Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ataməli Musaoğlu
Əlaəddin Ataməlik Cuveyni
Əlaəddin Ataməlik ibn Məhəmməd Cüveyni və ya Ələddin Cüveyni (Farsca: علاءالدين عطا ملك جويني; Əbülmüzəffər Əlaəddin Ataməlik bin Bahaəddin Məhəmməd əl-Cüveyni; 1226 – 5 mart 1283, Arran) — fars tarixçisi və dövlət xadimi. Cüveyni Ələddin 1226-cı ildə Xorasanın Cüveyn şəhərində məmur ailəsində anadan olmuş, təhsil almış, monqolların İranı işğal etməsindən sonra yenidən hakimlərin xidmətinə daxil olmuşdur. Fəxrəddin Hinduşah ibn Səncər Naxçıvani Əlaəddin Ətaməlik Cüveyninin oğlu ilə yaxın dost olmuş və Cüveyniyə hörmət əlaməti olaraq "Sahibi"' nisbəsini qəbul etmişdir. Məcdülmülk-i Yəzdi ilə düşmənçilik edirdi. Bir məmur kimi görkəmli monqol xanlarının Bağdadda canişini olmuş, eyni zamanda bir tarixçi kimi fəaliyyət göstərib Çingiz xana və Xarəzmşahlara həsr olunmuş 3 cildlik "Dünyanı fəth edənin tarixi" əsərini yazmışdır. Əsərin üçüncü cildində Hülakü xanın İrana yürüşləri təsvir olunmuşdur. Bu əsər Fəzlullah Rəşidəddinin tarixi epopeyası ilə birlikdə XIII əsr Monqolustan, Orta Asiya və İran tarixi üzrə ən qiymətli və etibarli mənbə sayılır. Cüveyni orta əsrlərdə şəhərlərin quruluşu, hakimiyyət orqanları, idarə və vergi sistemləri haqqında çox dəyərli məlumatlar verir. Onun Çingiz xan, onun həyat və fəaliyyətinin ilk dövrləri haqqında söylədikləri Rəşidəddin və başqa tarixçilərin yazdıqlarını tamamlayaraq, sülalənin tarixinin bütün mənzərəsinin yaratmaqda əhəmiyyətli rol oynayır. Bu əsərində Cüveyni Ələddin özünü bir fars əyanı və məmuru kimi büruzə verirdi.
Şövkətxanım Ataməliyeva
Şövkətxanım Ataməliyeva – əməkdar həkim. Şövkətxanım Ataməliyeva 1925-ci ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1948-ci ildə oranı bitirmişdir. İlk əvvəl təyinatla Ordubada göndərilib. 5 il orada fəaliyyət göstərəndən sonra 1953-cü ildə Bakıya qayıtmış, aviasiya tibb xidməti sahəsində çalışmağa başlamışdır. O, ömrünün 64 ilini aviasiya tibb- sanitar xidməti işinə həsr edib və ömrünün sonuna qədər bu sahədə çalışıb. Şövkətxanım xanım 2008 -ci ildə Mülki Aviasiyanın 70 illik yubileyində Prezident təqaüdünə layiq görülüb və Mülki Aviasiyanın inkişafında mühüm xidmətlərinə görə yubiley medalı ilə təltif edilib. Həmçinin fəaliyyətinə görə o, "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adı, eləcə də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərman və mükafatları ilə təltif olunmuşdur. 2 övladı, 2 nəvəsi və 3 nəticəsi vardır.. Şövkətxanım Ataməliyeva 30 mart 2017-ci ildə 92 yaşında Bakı şəhərində vəfat edib.
