ARAMSIZ


1. sif. Aramı olmayan, qərar tapmayan, qərarsız, narahat; səbirsiz, dözümsüz.
Həsən tramvay duracağında … aramsız bir ürək çırpıntısı ilə Dilaranı gözləyirdi. M.İbrahimov.

2. zərf Səbirsizliklə.
Havva qonağı aramsız gözləyirdi. Mir Cəlal.
Mustafa kişi isə sobaya aramsız odun atırdı. İ.Şıxlı.

3. zərf Arası kəsilmədən, durmadan.
Əhmədin tərəfindən isə göndərilən elçilər və minnətçilər aramsız gəlib-getməkdə idi. B.Talıblı.
Mən gecələri yatmayıb dərsimi hazırlayır, hisli çırağın işığında aramsız çalışırdım. M.Hüseyn.

Синонимы

  • ARAMSIZ 1. ARAMSIZ Göz yaşları aramsız axan Natəvan dayana-dayana sözlərini deyirdi (H.Abbaszadə); BİLAARAM
ARAMLI
ARAMSIZLIQ

Значение слова в других словарях