Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Delüvium
Delüvium — yağış və qar sularının yamaclardan yuyub apardığı kövrək aşınma məhsullarının toplanması nəticəsində əmələ gələn genetik çökmə tipi. Yamac üzrə yuxarıya doğru pazlaşan şleyf şəklində yatır. Yamac üzrə aşağıya doğru, ana süxurların tərkibindən asılı olaraq, çınqıllı çöküntülərdən lösvari gilcə və gillərə qədər dəyişir. Bəzən delüvium yamaca paralel təbəqələşmə müşahidə edilir. Delüvium əsasən semiarid (aridəyaxın) iqlim şəraitində əmələ gəlir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Kollüvium
Kollüvium (kollüvial çöküntülər) (lat. colluvio-yığım) - ağırlıq qüvvəsinin təsiri ilə yamac üzrə aşağıya doğru yerini dəyişib toplanmış aşınma məhsulları. Qırıntı materialı yamacda və şleyf şəklində yamac ətəyində toplanır. Kollüvium tipik nümunəsi dağ yamaclarında geniş yayılmış qaymalı və çınqıl-qaymalı müasir töküntülərdır. Qazıntı halında da rast gəlinir. Amerika ədəbiyyatında kollüvium daha geniş mənada başa düşülür və buraya delüvium da aid edilir. == Həmçinin bax == Ağırlıq qüvvəsi Yamac Delüvium == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Allium
Soğan (lat. Allium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Qida məhsulu kimi mətbəxdə bişmiş və çiy halda istifadə edilir. == Müalicəvi əhəmiyyəti == Soğanın insan sağlığına çox böyük xeyri varmış. ABŞ-nin Kaliforniya Universitetinin əməkdaşı Dr.M.Lepinsky öz araşdırmaları nəticəsində bu qənaətə gəlmişdir ki, soğan istifadə olunması vacib olan qida məhsulları arasında mühüm yerlərdən birini tutur. Soğan qanda şəkərin miqdarını və təzyiqi aşağı salır Həzmi asanlaşdırır Bağırsağı təmizləyir Bədəndəki yaraların yaxşılaşmasını sürətləndirir Ürəyin funksiyasını gücləndirir Bütün bunlarla yanaşı soğanın antibakteriyal təsirindən istifadə edərək epidemik xəstəliklərin qarşısını almaq mümkündür. Bu zaman 300 qram soğanı əzdikdən sonra üzərinə 600 qram şərab əlavə edərək 100 qram balla qarışdırın və hər gün bir qaşıq istifadə edin.
Allüvi
Allüvi (yun. alluvio - gətirmə) — Daimi və müvəqqəti çayların çaydaşı, qum, çınqıl, gil və s.-dən ibarət topladığı çöküntülər. Allüvidə bitki və heyvan qalıqlan da olur. == Allüvial su == Müasir və ya gömülmüş çay dərələrinin allüvial çöküntülərində yayılmış yeraltı su. == Allüvial-delüvial çöküntülər == Eroziya və yamacların delüvial yuyulma proseslərinin birgə fəaliyyəti nəticəsində toplanan çöküntülər. Vadilərin yamaca yaxın hissələrində və ya dərələrdə güclü daşqınlar zamanı allüvium və delüvium yığımlarının növbələşməsi nəticəsində formalaşır. Xarakter xü­susiyyəti; qırıntı materialının zəif çeşidləşməsi və yuvarlaqlığı; kəsiliş boyu allüvial (çaqıllar, qumlar) və delüvial (qumcalar, gilcələr, narın xır) akkumilyasion fazalara uyğun gələn çöküntülərin növbələşməsi.
Allüvial düzənlik
Allüvial sahə
Allüvial sahə — çay çöküntülərindən əmələ gəlmiş sahə. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev. "Ekologiya" dərs vəsaiti. Bakı, "Bakı Dövlət Universiteti" nəşriyyatı, 2004, s. 379 – 384.
Allüvial səpintilər
Allüvial səpintilər — allüvial çöküntülərə uyğun gələn səpintilər. Ana süxurların və yataqların, delivüal və ellivüal səpintilərin su axınları vasitəsilə yuyulması nəticəsində əmələ gəlir. Çayların dərəsində yerləşib, dərə boyu zolaq şəklində uzanır.
Allüvial terras
Allüvial yelpik
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Allüvial çöküntülər
Allüvial örtük
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Allium abramsii
Allium abramsii (lat. Allium abramsii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Allium acuminatum
Allium acuminatum (lat. Allium acuminatum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Allium acutum
Mala soğanı (lat. Allium schoenoprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium acutum Spreng. Allium alpinum (DC.) Hegetschw. Allium broteroi Kunth Allium buhseanum Regel Allium carneum Schult. & Schult.f. [Illegitimate] Allium coloratum Dulac [Illegitimate] Allium foliosum Clairv. ex DC. Allium glaucum DC. Allium glaucum Ledeb. [Illegitimate] Allium idzuense H.Hara Allium lusitanicum Link ex Regel [Invalid] Allium montanum Schrank Allium palustre Chaix Allium palustre Salisb. [Illegitimate] Allium palustre Pourr.
Allium affine
Üzüməbənzər soğan (lat. Allium vineale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium affine Boiss. & Heldr. [Illegitimate] Allium arenarium Wahlenb. [Illegitimate] Allium assimile Halácsy Allium campestre Schleich. ex Steud. [Invalid] Allium compactum Thuill. Allium descendens W.D.J.Koch Allium laxiflorum Tausch Allium littoreum Bertol. Allium margaritaceum var.
