Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Day After Day
Day After Day (azərb. Günbəgün‎) — 2008 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdikləri mahnı. Mahnının sözləri Zəhra Bədəlbəylinin, musiqisi isə Gövhər Həsənzadənindir. "Day After Day" mahnısı fevralın 2-də Azərbaycanın Avroviziya təmsilçisinin seçilməsi üçün təşkil olunan "Odlar Yurdu" adlanan konsert proqramında ifa olundu. Mahnıda şər və xeyir qüvvənin mübarizəsi və bu mübarizədə xeyir qüvvənin şər qüvvə üzərində qələbə qazanması əks olunur. Bu mahnı ilə Azərbaycan Avroviziyada debüt etdi. Yarımfinal mərhələsində Elnurla Samir yeddinci nömrə altında bu mahnını ifa etdilər və 19 mahnl arasında 66 xalla 6-cı yeri tutaraq finala yüksəldi. Finalda bu mahnı 20-ci nömrədə ifa olundu və yekunda finalda yarışan 25 mahnı arasında 132 xalla 8-ci oldu.
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
B'Day
B'Day – Beyonsenin ikinci studio albomudur.
Day.az
Day.az — 2003-cü ildən fəaliyyət göstərən Azərbaycan informasiya saytı. Sayt rus dilində fəaliyyət göstərir. 2009-cu ilin fevral ayına qədər saytın sahibi Anar Məmmədxanov, baş redaktoru Elnur Baimov olub. 11 avqust 2008-ci ildə, səhər saatlarında Day.az və "anspress.com" saytlarının informasiya serveri Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə rus xakerləri tərəfindən dağıdılsa da, axşama yaxın serverlərin işini bərpa etmək mümkün olmuşdur. Xakerlərin məqsədi Rusiya-Gürcüstan müharibəsinə aid informasiya saytlarının bloklanması olub. 2009-cu il fevralın 18-də saytda layihələrin fəaliyyəti dayanıb. Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, daha sonra layihələrin fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verilib. Lakin fevralın 24-də layihənin satıldığı məlum olub. Saytın təsisçisi Anar Məmmədxanov portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah edib. Azərbaycan xəbər saytlarının siyahısı Trend İnformasiya Agentliyi AzerNews Day.az "Anar Məmmədxanlı Day.Az-ın satıldığını xəbər verib" (az.).
Green Day
Green Day – ABŞ punk rok qrupu. Green Day 1986-cı ildə uşaqlıq yoldaşı olan Billi Co Armstonq (gitara, vokal) , Mike Dirnt (bas) və Tre Cool (baraban) tərəfindən 1986-cı ildə "Sweet Children" adı altında Kaliforniyada quruldu. 1989-cu ildə qrup "1,000 Hours" adlı ilk EPlərini çıxardıqdan sonra 1990-cı ildə "Smooth Out Slappy Hour" adlı albomlarını bazara sürdü. Əsas səs gətirən albomları 1992-ci ildə çıxardıqları ikinci albom "Kerplunk!" ilə oldu və qrup Amerikada underground radiolarda bir nömrəyə yüksəldi. 1994-cü ilə gəlindiyində "Dookie" albomuyla yükləlişləri fərqli bir təcil qazandı. Albomda iştirak edən "Longview" parçası siyahılarda yüksəlməyə başladı və bir müddət sonra Top 40 siyahısının zirvəsində iştirak etdi. Daha sonra parçanın videosuyla MTV Video Musiqi Mükafatlarında 3 budaqda namizəd göstərildi. "Dookie" iki dənə platin val mükafatı al/götürərkən qrup, Rolling Stone jurnalının etdiyi ən yaxşı yeni qrup sıralamasında ən çox səs ver birinci oldu. Bu albomda iştirak edən "When I Come Around" adlı parça 1995-ci ildə Top 10 siyahılarında 1 nömrəyə yüksəldi. Eyni il Green Day "Dookie" albomuyla "Ən Yaxşı Alternativ Musiqi Performansı" kateqoriyasında Grammy Mükafatı al/götürdü.
