Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ataməli Musaoğlu
Ataməli Seyidməmməd oğlu Musaoğlu və ya Musayev (5 mart 1995, Lökbatan – 16 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin tabeliyindəki Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş kəşfiyyatçısı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ataməli Seyidməmməd oğlu Musaoğlu əslən Neftçaladan olsa da Lökbatan qəsəbəsində doğulub. Neftçi Qurban adına 288 sayılı tam orta məktəbdə təhsilini almışdır. BDU məzunu olub. Xəzər universitetində magistr tələbəsi olan Ataməli psixoloq kimi fəaliyyət göstərirdi və çox uğurla karyerasını yüksəldirdi. 2 yaşında Gül adlı qızı var. Evin tək oğlu idi. Səfərbərlik zamanı işini, qızını arxada qoyub könüllü cəbhəyə yollanmışdı. Suqovuşana bayraq sancanlardan olub. Yaralı dostunu xilas edərkən düşmən tərəfindən ürəyindən nişan alınıb və atasının ad günündə 16 oktyabr tarixində Ağdərə rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Əlaəddin Ataməlik Cuveyni
Əlaəddin Ataməlik ibn Məhəmməd Cüveyni və ya Cüveyni Ələddin (Farsca: علاءالدين عطا ملك جويني; Əbülmüzəffər Əlaəddin Ataməlik bin Bahaəddin Məhəmməd əl-Cüveyni; 1226 – 5 mart 1283, Arran) — fars tarixçisi və dövlət xadimi. == Həyatı == Cüveyni Ələddin 1226-cı ildə Xorasanın Cüveyn şəhərində məmur ailəsində anadan olmuş, təhsil almış, monqolların İranı işğal etməsindən sonra yenidən hakimlərin xidmətinə daxil olmuşdur. Fəxrəddin Hinduşah ibn Səncər Naxçıvani Əlaəddin Ətaməlik Cüveyninin oğlu ilə yaxın dost olmuş və Cüveyniyə hörmət əlaməti olaraq "Sahibi"' nisbəsini qəbul etmişdir. Məcdülmülk-i Yəzdi ilə düşmənçilik edirdi. Bir məmur kimi görkəmli monqol xanlarının Bağdadda canişini olmuş, eyni zamanda bir tarixçi kimi fəaliyyət göstərib Çingiz xana və Xarəzmşahlara həsr olunmuş 3 cildlik "Dünyanı fəth edənin tarixi" əsərini yazmışdır. Əsərin üçüncü cildində Hülakü xanın İrana yürüşləri təsvir olunmuşdur. Bu əsər Fəzlullah Rəşidəddinin tarixi epopeyası ilə birlikdə XIII əsr Monqolustan, Orta Asiya və İran tarixi üzrə ən qiymətli və etibarli mənbə sayılır. Cüveyni orta əsrlərdə şəhərlərin quruluşu, hakimiyyət orqanları, idarə və vergi sistemləri haqqında çox dəyərli məlumatlar verir. Onun Çingiz xan, onun həyat və fəaliyyətinin ilk dövrləri haqqında söylədikləri Rəşidəddin və başqa tarixçilərin yazdıqlarını tamamlayaraq, sülalənin tarixinin bütün mənzərəsinin yaratmaqda əhəmiyyətli rol oynayır. Bu əsərində Cüveyni Ələddin özünü bir fars əyanı və məmuru kimi büruzə verirdi.
Şövkətxanım Ataməliyeva
Şövkətxanım Ataməliyeva – əməkdar həkim. == Həyatı və Fəaliyyəti == Şövkətxanım Ataməliyeva 1925-ci ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1948-ci ildə oranı bitirmişdir. İlk əvvəl təyinatla Ordubada göndərilib. 5 il orada fəaliyyət göstərəndən sonra 1953-cü ildə Bakıya qayıtmış, aviasiya tibb xidməti sahəsində çalışmağa başlamışdır. O, ömrünün 64 ilini aviasiya tibb- sanitar xidməti işinə həsr edib və ömrünün sonuna qədər bu sahədə çalışıb. Şövkətxanım xanım 2008 -ci ildə Mülki Aviasiyanın 70 illik yubileyində Prezident təqaüdünə layiq görülüb və Mülki Aviasiyanın inkişafında mühüm xidmətlərinə görə yubiley medalı ilə təltif edilib. Həmçinin fəaliyyətinə görə o, "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adı, eləcə də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərman və mükafatları ilə təltif olunmuşdur. 2 övladı, 2 nəvəsi və 3 nəticəsi vardır.. Şövkətxanım Ataməliyeva 30 mart 2017-ci ildə 92 yaşında Bakı şəhərində vəfat edib.
