Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alaudi Musayev
Alaudi Nəcmədinoviç Musayev (2 dekabr 1957, İli rayonu[d], Almatı vilayəti) — Rusiya Yazıçılar İttifaqının üzvü, Rusiya Yazıçılar İttifaqının Moskva Şəhər Təşkilatı Rəyasət Heyətinin üzvü, Beynəlxalq Ədəbiyyat Fondunun üzvü, polis polkovniki, hüquq elmləri doktoru, professor, hüquqşünas. Çeçenistan Respublikasının əməkdar elm xadimi (1996). Çeçenistan Respublikasının əməkdar hüquqşünası (2002), Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetinin əməliyyat-istintaq fəaliyyəti kafedrasının professoru (2005), Cinayət-prosessual kafedrasının professoru (2004-cü ildən). Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi, Sovet İttifaqında Beynəlxalq Polis Assosiasiyasının ilk üzvü (1992-ci ildən). 70-dən çox elmi məqalə çap etdirmişdir. Yeddi hüquq elmləri namizədi hazırlayıb. == Həyatı == Alaudi Musayev 2 dekabr 1957-ci ildə Qazaxıstan SSR, Almatı vilayəti, İli rayonunun İliyski sovxozunda anadan olub. Milliyyətcə çeçendir. Musayevin valideynləri 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası zamanı Çeçenistandan sürgün olunmuşdular. Murad Musayevin oğlu tanınmış hüquqşünasdır.
Allulu (Kəleybər)
Allulu (fars. علولو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 516 nəfər yaşayır (96 ailə).
Alçide Qasperi
Alçide Amadeo Françesko de Qasperi (it. Alcide Amedeo Francesco De Gasperi; d. 3 aprel 1881 — 19 avqust 1954) — İtaliyanın baş naziri (1945-1953). == Həyatı siyasi fəaliyyəti == Alçide Qasperi 3 aprel 1881-ci ildə Trento şəhərində anadan olmuşdur. 1905-ci ildə Vyana Universitetini fəlsəfə və ədəbiyyat üzrə mütəxəssis kimi bitirib. XIX əsrin sonlarından etibarən ictimai və xristian, tələbə və irredentist hərəkatların fəal iştirakçısı olub. 1911-ci ildən Birinci Dünya Müharibəsinin sonuna qədər Avstriya reyxstaqının üzvü olub. 1919-cu sonra sonra anası İtaliyaya köçdü və Alçide De Qasperi İtaliya Xalq Partiyasının qurucularından biri — 1921-ci ildən onun lideri və baş katibi, millət vəkili oldu. Əvvəlcə De Qasperinin 1922-ci ildə Benito Mussolini hökumət partiyasında iştirakı dəstəklənir, lakin tezliklə bu rejimin rəqibi olur və 1924-cü ildə onun parçalanması zamanı partiyanın antifaşist qanadının rəhbəri olur. Faşizmə qarşı çıxışdığı üçün o, 16 ay həbs cəzasına məhkum edilmişdir.
Allie X
Aleksandra Eşli Huys (ing. Alexandra Ashley Hughes, 31 iyul 1985) — səhnə adı Allie X ilə tanınan Kanadalı müğənni, bəstəkar, vizual rəssam. O karyerasına 2000-ci illərin ortalarında Torontoda indi-pop sənətçisi kimi başlayıb, yerli qruplarla ifa edib və bir neçə albom buraxıb.2013-cü ildə Los Anceles, Kaliforniyaya köçdükdən sonra prodüserlər Cirkut və Billboard ilə işləməyə başladı və Allie X adı altında yayımlanan ilk sinqlı "Catch" ilə uğur qazandı və musiqi tənqidçiləri tərəfindən yaxşı qarşılandı.Mahnı həmçinin pop müğənnisi Keti Perri sosial mediada onu "bahar mürəbbəsi" adlandırmasından sonra məşhurlaşdı. Huys 2015-ci ildə mini-albom olan CollXtion I, ardınca 2017-ci ildə CollXtion II debüt studiya albomunu və 2018-ci ildə Super Sunset-i buraxdı. 2019-cu ildə o, Super Sunset-in analoq versiyasını da buraxdı. Onun ikinci studiya albomu, Cape God, 21 fevral 2020-ci ildə buraxıldı. == Həyatı == Aleksandra Eşli Huys 31 iyul 1985-ci ildə Ontarionun Oakvill şəhərində anadan olub. Ailəsi Britaniya əsillidir. O, Etobicoke İncəsənət Məktəbində oxuyub, sonra Miçiqandakı İnterlochen İncəsənət Akademiyasında klassik fortepiano və səs üzrə təhsil alıb və Sheridan Kollecinin Musiqili Teatr Performansı proqramını bitirib, həmçinin musiqili teatr üzrə təhsil alıb.
