Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alakol
Alakol — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, toponim "seyrək bitkili yer, addabudda kollu sahə" mənasındadır. Oykonim ala (böyük, geniş) və kol (vadi, dərə, hamar, duz, aran yeri) sözlərindən düzəlib, "geniş düzən, böyük aran yeri" deməkdir. Bəzi mənbələrdə Alagöl şəklində qeydə alınmış bu inzibati ərazi vahidində 1917, 1933, 1961-ci illərə aid məlumat kitablarına görə, Alagöl adı ilə bağlı 3 kənd olmuşdur: Alagöl, Alagöl Mülkülü, Alagöl Qırıqlı. Sonralar rayonun ərazisində gedən əsaslı planlaşdırma nəticəsində həmin kəndlər Alakol, Mülkülü və Düz Qırıqlı şəklində sabitləşmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sol sahilindən bir qədər aralı, Mamırtı (Kicik Qafqaz) dağının ətəyində yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Aşıq Zülfiyyə — ifaçı-aşıq. Məhərrəm Qasımlı — mədəniyyət və incəsənət işçisi. Nəsir Əhmədli — Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri doktoru, professor.
Alkoy
Alkoy (isp. Alcoy) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vals-d-Alkoy ərazisinin 129,86 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 61417 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 60 km uzaqlıqda yerləşir.
Akkol (şəhər)
Akkol (qaz. Ақкө́л, tərcümədə — ağ göl; Alekseyevka 1887—1997-ci illərdə) — Qazaxıstanda şəhər, Akmola vilayətinin Akkol rayonunun mərkəzi. Akkol gölünün sahilində, A1 Astana - Şuçinsk şossesi boyunca Astanadan 100 km şimalda. Petropavlovsk - Astana xəttindəki dəmir yolu stansiyası. 2005-ci ildə Akkol şəhərində ilk Qazaxıstan yerüstü kosmik aparat idarəetmə kompleksi istifadəyə verildi. == Tarixi == Rayon sakinlərindən üçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür; onlardan biri - Peter Mixayloviç İsakov - Alekseyevkada anadan olub. 21 may 1991-ci ildə İsakovun yaşadığı evdə xatirə lövhəsi açıldı; bu ev bu günə qədər yaşamayıb. Müharibədən sonrakı illərdə Alekseyevkada mənzil tikintisi yaxşılaşdı və sənaye istehsalı genişləndi. 1945-ci ildə Novoishimskaya və Komsomolskaya MTM bazasında, 79 nəfərin çalışdığı şəhərdəki ilk sənaye müəssisəsi - Komsomolsk mexaniki təmir zavodu təşkil edildi. Alekseyevka, 1954-cü ildə bakirə və əkin sahələrinin işlənməsi illərində daha da inkişaf etmişdir.
Akkol gölü
Akkol gölü (qaz. Ақкөл; rus. Акколь) ― Qazaxıstanın cənubunda, Cambul vilayətinin Talas rayonunda yerləşən dağ gölü. Gölün sahəsi 36 km²-dir. Orta dərinliyi 3 m, maksimum dərinlik isə 5 m-dir. Yüksək dağ gölü olan Akkol, 3 111,7 m yüksəklikdəki İssık dərəsinin yuxarı axınında yerləşir. Göl Akkol şəhərindən 3 km cənub-qərbdədir. Akkol gölü təxminən 10 x 7 km ölçülərindədir və dəniz səviyyəsindən 397 metr yüksəklikdə yerləşir. Gölün dərinliyi 3–5 metr arasındadır. Gölün cənub-şərq hissəsində yerləşən Buqulkol gölündən başlayan Assa çayı buraya tökülür.