Kao Day
Bao-day
Bao-day (vyet. Bảo Đại, tı-nom 保大, qüdrətin keşikçisi) və ya Bao-day-de (vyet. Bảo-đại đế, tı-nom 保大帝), əsl adı Nquyen Fuk və ya Fuk Vin Thyui (vyet. Nguyễn Phúc/Phước Vĩnh Thụy, tı-nom 阮福永瑞) (22 oktyabr 1913[…], Hyue, Annam (Fransa protektoratı), Fransa Hind-Çini – 30 iyul 1997, 31 iyul 1997[…] və ya 1 avqust 1997, Paris) — Nquyen sülaləsinin 13-cü imperatoru, Vyetnamın sonuncu imperatoru, yaponiyapərəst kukla dövləti olan Vyetnam imperiyasının və Fransa tərəfdarı olan kukla Vyetnam Dövlətinin hökmdarı. O, 1925-ci ildə atası Khay-dinin hakimiyyətindən sonra varis vəzifəsinə yüksəlmişdir. Bao-day Yaponiyanın artan təzyiqlərinə cavab olaraq 1885-ci il Fransa protektorat müqaviləsini rədd etmiş və 11 mart 1945-ci ildə həm Koxinxina, həm də Tonkini əhatə edən Vyetnamın müstəqilliyini təntənəli şəkildə elan etmişdir. Bununla belə, Yaponiyanın məğlubiyyəti və sonradan Ho Şi Min tərəfindən Vyetnam Respublikasının elan edilməsi səbəbindən 20 sentyabrda hakimiyyətdən çəkilmiş, Honkonqa sığınmışdır. 1949-cu ildə fransızların dəstəyi ilə ona Vyetnam Dövlətinin başçısı adı verilmişdir. O, əhəmiyyətli siyasi dəstək almamış və nəhayət Fransaya köçmüşdür. 1955-ci ildə Nqo Din Zyem tərəfindən təşkil edilən referendum ilə taxtdan daimi olaraq devrilmiş və onun hakimiyyəti qəti şəkildə sona çatmışdır.
Bao Day
Bao-day (vyet. Bảo Đại, tı-nom 保大, qüdrətin keşikçisi) və ya Bao-day-de (vyet. Bảo-đại đế, tı-nom 保大帝), əsl adı Nquyen Fuk və ya Fuk Vin Thyui (vyet. Nguyễn Phúc/Phước Vĩnh Thụy, tı-nom 阮福永瑞) (22 oktyabr 1913[…], Hyue, Annam (Fransa protektoratı), Fransa Hind-Çini – 30 iyul 1997, 31 iyul 1997[…] və ya 1 avqust 1997, Paris) — Nquyen sülaləsinin 13-cü imperatoru, Vyetnamın sonuncu imperatoru, yaponiyapərəst kukla dövləti olan Vyetnam imperiyasının və Fransa tərəfdarı olan kukla Vyetnam Dövlətinin hökmdarı. O, 1925-ci ildə atası Khay-dinin hakimiyyətindən sonra varis vəzifəsinə yüksəlmişdir. Bao-day Yaponiyanın artan təzyiqlərinə cavab olaraq 1885-ci il Fransa protektorat müqaviləsini rədd etmiş və 11 mart 1945-ci ildə həm Koxinxina, həm də Tonkini əhatə edən Vyetnamın müstəqilliyini təntənəli şəkildə elan etmişdir. Bununla belə, Yaponiyanın məğlubiyyəti və sonradan Ho Şi Min tərəfindən Vyetnam Respublikasının elan edilməsi səbəbindən 20 sentyabrda hakimiyyətdən çəkilmiş, Honkonqa sığınmışdır. 1949-cu ildə fransızların dəstəyi ilə ona Vyetnam Dövlətinin başçısı adı verilmişdir. O, əhəmiyyətli siyasi dəstək almamış və nəhayət Fransaya köçmüşdür. 1955-ci ildə Nqo Din Zyem tərəfindən təşkil edilən referendum ilə taxtdan daimi olaraq devrilmiş və onun hakimiyyəti qəti şəkildə sona çatmışdır.
