1. Bir şeyin aşağı hissəsi, üstünün əks tərəfi, səth üzərinə qoyulan tərəfi. Qənddanın altı. Dibçəyin altı. Qutunun altı. Çəlləyin altı qopdu.
// Örtülü bir şeyin üst tərəfinin əksi, aşağısındakı yer. Damın altı. Talvarın altı. Ağacın altında kölgələnmək.
// Bir səthin üzərində şey duran hissəsi.
2. Evin alt mərtəbəsi. Evin üst mərtəbəsi yataqxana, altı isə mağazadır. İdarəmizin altı anbardır. Məktəbin altı emalatxanadır.
// Sif. mənasında. Altda, alt tərəfdə olan. Alt mərtəbə. Şkafın alt gözü.
3. Bir şeyin səthindən aşağı tərəf. Altımız dərə idi, üstümüz qarlı təpələr. Suyun altına düşmək. Dağın alt tərəfindəki evləri sel basmışdı.
4. Bir adamın, heyvanın durduğu, yatdığı, oturduğu yer. Altına döşək salmaq.
5. Bilavasitə yaxınlıq mənasında işlənir. Volqoqrad altında işğalçı alman ordularına zərbələr vuran qəhrəman.
6. Bir şeyin təsir dairəsini göstərir. Əsgərlərimiz düşmənin gülləsi altında irəliləyirdi. Top atəşi altına düşmək. Yağış altında yerimək.
7. (Yalnız yönlük, yerlik və çıxışlıq hallarda). Bir şəxsin və ya şeyin düşdüyü və ya içərisində olduğu vəziyyəti, keyfiyyəti bildirir. Himayəsi altına almaq. Təsir altına düşmək. Müdafiə altında olmaq. Rəhbərlik altında işləmək. Təhlükə altında olmaq. Həkimin nəzarəti altında müalicə.
8. Sif. mənasında. Altdan geyilən. Alt köynək. Alt tuman.
◊ Alt başında – yanında.
Alt dan – bax dan. Alt-alt(da), üst-üst(də) – olduğu kimi; səliqəsiz, qarışıq bir halda. O, müdir olduğu su idarəsinin işini alt-altda, üstüstdə qoyub gəldi Rzaqulu kəndinə gedən yola.
Altda qalmaq – məğlub olmaq, basılmaq. Altda qalan namərddir. ( Ata. sözü ).
Altına almaq – basmaq, məğlub etmək, basıb üstünə çıxmaq.
Altından çıxmaq – öhdəsindən gəlmək; ödəmək, əvəzini vermək.
Altını çəkmək – peşman olmaq, tutduğu işin pis nəticəsini görmək. Soyuq havada paltosuz gəzdi, indi altını çəkir. – [Güləndam:] Qız uşağının beyni olmaz.