Algol dili
ALGOL (The ALGOritmick Language) – 1958-ci ildə Avropada bir konsorsium tərəfindən inkişaf etdirilmişdir. IBM Firması FORTRAN dilini öz təchizatlarında istifadə ediləcək ortaq proqramlaşdırma dili olaraq mənimsədiyindən, avropalılar da alternativ bir dil inkişaf etdirmək istəmişlər. ALQOL dilində inkişaf etdirilən bir çox prinsip müasir proqramlaşdırma dillərinin hamısında istifadə edilməkdədir. 1958-1960-cı illərdə riyazi düsturları proqram əmrlərinə rahat çevirməyə imkan verən ALGOL (ALGOrithmic Language) dili Algol-58, Algol-60 yaradılmış və 1964- 1968-ci illərdə Algol 68 təkmilləşdirilmişdir. İlk proqramlaşdırma dillərindən olan bu dil həm proqramların, həm də alqoritmlərin yazılma vasitəsi kimi yaradılmışdır. == Digər proqramlaşdırma dilləri == KOBOL Assembler Basic C C++ C# Fortran JAL Java LISP Object C Pascal Perl PHP Prolog Python Ruby Scheme Delphi == Ədəbiyyat == Роберт В Себеста, Concepts of Programming Languages, 2001. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Con Alkok
Sir John William Alcock (ing. John Alcock; 5 noyabr 1892 – 18 dekabr 1919, Ruan) — Atlantik okeanı ilk dəfə heç dayanmadan keçən ingilis təyyarəçi. Bu uçuşu həmkarı Artur Braun ilə birlikdə həyata keçirmişdir. == Həyatı == Alkok 17 yaşında təyyarəçiliklə maraqlanmağa başladı və 1912-ci ildə pilotluq sertifikatını aldı. Birinci dünya müharibəsi ərəfəsində pedaqoq olaraq Kral Donanması Hava Qüvvələrinə qatıldı; İstanbulun bombalanmasında (mart 1917) və başqa bir çox hərəkatda iştirak etdi. 1917-ci ilin sentyabrında Türk zenit atəşiylə Suvla Tünd yaxınlığında (Çanaqqala) dənizə məcburi eniş etdi. Yoldaşlarıyla birlikdə döyüşün sonuna qədər məhbus qaldı. 1919-cu ilin martında donanmadakı vəzifəsindən ayrıldı. Vickers Təyyarə Şirkətində sınaq pilotçu oldu. Bu şirkət Londonda nümayiş olunan Daily Mail qəzetinin Atlantik okeanı üzərində heç dayanmadan ediləcək uçuş üçün 10 min sterlinq qoyduğu yarışmağa bir təyyarə hazırladı.
Rezerford Alkok
Rezorford Alkok (ing. Rutherford Alcock; yap. ラザフォード・オールコック; 1809[…], London – 2 noyabr 1897, London) – Yaponiyada yaşayan ilk britaniyalı nümayəndə. Yaponiya ilə yanaşı Britaniya hökumətini Çində də təmsil etmişdir. Alkok diplomatik karyerasından əlavə, bir neçə il boyunca Kral Coğrafiya Cəmiyyətinin prezidenti olmuş və bir çox kommisiyada fəaliyyət göstərmişdir. 1862-ci ildə Londonda baş tutan Beynəlxalq Sərginin rəsmi Yaponiya bölməsi onun tərəfindən hazırlanmış və kolleksiyasını əlavə etmişdir. Bu, Yaponiya incəsənətinin Qərb dünyasındakı tarixində ən əhəmiyyətli hadisələrdən biri, həmçinin deorativ sənətdə anqlo-yapon stilinin yaranma tarixidir. 1882-93-cü illərdə Şimali Borneo Britaniya Şirkətinin sədri olmuşdur. == İlk illəri və Çin == Rezerford Alkok 25 may 1809-cu ildə Londonda, Sent-Ceyms rayonunda həkim Tomas Alkokun və Merinin oğlu kimi anadan olmuşdur. Atası London yaxınlığındakı İlinqdə işləyirdi.
Luiza Mey Alkot
Luiza Mey Alkott (29 noyabr 1832[…] – 6 mart 1888[…], Boston) — görkəmli ABŞ yazıçısı. 1868-ci ildə yazdığı və avtobioqrafik səciyyə daşıyan "Balaca qadınlar" adlı romanı ilə tanınmışdır. Bu roman onun ailəsi ilə birlikdə Konkordda yaşadığı zamandan bəhs edir. Lakin əsərdə hadisələr Amerika vətəndaş müharibəsi dövründə verilmişdir. == Gəncliyi və ilk əsərləri == Luiza Filadelfiyada, transendentalist Amos Branson Alkott və Abigeyl Mey Alkottun ailəsində 1832-ci ilin 29 noyabrında atasının 33-cü ad günündə dünyaya gəlmişdir. O, dörd bacıdan: Anna, Elizabet və Abigeyl Mey, ikincisidir. Luiza Mey Alkott abolisionist və feminist olmuşdur. Gənc yaşlarından müəllim kimi işləməyə məcbur olan Luiza ilk kitabı olan "Çiçək təmsillər"ini 1849-cu ildə çap etdirmişdir. Müharibə başlayanda tibb bacısı kimi fəaliyyət göstərmişdir. 1864-cü ildə çap olunan romanında bundan da bəhs etmişdir.
Məşədilər (Alakol, Tovuz)
Məşədilər — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd məşədilər nəslinin indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Məşədi nəslindən olanlar, məşədigillər" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == === Şəhidləri === Mirzəyev Eltac Fizuli oğlu (2000-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Məşədilər kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Oyya-de-Alkoy
Oyya-de-Alkoy (isp. Hoya de Alcoy) — İspaniyada yerləşən rayon.
Vals-d-Alkoy
Vals-d-Alkoy (kat. Valls d'Alcoi) — İspaniyada yerləşən rayon.
Aizol
Aidjal, Aizaul və ya Aizol (hind. आइज़ोल Āizol; benq. আইজল, Āijal; ing. Aizawl) — Hindistanda şəhər, Mizoram ştatının paytaxtı. 1894-cü ildə qurulmuş şəhər ştatın ən böyük şəhəridir. Şəhərin dəniz səviyyəsindən orta hündürlüyü 1,018 metrdir. == Tarixi == Şəhər 1894-cü ildə qurulmuşdur. Hindistan Hərbi Hava Qüvvələri 1966-cı ilin martında Mizo Milli Cəbhəsinin (MMC) qaldırdığı üsyan zamanı şəhərə hava zərbələri endirmişdir. Bundan sonra MMC Lunqley şəhərinə çəkilmişdir. == İqtisadiyyat == Aidjal kənd təsərrüfatı sahəsində ticarət mərkəzidir.
Aleko
Moskviç-2141 — Moskviç markasının yeni adı olaraq 1986-cı ildə bazara çıxan Rus avtomobilidir. İstehsalı 1988 və 2000 illəri arasında davam etmişdir. Bu anda müflisləşmiş vəziyyətdədir.
Aliot
Epsilon Ursae Majoris (εUMa) — Böyük Ayı bürcünün ən parlaq ulduzu. Parlaqlığı 1.76 maqnitudadır. Parlaqlığına görə Yer kürəsindən görünə bilən spektrdə ən parlaq ulduzlar arasında Günəşdən sonra 30-cu yerdədir. Hipparkos Kataloqunda HIP 62956 nömrəsi ilə qeyd olunan ulduza ənənəvi olaraq Aliot adı verilmişdir. Yer kürəsindən 81 işıq ili məsafədə yerləşir. Öz oxu ətrafında dönmə periodu 5,088 gün davam edir.
Alkan
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4 Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Alkoqol
Alkoqol — Etanol
Allel
Allel bir genin müxtəlif formalarını ifadə edir. == Ümumi məlumat == Bir əlamətin müxtəlif formasına allel əlamətlər və onların inkişafına səbəb olan genlərə allel genlər deyirlər. Allel genlər homoloji xromosomların eyni sahəsində (lokosunda) yerləşir. Allel əlamətlərə misal olaraq insanda qara göz-mavi göz; qara rəngli saç-açıq rəngli saç; qıvrım saç-hamar saç; uza boy-qısa boy; iyi göz-xırda göz; tünd rəngli dəri-açıq rəndli dəri bə i.a. göstərmək olar. Allel əlamət və genləri hərflərlə işarə edilər. Dominant əlamət böyük hərflərlə, resessiv əlamət isə həmin hərfin kiçiyi ilə yazılır. Məsələn, qara gözü A hərfi ilə yazsaq, mavi gözü a ilə yazmaq lazımdır. Başqa allerləri yazanda da bu qayda tətbiq edilir. F1 -onlardan alınan birinci nəsil (övlad); AA – qara gözlü, aa – mavi gözlü valideyn; A və a – onların cinsi hüceyrələri – qametləri; Aa birinci nəsil (övlad.) Vurma işarəsi (x) – Genetikada çarpazlaşma və evlənməni bildirir.
Alloa
Alloa (ing. Alloa, şot.kelt Alamhagh) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Allos
Allos (fr. Allos, oks. Alòs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Allos-Kolmar kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04006. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 695 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını turizm təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 471 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 111 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,4%, 1999-cu ildə 79,8%).
Almon
Almon (kommuna)
Altel
«ALTEL» (qaz. «Алтел» ЖШС) — Qazaxıstanda mobil operator. İlk Qazaxıstan mobil operatoru. Şirkət 2G / GSM (900 MHz), 3G / UMTS (850/900 MHz), 4G/LTE və LTE Advanced (1800 MHz) standartlarında mobil xidmətlər göstərir. 1994-cü ildə Qazax-İngilis ASC Beset International tərəfindən qurulmuşdur. Şirkət Kazakhtelecom SC-yə məxsusdur. 2010-cu ildə ALTEL respublikada ilk dəfə 3G texnologiyasını tətbiq etdi. 2012-ci ilin dekabr ayında Qazaxıstanda ALTEL 4G markası altında 4G texnologiyasının ilk ticari təqdimatı baş tutdu. 3 ildən çoxdur ki, Altel Qazaxıstanda 4G lisenziyalı yeganə operator idi. Qazaxıstan Respublikası Məclisi (parlamenti) millət vəkilləri 4G şəbəkələrində xidmətlərin inhisara alınmasından narahatlıqlarını ifadə etdilər .
Alveol
Alveollar, ağciyərlərin içində yerləşir. Kapiliyarlardakı karbon qazını alıb, və kapiliyarlara içlərindəki oksigeni verirlər. Buna maddə alış-verişi deyilir. Alveollar qan dövranından da muğayətdirlər. Nəfəs aldığımızda hava; burun, udlaq, nəfəs borusu, ağciyərlər, bronxlar və alveollar yolunu izləyir. Alveollar da havayı təmizləyib, kapilyarlara verir. Damarlar bütün bədənə dağıdır. Kirlənən qan kapiliyarlar ilə yenidən alveollara gəlir. Alveollar karbon qazını alır, bronxlara verir, bronxlar nəfəs borusuna, nəfəs borusu burna verir. Burundan da dışarı atılır.
Angol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.
Anqol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.
Balkon
Balkon (İtalyanca: balcone) — tikililərdə xarici divarın qarşısında, çox vaxt üstü açıq olan hissə. Balkonlara qapı vasitəsilə keçirlər. Böyük qonaq evlərində həyətə baxan qapıların açıldığı bir yanı həyətə baxan dəhlizlər də balkondur. Balkon fikri ilk dəfə xristianlıqda, imperator və imperatriçanın kafedrallardakı dini ayinləri xalqdan uzaq, onlarla əlaqəsi olmayan bir yerdə icra etmək ehtiyacından meydana çıxmışdır. Balkonların ölçüləri və xüsusiyyətləri mədəniyyətdən mədəniyyətə, binadan binaya dəyişir.
Albom
Albom bu mənaları ifadə edə bilər:
Alagöl
Alagöl (Qazaxıstan) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biri. Alagöl — Şəki-Zaqatala zonasında göl; Alagöl — Yevlax rayonu ərazisində göl. Böyük Alagöl — Kiçik Alagöl — Böyük Alagöl — Kəlbəcər rayonu ərazisində dağ.
Ağgöl
Qoruqlar Ağgöl Milli Parkı — Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılmış milli park. Ağgöl — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunun Çobankərə kəndində qoruq. Kəndlər Ağgöl (Arxangel) — Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Ağgöl (Ağstafa) — Ağstafa rayonunda kənd. Bələdiyyələr Ağgöl bələdiyyəsi — Azərbaycan Respublikasının Ağstafa rayonunda bələdiyyə. Göllər Ağ göl — Azərbaycan ərazisində göl. Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonundakı göl. Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunla göl. Ağgöl — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonununda göl. Ağgöl Dövlət Təbiət Qoruğu - qoruq Ağgöl (Mahaçqala) — Ağgöl — Ağcabədi rayonu ərazisində, Mil düzündə Şor göl.