Abaəli
Abaəli (əvvəlki adı: Abalı) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsi tərkibindəki Abalı kəndi Abaəli kəndi adlandırılmışdır. == Tarixi == Mənbələrin verdiyi məlumata görə, kəndin əsl adı Abaəlioba olmuşdur. Yerli əhalinin ehtimalına görə, oykonim Abaəli (Dağıstanın Çaroda kəndindən gəlmiş şəxsin adı) və oba (kəndin ərazisində kiçik icma) komponentlərindən ibarətdir. Türk dillərində, o cümlədən Azərbaycan dilinin dialekt və şivələrində aba "ata, baba, əmi; ana, xala, böyük bacı" mənalarında işlənir. Oykonimi Dədəli, Babalı və s. etnotoponimlərinin omonimi kimi qəbul etmək lazımdır. Bu oykonim sonrakı illərdə Abasalı (1979), Abaslı (1986) variantlarında qeydə alınmışdır. == Əhalisi == Əhalisi 120 nəfərdir (2008). == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Ağacəli (Əhər)
Ağacəli — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Müvazəxan kəndistanında, Vərzəqan qəsəbəsindən 25 km. qərbdədir.
Turəc Atabəki
Turəc Atabəki (23 fevral 1950, Tehran) — Amsterdam Universitetinin tarix kafedrasında "Orta Şərq və Mərkəzi Asiya Sosial tarixi" professorudur. O, İranın erməni mənşəli atabəki xanədanına mənsubdur. Turəc Atabəki, həmçinin Cənubi Azərbaycanlılar üzrə mütəxəssisdir. O, paniranistdir və Azərbaycan tarixi və azərbaycanlılara qarşı mövqeyi var.
İmaməli Həbibi
İmam Əli Həbibi Gudərzi (fars. امامعلی حبیبی گودرزی‎, 27 may 1931, Babül, Mazandaran ostanı) — "Mazandaran pələngi" ləqəbi ilə tanınan iranlı güləşçi, sərbəst güləşdə 67 kq çəki dərəcəsində 1956-cı il Yay olimpiya oyunlarının qalibi. 1960-cı il Roma Olimpiadasında ABŞ təmsilçisi Duqlas Blyuboya uduzaraq 4-cü olmuşdur. Həbibi hazırda Mazandaran ostanının Babol şəhərində yaşayır. O, FİLA-nın şərəf zalına daxil edilmişdir. Karyerasını 1961-ci ildə başa vurmuşdur. İdmançı karyerasını bitirdikdən sonra İran parlamentinə seçildi. Bundan əlavə, Həbibi kinoşirkət yaradaraq avtobioqrafik "Mazandaran pələngi" filmində və daha 3 filmdə baş rolda çəkildi.
İmaməli Rəhman
Emomali Rahmon və ya İmaməli Rəhman (tac. Эмомалии Раҳмон, 21 mart 2007-ci ilədək — Emomali Şaripoviç Rahmonov, tac. Эмомалӣ Шарӣпович Раҳмонов; 5 oktyabr 1952) — Tacikistan Respublikasınının 3-cü Prezidenti. Emaməli Rəhman 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Eyni zamanda Tacikistan Demokratik Xalq Partiyasının lideridir. 1971–1974-cü illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib. 1982-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə dövlət universitetindən məzun olub. 1976–1988 illərdə Kölab rayonu Dənğərə bölgəsində kollektiv təsərrüfat ittifaqı komitəsinin sədri olub. Həmçinin o zamanın hakimiyyət qurumlarında müxtəlif vəzifələrdə çalışmışıb.
İmaməli Rəhmanov
Emomali Rahmon və ya İmaməli Rəhman (tac. Эмомалии Раҳмон, 21 mart 2007-ci ilədək — Emomali Şaripoviç Rahmonov, tac. Эмомалӣ Шарӣпович Раҳмонов; 5 oktyabr 1952) — Tacikistan Respublikasınının 3-cü Prezidenti. Emaməli Rəhman 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Eyni zamanda Tacikistan Demokratik Xalq Partiyasının lideridir. 1971–1974-cü illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib. 1982-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə dövlət universitetindən məzun olub. 1976–1988 illərdə Kölab rayonu Dənğərə bölgəsində kollektiv təsərrüfat ittifaqı komitəsinin sədri olub. Həmçinin o zamanın hakimiyyət qurumlarında müxtəlif vəzifələrdə çalışmışıb.
