Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnvestor
İnvestor — mənfəət əldə etmək məqsədilə şəxsi və ya cəlb etdiyi maddi qiymətliləri – pul vəsaitlərini, kağızlar qiymətli kağızları, əmlakı, mülkiyyəti və s-ni investisiya layihələrinə yönəldən hüquqi və ya fiziki şəxsdir.
Nestor
Nestor (?-?)— Konstantinopol şəhərinin arxiyepiskopu. 431-ci ildəki Birinci Efes Məclisində İsanın insan və tanrı təbiətlərini ayrı tutmuş, İsaya 30 yaşındaykən Kəlamın endiyi, Məryəmin daha önce sadəcə saf və günahsız bir insan olan İsanın anası olduğu, dolayısıyla da Məryəmin tanrı anası olaraq qəbul edilmesi gərək olduğunu qəbul etməmişdir. Daha sonra aparılan İkinci Efes Məclisində Nestorun aforoz edilmesi də, günümüzə qədər gəlib çatan Nəsturi (Asuri), Kəldani kimi diofizit kilisələrin qurulmasına yol açmışdır.
Ancestry.com
Ancestry.com LLC — ABŞ-də, Yuta ştatının Lehi şəhərində yerləşən özəl onlayn şirkət. == Tarixi == === AncestryDNA === "AncestryDNA" şirkəti "Ancestry LLC"nin törəmə şirkətidir. === FindAGrave === "Ancestry.com" 2014-cü ilin mart ayında mobil tətbiqetməni işə salmışdır. === Newspapers.com === "Ancestry" 2012-ci ildə "Newspapers.com"u təsis etmişdir.
Mələk investor
Mələk investor (həmçinin biznes mələyi, qeyri-rəsmi investor, mələk sərmayəçisi, özəl investor və ya toxum investoru kimi də tanınır) tez-tez konvertasiya edilə bilən istiqraz və ya kapital müqabilində bir işə və ya biznesə, o cümlədən startaplara kapital verən şəxsdir. Mələk investorlar adətən startapları ən erkən mərhələdə (startupların uğursuzluq riski nisbətən yüksək olduqda), bir dəfə və ya ardıcıl olaraq və əksər investorlar onları dəstəkləməyə hazır olmadığ zamanlarda dəstəkləyir.
Nestor Kalandarişvili
Nestor Aleksandroviç Kalandarişvili (gürc. ნესტორ ალექსანდრეს ძე კალანდარიშვილი; 8 (20) iyul 1876, Kutaisi quberniyası, Rusiya imperiyası – 6 mart 1922, Yakutsk) inqilabçı lider, növbə ilə Sosialist İnqilabçısı, anarxist və nəhayət bolşevik idi. Rusiyada vətəndaş müharibəsi illərində Şərqi Sibirdə partizan hərəkatının liderlərindən biri olub. 1892-ci ilə qədər Kutaisi gimnaziyasında, sonra Tiflis müəllimlər seminariyasında oxuyub. 1895–1897-ci illərdə Rusiya İmperator Ordusunda xidmət etmişdir. Ordudan sonra seminariyada təhsilini davam etdirdi. 1903-cü ildən Sosialist İnqilabçılar Partiyasının, bir müddət Gürcüstan Sosialist-Federal İnqilab Partiyasının üzvü olub. 1905-ci il Rusiya İnqilabında o cümlədən 1905–1906-cı illər Quriya kəndli üsyanında iştirak etdi. 1907-ci ildə həbs olundu, 1908-ci ildə Sibirə sürgünə göndərildi. O, qaçdı, lakin 1912-ci ildə həbs olundu və yenidən Sibirə sürgün edildi.
Nestor Lakoba
Nestor Appolonoviç Çiçuyeviç Lakoba (1 may 1893 – 28 dekabr 1936, Tbilisi) — Sovet Abxaziyasının dövlət xadimi. Eşitmə əngəlli Lakobanı "Adaqua" ("Kar") ləqəbi ilə də çağırırdılar. 1922-ci ilin fevralında Xalq Komissarları Sovetinin sədri, 1930-cu ilin aprelindən isə Abxaziya SSR-nin Mərkəzi İcraiyyə Komitəsinin sədri olub. Stalinin özünün dediyinə görə, onun ən yaxın dostu olub. Lakoba kəndli ailəsində anadan olub. Doğulmamışdan bir neçə ay əvvəl atası öldürülüb. Kilsə məktəbində oxuyan Lakoba, sonra doğma kəndində iki illik məktəbi də bitirib. Laakoba uşaqlıqdan çox bacarıqlı olub.. С детства был весьма способным 1905-1910-cu illərdə oxuduğu Tiflis İlahiyyat Kollecini bitirib. Sonra seminariyaya girdi, 1911-ci ildə inqilabi təbliğ etdiyi üçün qovuldu.
