüş yerinə, gerçək-zamanlı döyüşə vurğulanırlar. Başqa bir sözlə, ənənəvi rol oyunlarında oyunçunun döyüş vəziyyətində müvəffəqiyyətli olması onun idarə etdiyi personajın şəxsi xüsusiyyətlərindən asılıdır, döyüş rol oyunlarında isə bu, oyunçunun öz təcrübəsi və sürətindən də asılı olur. Bu cür oyunlar adətən hack and slash və atıcı oyunlarına bənzər bir döyüş sistemindən istifadə edirlər. Üslub baxımından, altjanr hack and slash oyunlarını xatırladır, fəqət bu oyunlar süjet xəttinə və personajlara daha çox diqqət yetirir. Hack and slash oyunlarında oyunçu əsasən tək bir personajı idarə edir və bütün vurğu döyüş sistemində olur, döyüş rol oyunlarında isə çoxlu dialoq olur. Döyüş rol oyunları RPG mexanikaları və tapşırıq sistemi olan döyüş-macəra oyunları və ya gerçək-zamanlı döyüş sistemindən istifadə edən kütləvi çoxnəfərli rol-pleyinq oyunları ("MMORPG"lər) ilə səhv salına bilərlər.
Actitis
Sahildəyişən (lat. Actitis) — tənbəlcüllütlər fəsiləsinə aid quş cinsi.. == Təsnifatı == Azərbaycanda Sahildəyişən cinsinə 1 növ daxildir: Adi sahildəyişən (Actitis hypoleucos Linn., 1758) == Həmçinin bax == Adi sahildəyişən Adi caydaqcüllütSağsağanı alacüllütQara ilbizcüllütFiyu ilbizcüllüt == Xarici keçidlər == Flycatching Common Sandpiper - Actitis hypoleucos == Ədəbiyyat == 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Actitis hypoleucos
Adi sahildəyişən (lat. Actitis hypoleucos) — sahildəyişən cinsinə aid quş növü.
Activision
Activision — kompüter oyunlarına distrübüterlik edən şirkət. Distürübiterlik etdiyi oyunlar içərisində Call of Duty, Quake, Doom, Total War, Tony Hawk, Soldier of Fortune, Spider-Man, Guitar Hero kimi oyunlar mövcuddur. 2008-ci ildə Blizzard Entertainment ilə birləşmişdir. 2022-ci ildə Xbox Game Studios tərəfindən alınmışdır. 1979-cu ildə Kaliforniyada qurulmuşdur. Dəyəri 1,4059 milyard dollar (2005) olmuşdur. == Oyunlar == Barnstorming (1981) (Atari 2600) River Raid (1982) (Atari 2600) Battlezone (1998) Call of Duty (2003) Civilization: Call to Power (1999) Doom 3 (2004) GUN (2005) Hacker (1985) MechWarrior 2: 31st Century Combat (1995) The Movies (2005) Pitfall! (1982) (Atari 2600) Quake (1996) and the Quake series Rome: Total War (2004) Star Trek: Armada (2000) Star Trek: Bridge Commander (2002) Tony Hawk's Pro Skater (1999) Vampire: The Masquerade - Bloodlines (2004) X-Men Legends (2004) X-Men Legends II: Rise of Apocalypse (2005) Prototype (2009) Prototype 2 (2012) Cabelas 4X4 Off Road Adventure 3 Sekiro: Shadows Die Twice (2019) == Birgə işlədiyi firmalar == Beenox Studios Infinity Ward ID Software Lucoflux Corp. Neversoft Raven Software Shaba Games Toys for Bob Treyarch Vicarious Visions Z-Axis Ltd.
ACM
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. == Haqqında == ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. == Fəaliyyətlər == Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. == Struktur == Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.
