Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alabalıq
Alabalıq (digər adı: forel) — qızılbalıqlar fəsiləsinə aid olan balıq cinsi. Alabalıq bulaq mənşəli dağ çaylarının və göllərinin daimi sakinləridir. Onlara şəffaf suyu və dibi daşlı olan bütün dağətəyi çaylarda da rast gəlmək olur. Azərbaycan ərazisində forellər Böyük və Kiçik Qafqaz sıra dağlarından, eləcə də Talış dağlarından süzülən bulaq mənşəli çaylarda yayılmışdır. Hər bir çayda yaşayan balıq öz rənginə, biololi və həmçinin bəzi morfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Lakin bütün çaylarda yaşayan alabalıqlar üçün bədəndə əlvan xalların olması xarakterikdir. Çayların dibinin vəziyyətindən asılı olaraq balıqların rəngi də dəyişə bilir. Əgər çayın dibi açıq rəngli daşlardan təşkil olunmuşdursa, onda balığın da rəngi açıq olur, əgər daşlar tutqun rəngdədirsə balığın rəngi də tünd rəngdə olur.Bütün alabalıqlar üçün ən xarakter xüsusiyyət onların soyuq suya və oksigenə hədsiz tələbkar olmalarıdır. Belə ki, suda istilik 15-18°C, oksigenin miqdarı isə 1 litr suda 7-8 sm3 olduqda alabalıqlar özlərini yaxşı hiss edir, yaxşı qidalanır və böyüyürlər. Suda temperatur yüksəldikdə (25° C-dən artıq) və oksigenin miqdarı azaldıqda (1 litrdə 4 sm3-ə endikdə) alabalıqlar özünü pis hiss edir, böyümədən qalırlar.
Alabalıq kababı
Alabalıq kababı – alabalıqdan izqarada, manqalda və ya duxovkada hazırlanan kabab növü. == Tərkibi == Alabalıq kababının hazırlanmasında alabalıqdan, sarımsaqdan, limondan, kəkotundan, maye yağdan, duzdan və istiotdan istifadə olunur. == Hazırlanması == Alabalıq kababını hazırlamaq üçün əvvəlcə alabalıq təmizlənir və yuyulur. Dərin bir qabda yağı, limon suyu, kəkotu, istiot, duz və əzilmiş sarımsaq qarışdırılır. Balıqlar bu qaba qoyulur və sous suyu qurudulmuş balıqlara yedirilir. Soyuducunun içərisində də balıqları arada çevirilir ki, sous canına yaxşı çəksin. Sonra alabalıq tavada, elektrikli izqarada və ya qızğın alovsuz manqalda bişirilir. Balıq bişərkən hər iki tərəfi də arada fırçayla yağlanır. Servis edilərkən salat və yaxud göyərti ilə bəzədilir.
Alabaşlı
Alabaşlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Alabaşlı qəsəbəsi Qarayeri qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Alabaşlı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Qəsəbə 1931-ci ilə kimi Şəmkir rayonun eyniadlı kəndinin bir parçası olub. == Coğrafiyası və iqlimi == Kənd Bakı-Tbilisi dəmir yolunun üzərində, rayon mərkəzindən 30 km şimal-qərbdə, Qoşqarçayın sağ sahilindən 5 km aralı, Gəncə-Qazax düzənliyi yerləşir. == Əhalisi == Əhalisi 1.3 min nəfərdir. == İqtisadiyyatı == Əhalisinin əsasən məşğuliyyəti üzümçülük və onun emalıdır. Sosial obyektlər mövcuddur.
Albalı
Albalı (lat. Prunus subg. Cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Yabanı albalı == Albalı yarımcinsinə aid 140 növ var. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır: mərmərik albalı; mahaleb albalısı; çöl albalısı.Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur. Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri iyulun axırı və avqustda yetişir. Meyvəsi mədəni sortlara nisbətən xırda olub (8–10 mm diametrli), qırmızı, tünd qırmızı və ya qara-bənövşəyidir.
