Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məmməd Altunbay
Məmməd Altunbay (türk. Mehmet Altunbay; 1911, Yelizavetpol – 27 dekabr 1987, İstanbul) — Azərbaycan əsilli Türkiyə hərbi və mülki pilotu. Gəncə üsyanının şahidi. Əslən Gəncə şəhərindən olan Məhəmməd Altunbəy SSRİ-yə məxsus təyyarəni əvvəlcə İrana və daha sonra Türkiyəyə qaçırmaqla bu ölkəyə mühacirət etmişdir. == Həyatı == Məmməd Altunbay 1911-ci ildə Gəncə şəhərində Zərrabi məhəlləsində Qaçaq İbrahimin evində anadan olub. Altunbayın dəqiq doğum tarixi və doğum günü məlum deyil. Atası Gəncə qəzasının Qaramusalı kəndindən olub, şəhərdə Dərvişoğlu Qaçaq İbrahim kimi tanınıb, Çar Rusiyasına qarşı mübarizə aparıb. Anasının adı Bəyim olub. Məmməd gənclik illəri haqqında xatirələrində yazır: Daha sonra Altunbay Odessa Ali Hərbi Hava Məktəbinə daxil olur, 1933-cü ildə buranı bitirir. SSRİ-nin bir sıra bölgələrində pilot kimi fəaliyyət göstərir, üç dəfə fəxri fərmanla təltif olunur.
Altunsaç (roman)
Altunsaç (alm. Das Mädchen vom Goldenen Horn‎; azərb. Qızıl buynuzdan olan qız‎) — Qurban Səid təxəllüsü ilə yazılmış 2-ci əsər. Yusif Vəzir Çəmənzəminli Azərbaycan Yazıçılar İttifaqından çıxarılmazdan 3–4 ay əvvəl yazdığı "Altunsaç" adlı kinossenarisini də Azərfilmə vermişdi. Geniş mütəxəssis müşavirəsində oxunub bəyənilməsinə baxmayaraq "Azərfilm"in direktoru Merkel son mərhələdə Yusif Vəzirə müraciət edərək demişdi: "Studentlər" romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya bilməyəcəyəm. == Məzmun == Adı Avropada XX yüzilin 100 ən çox oxunan yazarları siyahısına düşmüş Azərbaycanın emiqrant yazıçısı Qurban Səidin "Altunsaç" romanının süjeti həyata Şərq-Qərb baxışının toqquşmaları və ziddiyyətləri üzərində qurulmuşdur. Tarixi qaynaq və məlumatlarla zəngin olan bu romanı müəllif özünəməxsus bir üslubla alman dilində yazmışdır. == Nəşr və tərcümə == Əsər ilk dəfə 1938-ci ildə Zinnen nəşriyyatı tərəfindən Vyanada nəşr olunub. Roman Çərkəz Qurbanlı tərəfindən alman dilindən Azərbaycan dilinə tərcümə olunub, 2018-ci ildə Bakıda Bakı Kitab Klubunda 272 səhifədə, 100 tirajla çap edilib. == İstinadlar == == Həmçinin bax == Əli və Nino == Xarici keçidlər == Bakı Kitab Klubu.
Altınbaş Universiteti
Altınbaş Universiteti – 2008-ci ildə İstanbul şəhərində fəaliyyətə başlamış özəl ali təhsil müəssisəsi. Əvvəlcə Kəmərburqaz Universiteti adı ilə fəaliyyət göstərən universitetin adı 1 iyul 2017-ci ildə dəyişdirilərək, Altınbaş Universiteti olmuşdur. == Maddi-texniki baza == Altınbaş Universitetinin İstanbul şəhərində üç fərqli bölgədə kampusu, bir yataqxanası və bir Medikal Park ilə anlaşmalı xəstəxanası var. Universitetin idarəetməsinin də yerləşdiyi texnologiya korpusu Mahmutbəydə, səhiyyə elmləri korpusu Bakırköydə, sosial elmlər korpusu isə Qayrettəpədə yerləşir. Altınbaş Universitetinin yataqxanası 400-dən çox tələbəyə ev sahibliyi etmə potensialına sahibdir və Mahmutbey korpusunun yaxınlığında yerləşir. == Fakültələr və ixtisaslar == Altınbaş Universitetində 9 fakültə, 1 institut, 1 xarici dillər məktəbi və 1 tibbi elmlər kolleci mövcuddur. Mahmutbəy korpusunda aşağıdakı Mühəndislik və Memarlıq Fakültəsi, Xarici Dillər Məktəbi fəaliyyət göstərir. Qayrettəpə korpusunda isə Biznesin İdarəedilməsi, Hüquq, İqtisadi, İdarəetmə və Sosial Elmlər, Tətbiqi Elmlər, İncəsənət və Dizayn fakültələri yerləşir. Son olaraq, Bakırköy korpusunda isə Tibb, Diş Həkimliyi və Əczacılıq fakültələri ilə yanaşı tibbi elmlər kolleci fəalliyyət göstərir. == Türkiyənin Beynəlxalq Universiteti == Dünyanın 98 fərqli ölkəsindən 6000-dən çox beynəlxalq tələbənin təhsil aldığı universitet Türkiyənin ən beynəlxalqlaşmış universitetlər arasında yer almaqdadır.
Əhməd Rəfiq Altınay
Əhməd Rəfiq Altınay (1881, Beşiktaş, İstanbul ili – 10 oktyabr 1937, Beşiktaş, İstanbul ili — Türk tarixçi, yazıçı, şair, Darülfünun tarix müdiri və yüzbaşı. Tarix dərsində təcrübəsini; Qəzet və jurnallarda dərc etdirdiyi araşdırma serialları və tarixi hekayələr yolu ilə daha geniş kütlələrə tarixi öyrətmək və sevdirmək üçün istifadə etmiş bir yazıçıdır. "Tarixi sevən adam" kimi anılır. Tədqiqat işləri, əsas etibarilə, Osmanlı İmperiyası ilə əlaqədar olmuşdur. == Həyatı == 1880 və ya 1881-ci ilin fevral ayında İstanbulda, Beşiktaşın Validəçeşmə səmtində anadan olub. Atası Sultan Əbdüləzizin iqtisadçı Ürgüp Əhməd Ağadır. İlk təhsilini Vişnəzadə Sıbyan Məktəbində, orta təhsilini Beşiktaş Hərbi Rüştiyəsində və Qülləli Əsgəri İdadi məktəbində aldı. 1898-ci ildə Ali Hərbi Məktəbindən piyada birincisi olaraq məzun oldu. Topdaşı və Soyuqçeşmə Hərbi Orta Məktəbində 4 il müddət ilə coğrafiya müəllimliyi edib. 1902-ci ildə Ali Hərbi Məktəbində fransız, 1908-ci ildə tarix müəllimi oldu.