Abaəli
Abaəli (əvvəlki adı: Abalı) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsi tərkibindəki Abalı kəndi Abaəli kəndi adlandırılmışdır. == Tarixi == Mənbələrin verdiyi məlumata görə, kəndin əsl adı Abaəlioba olmuşdur. Yerli əhalinin ehtimalına görə, oykonim Abaəli (Dağıstanın Çaroda kəndindən gəlmiş şəxsin adı) və oba (kəndin ərazisində kiçik icma) komponentlərindən ibarətdir. Türk dillərində, o cümlədən Azərbaycan dilinin dialekt və şivələrində aba "ata, baba, əmi; ana, xala, böyük bacı" mənalarında işlənir. Oykonimi Dədəli, Babalı və s. etnotoponimlərinin omonimi kimi qəbul etmək lazımdır. Bu oykonim sonrakı illərdə Abasalı (1979), Abaslı (1986) variantlarında qeydə alınmışdır. == Əhalisi == Əhalisi 120 nəfərdir (2008). == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Ağacəli (Əhər)
Ağacəli — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Müvazəxan kəndistanında, Vərzəqan qəsəbəsindən 25 km. qərbdədir.
Turəc Atabəki
Turəc Atabəki (23 fevral 1950, Tehran) — Amsterdam Universitetinin tarix kafedrasında "Orta Şərq və Mərkəzi Asiya Sosial tarixi" professorudur. O, İranın erməni mənşəli atabəki xanədanına mənsubdur. Turəc Atabəki, həmçinin Cənubi Azərbaycanlılar üzrə mütəxəssisdir. O, paniranistdir və Azərbaycan tarixi və azərbaycanlılara qarşı mövqeyi var.
İmaməli Həbibi
İmam Əli Həbibi Gudərzi (fars. امامعلی حبیبی گودرزی‎, 27 may 1931, Babül, Mazandaran ostanı) — "Mazandaran pələngi" ləqəbi ilə tanınan iranlı güləşçi, sərbəst güləşdə 67 kq çəki dərəcəsində 1956-cı il Yay olimpiya oyunlarının qalibi. 1960-cı il Roma Olimpiadasında ABŞ təmsilçisi Duqlas Blyuboya uduzaraq 4-cü olmuşdur. Həbibi hazırda Mazandaran ostanının Babol şəhərində yaşayır. O, FİLA-nın şərəf zalına daxil edilmişdir. Karyerasını 1961-ci ildə başa vurmuşdur. İdmançı karyerasını bitirdikdən sonra İran parlamentinə seçildi. Bundan əlavə, Həbibi kinoşirkət yaradaraq avtobioqrafik "Mazandaran pələngi" filmində və daha 3 filmdə baş rolda çəkildi.
İmaməli Rəhman
Emomali Rahmon və ya İmaməli Rəhman (tac. Эмомалии Раҳмон, 21 mart 2007-ci ilədək — Emomali Şaripoviç Rahmonov, tac. Эмомалӣ Шарӣпович Раҳмонов; 5 oktyabr 1952) — Tacikistan Respublikasınının 3-cü Prezidenti. == Həyatı == Emaməli Rəhman 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Eyni zamanda Tacikistan Demokratik Xalq Partiyasının lideridir. 1971–1974-cü illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib. 1982-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə dövlət universitetindən məzun olub. 1976–1988 illərdə Kölab rayonu Dənğərə bölgəsində kollektiv təsərrüfat ittifaqı komitəsinin sədri olub. Həmçinin o zamanın hakimiyyət qurumlarında müxtəlif vəzifələrdə çalışmışıb.