Zəhran Alluş
Zəhran Alluş (1971 - 25 dekabr, 2015)—Terrorçu lider. == Həyatı == Zəhran Alluş 1971-ci ildə Suriyada dünyaya gəlib, sələfi əqidəsində olub və Səudiyyə Ərəbistanının sələfi ideologiyasına bağlı təhsil müəssisəsində təhsil alıb. Suriyada vətəndaş müharibəsi başlayandan əvvəl bir dəfə milli-dini ayrı-seçkilik saldığına görə məhkəmə hökmü ilə həbs olunub. Daha sonra Bəşər Əsəddən əfv istəyən Alluş "əfv siyahısı"na düşərək azad olub. Daha sonra o, "Əl Qaidə"yə bağlı qruplaşmalara qoşulur, qısa zaman ərzində Səudiyyədə təlim alma səbəbinə görə komandirlik vəzifəsinə çatır. "İslami cəbhə" bir neçə terrorçu qruplaşmanın birləşməsilə təsis olunub. Bu terrorçu təşkilat Səudiyyə Ərəbistanı başda olmaqla bəzi ölkələrin yardım-dəstəyilə fəaliyyət göstərib. "Əl Qaidə"yə beyət etmiş Alluş 2013-cü ildə Dəməşqdəki şiə və ələvilərə qarşı təkfirçi açıqlaması ilə yadda qalıb. Zəhran Alluş 25 dekabr, 2015-ci ildə öldürülüb..
Alçide De Qasperi
Alçide Amadeo Françesko de Qasperi (it. Alcide Amedeo Francesco De Gasperi; d. 3 aprel 1881 — 19 avqust 1954) — İtaliyanın baş naziri (1945-1953). == Həyatı siyasi fəaliyyəti == Alçide Qasperi 3 aprel 1881-ci ildə Trento şəhərində anadan olmuşdur. 1905-ci ildə Vyana Universitetini fəlsəfə və ədəbiyyat üzrə mütəxəssis kimi bitirib. XIX əsrin sonlarından etibarən ictimai və xristian, tələbə və irredentist hərəkatların fəal iştirakçısı olub. 1911-ci ildən Birinci Dünya Müharibəsinin sonuna qədər Avstriya reyxstaqının üzvü olub. 1919-cu sonra sonra anası İtaliyaya köçdü və Alçide De Qasperi İtaliya Xalq Partiyasının qurucularından biri — 1921-ci ildən onun lideri və baş katibi, millət vəkili oldu. Əvvəlcə De Qasperinin 1922-ci ildə Benito Mussolini hökumət partiyasında iştirakı dəstəklənir, lakin tezliklə bu rejimin rəqibi olur və 1924-cü ildə onun parçalanması zamanı partiyanın antifaşist qanadının rəhbəri olur. Faşizmə qarşı çıxışdığı üçün o, 16 ay həbs cəzasına məhkum edilmişdir.
Claude Lévi-Strauss
Claude Lévi-Strauss (28 noyabr 1908[…], Brüssel – 30 oktyabr 2009[…], Parisin XVI dairəsi[d]) — Beçikada yaşayan fransız ailəsində anadan olmuş etnoloq və antropoloqdur. Levi-Strauss strukturalizm və struktural antropologiya nəzəriyyələrini inkişaf etdirən əsas alimlərdən sayılır. == Həyatı == Claude Lévi-Strauss 28 noyabr 1908-ci ildə Belçikanın Brüssel şəhərində, yəhudi əsilli fransız ailəsində anadan olub. Atası Raymond Lévi-Strauss portret sənəti ilə məşğul olan rəssam idi. Claude-un uşaqlığı Parisin elit təbəqəsi arasında keçmişdir. Sorbonna Universitetində hüquq təhsili alsa da, 1931-ci ildə ixtisasını dəyişərək fəlsəfə üzrə təhsil almaq qərarı verir. 1935-ci ildə Levi-Strauss Fransa mədəniyyət missiyasının tərkibində Braziliyaya yollanır və San-Paulu Universitetində çalışır. O, burada sonrada həyat yoldaşı olan Dina ilə tanış olur və 1939-cu ilə cütlük Braziliyada yaşayır. Bu illər ərzində o, Amazondaı qəbilələri araşdırır. Sonradan o, kannibalizm haqqında araşdırmalarının vegeterian həyat tərzini seçməsinə səbəb olduğunu yazırdı.
