Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aqrofizika
Aqrofizika və ya aqronomik fizika — bitkilərin xarici mühit şəraitinin (torpaq, işıq, temperatur və s.) fiziki tədqiqat metodlarından və onların həyat fəaliyyətindəki fiziki proseslərdən bəhs edən elm. Bir neçə bölmədən ibarətdir: torpaq fizikası (torpağın bərk fazasının fizikası, torpağın hidrofizikası, torpağın istilik fizikası, torpağın qaz fazasının fizikası); yerüstü havanın fizikası (aerodinamik, radiasion və s. parametrlər); bitki biofizikası (bitkilərin işıq fiziologiyası, bitkilərin radiobiologiyası); bitkilərin vegetasiya müddətini azaltmaq və məhsuldarlığını artırmaq məqsədi ilə onların mühit şəraitinin tənzim edilməsi qaydaları və vasitələri. Azərbaycanda aqrofizikanın müxtəlif məsələləri ali məktəblərin və elmi-tədqiqat müəssisələrinin biologiya-botanika bölmələrində öyrənilir. == Xüsusiyyətləri == Aqrofizika müasir təbiətşünaslığın, xüsusilə fizika və biofizikanın, həmçinin elektronikanın, yarımkeçiricilər, polimerlər və plastik kütlələr fizikasının nəzəri nailiyyətləri əsasında inkişaf edir. Xarici mühit şəraitinin qiymətləndirilməsində və bitkilərin mühitlə (su və istilik rejimi, qaz mübadiləsi və s.) qarşılıqlı əlaqəsində baş verən fiziki proseslərin tədqiqində aqrofizika biologiyasının müasir eksperimental metod, vasitə və cihazlarından (vegetasiya və tarla metodları, yarımkeçiricilər, elektron aparatları, radioaktiv şüalanma və s.) istifadə edir. Aqrofizika sahəsindəki tədqiqatlar böyük praktiki əhəmiyyətə malikdir. Torpaq rütubətinin saxlanmasına dair mövcud aqroqaydaların təkmilləşməsi və yeni qaydaların işlənib hazırlanmasında, ən yaxşı səpin üsullarının, becərmə sürətinin müəyyən edilməsində və s.-də aqrofizika tədqiqatlarınn nəticələrindən istifadə edilir. Aqrofiziki təfqiqatlar əsasında bitkilərin işıq kulturasına dair işlənib hazırlanan qaydalar vegetasiya dövrünü qısaldır, tərəvəz məhsulunu artırır. Tərəvəzçilikdə polimer örtüklərdən istifadə, istixanalarda tərəvəz becərilməsi rejiminin avtomatik tənzimi, kənd təsərrüfatı məhsulları və s.
Astrofizika
Astrofizika (q.yun. ἀστήρ – "ulduz" və φυσικά – "təbiət") — Astronomik obyektlərin yerləşməsini və hərəkətini yox, təbiətini öyrənən elm sahəsidir və Astronomiyanın bir qoludur. Astrofizika, əslində müasir astronomiyanın ən böyük və sürətlə inkişaf edən bölmələrindən biri hesab edilir və kosmokimya ilə birgə ulduzların, kometlərin, dumanlıqların, planetlərin fiziki və kimyəvi tərkiblərini də öyrənir. Fotometrik və fotoqrafik araşdırmaları bəzən astrofotoqrafiya və astrofotometriya terminləri ilə də ifadə edirlər. Astrofizikanı bəzən nəzəri olaraq 2 hissəyə bölürlər: praktik astrofizika nəzəri astrofizika Praktiki astrofizikada astrofizika texnikası nəzəriyyəsi, bu texnikadan istifadə metodikası, alınan müşahidə materiallarının işlədilməsi metodikası, radioelektronika, hesablama texnikasının avtomatlaşdırılması və s. problemləri öyrənilir. Nəzəri astrofizikada isə astrofizika məsələlərinin qoyulması müşahidə materialları əsasında kainat obyektlərinin fiziki təbiətinin öyrənilməsi, bu obyektlərdə gedən fiziki proseslərin aşkara çıxarılması eləcə də bu obyektlərin mümkün qarşılıqlı əlaqə və təsirlərinin problemləri öyrənilir. Yeni müşahidə üsullarının yaranması və inkişafı müasir astrofizikada yeni tədqiqat sahələrinin yaranmasına səbəb olmuşdur. Onlardan radioastronomiya, qamma və rentgen astronomiya, ultrabənövşəyi astronomiya,infroqırmızı astronomiyanı göstərmək olar. Astrofizikanı Fiziki astronomiya ilə səhv salmaq olmaz.
Neyrofizika
Neyrofizika (və ya neyrobiofizika) sinir sistemi haqqında molekulyar səviyyədə məlumat əldə etmək üçün fiziki texnikaların təkmilləşdirilməsi və istifadəsi ilə məşğul olan biofizikanın bölməsidir.Neyrofizika sinir sistemini öyrənmək üçün eksperimental biofizikanın yanaşma və metodlarını tətbiq edən fənlərarası elmdir. Neyrofizikada inkişaf etdirilən və istifadə olunan texnikalar: maqnit rezonans görüntüləmə (MRT), lokal fiksasiya metodu, tomoqrafiya və iki fotonlu lazer mikroskobu.
Petrofizika
Petrofizika — Respublikada petrofiziki tədqiqatlara sistemli şəkildə 1965-ci ildən başlanılmışdır. Çöl-geofiziki üsullarla tədqiq olunmuş sahələrin (Kür çökəkliyi, Qobustan) çökmə süxurlarının petrofiziki xassələri öyrənilmiş, onların sıxlığı, maqnit və elektrik keçiriciliyi haqqında məlumat toplanmışdır. Bu istiqamətdə aparılmış tədqiqatların nəticələri “SSRİ ərazisinin çökmə süxur örtüyünün fiziki xassələri” (Moskva, 1967) əsərində ümumiləşdirilmişdir. 1971-1973 illərdə Azərbaycanın quru hissəsinin neftli-qazlı sahəlarində və Xəzər dənizi akvatoriyasında çökmə süxurların fiziki parametrlərinin sxematik xəritələri tərtib olunmuş və SSRİ-nin cənub ərazilərinin 1:500000 miqyash sxematik xəritələr toplusuna daxil edilmişdi. Sonrakı illərdə petrofıziki tədqiqatlar nəticəsində yüksək təzyiq və temperatur şəraitində çökmə süxurların deformasiya-davamlılıq və kollektor xassələri, maqmatik və metamorfik süxurların fiziki xassələri öyrənilmişdir. Bu tədqiqatlar əsasında litosferin və üst mantiyanın dərinlik quruluşu və təkamülü haqqında bir sıra nəzəri məsələlər araşdırılmış, fiziki xassələrinə görə süxurların təsnifatı verilmişdir. Elastiki dalğaların anizotropluğu və xüsusi elektrik müqaviməti, süxurların termobarik parametrləri və s. haqqında daha dəqiq petrofiziki məlumatların əldə edilməsi məqsədilə yeni yüksək təzyiq və temperatur qurğuları işlənib hazırlanmış və tətbiq edilmişdir. Tədqiqatlar nəticəsində Kiçik Qafqazın təkamülünün geodinamiki şəraiti araşdırılmış və ofiolit qurşağının formalaşmasını müşayiət edən paleogərginlik sahələrinin nisbi qiymətləndirilməsi həyata keçirilmişdir. Azərbaycanda Yer qabığının dərin qatlarında maddələrin termodinamik dayanıqlığımn pozulması prosesi geofiziki sərhəd əmələ gətirən amil kimi səciyyələndirilmiş və litosferin fiziki xassələrini özündə əks etdirən üçölçülü petrofiziki modeli işlənib hazırlanmışdır.