ANT
Ant
APT
apt (advanced packaging tool) — Debian və onun üzərində hazırlanmış əməliyyat sistemlərində (məsələn: Ubuntu, Kubuntu, Edubuntu və sair) proqramların yazılması, yenilənməsi və silinməsi üçün istifadə olunan proqramdır. UNIX-tipli əməliyyat sistemləri üçün komplir olunmuş paketlərlə bərabər, mənbə kodları ilə də kökləmək olur. Paketlər internetdən alınır və ya hazır daşıyıcılardan yüklənir. Paketlərin mənbəsi /etc/apt/sources.list faylında və /etc/apt/sources.list.d/ kataloqunda saxlanılır. apt üçün qrafik qabıqlar yeni mənbələri rahat əlavə etmək, lazımsızları isə silməyə imkan verir. apt (apt-get) proqramların əmr rejimində yazılması prosesini olduqca asanlaşdırır. Qrafik interfeysi sevən istifadəçilər üçün daha rahat proqramlar – front-end və Synaptic ilə Adept daha uyğundur. Mətn-qrafik interaktiv paketi də mövcuddur (ncurses) — aptitudeistifadə edir). GNU General Public License istifadəçi razılaşması şərtlərinə uyğun olaraq pulsuz yayılır. == İmkanlar == Müxtəlif proqramlara paketlərlə işləmək üçün imkan yaradan kitabxananı ifadə edir.
Akt
Akt (lat. actus - təsir — fəaliyyət; lat. actum est — həyata keçirildi, baş verdi) — müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəddir. Bir qayda olaraq o bir neçə şəxs (kollegiyal) və ya xüsusi olaraq təyin edilmiş şəxs tərəfindən tərtib edilir. Akt: əməl, iş, hərəkət, hadisə; rəsmi sənəd, qeyd, protokol; hüquqi qüvvəyə malik olan, şahidlərin iştirakı ilə yazılmış, yaxud yoxlama nəticəsində müəyyən edilən bir faktın, bir hadisənin təsdiqi üçün tərtib edilmiş rəsmi sənəd, yazı, protokol və s. Məsələn, akt tərtib etmək, akta qol çəkmək, notarial aktı; müəyyən faktın qeydə alındığı protokol; müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin, vətəndaşların hərəkətləri, adətən bu cür hərəkətlər əsasında hüquqi normalara riayət edilməsi və pozulması barədə mühakimə yürüdürlər; fərman, qanun, dövlət və ya ictimai əhəmiyyəti olan qərar, hökm; tədris müəssisələrində: təntənəli yığıncaq. == Həmçinin bax == İnzibati akt Normativ hüquqi akt == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Alt
Alt (/viˈoʊlə/ , vee-OH-lə, həmçinin brit. /vaɪˈoʊlə/ , vy-OH-lə, , ing. və it. viola, fr. alto, alm. Bratsche‎) — skripkadan bir az böyük simli musiqi aləti. Skripkadan böyük olduğu üçün daha aşağı registrdə səslənir. Alt yayla çalınan mövcud simli alətlər arasında ən qədimi sayılır. XV–XVI əsrlərdə yarandığı ehtimal edilir. == İstinadlar == == Ədəbiyyat == ВТ-ЭСБЕ. Альт, музыкальный инструмент.
Cat
Cat - faylın içindəkiləri göstərmək üçün istifadə olunan *nix alətidir.