Louis Claude Richard
Lui Klod Rişar və ya Lui Klod Mari Rişar (fr. Louis Claude Richard və ya fr. Louis Claude Marie Richard, 19 sentyabr 1754 — 6 iyun 1821) — fransız botaniki. == Elmi əsərləri == Flora Borealis Americana, 1803. Analyse du Fruit, 1808. Demonstrations botaniques, Париж, 1808. De Orchideis Europaeis Annotationes, Париж, 1817. Observations on the Structure of Fruits and Seeds; en colab. con Lindley, John. 1819.
Setaria pallide-fusca
Setaria pumila (lat. Setaria pumila) — qırtıckimilər fəsiləsinin setaria cinsinə aid biki növü. == Sinonim == Chaetochloa glauca var. purpurea Farw. Chaetochloa lutescens var. longispica Honda Oplismenus helvolus (L.f.) P.Beauv. Panicum flavescens Moench [Illegitimate] Panicum glaucum var. elongatum Pers. Panicum glaucum var. flavescens Elliott Panicum glaucum var.
Auqust Alle
Auqust Alle (est. August Alle; 1890‒1952 ) — Eston yazıçı və şair. == Bioqrafiyası == Auqust Alle 31 avqust 1890-cı ildə Vilyandi şəhərində daşyonan ailəsində anadan olmuşdur. Vilyandi və Nаrvа şəhərlərində təhsil almışdır. Kubanda və Ulyanovskda aptek şagirdi kimi işləmişdir. Sonra Vilnüsdə ev müəllimi kimi fəaliyyət göstərmişdir. 1915-ci ildə ekstern tərəfindən Orledə bilik attestatına imtahan vermişdir. 1915-ci ildən 1918-ci ilə kimi saratov Universitetinin tibb fakültəsində təhsil almışdır. Bir müddətdən sonra Estoniyaya köçmüş və burada jurnalist kimi fəaliyyətə başlamışdır. 1937-ci ildə Tartu Universitetinin hüquq fakültəsini bitirmişdir.
East Midland Allied Press
Ascential plc (əvvəllər EMAP və Top Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir. == Tarixi == Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News" və "Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir.2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi. Verilənlər bazası biznesinin adı dəyişdirilərək "4C Group", tədbirlər bölməsi isə "I2i Events Group" adlandırılmışdır.
Et Uus Saaks Alguse
Et Uus Saaks Alguse (Azərbaycanca: Yeni Bir Başlanğıc Ola Bilər) — Estoniyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Sent-Mari-d'Allua
Sent-Mari-d'Allua (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38194. Kommunanın 2012-ci il üçün əhalisi 550 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Liebe Ist Für Alle Da
Liebe Ist Für Alle Da (azərb. Sevgi hər kəs üçündür‎) — Rammstein qrupunun altıncı albomudur.
Allüvi
Allüvi (yun. alluvio - gətirmə) — Daimi və müvəqqəti çayların çaydaşı, qum, çınqıl, gil və s.-dən ibarət topladığı çöküntülər. Allüvidə bitki və heyvan qalıqlan da olur. == Allüvial su == Müasir və ya gömülmüş çay dərələrinin allüvial çöküntülərində yayılmış yeraltı su. == Allüvial-delüvial çöküntülər == Eroziya və yamacların delüvial yuyulma proseslərinin birgə fəaliyyəti nəticəsində toplanan çöküntülər. Vadilərin yamaca yaxın hissələrində və ya dərələrdə güclü daşqınlar zamanı allüvium və delüvium yığımlarının növbələşməsi nəticəsində formalaşır. Xarakter xü­susiyyəti; qırıntı materialının zəif çeşidləşməsi və yuvarlaqlığı; kəsiliş boyu allüvial (çaqıllar, qumlar) və delüvial (qumcalar, gilcələr, narın xır) akkumilyasion fazalara uyğun gələn çöküntülərin növbələşməsi.
Azqüdə
Azqüdə Tiflis quberniyasının Axalsix qəzasında göl adı. == Toponimkası == Azqüdə - Tiflis quberniyasının Axalsix qəzasında göl adı. Gölün adı monqol dillərində az "bitkisiz, meşəsiz" və türk dillərində kuta "bataqlıq" sözlərindən ibarətdir.
Faludə
Faludə — Soyuq desertdir. Qarğıdalı nişastasından hazırlanan nazik vermişel əriştə, gülab və şəkərdən hazırlanmış yarı-dondurulmuş şərbət ilə qarışdırılır. Bəzən limon suyu və yer fıstığı ilə yeyilir.
Aldədə pir
Aldədə-Tovuz rayonu ərazisində pir. == Toponimikası == Oronim al (böyük) və dədə(ata) sözlərindən düzəlib, "böyük ata" deməkdir. Oronim burada dəfn olunan şəxsin müqəddəsliyini ifadə edir.