Nestor Maxno
Nestor Maxno (ukr. Нестор Іванович Махно; rus. Не́стор Ива́нович Махно́; 7 noyabr 1888 – 25 iyul 1934, Paris) — Oktyabr inqilabı zamanı Bolşevik xəttini qəbul etməyən Ukrayn Anarxo-kommunist. Anarxizm ideyalarının tətbiq edilməsi üçün göstərdiyi cəhdlərin qarşısı bolşeviklər tərəfindən alınmışdır. Liberal Kommunistlərin Təşkilatlanma Platforması adlı anarxist ədəbiyyatında önəmli yerə sahib əsərin müəllifi kimi də tanınır. Nestor Maxno Ukraynada Anarxizm ideyalarının yayılmasının əsas memarlarından biri kimi qəbul olunur. Nestor Maxno 1888-ci ilin 26 oktyabr tarixində Rusiya imperiyasının Yekaterinoslav quberniyasının Qulyaypol şəhərində anadan olmuşdur. Şəhər hal-hazırda Ukrayna ərazisində yerləşir. Kasıb kəndli ailəsindən olan Maxno uşaq yaşlarından çobanlıq etməklə ailəsinə kömək edirdi. 12 yaşı olarkən məktəbi və ailəsini tərk edir.
Nestor Pitana
Néstor Fabián Pitana (İspan tələffüzü: Nestor Pitana) – 17 iyun 1975-ci il təvəllüdlü argentinalı futbol hakimi. 2014 FİFA Dünya Kuboku, 2015 Kopa Amerika və 2018 FİFA Dünya Kuboku oyunlarında baş hakim kimi çıxış etmişdir. Pitana, FİFA 2018 Dünya Kubokunun açılış oyunu Rusiya - Səudiyyə Ərəbistanı və mundialın ən əsas qarşılaşması olan Fransa - Xorvatiya finalını idarə etmişdir.
Nestor Pitanya
Néstor Fabián Pitana (İspan tələffüzü: Nestor Pitana) – 17 iyun 1975-ci il təvəllüdlü argentinalı futbol hakimi. 2014 FİFA Dünya Kuboku, 2015 Kopa Amerika və 2018 FİFA Dünya Kuboku oyunlarında baş hakim kimi çıxış etmişdir. Pitana, FİFA 2018 Dünya Kubokunun açılış oyunu Rusiya - Səudiyyə Ərəbistanı və mundialın ən əsas qarşılaşması olan Fransa - Xorvatiya finalını idarə etmişdir.
Nestor (mifologiya)
Nestor (q.yun. Νέστωρ) — qədim yunan mifologiyasında Pilos padşahı, Neley və Xloridanın oğlu. 1908-ci ildə kəşf edilən asteroid (659) Nestor Nestorun şərəfinə adlandırılmışdır.
Nestor sarayı
Nestor sarayı (yun. Ανάκτορο του Νέστορα) ― Mikena sivilizasiyasının mühüm mərkəzi. "Odisseya" və "İliada"da "Qumlu Pilos" Nestor padşahlığı ilə birlikdə xatırlanır. Qəsəbə uzun onilliklər ərzində mövcud olmuşdur. Aşkar edilmiş artefaktların əksəriyyəti e.ə. XIII əsrə aiddir. Saray kompleksi təxminən e.ə. 1200-cü ildə yanğınla məhv edildi. 2016-cı ilin iyun ayında arxeoloji sahənin üzlənməsi və gəzinti yolları quraşdırıldıqdan sonra ziyarətçilər və turistlər üçün yenidən açılmışdır.
Akkreditə olunmuş investor
Mançester
Mançester — İngiltərədə şəhər. Mançester İngiltərənin böyük şəhərlərindən biri olmaqla yanaşı, ölkənin futbol paytaxtıdır. Mançesterin mərkəzi onun işgüzar və ticarət rayonudur. Burada əsas dövlət və özəl müəssisələr fəaliyyət göstərir.
Mançester Universiteti
Mançester Universiteti (ing. University of Manchester) — İngiltərənin şimal-qərb bölgəsinin ən böyük universitetidir və eyniadlı şəhərdə yerləşir. Universitet Böyük Britaniyanın aparıcı elmi-tədqiqat universitetləri qurumu olan Russell Qrupunun və elmi-tədqiqat layihələri üzrə "N8 Qrupu"nun üzvüdür. Mançester Universiteti dünya elminə verdiyi töhfələri ilə tanınır. == Reytinqi == == Məşhur alimləri == Mançester Universitetində 23 Nobel mükafatçısı çalışaraq tədqiqat aparıb. Mançester Universitetinin tanınmış şəxslərindən atom nəzəriyyəsinin banisi Con Daltonu, atomun nüvə təbiətini kəşf etmiş Ernest Rezerfordu, fiziklər Osborn Reynoldsu, Nils Boru, Artur Şusteri, Ernest Marsdeni, Balfur Styuartı, riyaziyyatçılar Pol Erdeş Horatsiy Lembi, süni intellektin yaradıcılarından Alan Tyurinqi, məşhur filosoflar Samuel Aleksanderi, Lüdviq Vithenşteyni, radioastronomiyanın yaradıcısı Bernard Lovelli, iqtisadçı Riçard Nelsonu və s. qeyd etmək olar. == Məşhur məzunları == Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Corc Riçards – Trinidad və Tobaqonun prezidenti; Veytsman Xaim – İsrailin ilk prezidenti; Teo Hin – Sinqapurun Baş naziri; Səid Musa – Belizin sabiq Baş naziri; Camaluddin Carcis – Malayziyanın sabiq Elm, Texnologiya və İnnovasiya naziri; Marqarit Beket – Böyük Britaniyanın keçmiş ticarət və sənaye naziri; Xans Bete – fizika üzrə Nobel mükafatçısı; Ernest Rezerford – kimya üzrə Nobel mükafatçısı; Volter Houors – kimya üzrə Nobel mükafatçısı; Con Polanyi – kimya üzrə Nobel mükafatçısı; Con Salston – tibb və fiziologiya üzrə Nobel mükafatçısı; Arçibald Hill – tibb və fiziologiya üzrə Nobel mükafatçısı; Jozef Stiqlitz – iqtisadiyyat üzrə Nobel mükafatçısı; Artur Luis – iqtisadiyyat üzrə Nobel mükafatçısı; Robert Bolt – ssenarist və iki Oskar mükafatçısı.
Müqaviləyə əsaslanan İnvestor-Dövlət Arbitrajında şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyası
Müqaviləyə əsaslanan İnvestor-Dövlət Arbitrajında şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyası — 10 dekabr 2014-cü ildə qəbul edilmiş və 18 oktyabr 2017-ci ildə qüvvəyə minmiş, tərəflər arasında beynəlxalq müqavilələr əsasında İnvestor-Dövlət Arbitrajı Kontekstində Şəffaflığa dair Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası qaydalarını, cavabdehin bildirişinin dərc olunmasını təmin edir. Eyni zamanda, konvensiya ticarət sirrini təşkil edən və ya nəşri qanunların icrasına müdaxilə edəcək və ya beynəlxalq müqaviləyə əsasən yayımlanmaqdan qorunan və ya cavabdeh tərəfindən təqdim edildiyi gizli məlumatların dərc edilməsini nəzərdə tutmur. Milli qanuna uyğun olaraq, ya da qanuna və ya arbitrajın bu məlumatların açıqlanması baxımından uyğun hesab etdiyi qaydalara uyğun olaraq. Konvensiya UNCITRAL veb saytında.
Mançester 62 FK
Mançester 62 FK — Cəbəllüttariqi təmsil edən futbol komandasıdır. Klubun əvvəlki adı Mançester Yunayted FK-in şərəfinə Mançester Yunayted (Cəbəllüttariq) FK adlandırılmışdır. 2013-14 mövsümündən isə rəsmi olaraq indiki adı ilə adlandırılır. Klubun loqosunun üzərində də ad dəyişikliyi öz əksini tapmışdır. Mançester 62 Fk hal-hazırda Cəbəllüttariq Premyer Liqasında çıxış edir. Klub ev oyunlarını Vinston Çörçill prospektində yerləşən Viktoriya stadionunda keçirir. == Tarixi == Klub 1962-ci ildə Mançester Yunayted FK adı ilə yradılmışdır. Klub öz adını məşhur ingilis adaşının şərəfinə almışdır. Klubun adının istifadəsinə görə icazəni mankunianlardan olan Mett Basbidən almışlar. İcazəni aldıqdan sonra bu addan istifadə etməyə başlamışlar.
Mançester Siti FK
"Mançester Siti" — İngiltərənin futbol klubu. == Tarixi == 1880-ci ildə qurulan futbol klubunun əvvəlki adı St. Mark's (West Gorton), sonraki adı(1887-ci ildən etibarən) Ardwick Association Football Club olmuştur. Klubun indiki adı 1894-cü ildə təsdiq olunmuşdur. Klub 1923-cü ildən 2003-cü ilə qədər rəqiblərini Maine Road stadionunda qəbul etmişdir. 2003-cü ildən bəri isə City of Manchester Stadium-dan istifadə edir. 1981-ci ildə FA Cup-ın final oyununda məğlub olduqdan sonra tənəzzül etməyə başladı və 3-cü liqaya düşdü. 1998-ci ildə yenidən Premer Liqa(Premier League) statusunu bərpa etdi. 2008-ci ildə klubun səhmləri Abu Dhabi United Group tərəfindən alındı və klub dünyanın ən varlı klublarından birinə çevrildi.
Mançester Yunayted FK
Mançester Yunayted (ing. Manchester United) — İngiltərə Premyer Liqasında Mançester şəhərini təmsil edən titullu ingilis futbol klublarından biridir. Ləqəbi "Qırmızı şeytanlar" olan bu futbol klubu 1878-ci ildə "Nyuton Hit" adı ilə təsis olunmuş, 1902-ci ildə adını "Mançester Yunayted" olaraq dəyişdirmişdir. 1910-cu ildən etibarən öz ev oyunlarını Mançester şəhərində yerləşən Old Trafford stadionunda keçirir. "Mançester Yunayted" indiyə qədər ingilis futbol klubları arasında ən çox titul qazanan klub kimi tarixə adını yazdırmışdır. Klub 21 dəfə İngiltərə Premyer Liqasını, 12 dəfə İngiltərə Federasiya Kubokunu, 5 dəfə İngiltərə Liqa Kubokunu, rekord sayda — 21 dəfə İngiltərə Milli Futbol Superkubokunu, 3 dəfə UEFA Çempionlar Liqasını, 1 dəfə UEFA Avropa Liqasını, 1 dəfə UEFA Kuboklar Kubokunu, 1 dəfə UEFA Superkubokunu, 1 dəfə Qitələrarası kuboku və 1 dəfə də FİFA Klublararası Dünya Kubokunu qazanmışdır. 1998–99 mövsümündə klub Avropada qızıl het-trik gerçəkləşdirən ilk ingilis klubu kimi futbol tarixinə keçmişdir. 2016–17 mövsümündə UEFA Avropa Liqasını qazanmaqla UEFA tərəfindən təşkil olunan hər üç turnirdə çempion olan beş klubdan biri və mümkün olan bütün titulları qazanan yeganə ingilis klubu olmuşdur.Yunayted həmçinin XX (20-ci) əsrin ən uğurlu 2 klubundan biridir. 1958-ci ildə Münhen şəhərində baş vermiş aviafaciə nəticəsində klubun yalnız səkkiz futbolçusu sağ qalmışdır. Buna baxmayaraq, 1968-ci ildə Mett Basbinin rəhbərliyi altında çıxış edən "Mançester Yunayted" Avropa kubokunu qazanan ilk ingilis klubu olmuşdur.
Mançester Şəhər Mərkəzi
Mançester şəhər mərkəzi — İngiltərənin Mançester şəhərinin mərkəzi biznes bölgəsi. Vitvorz küçəsinində yerləşir. 2011-ci ilin siyahıyaalınmasına əsasən Şəhər Mərkəzinin 17681 əhalisi var. 1853-cü ildə Sənaye inqilabından sonra Mançester şəhər statusu aldı. Bu zaman şəhər mərkəzi pambıq ticarətinin qlobal mərkəzinə çevrildi, beləcə bu hadisə Viktoriyan dövründə şəhərin "dəbdəbəli ticarət memarlığı"-nın formalaşmasına səbəb olaraq Royal Exchange, Corn Exchange, Free Trade Hall və Great Northern Warehouse kimi binaların inşasına gəbirin çıxardı. Pambıq ticarətinin azalmasından və Mançester Blitzdən sonra şəhər mərkəzi 20-ci əsrin ortalarında iqtisadi tənəzzül dövrünü yaşadı, lakin şəhər mərkəzində yerləşən MDB-nin binası 1962-ci ildə inşası tamamlandıqdan sonra Böyük Britaniyada ən yüksək bina seçildi. Şəhər mərkəzi Böyük Mançesterin nəqliyyat qovşağı kimi fəaliyyət göstərir və bir saat ərzində 7 milyondan çox insan ondan istifadə edir. 1996-cı ildə Mançesterin bombalanması şəhər mərkəzinin yenidən qurulmasına və pərakəndə satış, əyləncə mərkəzlərinin, ofislərin və şəhər həyatının yüksəlməsinə təkan verdi. Şəhər mərkəzinin iqtisadiyyatı əsasən pərakəndə satış və xidmətlərin üzərində qurulmuşdur, hesablamalara əsasən təxminən A Klas binaların 40 %-i Londondan kənarda qurulmuşdur. == Tarixi == Mançester e.ə.
Mançester Şəhər Stadionu
Etihad Stadium İngiltərədə Mançester Siti futbol komandasının ev oyunlarını oynadığı stadiondur. Orijinal olaraq Mançester'in ev sahibliyində namizəd olub qazanabilmədiyi 2000 Yay Olimpiya Oyunlarının bir hissəsi kimi hazırlanan stadion, 2002-ci ildə təşkil olunan İngilis Millətlər Birliyi Oyunları üçün inşa edilmiş və 110 milyon sterlinqə başa gəlmişdir. Oyunlardan sonra stadion futbol üçün uyğunlaşdırılan stadion və Main Road'dan bura daşınan Mançester Siti klubunun evi olmuşdur. Mançester Siti 2003-cü ildə stadionu 250 illiyinə icarəyə götürmüşdür. 23 iyun 2007 -ci il etibarı ilə stadion 47.726 tamaşaçı tutumu ilə Premyer Liqanın ən böyük beşinci stadionudur. 4 oktyabr 2006-cı ildə stadionun 2008 UEFA Kuboku finalına ev sahibliyi edəcəyi qərarlaşdırılmış və bu final oyunu 14 may 2008-ci ildə oynanmışdır.
Mançester Arenada terror (2017)
Mançester Arenada terror (ing. 2017 Manchester Arena bombing) — İngiltərənin Mançester şəhərində yerləşən Mançester Arenada 2017-ci ilin 22 may tarixində yerli vaxtla saat 22:33-da gercəkləşdirilmiş terror hücumu. Hadisə müğənni Ariana Qrandenin arenada təşkil olunmuş konserti zamanı baş vermişdir. Verilən məlumatlara görə terror hücumu nəticəsində 23 nəfər həlak olub, 64 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxsin kusdar üsulla hazırlanmış bombadan istifadə etdiyi bildirilir. İraq Şam İslam Dövləti hücuma görə məsuliyyəti öz üzərinə götürüb. == Arxa plan == Hadisə 2017-ci ilin 22 may tarixində İngiltərənin Mançester şəhərində baş verib. Tanınmış müğənni Ariana Qrandenin Dangerous Woman studio albomunu tanıtımı məqsədi ilə təşkil olunan Dangerous Woman Tour konsert turnesinin növbəti ünvanı 22 may tarixində Mançester Arena olub. 21 min nəfərdən çox tamaşaçının iştirak etdiyi konsertdə, partlayışın tamaşaçıların zalı tərk etdiyi anda baş verdiyi bildirilir. Mançester Polisi hadisənin terror hücumu olduğunu və şübhəli şəxsin kamikadze olduğunu bildirib.