ICT
İnformasiya texnologiyası (ing. information technologies) — informasiya termini latınca "informatio" sözündən götürülmüş və obyekt, hadisə, fakt haqqında məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsi deməkdir. texnologiya sözü yunanca "techne" (ustalıq, bacarıq) və "logos" (öyrənmə, idrak) sözlərinin birləşməsindən yaranmışdır və istehsal proseslərinin yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunun və həmin proseslərin özlərini ifadə edir.İnformasiya texnologiyası verilənlərin toplanması, ötürülməsi və emalı üçün üsul və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir. == İnformasiya texnologiyalarının tarixi == "İnformasiya texnologiyaları" istilahı təxminən 1970-х illərdə meydana gəldi. Amma onun əsas konsepsiyası daha əvvəl izlənilirdi. 20-ci əsr boyu ordular elektronika, kompüterlər и informasiya nəzəriyyəsini inkişaf etdirmək üçün müxtəlif sənaye sahələri ilə birləşdilər. Tarixən belə olub ki, ordular bu cür tədqiqatları stimullaşdırdılar, bununla da mexanikləşdirmə və hesablama texnikası sahəsində innovasiyaları təkan veridilər və maliyyələşdirdilər. 1971-ci ildə İT üçün əlamətdar hadisə baş verdi, belə ki, ilk e-poçt mesajı iki meynfreym arasında göndərildi. İlk kommersiya kompüteri ABŞ Siyahıyaalma Bürosu üçün C. Presper Ekkert и Con Moçli tərəfindən hazırlanmış UNIVAC I olmuşdur. 1970-ci illərin sonunda mikrokompüterlərin inkişafında yüksəliş olmuşdur, 1981-ci ildə isə IBM fərdi kompüteri dünyaya təqdim olundu.
Nct
NCT (kor. 엔시티) — SM Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı bir oğlan qrupudur. Qrupun 2016-cı ilin yanvar ayında yerli leybl qurucusu tərəfindən ilk təqdimatından bəri, qrup 2021-ci ilin yanvar ayından etibarən ümumilikdə dörd fərqli alt qrupda iştirak edən 23 üzvdən ibarətdir. Qrup, 9 Aprel 2016-cı il tarixində "The 7th Sense" və "Without You" rəqəmsal sinqlları ilə ilk alt qrupları olan NCT U-nu təqdim etdi. Ardından, 7 iyul 2016-cı ildə Seulda yerləşən NCT 127 alt qrupu, daha sonra isə 24 Avqust 2016-cı il tarixində "Chewing Gum" rəqəmsal mahnısı ilə yalnız yeniyetmə üzvlərdən ibarət NCT Dream alt qrupu debut etmiş oldu. Qrup daha sonra 17 yanvar 2019-cu il tarixində The Vision albomu ilə Çində yerləşən yeddi üzvlü WayV adlı alt qrupunu təqdim etdi. Beşinci alt qrup isə 2021-ci ildə debüt edəcək. Hər bir alt qrupun ayrı-ayrı fəaliyyətləri ilə yanaşı, NCT qrupu bu günə qədər tam albomlarını tanıtmaq üçün iki dəfə birləşdi, ilk dəfə NCT 2018 Empathy'nin 2018 mart çıxışı, ikincisi isə 2020-ci ilin oktyabr və noyabr aylarında iki hissəli albom olan NCT 2020 Resonance Pt. 1 və Pt. 2 çıxışıdır, hansı ki, bu iki hissəli albom iki ayda 2,6 milyondan çox nüsxə sataraq SM Entertainment-in bir aktı ilə indiyə qədər çıxan və ən çox satılan fiziki albomu olub, 2020 Asia Artist Awards-da qrupa ilk Grand Daesang Mükafatını qazandırmışdır.
AKT (test)
AKT - Amerikada kolleclərə qəbul üçün nəzərdə tutulmuş test. Amerika Birləşmiş Ştatlarında AKT Korporasiyası tərəfindən yaradılmış, kolleclərə tələbə qəbulu üçün tərtib olunan standartlaşdırılmış uğurlu imtahan. Bu test ilk dəfə 1959-cu ildə Everet Franklin Linqvest tərəfindən Kollec İdarə Heyətinin Sxolastik Qabiliyyət Testinə (indi SQT Məntiq Testi kimi tanınır) qarşı rəqib olaraq tətbiq olunmuşdur. AKT tarixən 4 testdən ibarət olmuşdur: ingilis dili, riyaziyyat, oxu və təbiət elmləri düşüncə testi. 2005-ci ilin fevralında könüllü yazı testi AKT-yə əlavə olundu və həmin ilin martında eynilə SQT-də də dəyişiklər olundu.ABŞ-də bütün 4 illik kollec və universitetlər AKT-ni qəbul edir. Tarixən, SQT sahilboyu zonalardakı kolleclərdə, AKT isə Orta Qərb və Cənubda daha çox məşhurluq qazanmışdı. Hal-hazırda bəzi kolleclər insanların işə təyin olunması ilə bağlı olaraq AKT-ni tələb edirlər, buna baxmayaraq bir neçə məktəb AKT-ni qətiyyən qəbul etmir.