İmaməli Rəhmanov
Emomali Rahmon və ya İmaməli Rəhman (tac. Эмомалии Раҳмон, 21 mart 2007-ci ilədək — Emomali Şaripoviç Rahmonov, tac. Эмомалӣ Шарӣпович Раҳмонов; 5 oktyabr 1952) — Tacikistan Respublikasınının 3-cü Prezidenti. == Həyatı == Emaməli Rəhman 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Eyni zamanda Tacikistan Demokratik Xalq Partiyasının lideridir. 1971–1974-cü illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib. 1982-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə dövlət universitetindən məzun olub. 1976–1988 illərdə Kölab rayonu Dənğərə bölgəsində kollektiv təsərrüfat ittifaqı komitəsinin sədri olub. Həmçinin o zamanın hakimiyyət qurumlarında müxtəlif vəzifələrdə çalışmışıb.
İmaməli İbrahimov
İmaməli Elman oğlu İbrahimov (17 yanvar 1995; Hovil, Lerik rayonu, Azərbaycan — 9 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İmaməli İbrahimov 17 yanvar 1995-ci ildə Lerik rayonunun Hovil kəndində anadan olub. Orta təhsilini əvvəlcə, Lerik rayon Qılqılov kənd, sonra isə rayonun Siyov kənd tam orta məktəbində almışdır. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. 2020-ci ilin yanvar ayından artıq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan İmaməli İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İmaməli İbrahimov 9 noyabr 2020-ci ildə Laçın istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməli İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməli İbrahimov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməli İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
İmaməli Əhədzadə
İmaməli Şəvəqqət oğlu Əhədzadə (24 avqust 1997; Lənkəran, Azərbaycan — 28 sentyabr 2020; Füzuli-Cəbrayıl istiqaməti, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İmaməli Əhədzadə 24 avqust 1997-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2004-2015-ci illərdə Lənkəran şəhər Xarici Dillər Təmayüllü gimnaziyada təhsil almışdır. Qısa müddət bir neçə mülki işlərdə çalışdıqdan sonra hərbi xidmətə yollanmışdır. Subay idi. == Hərbi xidməti == İmaməli Əhədzadə 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. 2017-ci ildə ordudan tərxis olunduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan İmaməli Əhədzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir.
Ataəmi Mirzəyev
Ataəmi Mirzəyev (tam adı: Ataəmi Bala Baba oğlu Mirzəyev; d. 25.5.1965, Bakı, Azərbaycan SSR, SSRİ) — Filologiya üzrə elmlər doktoru, ədəbiyyatşünaslıq sahəsində tanınmış füzulişünas alim, mətnşünas, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, "Füzulişünaslıq" sektorunun müdiri,filologiya elmləri doktoru, professor. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası nəzdində fəaliyyət göstərən Filologiya elmləri üzrə ekspert şurasının sədri. == Həyatı == Ataəmi Bala Baba oğlu Mirzəyev 25 may 1965-ci ildə Bakı şəhəri, Kürdəxanı qəsəbəsində anadan olmuşdur. == Təhsili == 1972-1982-ci illərdə 113 saylı orta məktəbdə təhsil alıb. 1989-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirib. 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspiranturanı bitirib. 1994-cü ildə “Klassik Azərbaycan-türk ədəbiyyatında “Yusif və Züleyxa” mövzusu (ilkin qaynaqlar və onların poetik təcəssümü)” adlı dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 2012-ci ildə “Azərbaycan bədii tərcümə tarixində Füzuli mərhələsi” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi alıb. == Elmi-pedaqoji fəaliyyəti == 1989-1990-cı illərdə Bakıda 1 saylı internat məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.
Ağaəli Abdullayev
Abdullayev Ağəli Rəsul oğlu (1897, Ağdaş - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Yelizavetpol (Gəncə) Mixail peşə məktəbinin kənd təsərrüfatı şöbəsini (1915), həmçinin Tiflis orta mədəni-texniki məktəbinin aqronomluq şöbəsini bitirmişdir (1919). Parlamentin 1919-cı il 1 sentyabr tarixli qərarına əsasən kənd təsərrüfatı sahəsində təhsilini davam etdirmək üçün İtaliyaya göndərilməsi qərara alınmış, lakin naməlum səbəblər üzündən bu səfər baş tutmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Ağaəli Dadaşov
Ağəli Dadaşov (tam adı: Ağəli Abbasəli oğlu Dadaşov; 20 mart 1906, Bakı – 7 dekabr 1973, Bakı) — quruluşçu rejissor, rejissor-pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Ağa Əli Abbas Əli oğlu Dadaşov 20 mart 1906-cı ildə Bakıda anadan olub. 1923-cü ildə N. Nərimanov adına Sənaye Texnikumuna daxil olub. 1926–1929-cu illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində, 1930–1935-ci illərdə Moskvada Lunaçarski adına Ümumittifaq Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1935-ci ildə Akademik Milli Dram Teatrında işləməyə başlayan Ağəli Dadaşov 1936–1938-ci illərdə burada "Almas" və "Vətən namusu" əsərlərinin quruluşunu verir. 1938-ci ildə o, həbs olunaraq ailəsi ilə birlikdə Orta Asiyaya sürgün edilir. Həmin il yenidən Azərbaycana qayıdan Ağəli Dadaşov 1938–1948-ci illərdə Gəncə Dövlət Dram Teatrında və 1948-ci ildə Naxçıvan Dövlət Dram Teatrında rejissorluq edir. Bakıya qayıtdıqdan sonra M. Qorki adına Gənc Tamaşaçılar Teatrında, 1948–1954-cü illərdə quruluşçu rejissor və 1954–1956-cı illərdə baş rejissor kimi çalışır. 1956–1968-ci illərdə Azərbaycan Dövlət Radio Verilişləri və Televiziya Komitəsində baş rejissor işləyir. Ağəli Dadaşov 1968–1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor və rejissorluq sənətindən dərs deyib.
Ağaəli Yusifov
Ağaəli Vaqif oğlu Yusifov (8 sentyabr 1997, Mərdəkan – 20 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağaəli Yusifov 1997-ci il sentyabrın 8-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ağaəli Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağaəli Yusifov oktyabrın 20-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Xəzər rayonunun Mərdəkan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaəli Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaəli Yusifov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağaəli İbrahimov
Ağaəli İbrahimov Müsəllim oğlu (6 fevral 1946, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı (2006). == Həyatı == Ağaəli İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960–1966-cı ildən Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969–1974-cü illərdə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub.Ağaəli İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. == Ailəsi == Aktrisa Naina İbrahimovanın atası, rəssam Nadejda İbrahimovanın həyat yoldaşıdır.
Zeynal Ağaəli
Zeynalağalı, Aleksandrovka, Çkalovka (erm. Չկալովկա, rus. Чкаловка) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, sonralar Sevan rayonunda kənd. == Tarixi == Toponim Zeynalağa şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib "Zeynalağaya mənsub yer, kənd" deməkdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. 1850-ci illərdə kəndin adı dəyişdirilib Aleksandrovka qoyulmuşdur. Sonra Erm. SSR AS RH-nin 26.04.1946-cı il fərmanı ilə kəndin adı ikinci dəfə dəyişdirilərək Çkalovka adlandırılmışdır. == Əhalisi == Kənddə 1831-ci ildə 45 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır.
Adamelit
Adamelit — intruziv süxur. == Haqqında == Adamelit qranit qrupuna aid olan, qranitlə qranodiorit arasında keçid intruziv süxurlardır. Plagioklazın və qələvi çöl şpatının eyni miqdarı ilə səciyyələnir. Termin konkret süxur tipini əks etdirmədiyi üçün az işlənilir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ağamalı
Çanaqçı (əvvəlki adı: Ağamalı) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Ağamalı kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalı kəndi Çanaqçı kəndi adlandırılmış və Ağamalı kənd inzibati ərazi dairəsi Çanaqçı kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Kəndi 1929-cu ildə Gədəbəy rayonunun Çanaqçı yaylağından gələn hacılar, xanqullar, namazlar, səfirzalar, təkərlər, kəsəmənli, möylələr nəsillərinə mənsub ailələr salmışlar. Yaşayış məntəqəsi sovet dövlət xadimi Səməd ağa Ağamalıoğlunun şərəfinə "Ağamalı" adlandırılıb. == Tarixi == Çanaqçı dərəsi deyilən ərazi tarixə "Xınna dərəsi" adı ilə düşmüşdür. Xınna dərəsi Tovuz rayonunun Qovlar qəsəbəsindən Gədəbəy rayonunun Qızıltorpaq kəndinə qədər uzanan böyük bir ərazini əhatə edir. Deyilənlərə görə, "xınna" sözünün mənası "xınna" yox, hun tayfalarının adı ilə tarixə düşmüş və sonralar bu söz təhrif olunaraq "hunna", "xınna" kimi işlənmişdir. Çar Rusiyasının havadarlığı ilə qondarma Ermənistan vilayəti yarandıqdan sonra ermənilər daha da fəallaşır və Xınna dərəsində azərbaycanlılara qarşı soyqırım hərəkatına başlayırlar. Belə ki, Xınna dərəsinə 2000 nəfərdən ibarət silahlı birləşmələrin yeridilməsi və dinc əhaliyə qarşı törədilən vəhşiliklər və işgəncələr bu gün də yaşlı nəslin yaddaşlarından silinmir. Qadınlann saç hörüklərinin kəsilməsi, bärmaqlarından qızıl əşyaların kəsilərək götürülməsi, qulaq tanələrinin qoparılaraq çantalara doldurulması, uşaqların süngüdən keçirilməsi, qız-gəlinlərin və anaların acı fəryadları Xınna əhalisini bunlara qarşı ayağa qaldırmış və nəticədə düşmən ordusunun əsgərləri Dəlikdaş deyilən dərədə mühasirəyə alınmış, bir nəfər də olsun sağ qalmamışdır.
Ağaəli bəy Naseh
Ağaəli bəy Naseh (10 sentyabr 1856, Şamaxı – 1915, Şamaxı) – şair. Klassik Şərq üslubunda yazılmış əsərləri vardır, lakin şeirləri toplanılıb çap edilməmişdir. Ağaəli bəy M. Ə. Sabirin və A. Səhhətin yaxın dostu olmuşdur. == Həyatı == Firudin bəy Köçərli onun haqqında yazır: "Ağaəli bəy Naseh təvəllüd edibdir Şamaxıda 1273-cü ildə məhərrəm ayının onuncu günündə – yövmi-aşura. İlk təhsilini Şamaxıdakı "Üsuli-cədid" məktəbində almışdır.Təhsili Şamaxı məktəblərində üsuli-qədim üzrə olubdur. Atasının ondan başqa köməkçisi olmadığı cəhətinə, məktəbdə oxuyan zaman ticarət işlərilə dəxi məşğul olarmış. 16 sinnə çatdıqda məhz türk və fars dillərinin təhsilinə kifayətlənməyib, rusca oxumağa şövqü həvəs göstəribdir və lakin bu vaxtlarda müşarileyhin atası həmişə səfərdə olmaq cəhətilə ev və bazar işləri dəxi ona mühəvvəl olubdur. Belə ki, oxumağa və elm təhsil etməyə çəndan vaxtı olmayıbdır. Bununla belə rusca oxumağı hər şeydən əlzəm bilib, onun təhsilinə canü dil ilə müdavimət etmişdir. Ələlxüsus, o vaxtlarda rusca oxumaq xalq arasında bidət, bəlkə daha ziyadə bir əmri-şəni kimi sayıldığı halda və valideyninin mümaniəti ilə bərabər bir az vaxtın müddətində şəhər məktəbinin üç klass dərslərini ikmal etmişdir.