Adi albalı
Adi albalı və ya gilənar (lat. Prunus cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Şimali Amerikada, Cənubi Asiyada, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, gövdəsinin qabığı qonur, qışda yarpaqlarını tökən, sallaq çətirli ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, saplaqlı, uzunluğu 7-12 sm, eni 3-5 sm-dir. Yarpaq ayası ellipsvari və ya yumurtavari, kənarları dişli, üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıl, hər iki üzü çılpaq və ya tüklü, ucu bizdir. Çiçəklər ağdır, 2-4 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır, aprel-may aylarında çiçəkləyir, meyvəsi açıq və ya tünd-qırmızı rəngli çəyirdəkmeyvədir, çəyirdək lətdən asanlıqla ayrılır, iyulda yetişir. == Ekologiyası == Rütubətli, çimli torpaqlarda, qida elementləri zəngin olan sahələrdə, çay ətrafı ərazilərdə, işıqlı yerlərdə bitir. Şaxtaya davamlıdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda, Abşeronda isə həyatyanı sahələrdə rast gəlinir.
Albalı bağı
Albalı bağı (rus. Вишнёвый сад) — Anton Pavloviç Çexovun dörd pərdədən ibarət pyesidir, müəllifin özünün komediya kimi təyin etdiyi janr. Pyes 1903-cü ildə yazılmış və ilk dəfə 1904-cü il yanvarın 17-də Moskva İncəsənət Teatrında tamaşaya qoyulmuşdur. V. İ. Nemiroviç-Dançenko və K. S. Stanislavski Moskva İncəsənət Teatrının zalının alqışları altında tamaşanın premyerasında olan bir teatr dramaturqu kimi Çexovu qarşıladılar. Çexovun ən məşhur əsərlərindən və o dövrdə yazılmış ən məşhur rus pyeslərindən biri. Yalta pyeslərinin beşincisi və müəllifin sağlığında teatrda tamaşaya qoyulan sonuncusu. Böyük klassik 1904-cü il iyulun 15-də 44 yaşında vəfat edib. == Yaradılış tarixi == " Albalı bağı " Çexovun birinci rus inqilabı ərəfəsində, erkən ölümündən bir il əvvəl tamamlanmış sonuncu pyesidir. Tamaşanın ideyası 1901-ci ilin əvvəlində Çexovdan gəldi. Tamaşa 26 sentyabr 1903-cü ildə tamamlandı.
Albalı dondurması
Albalı dondurması (ing. Cherry ice cream) – albalı istifadə edilərək hazırlanan dondurma çeşidi. Müxtəlif növ və müxtəlif sort albalıdan istifadə olunur. Xüsusilə ABŞ-də populyar dondurma çeşididir. 1917-ci ildən bəri ABŞ-də kütləvi şəkildə hazırlanır. == Ümumi məlumat == Albalı dondurması xüsusilə ABŞ-də populyar olan dondurma çeşididir. Tipik dondurma inqredientləri və albalıdan hazırlanır. Albalı ya bütöv, ya da dilimlənərək istifadə olunur. Bəzən isə albalı şirəsindən, albalı ekstratından və ya albalı yağından istifadə olunur. İstifadə olunan albalı sortları da müxtəlifdir: qara albalı, Binq albalısı, adi albalı sortları.
Albalı povidlosu
Albalı povidlosu - albalı püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Albalı povidlosundan ən çox qış fəslində səhər yeməyi zamanı istifadə olunur. == Həmçinin bax == Povidlo == Xarici keçid == Вишневое повидло. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Boz albalı
Boz albalı (lat. Prunus incana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Boz albalı əsasən Qafqazda və Kiçik Asiyada yayılmışdır. == Botaniki təsviri == Boyu 1,5-2 m olan şaxəli koldur. Yarpaqları ensiz, xırda, xətvarı-lansetvari, yumurtaşəkilli olmaqla kənarı dişli, üstü və altı çılpaq, saplaqları qısa ağ tüklərlə örtülü, adatən kənarı eşilib qatlanmış olur, uzun zoğlarda yerləşir. dür. Çəhrayı-qırmızı çiçəklərinin diametri 1,5 sm, qısa saplaqlı və ya saplaqsızdır, 4-5 ədədi birlikdə çətir çiçək salxımında toplanır. Çiçəkləmə müddəti 5-16 gündür. Ləçəkləri çəhrayı, tərs ovalşəkillidir. Mayda çiçəkləyir, meyvələri iyun-iyulda, bəzən də avqustda yetişir.
Keçəli albalı
Keçəli albalı (lat. Prunus tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir.
Tüklü albalı
Keçəli albalı (lat. Prunus tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir.
Xırdameyvəli albalı
Xırdameyvəli albalı (lat. Prunus microcarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == İran, Gürcüstan və Orta Asiyada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan şaxəli, qışda yarpaqlarını tökən koldur. Budaqlarının qabığı boz, zoğları qonurdur, çılpaq və ya qısa tükcüklüdür, müxtəlif hissələrə şaxələnmişdir. Yarpaqları enli, tərsyumurtavarı və ya uzunsov ellipsvaridir, küt və ya sivrikənarlı olub, ucdan qatlanmamışdır. Üstdən tünd yaşıl, altdan açıq yaşıldır, qısa saplaqlarda yerəlşir. Aprel ayında çiçəkləyir. Çiçəkləri tükcüklü olmaqla, çiçək saplaqlarının üzərində 2–5 ədədi bir yerdə və ya tək-tək yerləşir. Çiçək saplaqları çiçəklərdən uzundur.
Yabanı albalı
Yabanı albalı (lat. Prunus fruticosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Ukraynada, Moldaviyada, Krım və Qafqazda bitir. == Botaniki təsviri == Hazırda mədəni albalı sortları çox olduğundan yabanı albalı öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara çox təsadüf edilir. Yabanı albalı aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir.
Alabaşlı hematit yatağı
Alabaşlı hematit yatağı — Azərbaycanın Gəncə şəhərindən 16 kilometr şimal-qərbdə, Şəmkirdən 20 kilometr şərqdə, Kiçik Qafqazın şimal-şərq yamaclarında hematit yatağı. Yatağın geoloji quruluşunda qalınlığı 200–250 metr olan vulkan mənşəli Orta Yura süxurları (tufqumdaşlı, tuf-brekçiya, tuf-konqlomerat) iştirak edir. Bu süxurlarda qalınlığı 1–3 metr olan 10-a qədər hematit layı var. Oxşarlığına və formasına görə yataqda üst və alt filiz təbəqələri ayrılır. Təbəqələrin yatım bucağı 15–20°-dir. Filizin tərkibində 18,3–48,4% dəmir olur. Filizdə hematitdən başqa pirit, xalkopirit, kvars, kaolinit və s. minerallar da var. Yataq hidrotermal mənşəlidir.
Əhməd Mithəd Qalabalıq
Əhməd Mithəd Qalabalıq (türk. Ahmet Mithat Kalabalık; 1878, Konstantinopol – 30 yanvar 1953) — Türkiyə siyasətçisi . == Həyatı == İstanbul Universitetinin hüquq fakültəsinin məzunudur. Bir çox dövlət vəzifəsində çalışmışdır. Ailəli olmuşdur, üç övladı olmuşdur.Şeyx Səid üsyanı başlayanda Diyarbəkir valisi olmuşdur. O, qiyam zamanı Diyarbəkir millət vəkili olmuş Feyzi Riceçioğlu və ailəsinin köməyi ilə qiyamı müvəffəqiyyətlə yatırmışdır.24 dekabr 1927–11 iyul 1928-ci il tarixlərində qısa müddət İstanbul valisi olmuşdur. O, 6 ay 17 gün vali vəzifəsində çalışmışdır.
Albalı selikli mişarcısı
Albalı selikli mişarcısı-(lat. Caliroa cerasi) buğumayaqlılar tipinin pərdəqanadlılar dəstəsinin həqiqi mişarcılar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Yetkin mişarcı qanadları açılmış halda 10 mm-dir. Bədəni qara, ön ayaqların baldırları isə sarımtıldır. Qanadlar olduqca şəffafdır. Yalançı tırtıl yaşılımtıl sarıdır. Axırıncı yaşda 15-20 mm uzunluqda olur. Bədəni ön tərəfdən yoğun, arxaya doğru getdikcə nazilir. Pupu ağımtıl rəngdə olur. Albalı mişarcısı torpağın 2-5 sm dərinliyində baramalar içərisində qışlayır. Yazın axırlarında tırtıllar puplaşır, 7-10 gündən sonra puplardan yetkin mişarcılar uçur.
Tsuq albalı tortu
Albalı tortu- məşhur İsveçrə tortu olub, çərəzlərlə bezenin qarışığından ibarətdir. == Haqqında == Biskvit xəmir və kərə yağlı kremdən ibarətdir.Çuq şəhərinin doğum günü şərəfinə adlandırılır. == Tarixi == 1921-ci ildə Qenrix Xen Albalı tortunu hazırlayıb. 1923-cü ildə isə Lyuçerndə qızıl medal almışdır.1928-1930-cu illərdə isə Londonda beynəlxaql müsabiqənin qəbulu olmuşdur. Xen və onun şagirdi Jak Trayxler bir ildə 100 000 albalı tortu hazırlamışdır.
Albalı dadı (film, 1997)
Albalı dadı (Fars dilində: طعم گيلاس , Ta'm-e gīlās; İngilis dilində: Taste of Cherry), 1997 İran istehsalı Abbas Kiarostami filmidir. Tehranın arxa məhəllələrindən birində maşını ilə gəzərkən intihar etdikdən sonra pul qarşılığında məzarına torpaq atmaq üçün bir nəfər axtaran orta yaşlı adam haqqında minimalist bir filmdir. Filmin ssenarisi kitab formasında çap edilmişdir. Film nümayiş edildiyi il Kann film festivalında Shohei İmamuranın “İlanbalığı” filmi ilə Qızıl Palma mükafatını paylaşmışdır. == Aktyorlar == == Həmçinin bax == İran filmlərinin siyahısı Fransa filmlərinin siyahısı == Mənbə == İngiliscə Vikipediya 14 Oktyabr 2007 tarixli Taste of Cherry məqaləsi == Xarici keçidlər == Albalı dadı — IMDb səhifəsi. Albalı dadı — Rotten Tomatoes səhifəsi.
Anabolik maddələr
ANABOLİK MADDƏLƏR – orqanizmdə zülal sintezini stimullaşdıran preparatlar. Anabolik maddələr quruluşuna görə kişi cinsiyyət hormonlarına yaxın olan androgen xassəli steroidlərə (klostebol, metandiyenon, metandriol, nandrolon) və nisbətən zəif anabolik təsirli qeyri-steroidlərə (orot turşusu, inozin, karnozin, mildronat, kreatin-fosfat, etaden, metilurasil, pentoksil) bölünür. Anabolik maddələr orqanizmdə azotu, kaliumu,kükürdü, fosforu saxlamaqla azot mübadiləsinə müsbət təsir göstərir, sidik cövhərinin böyrəklərlə xaric olmasını azaldır və kalsiumun sümüklərdə saxlanılmasını təmin edir. Onlar, həmçinin, iştahanı artırır, əzələ kütləsini çoxaldır, sümüklərin minerallaşmasını, dəri və selikli qişa zədələnmələrinin epiteli ilə örtülməsini sürətləndirir. Anabolik maddələr kaxeksiya, artan əzələ distrofiyası zamanı, ağır cərrahi əməliyyatlardan, yanıqlardan, sınıqlardan sonrakı bərpa dövründə, sağalmayan yaralarda, osteoporozda, sümük iliyi qanyaranması çox zəiflədikdə, bəzi endokrin xəstəliklərdə istifadə olunur. Prostat və süd vəzilərinin xərçəngi, prostatit, kəskin hepatit, qara ciyər sirrozu zamanı, hamiləlik və əmizdirmə dövründə Anabolik maddələr əks göstərilir. İdmanda Anabolik maddələr klassik dopinq hesab olunur və istifadəsi qadağandır. == Mənbə: == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.