İmaməli İbrahimov
İmaməli Əhədzadə
Ataəmi Mirzəyev
Ataəmi Mirzəyev (tam adı: Ataəmi Bala Baba oğlu Mirzəyev; 25 may 1965, Bakı) — Filologiya üzrə elmlər doktoru, ədəbiyyatşünaslıq sahəsində tanınmış füzulişünas alim, mətnşünas, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, "Füzulişünaslıq" sektorunun müdiri, filologiya elmləri doktoru, professor. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası nəzdində fəaliyyət göstərən Filologiya elmləri üzrə ekspert şurasının sədri. == Həyatı == Ataəmi Bala Baba oğlu Mirzəyev 25 may 1965-ci ildə Bakı şəhəri, Kürdəxanı qəsəbəsində anadan olmuşdur. == Təhsili == 1972-1982-ci illərdə 113 saylı orta məktəbdə təhsil alıb. 1989-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirib. 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspiranturanı bitirib. 1994-cü ildə “Klassik Azərbaycan-türk ədəbiyyatında “Yusif və Züleyxa” mövzusu (ilkin qaynaqlar və onların poetik təcəssümü)” adlı dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 2012-ci ildə “Azərbaycan bədii tərcümə tarixində Füzuli mərhələsi” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi alıb. == Elmi-pedaqoji fəaliyyəti == 1989-1990-cı illərdə Bakıda 1 saylı internat məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1994-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışıb.
Ağaəli Abdullayev
Abdullayev Ağəli Rəsul oğlu (1897, Ağdaş - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Yelizavetpol (Gəncə) Mixail peşə məktəbinin kənd təsərrüfatı şöbəsini (1915), həmçinin Tiflis orta mədəni-texniki məktəbinin aqronomluq şöbəsini bitirmişdir (1919). Parlamentin 1919-cı il 1 sentyabr tarixli qərarına əsasən kənd təsərrüfatı sahəsində təhsilini davam etdirmək üçün İtaliyaya göndərilməsi qərara alınmış, lakin naməlum səbəblər üzündən bu səfər baş tutmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Ağaəli Dadaşov
Ağəli Dadaşov (20 mart 1906, Bakı – 7 dekabr 1973, Bakı) — quruluşçu rejissor, rejissor-pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Ağa Əli Abbas Əli oğlu Dadaşov 20 mart 1906-cı ildə Bakıda anadan olub. 1923-cü ildə N. Nərimanov adına Sənaye Texnikumuna daxil olub. 1926–1929-cu illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində, 1930–1935-ci illərdə Moskvada Lunaçarski adına Ümumittifaq Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1935-ci ildə Akademik Milli Dram Teatrında işləməyə başlayan Ağəli Dadaşov 1936–1938-ci illərdə burada "Almas" və "Vətən namusu" əsərlərinin quruluşunu verir. 1938-ci ildə o, həbs olunaraq ailəsi ilə birlikdə Orta Asiyaya sürgün edilir. Həmin il yenidən Azərbaycana qayıdan Ağəli Dadaşov 1938–1948-ci illərdə Gəncə Dövlət Dram Teatrında və 1948-ci ildə Naxçıvan Dövlət Dram Teatrında rejissorluq edir. Bakıya qayıtdıqdan sonra M. Qorki adına Gənc Tamaşaçılar Teatrında, 1948–1954-cü illərdə quruluşçu rejissor və 1954–1956-cı illərdə baş rejissor kimi çalışır. 1956–1968-ci illərdə Azərbaycan Dövlət Radio Verilişləri və Televiziya Komitəsində baş rejissor işləyir. Ağəli Dadaşov 1968–1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor və rejissorluq sənətindən dərs deyib.
Ağaəli Yusifov
Zeynal Ağaəli
Zeynalağalı, Aleksandrovka, Çkalovka (erm. Չկալովկա, rus. Чкаловка) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, sonralar Sevan rayonunda kənd. Toponim Zeynalağa şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib "Zeynalağaya mənsub yer, kənd" deməkdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. 1850-ci illərdə kəndin adı dəyişdirilib Aleksandrovka qoyulmuşdur. Sonra Erm. SSR AS RH-nin 26.04.1946-cı il fərmanı ilə kəndin adı ikinci dəfə dəyişdirilərək Çkalovka adlandırılmışdır. Kənddə 1831-ci ildə 45 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır.
Ağaəli İbrahimov
Ağaəli İbrahimov Müsəllim oğlu (6 fevral 1946, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı (2006). == Həyatı == Ağaəli İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960–1966-cı ildən Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969–1974-cü illərdə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub. Ağaəli İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. == Ailəsi == Aktrisa Naina İbrahimovanın atası, rəssam Nadejda İbrahimovanın həyat yoldaşıdır.
Adamelit
Adamelit — intruziv süxur. == Haqqında == Adamelit qranit qrupuna aid olan, qranitlə qranodiorit arasında keçid intruziv süxurlardır. Plagioklazın və qələvi çöl şpatının eyni miqdarı ilə səciyyələnir. Termin konkret süxur tipini əks etdirmədiyi üçün az işlənilir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ağamalı
Çanaqçı (əvvəlki adı: Ağamalı) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Ağamalı kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalı kəndi Çanaqçı kəndi adlandırılmış və Ağamalı kənd inzibati ərazi dairəsi Çanaqçı kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Kəndi 1929-cu ildə Gədəbəy rayonunun Çanaqçı yaylağından gələn hacılar, xanqullar, namazlar, səfirzalar, təkərlər, kəsəmənli, möylələr nəsillərinə mənsub ailələr salmışlar. Yaşayış məntəqəsi sovet dövlət xadimi Səməd ağa Ağamalıoğlunun şərəfinə "Ağamalı" adlandırılıb. == Tarixi == Çanaqçı dərəsi deyilən ərazi tarixə "Xınna dərəsi" adı ilə düşmüşdür. Xınna dərəsi Tovuz rayonunun Qovlar qəsəbəsindən Gədəbəy rayonunun Qızıltorpaq kəndinə qədər uzanan böyük bir ərazini əhatə edir. Deyilənlərə görə, "xınna" sözünün mənası "xınna" yox, hun tayfalarının adı ilə tarixə düşmüş və sonralar bu söz təhrif olunaraq "hunna", "xınna" kimi işlənmişdir. Çar Rusiyasının havadarlığı ilə qondarma Ermənistan vilayəti yarandıqdan sonra ermənilər daha da fəallaşır və Xınna dərəsində azərbaycanlılara qarşı soyqırım hərəkatına başlayırlar. Belə ki, Xınna dərəsinə 2000 nəfərdən ibarət silahlı birləşmələrin yeridilməsi və dinc əhaliyə qarşı törədilən vəhşiliklər və işgəncələr bu gün də yaşlı nəslin yaddaşlarından silinmir. Qadınlann saç hörüklərinin kəsilməsi, bärmaqlarından qızıl əşyaların kəsilərək götürülməsi, qulaq tanələrinin qoparılaraq çantalara doldurulması, uşaqların süngüdən keçirilməsi, qız-gəlinlərin və anaların acı fəryadları Xınna əhalisini bunlara qarşı ayağa qaldırmış və nəticədə düşmən ordusunun əsgərləri Dəlikdaş deyilən dərədə mühasirəyə alınmış, bir nəfər də olsun sağ qalmamışdır.
Ağaəli bəy Naseh
Ağaəli bəy Naseh (10 sentyabr 1856, Şamaxı – 1915, Şamaxı) – şair. Klassik Şərq üslubunda yazılmış əsərləri vardır, lakin şeirləri toplanılıb çap edilməmişdir. Ağaəli bəy M. Ə. Sabirin və A. Səhhətin yaxın dostu olmuşdur. == Həyatı == Firudin bəy Köçərli onun haqqında yazır: "Ağaəli bəy Naseh təvəllüd edibdir Şamaxıda 1273-cü ildə məhərrəm ayının onuncu günündə – yövmi-aşura. İlk təhsilini Şamaxıdakı "Üsuli-cədid" məktəbində almışdır. Təhsili Şamaxı məktəblərində üsuli-qədim üzrə olubdur. Atasının ondan başqa köməkçisi olmadığı cəhətinə, məktəbdə oxuyan zaman ticarət işlərilə dəxi məşğul olarmış. 16 sinnə çatdıqda məhz türk və fars dillərinin təhsilinə kifayətlənməyib, rusca oxumağa şövqü həvəs göstəribdir və lakin bu vaxtlarda müşarileyhin atası həmişə səfərdə olmaq cəhətilə ev və bazar işləri dəxi ona mühəvvəl olubdur. Belə ki, oxumağa və elm təhsil etməyə çəndan vaxtı olmayıbdır. Bununla belə rusca oxumağı hər şeydən əlzəm bilib, onun təhsilinə canü dil ilə müdavimət etmişdir.
Mirzə Ağaəli Əliyev
Mirzə Ağaəli Mirzə Əziz oğlu Əliyev ( 1878 – 1941) — Lənkəran tarix-diyarşünaslıq muzeyinin banisi, Azərbaycanın ilk muzeyşünaslardan biri, maarifçi Mirzə Ağaəli Əliyev. M.A.Əliyev 1878-ci ildə Lənkəran şəhərində müəllim Mirzə Əzizin ailəsində dünyaya göz açıb. Məşhur Mirzə İsmayıl Qasiddən dərs alıb, fars dilini mükəmməl öyrənib. Həmçinin, indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. O, Lənkəranda ilk məktəblərin təşkil olunmasında yaxından iştirak edib, 1931-ci ildə müəllimlərin II qurultayına nümayəndə seçilib. Maarifçilik fəaliyyəti ilə məşğul olan Mirzə Ağaəli Əliyev dövrünün istedadlı şairi və jurnalisti kimi də tanınıb. O, Cəlil Məmmədquluzadənin dostu, indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində müəllim, ilk dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun müəllimi olub. Fatimənisə adlı xanım ilə ailə həyatı qurub.Tohidə və Aliyə adında iki qız övladı, Nizami adında isə bir oğlan övladı olub. Ağaəli Əliyev bədii yaradıcılıqla da məşğul olmuşdur. Yazıları və satirik şeirləri "İctihad", "Şərqi-rus", Baxçasarayda çıxan "Tərcüman", habelə Hindistanda nəşr olunan "Həblümətin" qəzetlərində dərc edilib.
Aleksandr Abaşeli
Aleksandr Vissarionoviç Abaşeli (gürc. ალექსანდრე (ისააკ) ბესარიონის ძე აბაშელი;27 avqust 1884 – 27 sentyabr 1954[…], Tbilisi) — gürcü şairi və fantastika yazıçısı. İlk gürcü elmi fantastika romanının (1932) müəllifi. == Həyatı == Aleksandr Abaşeli gənc yaşlarından inqilabi ideyalara valeh olmuş, Rusiyada 1905-1907-ci illər inqilabında bilavasitə iştirak etmişdir. Bunun nəticəsində həbs edilərək Solvıçeqodska (Voloqda vilayəti) sürgün edilmiş, sürgündə olmuşdur. 1908-ci ildə sürgündən qayıtdıqdan sonra o, ilk şeirlərinin (rus dilində) dərc olunduğu “Kavkazisa” və “Novaya reçis” qəzetlərinin redaksiyasında çalışıb. İrtica dövründə Abaşelinin poeziyasına rus simvolistlərinin böyük təsiri olmuşdur. Onun yaradıcılığının ən xarakterik bəndi - "Günəşin gülüşü" (1913) bu dövrə aiddir. Şair 1917-ci il bolşevik inqilabını qəbul etmədi. Gürcüstanın sovetləşməsi illərində Abaşelinin poeziyası bədbinlik, tutqun əhvali-ruhiyyə, inqilaba inamsızlıq və sovet reallığına ikrah hissi ilə doludur.
Ağamalı Ağayev
Ağamalı Sadiq
Ağamalı Əhməd oğlu Əfəndiyev (8 mart 1947, Qaymaqlı, Qazax rayonu – 12 dekabr 1995, Qazax) — azərbaycanlı şair, naşir, ictimai xadim, dissident, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), "Müxalifət" qəzetinin yaradıcısı və ilk baş redaktoru (1991), Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini (1992–1993). == Həyatı == Ağamalı Sadiq 1947-ci ilin mart ayının 8-də Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi doğulduğu kənddə bitirmişdir. Əmək fəaliyyətinə Sumqayıt superfosfat zavodunda elektrik montyoru kimi başlamışdır (1964–1972). Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsində təhsil almış, jurnalistika istisasına yiyələnmişdir (1972–1977). Universiteti bitirdikdən sonra "Yazıçı" nəşriyyatında korrektor (1978–1981), "Maarif" nəşriyyatında redaktor (1983–1986), "Ulduz" dərgisində ədəbi işçi (1986–1990), Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini (1992–1993) vəzifələrində çalışmışdır. Ağamalı Sadiq Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizədə fəal iştirak etmiş, 1988-ci ildə başlayan Meydan hərəkatının öncüllərindən biri olmuşdur. 1991-ci ildə "Müxalifət" qəzetini yaratmış və qəzetin ilk baş redaktoru olmuşdur. 1995-ci ilin dekabr ayının 24-də vəfat etmiş, vəsiyyətinə uyğun olaraq doğulduğu Qaymaqlı kəndində dəfn olunmuşdur. === Ailəsi === Gənc yaşlarında Nabat xanımla ailə həyatı quran Ağamalı Sadiqin Nofəl və Orxan adlı iki oğlu olmuşdur.
Fəzail Ağamalı
Fəzail Rəhim oğlu Ağamalı (26 avqust 1947, Qızıl Şəfəq, Sisian rayonu, Ermənistan SSR) — Azərbaycanın ictimai-siyasi xadimi, Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinin icraçısı (1993–1994), Azərbaycan Respublikasının Sosial Təminat nazirinin müavini (1992–1993), tarix elmləri doktoru, professor. == Həyatı == Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonunun Şıxlar kəndində anadan olmuşdur. 1965-ci ildə Dəstəgird orta məktəbini bitirmişdir. 1966–1971-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1968-ci ildən, ali təhsilinin üçüncü kursundan etibarən Azərbaycana müstəqillik tələb edən "Azərbaycanın azadlığı və bütövlüyü uğrunda" gizli tələbə dərnəyinin fəal iştirakçılarından biri olmuşdur. Buradakı antisovet fəaliyyətinə görə SSRİ təhlükəsizlik orqanları tərəfindən 70-ci illərdə təqibə məruz qalmışdır. 1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunmuş və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1971–1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973–1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitunda kafedra müdiri vəzifəsində çalışmış, 1988-ci ildə Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək üçün ailəsilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1988–1990-cı illərdə Dövlət İqtisad İnstitunda dosent vəzifəsində çalışmışdır.
Kərbəlayi Ağamalı
Tripanasoma atayevi
Tripanasoma atayevi (lat. Trypanosoma ataevi ) — Mastigophora tipinə aid olan növ. Bədən iri, ilanvari, uzunsov və sivriləşmiş sonluqla qurtarır, enli titrək membranı var. Qamçının sərbəst ucu qısadır, bədənin yarı uzunluğunu keçmir. Bədənin arxasında yerləşən nüvə bədənin eni böyüklükdədir. Kinetoplast arxa tərəfdən uzaq yerləşib. Bədədnin uzunluğu 16.0-38.0, eni – 1.5-3.0, titrək membranın eni 1.0-2.5, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.5-4.8, kinetoplastdan nüvəyə - 6.0-11.8, nüvədən ön qutaracağadək – 7.0-19.8, nüvəni uzunluğu 2.0-4.0, nüvənin eni – 1.0-3.0 mkm-dir. Xulu balığların spesifik parazitidir. Sahibi: mərmər xuludur. Kiçik Qızılağaç körfəzində yayılmışdır.