Alidə Mustafayeva
Alidə Fərhad qızı Mustafayeva və ya Alidə Fərhadqızı (30 avqust 1987, Bakı) — azərbaycanlı aparıcı. == Həyatı == Mustafayeva Alidə Fərhad qızı 30 avqust 1987-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası elmlər namizədi, dosent Mustafayev Fərhad Məhəmməd oğlu Qazaxın Aşağı Salahlı kəndində tanınmış Səməd Ağa Mustafayevin nəvəsidir. Anası Kəsəmənli İradə Baba qızı Ağstafanın Qıraq Kəsəmən kəndində tanınmış Səlim bəyin nəvəsidir. 2004-cü ildə Nəsimi rayonu Samir Hacıyev adına 5 saylı orta məktəbi bitirib. 2008-ci ildə Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin amerikaşünaslıq ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2007-ci il sentyabr ayının 27-dən oktyabr ayının 27-dək Azərbaycan Respublikası Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsində istehsalat təcrübəsi keçib. 7 dekabr 2009-cu il tarixində ATV-də seçimlərdən keçərək, işə götürülüb. İlk olaraq Səhər Proqramı çərçivəsində "Binaların tarixi" və "Yazarlar" rubrikalarını hazırlayıb və aparıb. 2010-cu ilin sentyabr ayının 17-də "106 FM|106" və "106.3 FM" dalğalarında "Son xəbər"i təqdim edib.
Vahid Ailədə (1982)
== Məzmun == SSRİ-nin yaradılmasının 60 illiyinə həsr olunmuş bu filmdə Azərbaycan SSR-in həmin dövrdəki nailiyyətlərindən bəhs edilir.
Vahid ailədə (film, 1982)
== Məzmun == SSRİ-nin yaradılmasının 60 illiyinə həsr olunmuş bu filmdə Azərbaycan SSR-in həmin dövrdəki nailiyyətlərindən bəhs edilir.
Aləmdə qalan səs (film, 2001)
Aləmdə qalan səs sənədli televiziya filmi rejissor Mirsadiq Ağazadə tərəfindən 2001-ci ildə çəkilmişdir. Lider Televiziyasında istehsal edilmişdir. Film XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaniyə həsr olunmuşdur. == Məzmun == Film XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaniyə həsr olunmuşdur.
Aləmdə səsim var mənim (roman)
Aləmdə səsim var mənim — azərbaycanlı yazıçı Əzizə Cəfərzadənin 1972-ci ildə qələmə aldığı tarixi roman. == Haqqında == Roman yalnız ədibin yaradıcılığında deyil, ümumən Azərbaycan tarixi nəsrində əhəmiyyətli yer tutur. Müəllifin ilk romanı olan və ədəbi mühitdə böyük həssaslıqla qarşılanan bu əsərin adı elə məhz Seyid Əzim Şirvaninin şeirindən götürülmüşür: Yazıçı romanı əvvəlcə "Məhəbbət günahdırmı?" adlandırmağı düşünsə də, əsərin nəşri zamanı dəyişməyi münasib bilmişdir. Bu şübhəsiz ki, romanın ictimai məzmunu ilə əlaqədardır. "Aləmdə səsim var mənim" romanında Əzizə Cəfərzadə yaradıcılığına və şəxsiyyətinə böyük məhəbbət bəslədiyi Seyid Əzim Şirvaninin obrazını yaratmağı qarşısına məqsəd qoysa da bununla kifayətlənməmiş, bütövlükdə XIX əsr Şirvan tarixini, daha doğrusu Şirvan mühitini ictimai-siyasi və ədəbi-mədəni hadisələrin canlı mənzərəsi fonunda və etnoqrafik yaddaşın işığında izləmişdir. Romanda Seyid Əzimin mükəmməl obrazı yaradılmışdır. "Şamaxı yollardan başlanır" deyərək yazıçı bir həyatın, bir mühitin və bir cəfakeş mübarizin həyat romanını başlayır. Şamaxı bazarlarının da təsviri geniş verilir, eyni zamanda burada bu həyat romanının iştirakçıları ilə tanış oluruq. Onalar haqqında və XIX əsr Şamaxı mühiti haqqında geniş təsəvvür əldə edirik. Romanın ilk səhifələrində Seyid Əzim gənc bir şairdir yeni tanınmağa başlayır.
Aləmdə səsim var mənim. Seyid Əzim Şirvani (film, 2014)
Aləmdə səsim var mənim. Seyid Əzim Şirvani qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Vasif Məmmədzadə tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani haqqındadır. == Məzmun == Film XIX əsr Azərbaycan şairi və maarifçisi, öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvaninin həyat və yaradıcılığını əhatə edir.Filmdə şairin obrazını əməkdar artist Pərviz Bağırov canlandırır.