ANT-35
ANT-35 — 1930-cu illərin ortalarında Tupolev Dizayn Bürosunda yüksək sürətli sərnişin təyyarəsi. Dizayn edərkən aviasiya elminin son nailiyyətlərindən istifadə edilmişdir. O dövr üçün ən inkişaf etmiş naviqasiya və rabitə avadanlığı ilə təchiz olunmuşdur. Bu, öz sinfində dünyanın ən sürətli təyyarələrindən biri idi. 1944-cü ilə qədər işlədilib. Cəmi 11 təyyarə istehsal edildi. == Tarixi == Tupolev Dizayn Bürosunda, 10 sərnişin üçün əkiz mühərrikli bir sərnişin təyyarəsinin planlaşdırılmamış inkişafı hazırlanmışdır. 1934-cü ilin mayında Aviasiya Aviasiya Elmi-Texniki Cəmiyyəti Aviavnito və qəzet Za rulyom yüksək sürətli nəqliyyat təyyarəsi üçün bir yarışma elan etdi. Texniki tələblərə əsasən, uçuş sürəti 400–450 km / saat, aralığı 1250–1500 km, tavanı 7500 m olan, 5-12 sərnişini baqajla daşıya bilən bir təyyarənin yaradılması planlaşdırılırdı. Müsabiqədə onlarla layihə iştirak etdi, lakin onlardan heç biri həyata keçirilmədi.
Acı Qal
Acı Qal (ukraynca , rus. Чистенькое, Аджи-Кал) — Krımın Sevastopol rayonunda bir kənddir. Əhalisinin sayı 4115 nəfərdir (2001-ci il).
Acı ağgöbələk
Acı ağgöbələk (lat. Caloboletus calopus) — boletaceae fəsiləsinin caloboletus cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Təbii yayılması == == Botaniki təsviri == Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 5–15 sm diametrindədir, əvvəl şar formalı, sonradan yasıqvari qabarıqlı, boz və ya oxralı qəhvəyidir. Papaqcığın alt hissəsində yerləşən himenofor sarı, kiçik və bucaqlı məsaməli, toxunduqda yaşılımtıl-mavi rəng alır. Ayaqcıq 3–7 x 2–3 sm, əvvəl kök yumrusuna bənzər, sonradan düz, qırmızımtıl, yuxarısı sarıdır. Ayaqcığın səthində olan torcuq əsasa qədər ağ və ya açıq sarı, yetişdikdə qırmızı, yuxarı hissəsi sarı olur. Ləti sarı, kəsildikdə göyərən, acı dadlıdır.
Acı ağəsmə
Acı ağəsmə (lat. Clematis flammula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir. == Botaniki təsviri == Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür.
Acı badam
Acı badam (lat.
Acı boletus
Acı ağgöbələk (lat. Caloboletus calopus) — boletaceae fəsiləsinin caloboletus cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Təbii yayılması == == Botaniki təsviri == Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 5–15 sm diametrindədir, əvvəl şar formalı, sonradan yasıqvari qabarıqlı, boz və ya oxralı qəhvəyidir. Papaqcığın alt hissəsində yerləşən himenofor sarı, kiçik və bucaqlı məsaməli, toxunduqda yaşılımtıl-mavi rəng alır. Ayaqcıq 3–7 x 2–3 sm, əvvəl kök yumrusuna bənzər, sonradan düz, qırmızımtıl, yuxarısı sarıdır. Ayaqcığın səthində olan torcuq əsasa qədər ağ və ya açıq sarı, yetişdikdə qırmızı, yuxarı hissəsi sarı olur. Ləti sarı, kəsildikdə göyərən, acı dadlıdır.