Mirzə Ağaəli Əliyev
Mirzə Ağaəli Mirzə Əziz oğlu Əliyev ( 1878 – 1941) — Lənkəran tarix-diyarşünaslıq muzeyinin banisi, Azərbaycanın ilk muzeyşünaslardan biri, maarifçi Mirzə Ağaəli Əliyev. == Həyatı == M.A.Əliyev 1878-ci ildə Lənkəran şəhərində müəllim Mirzə Əzizin ailəsində dünyaya göz açıb. Məşhur Mirzə İsmayıl Qasiddən dərs alıb, fars dilini mükəmməl öyrənib. Həmçinin, indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. O, Lənkəranda ilk məktəblərin təşkil olunmasında yaxından iştirak edib, 1931-ci ildə müəllimlərin II qurultayına nümayəndə seçilib. Maarifçilik fəaliyyəti ilə məşğul olan Mirzə Ağaəli Əliyev dövrünün istedadlı şairi və jurnalisti kimi də tanınıb. O, Cəlil Məmmədquluzadənin dostu, indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində müəllim, ilk dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun müəllimi olub. == Ailəsi == Fatmanisa adlı xanımla ailə həyatı qurub.Tohidə və Aliyə adında qız övladları, Nizami adında bir oğlan övladı olub. == Yaradıcılığı == Ağaəli Əliyev bədii yaradıcılıqla da məşğul olmuşdur. Yazıları və satirik şeirləri "İctihad", "Şərqi-rus", Baxçasarayda çıxan "Tərcüman", habelə Hindistanda nəşr olunan "Həblümətin" qəzetlərində dərc edilib.
Aleksandr Abaşeli
Aleksandr Vissarionoviç Abaşeli (gürc. ალექსანდრე (ისააკ) ბესარიონის ძე აბაშელი;27 avqust 1884 – 27 sentyabr 1954[…], Tbilisi) — gürcü şairi və fantastika yazıçısı. İlk gürcü elmi fantastika romanının (1932) müəllifi. == Həyatı == Aleksandr Abaşeli gənc yaşlarından inqilabi ideyalara valeh olmuş, Rusiyada 1905-1907-ci illər inqilabında bilavasitə iştirak etmişdir. Bunun nəticəsində həbs edilərək Solvıçeqodska (Voloqda vilayəti) sürgün edilmiş, sürgündə olmuşdur. 1908-ci ildə sürgündən qayıtdıqdan sonra o, ilk şeirlərinin (rus dilində) dərc olunduğu “Kavkazisa” və “Novaya reçis” qəzetlərinin redaksiyasında çalışıb. İrtica dövründə Abaşelinin poeziyasına rus simvolistlərinin böyük təsiri olmuşdur. Onun yaradıcılığının ən xarakterik bəndi - "Günəşin gülüşü" (1913) bu dövrə aiddir. Şair 1917-ci il bolşevik inqilabını qəbul etmədi. Gürcüstanın sovetləşməsi illərində Abaşelinin poeziyası bədbinlik, tutqun əhvali-ruhiyyə, inqilaba inamsızlıq və sovet reallığına ikrah hissi ilə doludur.
Ağamalı Ağayev
Ağamalı Şamil oğlu Ağayev (23 sentyabr 1996, Masallı rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamalı Ağayev 1996-cı il sentyabrın 23-də Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 2001-2012-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ağamalı Ağayev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ağamalı Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağamalı Ağayev oktyabrın 19-da Füzulinin azad edilməsi zamanı yaralı hərbi qulluqçunu döyüş meydanından çıxaran zaman erməni tərəfinin snayper gülləsi nəticəsində şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamalı Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağamalı Ağayev ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağamalı Sadiq
Ağamalı Əhməd oğlu Əfəndiyev (8 mart 1947, Qaymaqlı, Qazax rayonu – 12 dekabr 1995, Qazax) — azərbaycanlı şair, naşir, ictimai xadim, dissident, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), "Müxalifət" qəzetinin yaradıcısı və ilk baş redaktoru (1991), Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini (1992–1993). == Həyatı == Ağamalı Sadiq 1947-ci ilin mart ayının 8-də Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi doğulduğu kənddə bitirmişdir. Əmək fəaliyyətinə Sumqayıt superfosfat zavodunda elektrik montyoru kimi başlamışdır (1964–1972). Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsində təhsil almış, jurnalistika istisasına yiyələnmişdir (1972–1977). Universiteti bitirdikdən sonra "Yazıçı" nəşriyyatında korrektor (1978–1981), "Maarif" nəşriyyatında redaktor (1983–1986), "Ulduz" dərgisində ədəbi işçi (1986–1990), Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini (1992–1993) vəzifələrində çalışmışdır. Ağamalı Sadiq Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizədə fəal iştirak etmiş, 1988-ci ildə başlayan Meydan hərəkatının öncüllərindən biri olmuşdur. 1991-ci ildə "Müxalifət" qəzetini yaratmış və qəzetin ilk baş redaktoru olmuşdur. 1995-ci ilin dekabr ayının 24-də vəfat etmiş, vəsiyyətinə uyğun olaraq doğulduğu Qaymaqlı kəndində dəfn olunmuşdur. === Ailəsi === Gənc yaşlarında Nabat xanımla ailə həyatı quran Ağamalı Sadiqin Nofəl və Orxan adlı iki oğlu olmuşdur.
Fəzail Ağamalı
Fəzail Rəhim oğlu Ağamalı (26 avqust 1947, Qızıl Şəfəq, Sisian rayonu, Ermənistan SSR) — Azərbaycanın ictimai-siyasi xadimi, Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinin icraçısı (1993–1994), Azərbaycan Respublikasının Sosial Təminat nazirinin müavini (1992–1993), tarix elmləri doktoru, professor. == Həyatı == Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonunun Şıxlar kəndində anadan olmuşdur. 1965-ci ildə Dəstəgird orta məktəbini bitirmişdir. 1966–1971-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1968-ci ildən, ali təhsilinin üçüncü kursundan etibarən Azərbaycana müstəqillik tələb edən "Azərbaycanın azadlığı və bütövlüyü uğrunda" gizli tələbə dərnəyinin fəal iştirakçılarından biri olmuşdur. Buradakı antisovet fəaliyyətinə görə SSRİ təhlükəsizlik orqanları tərəfindən 70-ci illərdə təqibə məruz qalmışdır.1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunmuş və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1971–1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973–1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitunda kafedra müdiri vəzifəsində çalışmış, 1988-ci ildə Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək üçün ailəsilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1988–1990-cı illərdə Dövlət İqtisad İnstitunda dosent vəzifəsində çalışmışdır. 1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan İqtisad Universitetində dosent və professor kimi elmi fəaliyyət göstərmişdir.Ailəlidir, 3 övladı var.
Kərbəlayi Ağamalı
Ağamalı Kərbəlayi Miralı oğlu — Qarabağın tanınmış din xadimi. == Həyatı == Ağamalı Kərbəlayi Miralı oğlu 1808 ildə Qarabağ xanlığında, Seyidli oymağında anadan olmuşdur. Təhsilini atasından almış, zəmanəsinin müdrik, hörmətli din xadimlərindən sayılmış, Seyidlinin imkanlı adamlarından olmuşdur. Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır. Ağamalı 1848-ci ildə, qırx yaşında Seyidli oymağında vəfat etmişdir. == Ailəsi == Ağamalı Yetər xanımla ailə həyatı qurmuş, Xırda adlı qızı, Mustafa, İbrahim, Camal adlı oğlanları dünyaya gəlmişdir. İbrahim (1842-1845) körpə yaşlarında dünyasını dəyişmişdir. Xırda (1841-...) Ağamalının ilk övladı və yeganə qızıdır. Seyidli oymağında anadan olmuşdur. Dini təhsil almış, Məşhədi ziyarət etdiyi üçün Seyidli oymağında Məşədi Xırda xanım adı ilə tanınmışdır.
Tripanasoma atayevi
Tripanasoma atayevi (lat. Trypanosoma ataevi ) — Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən iri, ilanvari, uzunsov və sivriləşmiş sonluqla qurtarır, enli titrək membranı var. Qamçının sərbəst ucu qısadır, bədənin yarı uzunluğunu keçmir. Bədənin arxasında yerləşən nüvə bədənin eni böyüklükdədir. Kinetoplast arxa tərəfdən uzaq yerləşib. Bədədnin uzunluğu 16.0-38.0, eni – 1.5-3.0, titrək membranın eni 1.0-2.5, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.5-4.8, kinetoplastdan nüvəyə - 6.0-11.8, nüvədən ön qutaracağadək – 7.0-19.8, nüvəni uzunluğu 2.0-4.0, nüvənin eni – 1.0-3.0 mkm-dir. == Həyat tərzi == Xulu balığların spesifik parazitidir. Sahibi: mərmər xuludur. == Yayılması == Kiçik Qızılağaç körfəzində yayılmışdır.
Atami seks muzeyi
Atami seks muzeyi (熱海秘宝館, Atami hihokan) – Yaponiyanın Atami şəhərində yerləşən seks muzeyi. Muzey Yaponiyanın seks mədəniyyətinə həsr olunmuşdur. Yaponiyada fəaliyyət göstərən sonuncu seks muzeyidir. == Tarixi == Muzey 1980-ci ildə açılmışdır. Həmin dövrdə Yaponiyada 40-dan çox seks muzeyi olsa da, 1990-cı illərdən etibarən onların sayı azalmağa başlamışdır. Bu muzey həmin dövrdən qalan sonuncu seks muzeyidir. == Xüsusiyyətlər == Muzeydə Edo dövrünə aid şunqalar və ipək prezervativlər, qədim taxta dildolar, seks oyuncaqları, holoqramlar, hentay kimi fetişləri təsvir edən heykəlciklər, abstrakt lüt manekenlər nümayiş etdirilir. Muzeyin interaktiv sərgi bölməsində ziyarətçilər nəhəng penisə dırmaşa və ya Merilin Monronun paltarını havaya qaldıran külək maşınından istifadə edə bilərlər.Muzey Atami qəsrinin qarşısında yerləşir. Giriş üçün minimum 18 yaş tələb olunur. Muzeydə şəkil çəkmək qadağandır.
Ağaəli bəy Naseh Əfəndizadə
Ağaəli bəy Naseh (10 sentyabr 1856, Şamaxı – 1915, Şamaxı) – şair. Klassik Şərq üslubunda yazılmış əsərləri vardır, lakin şeirləri toplanılıb çap edilməmişdir. Ağaəli bəy M. Ə. Sabirin və A. Səhhətin yaxın dostu olmuşdur. == Həyatı == Firudin bəy Köçərli onun haqqında yazır: "Ağaəli bəy Naseh təvəllüd edibdir Şamaxıda 1273-cü ildə məhərrəm ayının onuncu günündə – yövmi-aşura. İlk təhsilini Şamaxıdakı "Üsuli-cədid" məktəbində almışdır.Təhsili Şamaxı məktəblərində üsuli-qədim üzrə olubdur. Atasının ondan başqa köməkçisi olmadığı cəhətinə, məktəbdə oxuyan zaman ticarət işlərilə dəxi məşğul olarmış. 16 sinnə çatdıqda məhz türk və fars dillərinin təhsilinə kifayətlənməyib, rusca oxumağa şövqü həvəs göstəribdir və lakin bu vaxtlarda müşarileyhin atası həmişə səfərdə olmaq cəhətilə ev və bazar işləri dəxi ona mühəvvəl olubdur. Belə ki, oxumağa və elm təhsil etməyə çəndan vaxtı olmayıbdır. Bununla belə rusca oxumağı hər şeydən əlzəm bilib, onun təhsilinə canü dil ilə müdavimət etmişdir. Ələlxüsus, o vaxtlarda rusca oxumaq xalq arasında bidət, bəlkə daha ziyadə bir əmri-şəni kimi sayıldığı halda və valideyninin mümaniəti ilə bərabər bir az vaxtın müddətində şəhər məktəbinin üç klass dərslərini ikmal etmişdir.
Trypanosoma ataevi
Tripanasoma atayevi (lat. Trypanosoma ataevi ) — Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən iri, ilanvari, uzunsov və sivriləşmiş sonluqla qurtarır, enli titrək membranı var. Qamçının sərbəst ucu qısadır, bədənin yarı uzunluğunu keçmir. Bədənin arxasında yerləşən nüvə bədənin eni böyüklükdədir. Kinetoplast arxa tərəfdən uzaq yerləşib. Bədədnin uzunluğu 16.0-38.0, eni – 1.5-3.0, titrək membranın eni 1.0-2.5, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.5-4.8, kinetoplastdan nüvəyə - 6.0-11.8, nüvədən ön qutaracağadək – 7.0-19.8, nüvəni uzunluğu 2.0-4.0, nüvənin eni – 1.0-3.0 mkm-dir. == Həyat tərzi == Xulu balığların spesifik parazitidir. Sahibi: mərmər xuludur. == Yayılması == Kiçik Qızılağaç körfəzində yayılmışdır.
Sıravi Rayanı xilas etməli (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.