Günay Ağamalı
Günay Fəzail qızı Ağamalı ( ) — 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün keçirilən növbədənkənar parlament seçkilərində 65 Saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsindən seçilmiş deputat. Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri. == Həyatı == == İstinadlar == == Xarici keçidlər == "Fəzail Ağamalı yox, qızı namizəd olacaq". modern.az (az.). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
Atami seks muzeyi
Atami seks muzeyi (熱海秘宝館, Atami hihokan) – Yaponiyanın Atami şəhərində yerləşən seks muzeyi. Muzey Yaponiyanın seks mədəniyyətinə həsr olunmuşdur. Yaponiyada fəaliyyət göstərən sonuncu seks muzeyidir. == Tarixi == Muzey 1980-ci ildə açılmışdır. Həmin dövrdə Yaponiyada 40-dan çox seks muzeyi olsa da, 1990-cı illərdən etibarən onların sayı azalmağa başlamışdır. Bu muzey həmin dövrdən qalan sonuncu seks muzeyidir. == Xüsusiyyətlər == Muzeydə Edo dövrünə aid şunqalar və ipək prezervativlər, qədim taxta dildolar, seks oyuncaqları, holoqramlar, hentay kimi fetişləri təsvir edən heykəlciklər, abstrakt lüt manekenlər nümayiş etdirilir. Muzeyin interaktiv sərgi bölməsində ziyarətçilər nəhəng penisə dırmaşa və ya Merilin Monronun paltarını havaya qaldıran külək maşınından istifadə edə bilərlər. Muzey Atami qəsrinin qarşısında yerləşir. Giriş üçün minimum 18 yaş tələb olunur.
Ağaəli bəy Naseh Əfəndizadə
Ağaəli bəy Naseh (10 sentyabr 1856, Şamaxı – 1915, Şamaxı) – şair. Klassik Şərq üslubunda yazılmış əsərləri vardır, lakin şeirləri toplanılıb çap edilməmişdir. Ağaəli bəy M. Ə. Sabirin və A. Səhhətin yaxın dostu olmuşdur. == Həyatı == Firudin bəy Köçərli onun haqqında yazır: "Ağaəli bəy Naseh təvəllüd edibdir Şamaxıda 1273-cü ildə məhərrəm ayının onuncu günündə – yövmi-aşura. İlk təhsilini Şamaxıdakı "Üsuli-cədid" məktəbində almışdır. Təhsili Şamaxı məktəblərində üsuli-qədim üzrə olubdur. Atasının ondan başqa köməkçisi olmadığı cəhətinə, məktəbdə oxuyan zaman ticarət işlərilə dəxi məşğul olarmış. 16 sinnə çatdıqda məhz türk və fars dillərinin təhsilinə kifayətlənməyib, rusca oxumağa şövqü həvəs göstəribdir və lakin bu vaxtlarda müşarileyhin atası həmişə səfərdə olmaq cəhətilə ev və bazar işləri dəxi ona mühəvvəl olubdur. Belə ki, oxumağa və elm təhsil etməyə çəndan vaxtı olmayıbdır. Bununla belə rusca oxumağı hər şeydən əlzəm bilib, onun təhsilinə canü dil ilə müdavimət etmişdir.
Trypanosoma ataevi
Tripanasoma atayevi (lat. Trypanosoma ataevi ) — Mastigophora tipinə aid olan növ. Bədən iri, ilanvari, uzunsov və sivriləşmiş sonluqla qurtarır, enli titrək membranı var. Qamçının sərbəst ucu qısadır, bədənin yarı uzunluğunu keçmir. Bədənin arxasında yerləşən nüvə bədənin eni böyüklükdədir. Kinetoplast arxa tərəfdən uzaq yerləşib. Bədədnin uzunluğu 16.0-38.0, eni – 1.5-3.0, titrək membranın eni 1.0-2.5, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.5-4.8, kinetoplastdan nüvəyə - 6.0-11.8, nüvədən ön qutaracağadək – 7.0-19.8, nüvəni uzunluğu 2.0-4.0, nüvənin eni – 1.0-3.0 mkm-dir. Xulu balığların spesifik parazitidir. Sahibi: mərmər xuludur. Kiçik Qızılağaç körfəzində yayılmışdır.
Sıravi Rayanı xilas etməli (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.