Acı duz
Acı duz və ya ingilis duzu ((MgSO4·7H2O)) — maqnezium-sulfat kristalhidratının texniki adı. İşlətmə dərmanıdır. Rəngsiz rombşəkilli çərçivələrə malik (а = 1,187 nm, b = 1,200 nm, с = 0,688 nm, z = 4) kristallardan ibarətdir. Sıxlığı 1,68 q/sm³, Moosa görə möhkəmliyi 2-2,5-dir. Suda yaxşı həll olur.
Acı südləyən
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Acı yovşan
Acı yovşan (lat. Artemisia absinthium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Alaq bitkisi hesab olunur. Yumşaq torpaqlarda, yaşayış yerlərində, yol kənarlarında, bostanlarda, çöllərdə və bağlarda yaşayır. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Kökümsovları çoxşaxəli, qısa, şaquli və oduncaqlıdır. Bütün yerüstü hissələri sarımtıl-gümüşü rəngli olmaqla, sıx tükcüklərlə örtülmüşdür. Yovşanın özünəməxsus kəskin iyi vardır. Gövdəsi çoxsaylı, qabırğalı, yuxarı tərəfdən süpürgəvari-budaqlanan yarpaqlardan ibarətdir. Kökətrafı yarpaqları bitki çiçəkləyən zaman adətən ölüşkəyir.
Ant etkenmen
Ant etkenmen (azərb. And içmişəm‎) — Krım Xalq Respublikasının və Krım tatarlarının himni. == Tarixi == Ant etkenmenin sözleri Noman Çələbi Cihan tərəfindən, Krımtatar dilinin Noqay şivəsində 3 bənddən ibarət şer formasında yazılmışdır. Müsiqisinin müəllifi bilinmir. Şerin son bəndi nəqərat olaraq istifadə edilir. Ant etkenmen 9 dekabr 1917-ci ildə Bağçasaraydakı Krım xan sarayında açılan Qurultayda ifa olunmuşdur. Bundan sonra Krım tatarları tərəfindən istifadə edilmişdir. 30 iyun 1991-ci il tarixində Krım tatarlarının Beynəlxalq himni olarak qəbul edilmişdir. Marş, rusçaya Liliya Bucurova tərəfindən çevirilmişdir. == Sözləri == == İstinadlar == == Həmçinin bax == Noman Çələbi Cihan Krım Xalq Respublikası == Xarici keçidlər == Krım Milli Marşının videosu Youtube üzərindən.
Art-nuvo
Modern (fr. moderne — müasir) — XIX əsrin sonu - XX əsrin əvvəllərində (Birinci Dünya Müharibəsi başlamazdan əvvəl) ən çox yayılmış memarlıq, dekorativ və tətbiqi incəsənət və sənətkarlıq sahəsində bədii istiqamət. Modernitənin fərqli xüsusiyyətləri daha təbii, "təbii" xəttlər, yeni texnologiyalara (məsələn, memarlıqda) maraq və düzəlişin tətbiqi sənətinin bərqərar olması üçün düz xətt və açılardan imtina edir. Müasir yaradılmış əsərlərin bədii və faydacı funksiyalarını birləşdirməyə, gözəllik sahəsində insan fəaliyyətinin bütün sahələrini əhatə etməyə çalışdı. == Termin == Müxtəlif ölkələrdə üslubda müxtəlif adları mövcuddur: Fransada — «ar-nuvo» (fr. art nouveau, hər. «yeni sənət») və ya «fin de siècle» (fr. «əsrin sonu»); İngiltərədə — «müasir üslub» (ing. modern style); Almaniyada — «yuqendştil» (alm. Jugendstil‎ — «gənc üslub» — 1896-cı ildə təsis edilmiş Jugend jurnalın adı altında ); Avstriyada, Çexoslovakiyada və Polşada — «setsession» (alm.
Art & Language
İncəsənət və Dil — (ing. Art & Language) 1960-cı illərin sonlarından etibarən bir çox dəyişikliklərə məruz qalan konseptual sənətkarların əməkdaşlığıdır. Qrup intellektual ideyaları və narahatlıqları incəsənət yaradıcılığı ilə birləşdirmək üçün ortaq arzusu olan rəssamlar tərəfindən təsis edilmişdir. Art-Language və (jurnal qrupu) ilk sayı 1969-cu ilin noyabrında İngiltərədə Chipping Nortonda nəşr olunmuşdur və Birləşmiş Ştatlarda və Birləşmiş Krallıqda konseptual sənət və müasir sənətə əhəmiyyətli təsir göstərmişdir. == Sənətkarlar == Terry Atkinson David Bainbridge Kathryn Bigelow Ian Burn Sarah Charlesworth Michael Corris Dan Graham Preston Heller Graham Howard Harold Hurrell Joseph Kosuth Christine Kozlov Nigel Lendon Sol LeWitt Andrew Menard Philip Pilkington Neil Powell David Rushton Terry Smith Mayo Thompson Lawrence Weiner == İstinadlar == == Xarici keçidlər == MoMA PS1 veb, New York Arxivləşdirilib 2017-08-15 at the Wayback Machine MoMA veb, New York Tate Modern veb, London Centre Pompidou veb, Paris. Arxivləşdirilib 2017-07-31 at the Wayback Machine Stedelijk Museum veb, Amsterdam Arxivləşdirilib 2017-07-31 at the Wayback Machine Fundacio Tapies veb, Barcelona Monsoro qəsri veb, Monsoro.
Art Brut
Xam sənət — Kənar sənət öz-özünə öyrədilmiş və ya sadəlövh sənət ustaları tərəfindən sənətdir. Tipik olaraq, kənar sənətkarlar kimi etiketlənənlərin əsas sənət dünyası və ya sənət qurumları ilə əlaqəsi azdır. Çox hallarda, işləri yalnız ölümlərindən sonra aşkarlanır. Çox vaxt kənar sənət həddindən artıq zehni vəziyyətləri, qeyri-ənənəvi fikirləri və ya inkişaf etdirilmiş fantaziya dünyalarını təsvir edir. Kənar sənət termini sənətşünas Roger Cardinal tərəfindən 1972-ci ildə sənət qəddarlığı üçün İngilis sinonimi (Fransızca: (French: [aʁ bʁyt], "raw art" or "rough art"), Fransız rəssamı Jean Dubuffet tərəfindən sənəti təsvir etmək üçün yaratdığı etiket olaraq işlənmişdir. rəsmi mədəniyyət hüdudlarından kənarda yaradılan; Dubuffet, nümunə olaraq psixiatrik xəstəxana xəstələri və uşaqları istifadə edərək qurulmuş sənət səhnəsinin xaricində olanlar tərəfindən sənətə yönəldildi. == Art Brut == Fransızca bir termin olan "art brut"un mənası "xam sənət" deməkdir. "Art brut" professional olmayan, özlüyündən yaranmış bir sənətdir. 1948-ci ildə Dübüffet, Breton və Tapiye "art brut"u qurdular. Bu sənətin məqsədi; özü özünü yetişdirənlərin, məşhur olmayanların, məhbusların və ruhi xəstələrin məhsullarını ortaya çıxarmaq idi.
