Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aplit
Aplit (yun. άπλόος – sadə) — xırda və ya narın dənəli, nadir hallarda porfirvarı ağ, açıq boz, sarımtıl və ya çəhrayı rəngli (ümumiyyətlə açıq rəngli) minerallardan – xırda izometrik kvars və çöl şpatlarından ibarət maqmatik damar (dayka) süxuru. Aplitlərə azqalınlıqlı daykalar və damarcıqlar şəklində qranit və qranitoid kütlələrində, bəzən isə onlardan kənarda ətraf süxurların çatlarında rast gəlinir. Apltlərdə cüzi miqdarda rəngli minerallar – maqnetit, mikalar, bəzən qələvi piroksenlər və amfibollardan başqa aksessor mineral kimi muskovit, bəzən qranat və turmalin, adi aksessor minerallar – maqnetit, ortit, həmçinin apatit və bir çox başqa nadir minerallar (ksenotim, xrizoberill, aleksandrit, topaz, anataz və s.) var. Mikrostrukturu aplit və ya panidiomorf dənəvərdir; dənələrinin forması çox halda qeyri-düzgün üçbucaqlı və ya qeyri-düzgün dairəvidir. Tərkibinə və yatım şəraitinə görə Aplit dayka və damarcıqları maqmanın qalıq turş ərintisinin intruziv kütlələrin və ətraf süxurların çatlarına nüfuz edərək kristallaşıb bərkiməsi nəticəsində əmələ gəlir. Belə ərintilər həmişə su və digər uçucu komponentlərlə zəngin olduğundan maqmanın soyuması zamanı həmin komponentlərin ərintidən ayrılması onun kristallaşmasını sürətləndirməklə yanaşı xırda dənəli strukturun əmələ gəlməsinə səbəb olur; qalıq ərinti qapalı şəraitdə kristallaşdığı zaman peqmatitlər əmələ gəlir. Sinonimləri – qranitin, qranomazanit, xaplit; növləri – qranit-aplit, qranodiorit-aplit, diorit-aplit, kvarslı diorit-aplit, kvarslı monsonit-aplit, monsonit-aplit, plagioqranit-aplit, kvarslı siyenit-aplit, siyenit-aplit, tonalit-aplit. Azərbaycan ərazisində aplitlərə ən çox Kiçik Qafqazın Gədəbəy, Daşkəsən, Qabaqtəpə, Üçtəpə, Dəlidağ, Mehri-Ordubad və s. intruzivlərin qranitoid kütlələrində təsadüf olunur.
Aplift
Yüksəltmə və ya aplift (ing. uplift) – daha inkişaf etmiş bir irqin nisbətən daha az inkişaf etmiş bir irqin təkamül prosesinə müdaxil edərək həm texnoloji, həm də intellektual cəhətdən "yüksəltməsi" ilə xarakterizə olunan elmi fantastika motivi. Yüksəltmə konsepsiyası əsasən planetlərarası irqlərin münasibətindən bəhs edən elmi fantastika əsərlərində daha populyar olsa da, bəzən planetdaxili irqlər arasındakı münasibətlərdə də istifadə olunur. == Tarixi == Yüksəltmə motivinin istifadə olunduğu ən qədim nümunə Herbert Uells tərəfindən 1896-cı ildə yazılmış "Doktor Moronun adası" romanıdır. Bu əsərdə Doktor Moro müxtəlif cərrahi proseslərlə heyvanları insanlaşdırmağa çalışır. Bu əsər "İtmiş ruhların adası" (1932) kimi bir çox film adaptasiyası üçün ilham mənbəyi olmuşdur.Kino dünyasında tanınan ən məşhur yüksəltmə hekayəsi 1968-ci ildə çəkilmiş "2001: Kosmik Odissey" filmidir. Filmdə yadplanetlilər insan təkamülünə müdaxil edirlər. Film Artur Klarkın "Qoruyucu" (1951) adlı qısa hekayəsindən təsirlənərək yazılsa da, Klark 1968-ci ildə filmin hekayəsini romanlaşdırmışdır. Klarkın 1953-cü ildə yazdığı "Uşaqlığın sonu" romanı da yüksəltmə konsepsiyasına malikdir. Bu romanda yadplanetlilər insanların sosial və bioloji təkamülünə müdaxilə edirlər.Kordvayner Smitin "Bəşəriyyərin instumentallığı" əsərində heyvanlar insan səviyyəsinə gətirilərək kölə kimi işlədilir.
Split
Split — Xorvatiyada şəhər. Dalmatiyanın ən böyük və ən əhəmiyyətli şəhəridir. Splitskо-Dаlmаtinskаya əyalətinin mərkəzi. Əhalisi təxminən 200.000 nəfərə yaxındır. Balkan yarımadası və Adriatik dənizinin şərq sahilində kiçik bir yarımada üzərində yerləşir. Split Xorvatiyanın Zaqrebdən sonra 2-ci böyük şəhəridir. Split Dünya YUNESKO-nun Dünya Mədəni İrsi siyahısında 3-cü əsrin sonu, 4-cü əsrin əvvəlində tikilmiş Diokletian Sarayı hesabına 1979-cu ildə girmişdir. Split şəhəri və ətrafı, tarixi tikililəri, Salona Xarabalıqları, Trogir YUNESKO şəhəri, dənizi, portu, 1700 illik Dieklotian sarayı, ticarət dükanları, kafeləri, kruiz limanı, adaları ilə Aralıq Dənizi sahilində çoxlu turistin gəldiyi bir şəhərdir. == Tarixi == Split şəhər ərazisində Aspalatos adı ilə ilk olaraq eramızdan əvvəl VII əsrdə Yunanlar tərəfindən salınıb. Sonra müxtəlif vaxtlarda İlliriya (Alban), Yunan, Roma, Bizans, Avar, Slavyan, Monqol, Venesiya, Osmanlı, Avstriya-Macarıstan, Almaniya və sair nəzarəti altında olmuşdur.
Bananlı split
Bananlı split (ing. banana split)-Amerikan mətbəxinin tipik deserti. Dondurmadan hazırlanır. == Haqqında == Klassik bananlı split təmizlənmiş bananlardan ibarətdir ki, onun üzərinə vanilli, çiyələkli, şokoladlı dondurmalar qoyulur və onu ananas, çiyələk və şokoladlı siroplar əlavə edilir. Daha sonra şirin desertin üzərinə çərəzlər əlavə edilir, qaymaq və albalı əlavə edilir.
Geriyə split
Split darvazası
Split darvazası boğazı (xorv. Splitska vrata) - Adriatik dənizi akvatoriyasında yerləşən Dalmaçiya adalarına daxil olan Şolta adasını Braj adasından ayırır. Uzunluğu 1,9 km, eni 800 metr təşkil edir. Adını yaxınlıqdakı Split şəhərinin adından götürmüşdür.
Hayduk Split FK
Hayduk (Split) — Xorvatiyanın futbol klubu
Split Beynəlxalq Aeroportu
Split Beynəlxalq Hava Limanı — Xorvatiyanın Orta Dalmasiya regionunda Split, Kaştekla, Troqir və sahil boyu şəhərlərə xidmət edən beynəlxalq hava limanı. Split Beynəlxalq Aeroportu Xorvatiyanın sərnişin dövrüyyəsinə görə ikinci ən böyük hava limamı (1 190 551 nəf. 2007 il). Hava limanı həmdə Croatia Airlinesin əlaqələndicisi funksiyasınl təşkil edir. Buradan Londan, Amsterdam, Frankfurt, Roma, Paris və digər iri şəhərlərə uçan təyyarələr eniş edir. == Aviaşirkətlər və uçuşların istiqaməti == Aeroflot (Şeremetovo Hava limanı) Air One (Roma) airberlin (Dyuseldorf) Alitalia (Air Alps ilə) (Milan-Malpensa) Austrian Airlines (Vyana) Croatia Airlines (Amsterdam, Berlin-Şenefed, Byusfell, Dubrovnik, Dyusseldorf, Frakfurt, London-Qetvik, London-Xitrou, Lion, Myunxen, Osiek, Şarl de Qoll Aeroportu, Leonardo da Vinçı adına Beynəlxalq Aeroportu, Skope, Vyana, Zaqreb, Surix) Czech Airlines (Praqa) easyJet (Bristol, Jeneva, London-Qetvik) Flybe (Birmingem) Germanwings (Berlin-Şenefeld, Köln/Bonn, Dortmunt, Hamburq, Ştutqart, Hanover) InterSky (Fridrixsxafen, Qras) Luxair (Lüksenburq) Norwegian Air Shuttle (Berqen, Oslo, Stokholm-Arlanda, Helsinki, Tronheyn, Varşava) S7 Airlines (Domodedovo Beynəlxalq Aeroportu) Scandinavian Airlines System (Stokholm-Arlanda, Qöteburq) Sterling Airlines (Kopenhagen) Thomas Cook Airlines (London-Qetvik, Mançester) == İnkişaf planları == 2007-ci ilin payızından havada limanında təmir işlərinə başlanılmışdır. Təmir işləri 2011-ci ildə başa çatdırılmışdır. Hazırda hava limanı iri terminala sahibdir. Hava limanın genişləndirilməsi üç mərhələ gerçəkləşdirilməlidir: Birinci mərhələ, 2008—2009 Perron sahəsinin 45 min. m² qədər artırılması.
Yupiter məbədi (Split)
Yupiter məbədi (xorv. Jupiterov hram) — Xorvatiyanın Split şəhərində qədim Roma tanrısı Yupiterə həsr olunmuş məbəd. Diokletina sarayının qərbində, imperiya kompleksinin mərkəzi meydanında yerləşir. Məbəd 295–305-ci illər arasında, sarayın inşası zamanı tikilmişdir və ehtimal ki, 6-cı əsrdə Vəftizçi İohanın Vəftizxanasına çevrimişdir. Məbədin girişinin qarşısında Misirdən İmperator Diokletian tərəfindən gətirilən on iki sfiksdən biri yerləşir. Şotlandiya memarı Robert Adam bu məbədi Avropanın ən gözəl abidələrindən biri hesab edirdi. == Təsviri == Yupiter məbədi 295-305 arasında Diokletina sarayı ilə birlikdə inşa edilib. Məbəd ali Roma tanrısı və Diokletinanın "ilahi atası" Yupiterə həsr olunmuşdu. Məbəd sarayın qərb, dini hissəsində yerləşir. İmperator 305-ci ildə gözlənilmədən taxtdan imtina etdi və sarayın tikintisinin dayandırılması ilə əlaqədar məbədin hissələri də yarımçıq qaldı.
Split Beynəlxalq Hava Limanı
Split Beynəlxalq Hava Limanı — Xorvatiyanın Orta Dalmasiya regionunda Split, Kaştekla, Troqir və sahil boyu şəhərlərə xidmət edən beynəlxalq hava limanı. Split Beynəlxalq Aeroportu Xorvatiyanın sərnişin dövrüyyəsinə görə ikinci ən böyük hava limamı (1 190 551 nəf. 2007 il). Hava limanı həmdə Croatia Airlinesin əlaqələndicisi funksiyasınl təşkil edir. Buradan Londan, Amsterdam, Frankfurt, Roma, Paris və digər iri şəhərlərə uçan təyyarələr eniş edir. == Aviaşirkətlər və uçuşların istiqaməti == Aeroflot (Şeremetovo Hava limanı) Air One (Roma) airberlin (Dyuseldorf) Alitalia (Air Alps ilə) (Milan-Malpensa) Austrian Airlines (Vyana) Croatia Airlines (Amsterdam, Berlin-Şenefed, Byusfell, Dubrovnik, Dyusseldorf, Frakfurt, London-Qetvik, London-Xitrou, Lion, Myunxen, Osiek, Şarl de Qoll Aeroportu, Leonardo da Vinçı adına Beynəlxalq Aeroportu, Skope, Vyana, Zaqreb, Surix) Czech Airlines (Praqa) easyJet (Bristol, Jeneva, London-Qetvik) Flybe (Birmingem) Germanwings (Berlin-Şenefeld, Köln/Bonn, Dortmunt, Hamburq, Ştutqart, Hanover) InterSky (Fridrixsxafen, Qras) Luxair (Lüksenburq) Norwegian Air Shuttle (Berqen, Oslo, Stokholm-Arlanda, Helsinki, Tronheyn, Varşava) S7 Airlines (Domodedovo Beynəlxalq Aeroportu) Scandinavian Airlines System (Stokholm-Arlanda, Qöteburq) Sterling Airlines (Kopenhagen) Thomas Cook Airlines (London-Qetvik, Mançester) == İnkişaf planları == 2007-ci ilin payızından havada limanında təmir işlərinə başlanılmışdır. Təmir işləri 2011-ci ildə başa çatdırılmışdır. Hazırda hava limanı iri terminala sahibdir. Hava limanın genişləndirilməsi üç mərhələ gerçəkləşdirilməlidir: Birinci mərhələ, 2008—2009 Perron sahəsinin 45 min. m² qədər artırılması.
Abcit
Abcit Tiflis quberniyasının Siqnax qəzasında çay adı. == Toponimkası == Abcit- Tiflis quberniyasının Siqnax qəzasında çay adı. Qədim türk dillərində av - "ov" və çit - " qamış (qarğı) alaçıq" sözlərindən ibarətdir.
Abjit
Abjit — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Abjit Balakən rayonunun Qaysa inzibati ərazi vahidində kənd. Qoyuntəpə dağının ətəyindədir. Yaşayış məntəqəsi ikinci dünya müharibəsindən sonra yaradılmışdır. Kəndin adı eyni adlı çayın adından alınmışdır. 2014-cü il məlumatına görə bu kənddə heç kim yaşamır.
Albit
Albit — mineral - Na[AlSi3O8]. == Haqqında == Plagioklazın izomorf sırasının son üzvü. Kris­tallik quruluşun nizamlanmasından asılı olaraq struktur növ müxtəlifliyi ayrılıb: yüksək albit, aşağı albit, aralıq albit. Morfoloji növləri: qəndəbənzər albit, geniş lövhəli albit, leystli albit, klevelandit. Albit qələvi metasomatitlərin, peqmatitlərin və b. süxurların əsas tərkib hissəsidir. == Albit ikiləşməsi == Albit ikiləşməsi albit qanununa tabe olan ikiləşmə. İkiləşmə oxu (010), bitişmə müstəvisi (ikiləşmə tikişi) (010). Triklinik çöl şpatlarında (turş plagio­klazlar və mikroklin) çox geniş yayılmışdır. Adətən polisintetikdir.
Aliot
Epsilon Ursae Majoris (εUMa) — Böyük Ayı bürcünün ən parlaq ulduzu. Parlaqlığı 1.76 maqnitudadır. Parlaqlığına görə Yer kürəsindən görünə bilən spektrdə ən parlaq ulduzlar arasında Günəşdən sonra 30-ci yerdədir. Hipparkos Kataloqunda HIP 62956 nömrəsi ilə qeyd olunan ulduza ənənəvi olaraq Aliot adı verilmişdir. Yer kürəsindən 81 işıq ili məsafədə yerləşir. Öz oxu ətrafında dönmə periodu 5,088 gün davam edir.
Ammit
Ammit (q.misir ꜥm-mwt , "ölüləri yeyən"; həm də Ammut və ya Ahemait olaraq tərcümə olunur) — qədim Misir mifologiyasında şirin ön hissəsi, begemotun arxa hissəsi və timsahın başı olan ilahə. Qədim misirlilərə məlum olan üç ən böyük "insan yeyən" heyvan. Cənazə tanrısı, onu "Ölüləri yeyən", " Ürək yeyən" və "Böyük ölum"də adlandırırdılar. == Təsviri == Ammit adətən timsahın başı, aslanın ön ayaqları və yuxarı bədəni (bəzən bəbir və ya pələngin yuxarı bədəni kimi də təsvir olunur) və begemotun arxa ayaqları və aşağı bədəni ilə təsvir olunur. Bu üç ölümcül yırtıcı birləşməsi onu göstərir ki, heç bir pis ruh Ammitin məhvindən xilas ola bilməz. Ammit də digər Misir tanrıları ilə birlikdə, insan öldükdən sonra onun ürəyini çəkərək təsvir edilmişdir və insanın taleyi burada həll olunur. Əgər bir insan pis hesab edilərsə, Ammit qəlbi məhv edər və insan məhv olar. Ammit Misirin yeraltı dünyası olan Duatda "ədalət tərəzisinin" yanında yaşayırdı. "İki Həqiqət Salonu"nda Anubis insanın ürəyini dəvəquşu lələyi kimi təsvir edilən, həqiqət ilahəsi Maatın tükü ilə ölşərdi (lələk tez-tez Maatın baş geyimində təsvir olunurdu). Ürəyin murdar olduğu mühakimə edilsəydi, Ammit onu yeyərdi və mühakimə olunan şəxsin Osiris və ölümsüzlüyə doğru səyahətini davam etdirməsinə icazə verilməzdi.
Apatit
Apatit — heksaqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Xlorapatit, oksoapatit, karbonatapatit və b. == Xassələri == Rəng – sarımtıl, agımtıl-yaşıl, sarımtıl-yaşıl, mavi, bənövşəyi, boz, qırmızımtıl-qəhvəyi, qəhvəyi, tüstü rəngli; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından yağlı parıltıyadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 3,2-3,4; Sərtlik – 5; Kövrəkdir; Ayrılma – {0001} və {1011} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Lüminessensiya – fosfo-ressensiya, flüoressensiya; Morfologiya – kristallar: qısa-və uzunprizmatik, nisbətən az hallarda lövhəvari, futlyaraoxşar, bəzən zonal; İkiləşmə: səciyyəvidir; Mineral aqreqatları: dənəvər, şəkərəbənzər, sıx, torpaqvari, kollomorf (kollofan) və çubuqvari əmələgəlmələr, qabıqlar, jelvaklar, gil mineralları, narın qum dənələri, kvars, kalsit və b. möhtəvilərini ehtiva edən, tez-tez rast gələn və fosforitlər adlanan incəlifli quruluşlu konkresiyalar, üzvi qalıqlar üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Apatitin genetik baxımdan ən müxtəlif yataqları içərisində əsas yeri onun maqmatik və çökmə yataqları tutur. Maqmatik apatitin böyük yığınları qələvi püskürmə süxurlarında qeyd edilir. Bəzən sənaye əhəmiyyətli miqdarda karbonatitlərdə rast gəlir. Böyük ölçülü çubuq formalı və prizmatik apatit kristalları qranit və qələvi peqmatitləri üçün səciyyəvidir. Apatitə həmçinin kontakt-metasomatik əmələgəlmələrdə, skarn tipli dəmir filizi yataqlarında, yüksək temperaturlu hidrotermal damarlarda, alp tipli damarlarda da rast gəlinir.
Apofit
Apofit — əkin sahəsində yayılıb alağa çevrilə bilən bitkilər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Apsis
Apsis (yunanca “qövs”, “yay” mənasını verir) — əsasən xristianlığın dini ziyarətgahları olan kilsələrin mehrab otağını əhatə edən yarımdairəvi və ya çoxbucaqlı, nadir hallarda düzbucaqlı bir bina elementidir. Apsislər qədim bazilikalarda memarlıq elementləri kimi geniş istifadə edilmişdir. Apsislər binanın fasadında xaricdən bükülmüş bir quruluşda ola bilərlər və ya düzbucaqlı planlı divarlarda və ya binanın içərisində sarılmış vəziyyətdə ola bilər. Apsisin damı daha çox yarı günbəz şəklindədir, lakin düz damlı apsislərin olması da mümkündür. Əsasən kilsələrin yan neflərdən, yan şapellərindən və ya apsislərindən açılan kiçik apsislərə memarlıqda apsidiol deyilir. == Tarixi və formaları == Apsislər, Yunan və Qədim Roma memarlığında dini və mülki memarlıqda yayılmış bir elementdir. Divar nişləri binanın bir hissəsini qədim memarlıqda vurğulamaq üçün istifadə edilmişdir. Nişlər bəzək məqsədləri üçün və ya heykəlləri, abidələri ucaltmaq üçün istifadə edilmişdir. Roma imperiyası dövründə tikilmiş bazilikalarda apsisin sonunda çox vaxt bir imperator heykəli olurdu. Bu səbəbdən apsislər qədim dövr memarlığında nişlərin davamı kimi qəbul edilə bilər.
Audit
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədi ilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.” Qanuna əsasən ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informasiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəaliyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfindən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür. Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir.
Avgit
Avqit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Piroksen qrupunun ən geniş yayılmış, tərkibcə mürəkkəb və dəyişkən mineralıdır: eqirin-avqit–zonal, Na2O və Fe2O3 ilə zəngin olan növ müxtəlifliyi; titan-avqit – TiO2 (4-5 %-dək), Fe2O3 və Al2O3 ilə zənginləşmiş növ müxtəlifliyi; bazaltik avqit – titan və manqanlı növ müxtəlifliyi; leyko-avqit – tərkibində az miqdarda Fe olan avqit və b. == Xassələri == Rəng – qara, yaşılımtıl-qara; Mineralın cizgisinin rəngi – açıq rəngli; bozumtul-yaşılımtıl; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffafdan şəffafadək; Sıxlıq – 3,2-3,6; Sərtlik – 5-6; Ayrılma – {110} prizma üzrə orta; Bölünmə – {100} pinakoidi üzrə çox vaxt (diallaqda) aydın; Sınıqlar – pilləli-qeyri-hamar, qabıqvari; Morfologiya – kristallar: qısa-sütunvari, lövhəli, az hallarda iynəvari, İkiləşmə: çox vaxt {001} üzrə polisintetik və {100} üzrə «qaranquş quyruğu» tipli sadə; Mineral aqreqatları: dənəvər kütlələr, püruzlar. == Mənşəyi və yayılması == Tipik maqmatik mineral olub, qabbrolarda, doleritlərdə, əsası effuziv süxurlarda–andezit, bazalt və fonolitlərdə geniş yayılmışdır. Bəzən ultraəsası süxurlarda, qələvi peqmatitlərdə, kontakt-metasomatik (fenitlər) və metamorfik (çarnokitlər) əmələgəlmələrdə qeyd edilir. Həmçinin ay süxurlarında aşkar olunmuşdur. Birlikdə rast gəldiyi minerallar: plagioklaz, ortoklaz, biotit, nefelin, maqnetit və b. Mineralın tapıldığı yerlər: İlmen və Vişnyovıye dağları, Lovozer tundraları (Rusiya); Daun (Almaniya); Siciliya və Lipar adaları (İtaliya); Overn vilayəti (Fransa). Azərbaycanda çoxsaylı məntəqələrdə rast gəlinən avqit Xəzər dənizinin Lənkəran-Astara sahil qumlarında, Dağlıq Talışda daha geniş yayılmışdır.
Dalit
Dalit (hind दलित) - Hindistanda ən aşağı silkin nümayəndəsi, bütün ictimai və dini hüquqlarda məhrum edilmiş sinif. Dalitlər bəzi mənbələrdə pariya olaraq adlandırılır. Dalit sözü hind dilində olan toxunulmazlar sözündən yaranmışdır. Aşağı sinifə mənsub olduqlarından və ən natəmiz işlərin dalitlərə həvalə olunması səbəbindən inanca görə onlara toxunmaq belə arzu edilmir. 1997-2002-ci illərdə Hindistan prezidenti olmuş Koçeril Raman Narayanan ölkə tarixində ilk dalit prezidentdir. 2017-ci ildə Hindistan prezidenti seçilmiş Ram Nath Kovind də dalitdir.
Eolit
Eolit (yun. ἔως – sübh çağı, dan şәfәqi, erkәn vә λίθος – daş sözündәn) – Nə vaxtsa hesab edilirdi ki, eolitlər ən qədim daş alətlər olub, amma indi hesab edilir ki, bunlar geofaktlardır (buzlaşma kimi tamamilə təbii geoloji proseslərin nəticəsində alınmış daş fraqmentlərdir). Eolitlərin tamamilə təbii mənşəyini göstərən daha çox sübutlar aşkar edilmişdir. == Biblioqrafiya == O'Connor, A. ‘Geology, archaeology, and ‘the raging vortex of the “eolith” controversy’, Proceedings of the Geologists' Association, 114 (2003). Terry Harrison (anthropologist), "Eoliths", in H. James Birx (ed), Encyclopedia of Anthropology (Sage, 2006). Roy Frank Ellen, "The Eolith Debate, Evolutionist Anthropology and the Oxford Connection Between 1880 and 1940," History and Anthropology, 22,3 (2011), 277-306.
Halit
Halit (daş duz) NaCl — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, ağ, sarı, qırmızımtıl, qara, rəngi çox vaxt qarışıqlardan asılı olub, qeyri-müntəzəm, bəzən zonal xarakter daşıyır; Güclü deformasiyaya uğramış, yaxud silvinlə (KCl) sıx assosiasiya təşkil edən halit çox vaxt xal-xal rəngə boyanır. Bu, güman ki, K40-un və adətən onunla bağlı olan Rb87-un radioaktivliyi ilə əlaqədardır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə (təzə sınıqlarda), yağlı, ipəyi; Şəffaflıq – şəffaf, yaxud yarımşəffaf; Sıxlıq – 2,1-2,2; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – kub {100} üzrə mükəmməl, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvarı; Başqa xassələr – çox yüksək istilikkeçirmə; zəif elektrikkeçirmə; suda asan həllolma; hidroskopiklik; şor dad; Morfologiya – kristallar: heksaedrik, bəzən oktaedrik, nisbətən az hallarda – sütunvari, tez-tez kristallik «qayıqcıq»lar; kub üzlərində çox vaxt qıfaoxşar pilləli oyuqlar olur; İkiləşmə: {111} üzrə nadir rast gəlir; Mineral aqreqatları: xırda dənəlidən nəhəngdənəliyədək massiv əmələgəlmələr, sıx lifli, ovuntulu kütlələr, bəzən stalaktit və stalaqmitlər, sızmalar, druzalar, nazik təbəqəçiklər. == Mənşəyi və yayılması == Tipik xemogen mineral olub, dəniz və şor göl sularının buxarlanması nəticəsində doymuş məhlullardan çökür. Çox vaxt əhəngdaşlarının, dolomitlərin və başqa çökmə süxurların içərisində qalın laylar təşkil edir. Duz laylarının böyük dərinliklərdə plastik deformasiyası və onların tez-tez üstdə yatan süxurlara daxil olması ilə duz günbəzlərinin əmələ gəlməsi əlaqədardır. İsti, quru iqlim şəraitində qapalı duzlu hövzələrin dibində özüçökən ovuntulu duz əmələgəlmələrinin kristalları toplanır. Bəzən halit sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında müşahidə edilir. Mineralın nazik təbəqəcikləri başqa duzlarla birlikdə səhra və çöl rayonlarında torpaq səthində şoranlıq əmələ gətirir.
Hoplit
Hoplit (yun. ὁπλίτης - "oplon") — eramızdan əvvəl 8-ci əsrdə Qədim Yunanıstanda meydana çıxan ağır piyada sinfinin döyüşçülərinə verilən addır. Hoplitlər elit və zirehli Yunan nizə piyadalarıdır. O, nizə piyadaları ilə eyni üstünlüklərə və çatışmazlıqlara malikdir, lakin daha güclü müdafiə qabiliyyətinə malikdir. Bununla belə, zirehlərinə və tutmalı olduqları mövqeyə görə, döyüş zamanı Nizəçilər ilə müqayisədə daha yavaş hərəkət edirlər. Falanks qaydasında (konvergent nizam) döyüşmək üçün silahlanmış Hoplitlər dizliklər, döş nişanları və dəbilqələr taxırdılar. Hər üç zireh bir və ya iki qat camış dərisindən və ya tuncdan hazırlanmışdı. Hoplitlər çiyinlərinə asılmış enli, dairəvi qalxan, uzun tunc sivri nizə (3,5-4 metr) və çiynindən asılmış tunc qılıncla silahlanmışlar. Daha sonra dərini at sidiyi ilə bərkitmə texnikası tətbiq olundu. Hoplitin silah komplektinə böyük dörtkünc qalxan, qılınc, dəbilqə və zireh daxil idi.
Kilit
Kilit — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Coğrafi mövqeyi == Rayonun mərkəzindən 16 km cənub şərqdə, Naxçıvan-Bakı dəmir yolunun sol tərəfində, Zəngəzur silsiləsinin ətəyindədir. == Tarixi == Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən Ordubadın Qorçevan kəndində Naxçıvan MSSR-in 9 kəndi sırasında əkin yerləri və otlaqları ilə birlikdə qanunsuz olaraq Ermənistan SSR-ə birləşdirildi. Bundan əlavə Qorçevan ermənilərin hələ 1921-ci ildən icarəyə götürdükləri, 1923-cü ildən zorakılıqla sahibləndikləri Kilit kəndi torpaqlarının bir hissəsi də bu respublikaya qatıldı. 1992-ci ildə erməni silahlı quldurlarının basqınları nəticəsində əhalisi Ordubad rayonunun müxtəlif yerlərinə köçmüşdür. Hər tərəfdən sıldırım yamaclı dağ və dərələrlə əhatə olunan Kilit kəndinin cənub şərqində karst mağarası mövcuddur (mağaranın dəhliz və salonlarında stalaktik və stalaqmitlər var). Mağaraların girəcəyində aşkar edilmiş mədəni təbəqə qalıqları onların qədim insan məskənləri olduğunu göstərir. Kilit yaxınlığında Ül dərəsi adlı yerdə orta əsrlərə aid yaşayış yerinin qalıqları və qəbir abidələri aşkar edilmişdir.
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. == Xəstəliyin əlamətləri == Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempraturXəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
Lilit
Lilit (ivr. ‏לילית‏‎; lilit, və ya lilith) — yəhudi mifologiyasında xarakter, ilk dəfə Babil Talmudda aşkar olunmuşdur. Mesopotamiya mətnlərində Lilit əksər hallarda şeytan qadın sinfi (Līlīṯu) ilə əlaqəli göstərilir. Yəhudilər Liliti şər qüvvə hesab edirlər. Yəhudi folkloruna görə üç mələk Liliti məcbur etdilər ki, üstündə o üç mələyin (Sanvi, Sansanvi və Semanqelaf) adları yazılmış gözmuncuğu taxmış ana və uşaqlara zərər verməyəcəyinə dair and içsin.Ben Sira əlifbası Lilitin Adəmin birinci həyat yoldaşı olduğunu bildirən ilk kitabdır. Bu ideya Yaradılış kitabında olan ikiqat ayələrin şərhinə dayanır. Tövratın ilk hissəsi olan Yaradılışın birinci Babında Adəm ilə birlikdə bir dişi yaradıldığından bəhs edilir, ikinci hissədə isə Adəmin qabırğa sümüyündən bir dişi yaradıldığı yazılmışdır. İnanca görə Lilit Adəm ilə eyni zamanda və eyni anda yaradıldığına görə Adəm ilə bərabər olduğu fikrində idi, bu səbəbdən də Adəmə tabe olmağı şiddətlə rədd etmişdi, tanrıya qarşı çıxmış və cənnətdən uzaqlaşdırılmışdı. Bundan sonra tanrı Adəmin qabırğa sümüyündən Həvvanı yaradır. Həvva kişisinin bir parçasından yaradıldığına görə ona tabe olur.
Pelit
Pelit — <0,001 mm və ya <0,005 mm ölçülü hissəciklərdən təşkil olunmuş (mənşəyi və tərkibliindən asılı olmayaraq) çökmə süxurların ümumi adı. Hissəciklərinin ölçüləri <0,01 mm-dən kiçik olan dib çöküntüləri (lillər) də pelit adlanır. Pelit fraksiyası çökmə süxurların və dib çöküntülərinin ölçüləri <0,01 mm hissəciklərdən ibarət olan fraksiyası. Pelit quruluş çox kiçik ölçülü (<0,01 mm) hissəciklərindən (95%-dən çox) ibarət çökmə süxur quruluşu; gil və gil şistləri, argillit və mergellər, vulkanik tuflar və bəzi klastik süxurlar üçün səciyyəvidir. Pelitləşmə — kaliumlu çöl şpatlarının epimaqmatik proseslər, yaxud aşınma nəticəsində dəyişilməsinin ilk mərhələsi. Nəticədə pelit (kaolin və b.) yaranır, minerallar şəffavlığını itirir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Splin
Splin - Rusiyanın rok qrupudur. == Yaranma tarixi == 1994-cü ildə Vasilyev-Morozov-Rostovskiy triosuna 2 musiqiçicinin də - Stas Berezovskiy və Andrey Lısov`un da daxil olması ilə SPLİN qrupu rəsmi olaraq yaranır... 1987-ci ildə Vasilyev ləqəbi Morris olan Morozovla tanış olur.. İlk zamanlar Morozovun evində çox da peşəkar olmayan mikrofon və maqnitofondan istifadə edərək mahnılar yazmağa başlayırlar..Beləliklə, "Mitra" qrupu yaranır.. Qrupun tərkibində Vasilyev və Morozovdan başqa bir neçə musiqiçi də olur.. Onlar Piter rok-klubuna daxil olmaq istəyirdilər, lakin dinləməni keçmədilər..1988-ci ildə Splin qrupunun lideri əsgərliyə gedir.. Orada da mahnılar yazmağa davam edir..Bu mahnıların da bəziləri "Pılnaya Bıl" albomunda yer alıb.. 1993-cü ildə Vasilyevlə Morris Buff teatrında işləməyə başlayır, məhz burada da onlar pianist Nikolay Rostovskiy ilə 10000 tirajla yox olan "Pılnaya Bıl" albomunu doldururlar.. Bu zaman da Splin qrupu yaranmağa başlayır.. Bu zamanlar da elə gitarist Stas Berezovskiy və zərbçi Andrey Lısov tərkibə daxil olur..Bu heyətlə onlar 3 albom doldururlar : Коллекционер Оружия (1996), Фонарь Под Глазом (1997), Гранатовый Альбом (1998)...
Aclıq
Aclıq — orqanizmi qida axtarmağa və qəbul etməyə vadar edən fizioloji vəziyyət. Bu hal mədə nahiyəsində baş verən xoşagəlməz hissiyyatla özünü büruzə verir. Aclıq beynin böyük yarımkürələri qabığı, hipotalamus və retikulyar formasiyanın müəyyən törəmələrindən ibarət funksional sistemin fəaliyyəti ilə əlaqədardır. İ.P.Pavlov bu sistemi "qida mərkəzi" adlandırmışdır. Sonuncu aclıq hissiyyatını yaratmaqla (aclığın subyektiv əlaməti) və orqanizmi qida axtarmağa məcbur etməklə (aclığın obyektiv əlaməti) bərabər həzm prosesinin reflektor və humoral tənzimini də təmin edir. Qida mərkəzinin varlığı onunla isbat edilir ki, heyvanda hipotalamus və retikulyar formasiya nüvələrindəi bəzilərinin qıcıqlanması iştahnın artmasına (acgözlüyə), digərlərinin qıcıqlanması isə iştahsızlığa səbəb olur. Aclığın fizioloji mexanizmi barəsində iki nəzəriyyə var. Bunlardan biri aclıq hissiyyatının səbəbini qanda qida maddələrinin azalması ilə, digəri isə aclıq zamanı həzm orqanları reseptorlarının qıcıqlanması ilə izah edir. == Kütləvi aclıq == Kütləvi aclıq – regionda uzun müddət ərzaq çatışmazlığından yaranan və əhalinin kütləvi ölümünə səbəb olan sosial fəlakət. Aclıq-ın mütləq və nisbi formaları mövcuddur.
Ayzıt
Hapıt
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi. == Toponimikası == Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd.
İllit
Hidromikalar - minerallar, H3O, OH, H2O ilə zənginləşmiş mikalar: hidrobiotit, hidromuskovit, hidrofloqopit, illit. Hidromikalar tərkib və xassələrinə görə biotit, muskovit və vermikulitin arasında aralıq mövqe tutur. Vermikulitə nisbətən daha yaxşı köpürlər. Gillərin adi komponentləri, dəniz və kontinental çöküntülərin terrigen və autigen minerallarıdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
İprit
İprit (kimyəvi adı: dixlordietilsulfid) — İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd – qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir. Xüsusi çəkisi 1,3 q/sm3 , qaynama temperaturu 2170 °C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir. == Toksiki xassələri == İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4–24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2–3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3–5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur. Əgər iprit buxarları gözə düşərsə, 2–4 saatdan sonra gözlərin şişməsi, göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması halları baş verir. İprit buxarları tənəffüs yollarına düşdükdə 4–12 saatdan sonra zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur.