AKSİOM
[alm. Axiom; fr. Axiome; ing. Axiom; yun. Axiama. osm. tr. mütearife; ər. ] dəlilə ehtiyac olmadan qəbul edilən müddəadır. Aksiomlar irəli sürülən elə təkliflərdir ki, onların düzgünlüyü, dəqiqliyi müzakirə mövzusu deyil. Aksi-omlar adətən məlum həqiqətlər olur. Adətən riyaziyyata hər hansı bir yeni bölmə və ya anlayış daxil edildikdə bu yeni bölmə bir sıra qəbul edilmiş mülahizələr əsasında qurulur. Belə mülahizələr sis-tem daxilində aksiom adlanır.