Art haus
Art haus kino (ing. Art house) - müstəqil çəkilən (“müstəqil kino”), kommersiya (satış) üçün nəzərdə tutulmayan filmlərdir. “Art haus” məhsulu kütləvi deyil, məhdud auditoriya üçün nəzərdə tutulur.Adətən bu cür filmlərdə kinematoqrafçılar bədii təsvirin daha ifadəli formalarının axtarışı ilə məşğul olur və kino dilini genişləndirir. Buna görə də həmin filmlər kino sənətini kifayət qədər anlayan, fərdi bilik səviyyəsi buna imkan verən tamaşaçı üçün nəzərdə tutulub. Hələ ilk filmlərdə - Jorj Melyes, D.Qriffit və ya Sergey Eyzenşteynin ekran əsərlərində “kino qaydaları” yenicə təşəkkül tapırdı. Lakin sonrakı dövr avanqardizmin nümayəndələri Luis Bünüelin, Jan Koktonun filmlərində kino əsl yaradıcı sənət növü kimi çıxış etməyə başladı.Daha sonrakı mərhələdə Fransa kinosunda “Yeni dalğa” cərəyanının nümayəndələri Jan Lük Qodar, Fransua Trüffo, Erik Romer hələ “çılğın” tənqidçi kimi çıxış etdikləri zaman “Kaye dü Sinema” (Les Cahiers du cinema) kinojurnalında “müəllif kinosu” terminini icad etdilər. Onları müəllif imzasının fərdiliyi maraqlandırırdı. Lakin bu termini ünvanladıqları sənətkarlar fərdiliyin fərqinə varmadan filmlər çəkirdilər. Onlardan biri isə məşhur Alfred Hiçkok idi. O, filmdə formanı dəyişərək müxtəlif kino həllinə nail olurdu.
Art terapiya
Art terapiya — Art terapiya və ya sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür. Art terapiyanın əsas məqsədi fərdin özünü rahat və azad şəkildə ifadə etməsini, içində həbs olunmuş duyğularını üzə çıxarmasını, yaradıcılığını daha da artırıb, estetik yönlərinin ortaya çıxarmasını təmin etməkdir. Diqqətlə baxıldığında təsviri sənət ilə psixoterapiya arasında bir bənzərlik vardır əslində. Hər ikisi də daxilə atılmış hisslərin, yaşantıların və ya gerçək dünyadakı xəyal qırıqlıqlarının, qorxuların, insanlararası münasibətlərin kəşf edilərək ortaya çıxarılması və yenidən şəkilləndirilməsi prosesidir. Art terapiya sözün bitdiyi, yetərsiz qaldığı yerdə başlayır, insanları fərqli yöndən dəyişdirir, öz imkanlarının fərqinə vardırıb, sağaldır. == Tarix == İlk dəfə 1950-ci illərdə ortaya çıxan bu üsul son zamanlar dünyada getdikcə yayılmaqdadır. Təsviri sənətin bir terapiya kimi ortaya çıxmasının hekayəsi olduqca maraqlıdır. Amerikalı psixoloqlar çox qədim zamanlarda insanların mağaralarda daşlar, qayalar üzərində çəkdikləri rəsmləri analiz etmişlər. Psixoloqların diqqətini çəkən şey hələ sözün bir ünsiyyət vasitəsi kimi istifadə olunmadığı vaxtlarda, bu insanların müxtəlif qətliamları, köçləri, günlük hadisələri rəssamlıq yolu ilə ifadə etmələri olmuşdur. Baharın gəlişini niyə bayram etdikləri, niyə daima rituallar həyata keçidikləri, niyə hər bir ayinə xas müxtəlif rəqslərin olduğu da onların geniş müzakirə və tədqiqat hədəfinə çevrilmişdir.
ANT Group
Aço
Aço - Uyğurların altıncı xaqanıdır. 790-cı ildə atasının ölümü ilə taxta çıxdı. İmperatorun qızı Ninq ilə evləndi. 791-ci ildə tibetliləri məğlub etmişdi. Aço övladsız idi, buna görə də bir çinlini oğulluğa götürmüşdü və ona Kuey adı vermişdi. 795-ci ildə Aço öldü və sülalədən heç kim qalmadığı üçün seçki ilə yeni hökmdar taxta çıxdı. II Qutluq xaqan taxta çıxdı.