Allium aflatunense
Əflatun soğanı (lat. Allium aflatunense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Allium albopilosum
Xristof soğanı (lat. Allium cristophii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Allium album
Allium neapolitanum (lat. Allium neapolitanum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium album Santi Allium amblyopetalum Link Allium candidissimum Cav. Allium candidum C.Presl Allium cowanii Lindl. Allium gouanii G.Don Allium inodorum Aiton Allium lacteum Sm. Allium laetum Pollini Allium liliflorum Zeyh. Allium neapolitanum var. angustifolium Täckh. & Drar Allium sieberianum Schult. & Schult.f.
Allium akaka
Akaka soğanı (lat. Allium akaka) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir (VU D2). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və şarvaridir, 1, 5–2, 5 sm yoğunluğunda, boz qınla örtülüdür. Gövdə (4) 8–15 sm hündürlükdə, yoğun, (1) 2 yarpaqlı. Aşağı hissədən pərdəvari, rəngsiz qınla örtülüdür. Yarpaqlar uzun qınlıdır, uzunsov-ellipsivari və ya enli-neştərşəkilli, 2–7 sm enində, təpə hissəsi küt və ya dairəvidir. Çətir yarımşarvari, çoxçiçəkli, 3–5 sm diametrindədir.
Allium paradoxum
Qəribə soğan, Pəl (lat. Allium paradoxum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Meşə (yabanı) soğanı deyilən pəl bitkisi sarımsağın yaşıl zoğuna çox oxşayır və onun dadına bənzəyir. == Qısa morfoloji təsviri == Hündürlüyü (5) 10-25 (30) sm-dir. Soğanağı yumurtaşəkilli və ya şarşəkilli olub, qalınlığı 1 sm-ə qədərdir və boz qınlıdır. Gövdəsi zəifdir, bir ədəd kökətrafı yarpağı vardır, onunla birgə rəngsiz dəriciyə oxşar qın geyinmişdir. Yarpaq demək olar ki, gövdəyə bərabərdir və ya ondan uzundur, xətvari neştərşəkillidir, eni 5-15 mm-dir, ortdan və ya aşağıdan qaidəsinə doğru daralmış və kütdür. Qını ağ rəngli, pərdəşəkillidir, qaidəsinə qədər iki uzunsov-neştərvari qanadlara bölünmüşdür, çətirdən qısadır. Çətirinin 1-5 (8) ədəd əyilən çiçək saplağı vardır, çox vaxt soğanaqla olur; çiçək saplağı çiçəklərə bərabər və yaxud ondan 1,5 dəfə uzun olur, çiçək altlığı yoxdur. Çiçək yanlığı enlizınqırova oxşar, tutqun-ağ rəngli olub,üzərində limon sarısı rəngdə çalarları vardır.
Allium thunbergii
Allium thunbergii (lat. Allium thunbergii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Allium lenkoranicum
Lənkəran soğanı (lat. Allium lenkoranicum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN statusu: CR B2ab (ii, v). == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari, 1-2 sm yoğunluğunda, boz-qəhvəyi və yatutqun qınla örtülüdür. Gövdə 2/3 hissədə yarpaq qını ilə örtülüdür, 16-40 (50) sm hündürlükdə, yarpaqlar şarşəkilli şırımlıdır. Çətir yarımşarvari, 3-4 sm diametrində sıx, çox olmayan çiçəklidir. Çiçəkyanlığı 5-6 mm uzunluğundan bir az çıxır, qutucuqdan 3 dəfə qısadır.
Allium materculae
Matuşkin soğanı (lat. Allium materculae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir (En B 1ab (i, ii)). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və ya şarvari, 1-2 sm qalınlığında, boz qınla örtülüdür. Gövdə (6)10-20(26) sm hündürlükdə, yoğun, əsası adətən ikiyarpaqlı, uzun qınla örtülüdür. Yarpaqlar göyümtül, xətvari 6-20 (30) mm enində, spiralvari bükülmüşdür. Çətir çoxçiçəkli, yarımşarvari, 3–4 mm diametrindədir. Çiçəkyanlığı 5–8 mm uzunluğunda, ulduzşəkilli, yasəmən rənglidir.
Allium talyschense
Talış soğanı (lat. Allium talyschense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir (VU D2). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və ya 1,5 sm yoğunluğunda, boz qınlıdır. Yarpaqlar novşəkilli, 2-3 mm enində, xətvaridir. Çətir şarvari, çoxçiçəklidir. Çiçəkyanlığı 5 mm uzunluğundadır, enli-zəngvari, ağ-çəhrayımtıl, tünd-qırmızı damarlıdır. Erkəkcik sapı çiçəkyanlığından qısadır, əsası qısa kirpicklidir, xaricdən neştərşəkilli, daxildən 3 bölümlü, sütuncuq çiçəkyanlığından kənara çıxmır.
Allium tripedale
Üçfutluq soğan (lat. Allium tripedale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir (CR A2c+3c; B2b (ii, iii, v)). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, soğanağı şarvari, 1, 5 sm enindədir. Gövdə yoğun, bütöv, 50–80 sm hündürlüyündə, əsası sonuncu yarpağın ağ qını ilə örtülmüşdür. Yarpaqlar 10–15 mm enindədir. Çiçəkqrupu yarımkürəşəkilli, 4–5 sm uzunluğundadır. Erkəkcik çiçəkyanlığından qısadır. Qutucuq dairəvi, üçtilli, çiçəkyanlığından 2 dəfə qısadır.