Your Lie in April
Your Lie in April, Yaponiyada tanınan adı ilə Shigatsu wa Kimi no Uso (四月は君の嘘?, azərb. Sənin aprel yalanın‎) və ya Kimiuso — Naoşi Arakava tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası 2011-ci ilin aprelindən 2015-ci ilin mayına qədər Kodansha nəşriyyatının "Monthly Shōnen Magazine" jurnalında nəşr olunmuşdur. A-1 Pictures tərəfindən çəkilmiş anime adaptasiyası 2014-cü ilin oktyabrından 2015-ci ilin martına qədər Fuji TV-nin noitaminA bloku vasitəsilə yayımlanmışdır. Film adaptasiyasının 2016-cı ilin sentyabrında ekranlaşdırılması planlaşdırılır. Piano dahisi Kosey Arima yarışlarda həmişə yüksək nəticələr göstərən, uşaq musiqiçilər arasında məşhurluq qazanmış musiqiçi idi. Onun həm də müəllimi olmuş anasının ölümündən sonra Arima 11 yaşından psixi pozuntudan əziyyət çəkməyə başlamışdır. Nəticədə, Arima eşitmə qabiliyyətinin əla olmasına baxmayaraq çaldığı pianonun səsini eşitməməkdədir. İki il müddətində Kosey pianoya toxunmur və dünyaya baxışı monoxrom, rəngsiz qalır. O, yaxın dostları Vatari və Tsubaki ilə həyatını keçirmək taleyi ilə razılaşır.
Cherish the Day
Cherish the Day – ingilis musiqi qrupu Sadenin 1993-cü ildə çıxardığı sinql. Mahnı Sade qrupunun 1992-ci ildə çıxardığı dördüncü studio albomu olan Love Deluxe albomundan olan dördüncü və sonuncu sinqldır.
Noelani Malia Day
One Day Love
One Day Love — 1971-ci ildəki Avroviziya Mahnı Müsabiqəsinin mahnısı.
One More Day
One More Day — Gürcüstannı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Eldrine rok qruppu ifa edəcəyi mahnıdır.
Çan Day Kuanq
Çan Day Kuanq (12 oktyabr 1956 – 21 sentyabr 2018, Hanoy) — Vyetnam Sosialist Respublikasının Prezidenti (2016–2018). Çan Day Kuanq 2016-cı ildə Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilib. Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən Çan Day Kuanq, 21 sentyabr 2018-ci ildə 61 yaşında ikən müalicə aldığı hərbi hospitalda vəfat etmişdir.
Have a Nice Day
Have a Nice Day – Roxette qruppunun albomudur.
The Day After Tomorrow
Birisigün (ing. The Day After Tomorrow) — 2004-cü il ABŞ istehsalı elmi fantastika, fəlakət filmi. Film qlobal istiləşmə və onun yarada biləcəyi problemlərdən bəhs edir. Baş rollarında Dennis Kueyd, Ceyk Cilenhol, Sela Vord, Emmi Rossum və İen Holm çəkilmişlər. 20thcenturystudios.com/movies/the-day-after-tomorrow — Birisigün rəsmi saytı The Day After Tomorrow — Internet Movie Database saytında.
Working Day and Night
Working Day and Night — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
My Lucky Day (DoReDos mahnısı)
My Lucky Day (azərb. Mənim uğurlu günüm‎) — Moldovanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. DoReDos qrupu "My Lucky Day" mahnısı ilə Moldovanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı rus müğənni və bəstəkar Filipp Kirkorov və 2013-cü ildə Azərbaycanın, 2014 və 2016-cı illərdə Rusiyanın və 2017-ci ildə Yunanıstanın Avroviziya mahnıları üzərində işləyən söz yazarı Con Ballard tərəfindən bəstələnmişdir.
Terminator 2: Judgment Day (videooyun)
Terminator 2: Judgment Day — 1991-ci ildə "action" janrında yaradılan macəra oyunudur. Gələcək zamanda "Skaynet" adlı super kompüter sistemi idarədən çıxır və bu da robotların insanlarla müharibə etməsinə səbəb olur. Con Konnor insanların robotlara qarşı müharibəyə etmək üçün onları davamlı olaraq silahlandırır və onlara doğru istiqamət görsədir. Lakin "Skaynet" sistemi Con Konnoru öldürmək üçün T-1000 robotunu keçmişə göndərir. Bu zaman Con Konnor həmin robota qarşı keçmişə T-800 robotunu göndərir. Müxtəlif macəralardan sonra T-1000 robotu məhv edilir.
A Hard Day's Night (albom)
A Hard Day's Night — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu.
Terminator 2: Judgment Day (video oyun)
Terminator 2: Judgment Day — 1991-ci ildə "action" janrında yaradılan macəra oyunudur. Gələcək zamanda "Skaynet" adlı super kompüter sistemi idarədən çıxır və bu da robotların insanlarla müharibə etməsinə səbəb olur. Con Konnor insanların robotlara qarşı müharibəyə etmək üçün onları davamlı olaraq silahlandırır və onlara doğru istiqamət görsədir. Lakin "Skaynet" sistemi Con Konnoru öldürmək üçün T-1000 robotunu keçmişə göndərir. Bu zaman Con Konnor həmin robota qarşı keçmişə T-800 robotunu göndərir. Müxtəlif macəralardan sonra T-1000 robotu məhv edilir.
Anohana: The Flower We Saw That Day
Anohana: The Flower We Saw That Day (azərb. Anohana: Həmin gün gördüyümüz çiçək‎), Yaponiyada tanınan adı ilə Ano Hi Mita Hana no Namae wo Bokutachi wa Mada Shiranai. (あの日見た花の名前を僕達はまだ知らない。, "Biz hələ də həmin gün gördüyümüz çiçəyin adını bilmirik.") — Tatsuyuki Naqayın rejissorluğu ilə 2011-ci ildə A-1 Pictures studiyası tərəfindən çəkilmiş 11 seriyalıq anime serialı. Fuji TV-nin NoitaminA bloku vasitəsilə 2011-ci ilin aprelindən iyununa kimi yayımlanmışdır. Şimali Amerikada NIS America tərəfindən lisenziyalaşdırılmışdır. 31 avqust 2013-cü ildə Yaponiyada anime filminin premyerası baş tutmuşdur.
Terminator 2: Judgment Day (video oyun, 1991)
Terminator 2: Judgment Day — 1991-ci ildə "action" janrında yaradılan macəra oyunudur. Gələcək zamanda "Skaynet" adlı super kompüter sistemi idarədən çıxır və bu da robotların insanlarla müharibə etməsinə səbəb olur. Con Konnor insanların robotlara qarşı müharibəyə etmək üçün onları davamlı olaraq silahlandırır və onlara doğru istiqamət görsədir. Lakin "Skaynet" sistemi Con Konnoru öldürmək üçün T-1000 robotunu keçmişə göndərir. Bu zaman Con Konnor həmin robota qarşı keçmişə T-800 robotunu göndərir. Müxtəlif macəralardan sonra T-1000 robotu məhv edilir.