Geofizika
Geofizika — Yerin qatları və nüvəsində gedən fiziki proseslər və hadisələri öyrənən elm. == Haqqında == Geofiziki (qravi-maqnitometrik) metodla müxtəlif geoloji quruluşlu əyalətləri ayırmaq, onların tektonik rayonlaşdırılması, Yerin forması, qalınlığı, daxili quruluşu, öz oxu ətrafında fırlanması, Ay və Günəşin cazibə təsirindən qabıqda baş verən qabarma-çəkilmə proseslərinin qeyd olunması ilə paralel geomaqnit sahə gərginliyinin və qravitasiya potensialının zaman-məkan dəyişmələri öyrənilir. Geosferlərin strukturu, tərkibi, fiziki xassələri və inkişafı baxımından spesefik xüsusiyyətlərini nəzərə alınmaqla, geofizika atmosferin fizikası, dənizin fizikası və bərk Yerin fizikası kimi elm sahələrinə ayırılır. Geoloji təyinatlı geofizika (kəşfiyyat geofizikası) əsas obyekti bərk Yerin ən üst hissələri olub, yer qabığının öyrənilməsi, faydalı qazıntıların axtarışı və kəşfiyatı, hidrogeoloji və mühəndisi-geoloji məsələlərin öyrənilməsində geologiya elmi ilə qovuşur. === Geofiziki amil === Müəyyən sahənin səthinin və ya Yerin dərinliyinin fiziki xüsusiyyətləri ilə bağlı amil (məs. maqnit sahəsi). === Geofiziki xidmət === Təbii mühit elementlərinin (iqlim, hidrosfer, ionosfer, günəş şüalanması, Yer qabığının dinamikası və s.) vəziyyətinin dəyişməsinə müşahidə və nəzarət sistemi. === Geofiziki müharibə === Düşmənə iqtisadi zərər yetirmək və onun hərbi əməliyyatlarını çətinləşdirmək məqsədilə atmosfer hadisələrinə fəal təsir göstərmək üsullarının məcmusu (yağmurlu rayonların su rejimini dəyişdirmək, daşqınlar, tufan, qasırğa törətmək, yolları keçilməz hala salmaq, azyağmurlu rayonlarda uzun sürən quraqlıq törətmək və s.). === Geofiziki mühit === Bu və ya digər orqanizmlərin yer sahəsinin fiziki prosesləri və xassələrinin məcmusu. == Geomaqnit tədqiqatlar == Geomaqnit tədqiqatlar iki istiqamətdə aparılır: 1.Seysmomaqnit effekti aşkar etmək məqsədilə geomaqnit sahə gərginliyinin fasiləsiz variasiyalarının monitorinqi.
Abastumani astrofizika rəsədxanası
Abastumani Astrofizika Rəsədxanası — Gürcüstan Milli Elmlər Akademiyası elmi tədqiqat müəssisəsi. Abastumani qəsəbəsi yaxınlığındakı Kanobili dağındanda yerləşir. Rəsədxana dəniz səviyyəsindən 1650 m yüksəklikdədir. Rəsədxana İli Dövlət Universitetinin tabeçiliyindədir. == Rəsədxananın rəhbərləri == 1932—1992-ci illərdə — Yevqeni Kirilloviç Xaradze. 1992-ci ildən rəsədxananın fəxri direktorudur. 1992 — 1 may 2006-cı il —Rolan İliç Kiladze. 1 may 2006-cı ildən — Georqi Cavaxişvili. == Ümumi məlumat == SSRİ-də ilk yüksək dağ astrofizika rəsədxanası kimi 1932-ci ildə yaradılmışdır. İlk öncə rəsədxana Abastumani qəsəbəsində fəaliyyət göstərmiş.
Batabat Astrofizika Rəsədxanası
Batabat Astrofizika Rəsədxanası — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum. == Tarixi == Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Batabat ərazisindəki bu rəsədxana 1970-ci ildə Şamaxı Astrofizika Rəsədxanasının Batabat bölməsi kimi yaradılmış və 2003-cü ilə qədər həmin adla fəaliyyət göstərmişdir. AMEA Naxçıvan Bölməsinin təsis olunması haqqında Azərbaycan Respublikası prezidentinin 7 avqust 2002-ci il tarixli sərəncamına uyğun olaraq, Naxçıvan Bölməsinin tərkibində, Şamaxı Astrofizika Rəsədxanasının Şahbuz rayonu ərazisində yerləşmiş Batabat bölməsi və Ordubad rayonu ərazisində yerləşmiş Ağdərə Astronomiya Stansiyasının maddi-texniki bazası əsasında Batabat Astrofizika Rəsədxanası yaradılmışdır. == Haqqında == Batabat Astrofizika Rəsədxanası Naxçıvan şəhərindəki inzibati binadan, Batabat stansiyasından və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyasından ibarətdir. Batabat ərazisindəki ikimərtəbəli yeni inzibati binada fotometriya və kompüter otaqları istifadəyə verilib. Rəsədxanada müşahidələr əsasən gecə saatlarında aparıldığından binada iki yataq otağı ayrılıb. Binanın günbəzində "SEYYS-600" tipli teleskop quraşdırılıb. Almaniya istehsalı olan teleskop Ukraynanın Krım Astrofizika Rəsədxanasında müasir tələblərə uyğun təmir olunaraq rəsədxanaya qaytarılıb. Teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun fənn laboratoriyasının əməkdaşları da iştirak ediblər. Rəsədxana dəniz səviyyəsindən 2050 metr yüksəklikdə və 39 dərəcə coğrafi enlikdə yerləşir.
Şamaxı Astrofizika Rəsədxanası
Şamaxı Astrofizika Rəsədxanası və ya qısaca: AMEA ŞAR (tam adı: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) — Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı qərarı ilə 17 noyabr 1959-cu ildə yaradılmış, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərkibində elmi-tədqiqat institutu statusunda fəaliyyət göstərən Rəsədxana. Rəsədxana Böyük Qafqaz dağlarının şimali-şərqində Bakı şəhərindən 150 km məsafədə, Pirqulu dağının şərq hissəsində, dəniz səviyyəsindən 1435–1500 m yüksəklikdə, λ = 48⁰ 35' 04" E, φ = 40⁰ 46' 20" N coğrafi koordinatlarında yerləşir. Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 150–180-ə çatır. Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün yaradılmış astronomik ekspedisiya hələ 1927-ci ildən fəaliyyətə başlamışdı. Azərbaycanın Dağlıq Qarabağ, Kəlbəcər, Laçın, Şamaxı, Xızı və s. bölgələrinin ayrı-ayrı məntəqələrində gələcəkdə astronomiya rəsədxanası yaradılması üçün əlverişli yerin seçilməsi istiqamətində işlər aparılmışdı. Aparılan tədqiqatlar nəticəsində, 1953-cü ildə Şamaxı rayonunun Pirqulu ərazisində müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsi nəzərdə tutulmuşdur. Rəsədxana o zamanki Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun tərkibində 1954-cü ildə yaradılmış Astrofizika şöbəsi, sonradan 1956-cı ildə Elmlər Akademiyasının Astrofizika Sektoru kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu statusu ilə Azərbaycan EA strukturuna daxil edilmişdir. Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında böyük xidmətləri olan akademik H. F. Sultanov 1960–1981-ci illərdə rəsədxananın direktoru vəzifəsində işləmişdir.
AMEA Şamaxı Astrofizika Rəsədxanası
Şamaxı Astrofizika Rəsədxanası və ya qısaca: AMEA ŞAR (tam adı: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) — Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı qərarı ilə 17 noyabr 1959-cu ildə yaradılmış, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərkibində elmi-tədqiqat institutu statusunda fəaliyyət göstərən Rəsədxana. Rəsədxana Böyük Qafqaz dağlarının şimali-şərqində Bakı şəhərindən 150 km məsafədə, Pirqulu dağının şərq hissəsində, dəniz səviyyəsindən 1435–1500 m yüksəklikdə, λ = 48⁰ 35' 04" E, φ = 40⁰ 46' 20" N coğrafi koordinatlarında yerləşir. Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 150–180-ə çatır. == Tarixi == Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün yaradılmış astronomik ekspedisiya hələ 1927-ci ildən fəaliyyətə başlamışdı. Azərbaycanın Dağlıq Qarabağ, Kəlbəcər, Laçın, Şamaxı, Xızı və s. bölgələrinin ayrı-ayrı məntəqələrində gələcəkdə astronomiya rəsədxanası yaradılması üçün əlverişli yerin seçilməsi istiqamətində işlər aparılmışdı. Aparılan tədqiqatlar nəticəsində, 1953-cü ildə Şamaxı rayonunun Pirqulu ərazisində müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsi nəzərdə tutulmuşdur. Rəsədxana o zamanki Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun tərkibində 1954-cü ildə yaradılmış Astrofizika şöbəsi, sonradan 1956-cı ildə Elmlər Akademiyasının Astrofizika Sektoru kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu statusu ilə Azərbaycan EA strukturuna daxil edilmişdir. Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında böyük xidmətləri olan akademik H. F. Sultanov 1960–1981-ci illərdə rəsədxananın direktoru vəzifəsində işləmişdir.
Geologiya və Geofizika İnstitutu
Geologiya və Geofizika İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. == Tarixi == 1926-cı ildə Azərbaycanın tədqiq olunması və öyrənilməsi cəmiyyəti yaradılmışdır (geologiya və geofizika sahəsində tədqiqatlar daxil olmaqla). 1932-ci ildə bu cəmiyyətin bazasında SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi (EAZDAzŞ) təşkil edilmişdir. 1935-ci ildə EAZFAzŞ bir sıra institutlar ilə və o cümlədən Geologiya sektoru ilə birlikdə SSRİ-in Elmlər Akademiyasının Azərbaycan filialına çevrilmişdir. 1938-ci ildə Azərbaycanın görkəmli alimləri — Ş.A.Əzizbəyov, M.A.Qaşqay, Ə.A.Yaqubovun təklifi və SSRİ EA-nın yardımı ilə müstəqil elmi-tədqiqat idarəsinə — Geologiya İnstitutuna çevrilmişdir (Geologiya İnstitutunun təşkil edilməsinin rəsmi tarixi). 2003-cü ildə Geologiya İnstitutu və Dərin neftqaz yataqları problemləri institutunun (DNQYPİ) bazasında Azərbaycan MEA Geologiya İnstitutu yaradıldı. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu adlandırıldı. İnstitutun yaranması və inkişaf Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafı ilə eyni vaxta düşdü. İnstitutun qurulmasında və inkişafında məşhur rus alimləri İ.M.Qubkin, D.B.Qolubyatnikov, Vladimir Boqaçyov, N.B.Vasseviç, V.V.Veber, A.V.Vinaqradov, S.A.Kovalevskiy, D.V.Nalivkin, E.F.Savarenskiy, J.V.Rizniçenko, M.A.Sadovskiy, Vladimir Tixomirov, B.S.Sokolov, Viktor Xain və s. böyük rolu olub.
AMEA Geologiya və Geofizika İnstitutu

Geologiya və Geofizika İnstitutu (Azərbaycan)

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası
Şamaxı Astrofizika Rəsədxanası və ya qısaca: AMEA ŞAR (tam adı: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) — Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı qərarı ilə 17 noyabr 1959-cu ildə yaradılmış, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərkibində elmi-tədqiqat institutu statusunda fəaliyyət göstərən Rəsədxana. Rəsədxana Böyük Qafqaz dağlarının şimali-şərqində Bakı şəhərindən 150 km məsafədə, Pirqulu dağının şərq hissəsində, dəniz səviyyəsindən 1435–1500 m yüksəklikdə, λ = 48⁰ 35' 04" E, φ = 40⁰ 46' 20" N coğrafi koordinatlarında yerləşir. Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 150–180-ə çatır. Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün yaradılmış astronomik ekspedisiya hələ 1927-ci ildən fəaliyyətə başlamışdı. Azərbaycanın Dağlıq Qarabağ, Kəlbəcər, Laçın, Şamaxı, Xızı və s. bölgələrinin ayrı-ayrı məntəqələrində gələcəkdə astronomiya rəsədxanası yaradılması üçün əlverişli yerin seçilməsi istiqamətində işlər aparılmışdı. Aparılan tədqiqatlar nəticəsində, 1953-cü ildə Şamaxı rayonunun Pirqulu ərazisində müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsi nəzərdə tutulmuşdur. Rəsədxana o zamanki Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun tərkibində 1954-cü ildə yaradılmış Astrofizika şöbəsi, sonradan 1956-cı ildə Elmlər Akademiyasının Astrofizika Sektoru kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu statusu ilə Azərbaycan EA strukturuna daxil edilmişdir. Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında böyük xidmətləri olan akademik H. F. Sultanov 1960–1981-ci illərdə rəsədxananın direktoru vəzifəsində işləmişdir.
Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası