Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astma
Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər. Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır. Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. Bir çox dünya alimlərinin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinçi astmatik peşəsinə görə bu xəstəliyə tutulur. == Simptomlar və gedişat == Fiziki təsirdən bir neçə dəqiqə sonra (məsələn, qışda küçədə qaçarkən soyuq və quru havanın udulmasi) astmanın simptompları üzə çıxır. Aspirin və ya bu qrupdan olan bəzi iltihab əleyhinə preparatların (panadol, kalpol və s.) qəbulundan sonra adamda aspirin astmasının simptomları baş verə bilər. Qida əlavələri də, məsələn; pivə və caxırın koservantları, sulfitlərin qəbulu astmaya səbəb ola bilərlər. Astmanın ən xarakterik simptomları: öskürək – tez-tez, əziyyətli və daimi xarakterli.
Bronxial astma
Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər. Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır. Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. Bir çox dünya alimlərinin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinçi astmatik peşəsinə görə bu xəstəliyə tutulur. == Simptomlar və gedişat == Fiziki təsirdən bir neçə dəqiqə sonra (məsələn, qışda küçədə qaçarkən soyuq və quru havanın udulmasi) astmanın simptompları üzə çıxır. Aspirin və ya bu qrupdan olan bəzi iltihab əleyhinə preparatların (panadol, kalpol və s.) qəbulundan sonra adamda aspirin astmasının simptomları baş verə bilər. Qida əlavələri də, məsələn; pivə və caxırın koservantları, sulfitlərin qəbulu astmaya səbəb ola bilərlər. Astmanın ən xarakterik simptomları: öskürək – tez-tez, əziyyətli və daimi xarakterli.
Astana
Astana (qaz. Astana, Астана; 1961-ci ilə qədər Aqmolinsk, 1961–1992-ci illərdə Selinoqrad, 1992–1998-ci illərdə Aqmola (Qazax dilindən tərcümədə "Ağ Qəbir"), 1998–2019-cu illərdə Astana (Qazax dilindən tərcümədə "Paytaxt"), 2019–2022-ci illərdə Nur-Sultan (Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayevin şərəfinə) — Qazaxıstanın paytaxtı. Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. İqlim kontinentaldır. Belə ki yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşayiət olunur. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Çelinoqrad, 1992-dən 1998-ə kimi isə Aqmola adlandırılmışdır.
Astara
Astara rayonu — Azərbaycan Respublikasında rayon. Astara (Azərbaycan) — Azərbaycanın Astara rayonunun inzibati mərkəzi. Astara (İran) — İranın Gilan ostanında yerləşən şəhər.
Aythya
Qaraördək (lat. Aythya) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Anthema
Əməköməci (lat. Malva) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Çiçəkləri bənövşəyidir, yarpaq qoltuğundan çıxır, salxım, bəzən də, tək-tək yerləşir. Yarpaqları dilimlidir. Meyvəsi qutucuqdur. Latınca adı: Malva. Əməköməci cinsinin Azərbaycanda 10 növü bitir, onlar əkin sahələrində, tarlalarda, bağlarda, meşə və yol kənarlarında, münbit torpaqlarda yabanı halda tapılmışdır. Gövdə və yarpaqları bişmiş və çiy halda yeyilir. Göyərti kimi xörəklərə qatılır, yaxşı bal verən bitkidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Asama
Asama (yap. 浅間山) — Yaponiyanın Honşu adasının mərkəzi hissəsnidə yerləşən fəaliyyətdə olan vulkan. Hündürlüyü — 2568 metrdir. 2 fevral 2009-cu ildə vulkanın oyanması başlandı və nəticədə Tokionun bir hissəsinə kül töküldü..
Astra
Çayırçiçəyi (lat. Aster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çayırçiçəyini çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik çayırçiçəklərinin Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp çayırçiçəyinin (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir.
Althea armeniaca
Althea officinalis
Astana (Şazənd)
Astana — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,969 nəfər və 1,941 ailədən ibarət idi.
Astana Arena
«Astana Arena» — Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən stadion. Stadionun tutumu 30 000 yerlikdir. Stadion ilk rəsmi açılışda Kajımukan stadionu adlanır. Stadion güləşçi Kajımukan Munaytpasovun şərəfinə adlandırılmışdır. Sonradan stadionun hazırkı adı Astana Arena olaraq təstiqlənmişdir. Stadion futbol üzrə ixtisasladırılsada digər məqsədlər üçün uyğunlaşdırıla bilər. Burada güləş, cüdo və boks kimi idman yarışları keçirilə bilər. Stadion 30 000 azarkeşlikdir. Stadionun üzəri 20 dəqiqə ərzində açıla və bağlana bilir. Bütün infrastruktura sahibdir.