May-Tay
May-tay rom, kürasao, orşad siropu və təzə sıxılmış laym şirəsindən hazırlanan kokteyldir. Tiki mədəniyyətinin xarakterik kokteyllərindən biridir. Mütəmadi içki kimi təsnif edilir və Beynəlxalq Barmenlər Assosiasiyasının (İBA) “Müasir klassiklər” kateqoriyasında rəsmi kokteyllərindən biridir. Viktor J. Bergeron 1944-cü ildə Oklend, Kaliforniya, ABŞ-da yerləşən "Trader Vic's" restoranında May-tay icad etdiyini iddia etdi. "Treyder Vic"-in sələfi "Donn Beach", bunun əvəzinə ilk dəfə 1933-cü ildə yaratdığını iddia etdi, baxmayaraq ki, uzun müddətdir ki, həmkarı Beach əslində May-tayın onun QB Cooler kokteylinə əsaslandığını iddia etdiyini söylədi. Don the Beachcomber-in resepti Vic-dən daha mürəkkəbdir və bəziləri onun dadının tamamilə fərqli olduğuna inanır. Digərləri hesab edir ki, inqrediyentlərdəki fərqə baxmayaraq, QB Cooler dadı olduqca oxşardır. May-tay 1953-cü ildə Bergeron Matson Company otelləri Royal Hawaiian Hotel və Moana Hotel üçün kokteyl menyusu yaratdıqda Havayda təqdim edildi. Kokteyl hitə çevrildi və 1959-cu ildə "ən yaxşı turist cəlbedici" adlandırıldı. Sonrakı illərdə, ananas, portağal şirəsi və tünd rom Havayda istehsal olunan "May-tayda geniş istifadə olunmağa başladı.
Tool
Tool — Qremmi mükafatı almış alternativ metal qrupu. 1990-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılmışdır. Bu tarixdən bəri qrup üzvləri barabanda Denni Keri, gitarada Adam Cons və vokalda Meynerd Ceyms Kinendir. Hazırkı gitarist 1995-ci ildən bəri qrupda yer alan Castin Kanselordur. "Tool" qrupu sadəcə ABŞ-də təqribən 9.25 milyon albom satmağa nail olmuşdur. Tool ilk albomları olan Undertowda metal tərzində, treş metal tərzinin hegemon olduğu müddətdə, daha sonra 1996-cı ildə ikinci albomları olan "Aenima" ilə alternativ metalın zirvəsinə çatdılar. Qrup əsasən proqressiv rok və art rok tərzinin sərhədlərini keçmiş kimi tanınır.
Aprel
Aprel — Qriqori təqvimi ilə ilin dördüncü ayıdır. 30 gündən ibarətdir. Yaz fəslinin ikinci ayıdır. Aprel ayı gözəllik və bahar ilahəsi olan Afroditanın adı ilə bağlıdı.r XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə neysan (نئی‌سان) adlandırılmışdır.
Golden Foot
Beynəlxalq futbol mükafatı olan Qızıl Ayaq futbol liqalarında mövsüm ərzində ən parlaq çıxış etmiş və şəxsi keyfiyyətləri nəzərə alınaraq sahibinə təqdim edilən mükafatdır. Mükafatın təqdim olunduğu futbolçu ən azı 28 yaşında olmalıdır və bu ona yalnız bir dəfə təqdim edilə bilər. Mükafata namizəd 10 futbolçu ilk öncə 28 yaş kriteriyası və hələdə oynaması nəzərə alınmaqla beynəlxalq jurnalistlər tərəfindən seçilir. Daha sonra isə səsvermə internet üzərində səsvermə yolu ilə keçirilir ki, burada da hər kəs iştirak edə bilər. Mükafatın qalibi qəlib üzərində öz ayaq izini "The Champions Promenade" adlanan yerdə həkk edir. Bu məkan Monako knyazlığında yerləşir. 2009-cu ildən başlayaraq Qızıl Ayaq tədbirində xeyriyyə tədbiri təşkil edilməkdədir. Auksion tədbirin baş tutduğu Paris otelində keçirilir və burada QİÇS əleyhinə pul toplanır.
