İmaməli Elman oğlu İbrahimov (17 yanvar 1995; Hovil, Lerik rayonu, Azərbaycan — 9 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
İmaməli İbrahimov | |
---|---|
İmaməli Elman oğlu İbrahimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Hovil, Lerik rayonu, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Laçın rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2013; 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Laçın döyüşləri • Şuşanın azad edilməsi |
Təltifləri | 20202020 2020 |
İmaməli İbrahimov 17 yanvar 1995-ci ildə Lerik rayonunun Hovil kəndində anadan olub.[1] Orta təhsilini əvvəlcə, Lerik rayon Qılqılov kənd, sonra isə rayonun Siyov kənd tam orta məktəbində almışdır.
Orta məktəbi bitirdikdən sonra 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. 2020-ci ilin yanvar ayından artıq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri olan İmaməli İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İmaməli İbrahimov 9 noyabr 2020-ci ildə Laçın istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməli İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməli İbrahimov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[3]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməli İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]