Astana FK
Astana FK (qaz. Астана Футбол Клубы) — Qazaxıstanın paytaxtı Astana şəhərini təmsil edən futbol klubu. == Tarixi == "Astana"nın əsası 2009-cu ildə, "Lokomotiv" adıyla qoyulub. Qazaxıstan Dəmir Yollarının sponsorluq etdiyi klub 2011-ci ildən hazırkı adını daşıyır. Komanda əsası qoyulduğu il qatıldığı çempionatı 2-ci pillədə başa vurur. Beləliklə ilk qatıldığı çempionatdan avrokuboklara vəsiqə qazansa da, UEFA onların lisenziyasını qəbul etmir və nəticədə "Astana" qitənin ali futbol qurumu tərəfindən üç il müddətinə avrokuboklardan kənarlaşdırılır. Buna görə də, paytaxt təmsilçisi avrokuboklarda debütünü 2013-cü ilədək təxirə salır. "Astana" avrokuboklarda ilk oyununu Avropa Liqasında Bolqarıstan "Botev"inə qarşı keçirib. "Sarı-göylər"in avrokuboklarda debütü uğursuz alınıb. Belə ki, paytaxt təmsilçisi bolqarlarla ev oyununda 0:1, səfərdə isə 0:5 hesabıyla məğlub olaraq, mübarizəni elə ilk mərhələdəcə dayandırır.
Astana Opera
Astana Opera (qaz. Астана Oпера) — Nursultan Nazarbayevin sərəncamı əsasında Qazaxıstanın Astana şəhərində yeni qurulmuş bir opera evidir. == Dizayn və tikinti == Binanın dizaynı qismən Nursultan Nazarbayev tərəfindən hazırlanmışdır və tikinti Mabetex qrupunun rəhbərliyi altında, 2010-cu il iyulun 6-da başlayıb. Bina 9 hektar ərazidə tikilib. Binanın açılışı 2013-cü ildə Qazaxıstanın Birjan və Sara operalarından olan açılış nümayəndəliyi tərəfindən edildi. Teatrın akustikası dünyanın ən yaxşılarından sayılır və italyalı Enriko Moretti (Biobyte) və Maria Kairoli tərəfindən hazırlanmışdır. == Təsviri == Opera evinə iki salon daxildir: Opera və balet tamaşalarına ev sahibliyi edən və 120 nəfərə qədər musiqiçi üçün bir orkestr səhnəsi olan əsəs zal (1250 yer), Kamera Zalı (250 yer), kamera musiqisi konsertləri üçün. Bu, Astanada yeni tikilmiş ikinci bir operadır, çünki 1500 yerlik opera salonuna sahib olan Sülh və Razılıq Sarayı 2006-cı ildə tikilmişdir. Bina dünyanın üçüncü ən böyük operası hesab olunur. Opera binasının diqqətəlayiq xüsusiyyətlərindən biri 13 m yüksəklikdə yerləşən 1,6 tonlu çilçıraqdır.
Astana bayrağı
Astana bayrağı — bayraq Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayev tərəfindən dizayn edilib.
Astara (Azərbaycan)
Astara — Azərbaycan Respublikasının Astara rayonunun Astara şəhər inzibati ərazi dairəsində şəhər, Astara rayonunun inzibati mərkəzi. 1945-ci ildə rayon tabeli şəhər statusu almışdır. Astara şəhəri Astara çayının sol sahilində yerləşir. Bakıdan 313 km məsafədə yerləşir. Şəhərdən 3 km aralıda Astara dəmiryolu stansiyası yerləşir. == Etimologiya == Astara sözünün etimologiyasına aid bir neçə versiya və tarixi mənbələr var. Talış toponiminə əsasən "osto" (azərb. ahəstə, asta, asan‎), "ru" (azərb. yol‎), yəni "asan yol" deməkdir.[mənbə göstərin] Başqa versiya, asterid (lat. asteridae) yarımsinifinə aid, xüsusən astraçiçəklilər (lat.
Heyran (Astara)
Heyran — İranın Astara şəhristanının inzibati ərazi vahidində kənd. Kənd əhalisinin əsas qazanc mənbəyi turizmdir. İndiki Heyran kəndi Qədim Heyran Təpə, Heyran Dərə və Ortaca Heyran kəndlərinin birləşdirilməsi nəticəsində yaranmışdır..
Kolatan (Astara)
Kolatan — Azərbaycan Respublikasının Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı Talış dilində "Kül"-kol, " əton " - o tərəf mənasını verir.Bu ad burada salınmış çay plantasiyaları ilə əlaqədar yaranmışdır.Digər versiyaya görə"yanmış o tərəf " anlamını verir.Bu ərazidə əvvəllər çəltikçiliklə, sonralar isə çayçılıqla məşğul olmuşlar.
Kıçık (astana)
Kıçık (başq. ҡыҫыҡ) — Başqırdıstanın dağ çayı olan Zilim çayında yerləşən astana. Astana-dayazlıq 3-3,5 km məsafədə uzanır. Astana Baştım və Zilmerdak silsilələrinin ayrıldığı yerdir. Bura su idmanı həvəskarlarının sevimli yerlərindəndir. Ərazi çətinlik dərəcəsinə görə 2 balla qiymətləndirilir. Astananın sonunda, sahildə düşərgə və hamam vardır. == Mənbə == "СПЛАВ ПО РЕКЕ ЗИЛИМ - ПОРОГ КЫСЫК - ТОЛПАРОВСКИЕ СКАЛЫ". // wanders-k.ru. 2012-05-15 tarixində orijinalından arxivləşdirilib.
Nectandra astyla
Nectandra astyla (lat. Nectandra astyla) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Telman (Astara)
Çayoba (əvvəlki adı:Telman (?-2015)) — Azərbaycan Respublikasının Astara rayonunun Pensər kənd inzibati ərazi dairəsində kənd. 29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Pensər kənd inzibati ərazi dairəsi tərkibindəki Telman kəndi Çayoba kəndi adlandırılmışdır. Kəndin ən ilk adı Dızdəvişə (talışca "dızd"-oğru, "vişə"-meşə) olmuş, Sovet hakimiyyəti illərində Telman adlanmışdır.
İstisu (Astara)
Astara (dəqiqləşdirmə)
Astara rayonu — Azərbaycan Respublikasında rayon. Astara (Azərbaycan) — Azərbaycanın Astara rayonunun inzibati mərkəzi. Astara (İran) — İranın Gilan ostanında yerləşən şəhər.
Astara (qəzet)
Astara — Azərbaycan Respublikasının Astara rayonunda nəşr olunan aylıq region qəzeti. Qəzet 1932-ci ildən indiyədək müxtəlif adlarda – Sovet dövründə "Ostoro kolxozçi", "Kolxoz tribunası", "Sovet Astarası" adları ilə çıxmış, hazırda "Astara" adı ilə nəşr olunur. == Tarixi == Astarada ilk qəzet 1932-ci ildə nəşr edilmişdir. Rayonun ictimai-siyasi həyatını əks etdirən qəzetin adı talış dilində "Ostoro kolxozçi" ("Astara kolxozçusu") olmuşdur. "Ostoro kolxozçi" qəzeti 1938-ci ilə qədər Azərbaycan və talış dillərində çap olunmuşdur. 1938-ci ildən isə təkcə Azərbaycan dilində nəşr olunur. "Ostoro kolxozçi" qəzeti sonralar "Kolxoz tribunası", "Sovet Astarası" adlanmışdır. Qəzet 1990-cı ildən "Astara" adlanır. 1990–1993-cü illərdə "Astara" qəzetində talış dilində səhifə olmuşdur. Astara rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi həyatında fəal rolu olan "Astara" qəzetinin 80 illik yubileyi ilə əlaqədar 17 iyul 2012-ci ildə tədbir keçirilmişdir.
Astara (rayon)
Astara rayonu (tal. Ostoro) — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Astara şəhəridir. Astara rayonu Azərbaycan Respublikasının cənubunda, İran İslam Respublikası ilə sərhəddə yerləşir. Şimaldan, Lənkəran rayonu ilə, Şimal-Qərbdən Lerik rayonu ilə həmsərhəddir. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir, 1963-cü ildə ləğv edilib, Lənkəran rayonuna birləşdirilmiş, 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. == Tarixi == == Qədim dövr == === Tunc dövrü === Tunc və antik dövrə aid Siyakü kəndindəki I və II — Siyakü yaşayış yerləri, "Baba Cabbar kurqanı", "Təngərüd kurqanı", "Seyidcamal kurqanı", "Vaqo" kurqanları, "Baba Hümmət kurqanı", "Bi yaylağı kurqanı" 4 ədəd Siyakü kurqanları, Artupa kəndindəki Axicəbəl kurqanı, Alaşa kəndindəki 3 ədəd kurqan, Lovayn kurqanı, Binəbəy kəndindəki "Binəbəy kurqanları", Koraoba kəndindəki 3 ədəd kurqanlar var. === Dəmir dövrü === Dəmir dövrünə aid Koroba kəndindəki, "Koraoba daş qutu nekropolu" var. == Antik dövr == E.ə. II minilliyin sonu I minilliyin əvəllərinə aid olan Əzərrüd kəndindəki "Daş qutu nekropolu", Miki kəndindəki "Miki dolmen nekropolu"nu və e.ə.
Aşınma
Orqanik aşınma
Şaxtadan aşınma
Fiziki aşınmanın bir növüdür. Şaxta aşınması soyuq sahələrdə (qütb ölkələrində və ya dağların nival qurşağındal) süxurların arasına dolan suyun donması nəticəsində onların mexaniki parçalanması və dağılmasıdır.