Tre Cool
Tre Kul (əsl adı Frenk Edvin Rayt III) Green Day qrupunun təbilçisi və qrupun ən cavan üzvüdür. O, 1972-ci ilin 9 dekabrında Frankfurt, Almaniyada anadan olmuşdur. Lakin o, Kaliforniyanın Villits şəhərində atası və 2 böyük bacısı ilə yaşayırdı. Trenin 12 yaşı olanda onun qonşusu — Lourens Livmor onu The Lookout qrupuna dəvət edib Frenkə yeni ləqəb yəni "Tre Coll" ləqəbini verir. Green Day qrupunun 1-ci turnesindən sonra Al Sobrante kollecdə oxumaq üçün qrupu tərk edir. Onun yerinə də Tre gəlir. Trenin Ramona adlı qızı var (1995-ci ilin yanvar ayında anadan olub). Ramona doğulandan 2 ay sonra Tre uşağın anası olan Lize Lions ilə evlənir. Sonra onlar ayrıldılar. 2000-ci ildə Tre Klaudia adlı qadın ilə evlənir.
Foot job
Footjob — kişi cinsindən olan şəxsin cinsiyyət orqanına başqa birinin ayağından istifadə edərək həyata keçirilən cinsi əlaqə növüdür. Hənd cobun ayaqlarla edilən formasıdır. Məqsədi edilən şəxsə orqazm həzzini yaşatmaq və həmin insanın boşalmasıdır. Fut cobu adətən qadınlar cinsi partnyorunun cinsiyyət orqanına edirlər. Gey kişilər tərəfindən də bir-birlərinə fut cob edilir. Ayaqların köməyi ilə birinin penisi sığallanır, oynanılır, masaj edilir və ya ayaqlar ilə sürtülür; bu formada cinsiyyət orqanı ilə oynanılan şəxsin cinsi həyəcan, oyanma və ya orqazm yaşaması təmin edilir. Boşalma da tez-tez ayağın yuxarı hissəsinə edilir. Bu, ayaq fetişinin mühüm bir hissəsidir. Müxtəlif hallarda fut cob termini həm də partnyorun döşlərini və ya vulvasını sığallamaq üçün kişinin ayaqlarından və ya ayaq barmaqlarından istifadə etməsi hərəkətinə də verilən ad ola bilər. Fut cob tələbi ilə əlaqədar olaraq, porno sənayesində fəaliyyət göstərən şirkətlər yalnız fut cob ehtiva edən xüsusi serialar və videolar çəkirlər.
Mm..Food
Mm..Food — Britaniya-ABŞ repçisi MF Doom(en)-un beşinci studiya albomu. 16 noyabr 2004-cü ildə Rhymesayers tərəfindən buraxılıb.
Eker-ool Keçil-ool
Eker-ool Keçil-ool (tuvaca: Экер-оол Түлүшевич Кечил-оол , d. 1 dekabr 1934 – 9 mart 2000) – tuvalı şair, yazıçı və tərcüməçi. Keçil-ool 1934-cü ilin 1 dekabr tarixində Tuvanın Uluq-Hem bölgəsinin Ak-Hemə bağlı Ak-Kojagar kəndində anadan olmuşdur. Çaa-Höldə 7 illik orta təhsil müəssisəsini, sonra da Kızıl şəhərindəki Müəllim Məktəbini, ardıyca da, Kızıl şəhərindəki Müəllimlik İnistitutunu bitirmişdir. Süt-Höl bölgəsinin məktəblərində müəllimlik etmişdir. Tuva gəncləri mənasına gələn "Tuvanın anıyaktarı" qəzetində müxbirlik etmiş, həqiqət mənasına gələn "Şın" qəzetində ədəbi yazıları ilə məşhurlaşmışdır. İlk kitabı çiçəklərim mənasına gələn "Çeçekterim" adı ilə şerlər antologiyası 1967-ci ildə əşr edilmişdir. Bu əsər 1993-cü ildə təkrar nəşr edilmişdir. Sonrakı illərdə "Deerde pakusta" (1970), "Çarış adın munqanım" (1973), "Höglüg çay" (1975), rusca nəşr edilən "Ujar tıvızık" (1977), "Meen olçam" (1981), "Ekii, hünüm!" (1983), "Devideen ada" (1998) adlı kitabları nəşr edilmişdir. Bir çox rus müəllifin əsərlərini Tuva dilinə tərcümə etmişdir.
10 aprel
10 aprel — Qriqorian təqvimində ilin 100-cü günü. (uzun ildə 101-ci) Bu tarixdə ilin sonuna 265 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 mart tarixinə uyğun gəlir. 1815 — Tambora vulkanı iyulun 15-dək davam edən üç aylıq püskürməyə başlayıb. Püskürmə nəticəsində 71.000 nəfər həlak olmuşdur. 1970 — Pol Makkartni şəxsi və peşəkar səbəblərə görə The Beatles-dan ayrıldığını elan edib. 1994 — Nigeriya milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2010 — Polşa Hərbi Hava Qüvvələrinə məxsus Tu-154M təyyarəsi Rusiyanın Smolensk yaxınlığında qəzaya uğramışdır. 2020 — Yəməndə ilk dəfə COVID-19 qeydə alınıb. 1922 — Suraxanı neft mədənlərində yanğın baş vermişdir.
11 aprel
11 aprel — Qriqorian təqvimində ilin 101-ci günü. (uzun ildə 102-ci) Bu tarixdə ilin sonuna 264 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 mart tarixinə uyğun gəlir. 1961 — Yerusəlimdə Adolf Eyxmanın məhkəməsi başlayıb. 1979 — Uqanda diktatoru İdi Amin devrilib. 2006 — İran prezidenti Mahmud Əhmədinejad İranın uranı uğurla zənginləşdirdiyi iddia edib. 2011 — Minsk metrosunda terror aktı törədilib. 2018 — Azərbaycanda Prezident seçkiləri keçirilib.
13 aprel
13 aprel — Qriqorian təqvimində ilin 103-cü günü. (uzun ildə 104-cü) Bu tarixdə ilin sonuna 262 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 31 mart tarixinə uyğun gəlir. 1870 — Nyu-Yorkda Metropoliten muzeyi təsis alınıb.
14 aprel
14 aprel — Qriqorian təqvimində ilin 104-cü günü. (uzun ildə 105-ci) Bu tarixdə ilin sonuna 261 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 aprel tarixinə uyğun gəlir. 1912 — Britaniya sərnişin layneri RMS Titanic Şimali Atlantikada saat 23:40-də (15 aprel səhəri batır) aysberqə çırpılıb. 1986 — İndiyə qədər qeydə alınmış ən ağır dolu (1 kiloqram) Banqladeşin Qopalqanc bölgəsinə yağaraq 92 nəfərin ölümünə səbəb olub. 1988 — İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının mərasimində Sovet İttifaqı qoşunlarını Əfqanıstandan çıxarmağa söz verən saziş imzaladı. 2003 — İnsan genomu layihəsi insan genomunun 99%-nin 99,99%-lik dəqiqliklə ardıcıllığı ilə tamamlanıb.
Kapril turşusu
Kapril turşusu (Oktan turşusu) С7Н15COOH - birəsaslı doymuş karbon turşusudur, yağlıtəhər rəngsiz, xoşagəlməz iyli, soyuqda kristallaşan mayedir. Kapril turşusu qliserid şəklində inək yağın tərkibində olur; Limburq pendirində, sivuş yağında (izoamil efiri şəklində) və çuğundur bəkməzində tapılmışdır; bitki yağlarından kokos yağının (6-10%), babassu palma yağının (2-8%), tukuma palma yağının (Astrocaryum vulgare) (1,3%), murumuru palma yağının (Astrocaryum murumuru) (1,1%), palma yağının (0,1%-dən az) tərkibidə vardır [2]. Olein turşusunun quru qovulması və normal oktil spirtinin oksidləşməsi zamanı əmələ gəlir. Solubility of octanoic acid in methanol Растительные масла, в которых содержится каприловая кислота [1].
Viktoriya Abril
Viktoriya Abril (ing. Victoria Abril, əsl adı Viktoriya Merida Roxas; isp. Victoria Mérida Rojas; 4 iyul 1959[…], Madrid) — İspaniya teatr və kino aktrisası. Viktoriya səkkiz yaşından bəri baletlə məşğul olur. 1975–1976-cı illərdə gənc balerina filmlərdə epizodik rollara dəvət olunmağa başlam;şdır. Nəhayət, baletdən ayrılıb aktyorluq peşəsini seçmək qərarı, qızda görkəmli ifaçılıq istedadını təxmin edən İspaniya rejissoru Visente Arandanın "Cinsi dəyişdir" (1977) filmində iştirakı ilə əlaqələndirilir. Abril Arandanın lentlərində oynadığı rollara görə tanınmışdır.
12 aprel
12 aprel — Qriqorian təqvimində ilin 102-ci günü. (uzun ildə 103-cü) Bu tarixdə ilin sonuna 263 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 mart tarixinə uyğun gəlir. 240 — I Şapur atası I Ərdəşirlə Sasanilər imperiyasının şəriki olub. 1803 — Rusiya ilə Car-Balakən camaatlığı arasında "Andlı öhdəlik" sazişi bağlanmışdır 1961 — Kosmik yarış: Sovet kosmonavtı Yuri Qaqarin kosmosa səyahət edən və Vostok 1-də ilk ekipajlı orbital uçuşu həyata keçirən ilk insan oldu. 2020 — San-Tome və Prinsipidə ilk dəfə COVID-19 qeydə alınıb. 2021 — Bakıda Hərbi Qənimətlər Parkının açılışı olmuşdur.
16 aprel
16 aprel — Qriqorian təqvimində ilin 106-cı günü. (uzun ildə 107-ci) Bu tarixdə ilin sonuna 259 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 aprel tarixinə uyğun gəlir. 1917 — Rusiya inqilabı: Vladimir Lenin İsveçrədəki sürgündən Rusiyanın Petroqrad şəhərinə qayıdıb. 2003 — Maykl Cordan Milli Basketbol Assosiasiyasında sonuncu oyununu keçirib. 1992 — Azərbaycan və Monqolustan arasında diplomatik əlaqələr qurulmuşdur. 2004 — Azərbaycan və Yunanıstan arasında diplomatik əlaqələr qurulmuşdur.
18 aprel
18 aprel — Qriqorian təqvimində ilin 108-ci günü. (uzun ildə 109-cu) Bu tarixdə ilin sonuna 257 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 aprel tarixinə uyğun gəlir. 1506 — Müqəddəs Pyotr bazilikasının təməl daşı qoyulub. 2018 — Svazilend kralı III Msvati ölkəsinin adının Esvatini olaraq dəyişəcəyini açıqladı. 1940 — Bəstəkar Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin premyerası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində baş tutmuşdur.
Say Yay!
Say Yay! (azərb. Ura de!‎) — İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Barei "Say Yay!" mahnısı ilə İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir.
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Ayrım (çay)
Ayrım — Kəlbəcər rayonu ərazisində çay. Ayrım çayı Tərtər çayının qoludur. Etnohidronimdir. XIX əsrə qədər çayın sahilində Ayrım binəsi olmuşdur. Çay öz adını həmin binənin adından almışdır. Sonralar binənin yerində Aşağı Ayrım kəndi salınmışdır. Ayrım və ya Ayrum Kiçik Qafqazda yaşamış Azərbaycanlıların qədim etnoqrafik adıdır.