Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aynalı
Aynalı və Ağlyanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Aynalı (Susuz) — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Aynalı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Aynalı (Susuz)
Aynalı — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 18 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 16 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 260 nəfər daimi əhali yaşayır. === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Qars şöbəsinin Berdıq kənd cəmiyyətinin Aynalı kəndində 95 nəfər əhali yaşayırdı, onların 83 nəfərini və ya 87.4 %-ini etnik türklər, 12 nəfərini və ya 12.6 %-ini isə kürdlər təşkil edirdi.
Aynalı (Xudafərin)
Aynalı (fars. اينه لو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 10 nəfər yaşayır (4 ailə).
Aynalı (Ərdəbil)
Aynalı (fars. اينلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 582 nəfər yaşayır (95 ailə).
Aynaji
Aynaji (latış. ‎, 1917-ci ilə qədər Haynaş (alm. Haynasch‎) — Latviyanın Limbaji diyarında şəhər (1928-ci ildən). Riqa körfəzinin sahilində, Estoniya ilə sərhəddə yerləşir. 1 iyul 2009-cu ilə qədər Limbaji diyarının bir hissəsi idi. Aynaji bütün Vidzemenin ən kiçik şəhəri və Latviya naviqasiyasının beşiyidir. == Etimologiya == "Aynaji" eston dilində "quru ot yolu" mənasını verən "heinastee" sözündən yaranmış ola bilər. Digər ehtimallara livon dilində "quru ot" mənasını verən "aaina" və ya "tənha" mənasını verən "ainagi" sözləri daxildir. Orta əsrlərdə şəhər alman dilində "Haynaş" kimi bilinirdi. == İqtisadiyyatı == Aynajinin ən mühüm sənaye sahələri meşəçilik, ağac emalı və ticarətdir.
Aynacıq (Xudabəndə)
Aynacıq (fars. عين جيک‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 818 nəfər yaşayır (192 ailə).
Adnalı
Adnalı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Adnalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Aldaçı
Arançı
Arançı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Arançı (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Axtaçı
Sabirabad rayonu Axtaçı — Sabirabad rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsində kənd. Axtaçı Muğan — Sabirabad rayonunun Güdəcühür kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Axtaçı — Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsində kənd. Digər Axtaçı Şirvan — Axtaçı (Kürdəmir) — Kürdəmir rayonunda kənd. Axtaçı Qarabucaq — Kürdəmir rayonunun Axtaçı kənd inzibati ərazi dairəsində kənd.
Aybaşı
Menstruasiya və ya aybaşı (lat. mensis — ay, menstruus — hər ay) — qadınlarda uşaqlığın periodik təkrarlanan fizioloji bir vərdişidir. Tibbdə ilk baş vermiş aybaşı menarxe, sonuncu aybaşı isə menopauza adlanır. Bunlar qadının döllülük qabiliyyətini başlanmasını və sona yetməsini bildirir. Aybaşının bir sıra sinonimləri vardır: period, mensturasiya, menorrhö (yun. μήν ay , yun. ῥέω axıram). Aybaşı zamanı uşaqlığın selikli qişası yaxud funksional qatı endometriyanın ayrılması baş verir ki, bu da qanaxma ilə müşahidə olunur. Bu zaman itirilən qanın miqdarı normada 50-100 ml-dir. Aybaşı ifrazatı tərkibi qan, uşaqlıq vəzilərinin sekretindən, hissəvi olaraq endometriumdan və uşaqlıq yolu epitelindən ibarətdir.
Danaçı
Danaçı — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Danaçı kəndin əsl adı Dinçi olmuşdur. Lakin sonradan Danaçı olaraq respublika tərəfindən dəyişdirilmişdir. Dinçi tələffüz cəhətdən avarca tərcüməsindən din insanı deməkdir. Kənddə avar xalqı yaşayır. Zaqatalanın bir çox kədlərində də avar xalqı yaşayır. Çünki bu ərazilər avar millətinə mənsub olmuşdur. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Açaçı
Açaçı — İranın Şərqi Azərbaycan ostanının Miyana şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,777 nəfər və 1,020 ailədən ibarət idi. Açaçı xalqı Azərbaycanlı dır və Azərbaycan Türkcəsində Danışırlar. Azərbaycanın iki böyük çayı bu şəhərdə qovuşur, biri Qızılüzən, digəri isə Miyanaçaydır. Şəhərin Güney hissəsində Qaflantı dağ silsiləsi və onun tunelləri, eləcə də Qız Qalası və Qız Körpüsü hər bir tamaşaçının beyinin məşğul edən gözəl təbiət yaradıb. Bu şəhər Batı Qaflantının (Qaflankuh-e Gharbi) mərkəzidir. Tehran-Təbriz-Avropa tranzit yolu bu şəhərin mərkəzindən keçir.Yol boyu çoxsaylı supermarketlərin olması bu şəhəri Azərbaycanın quru meyvələri, süd məhsulları və suvenirlər bazarına çevirib. Açaçı adının Türkcə qaynağı vardır Açmaq felinidən alınıb. İki çay bir-birinə qovuşaraq Y şəkilini yaradıb ki bu şəhər çayların arasında dır. Y şəkinə əski Türk dilində Haça ya Aça deyirdilər və bu üzdən çı şəkilçisi aça sözünə yapışaraq Açaçı adını yaratmışdır.
Adnalı (Cəlilabad)
Adnalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şiləvəngə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == İncəçayın sahilindən bir qədər aralı, Burovar/Buravar silsiləsinin şimal-şərq ətəyindədir. Adnalı toponimi farsca "cümə günü, həftənin beşinci günü" mənasındakı "adinə / adına / adna" sözüylə əlaqələndirmək olar. Bu mənada olan digər toponimlər mövcuddur (məsələn, Adinəməscidbala kəndi, Adinəqulukəndi, və s.). "Adinə" sözü həmçinin ad və soyad olaraq da istifadə olunur; belə halda "Adnalı" toponimini də şəxs adından yarandığını fərz etmək olar. Digər açıqlamalara əsasən, "adna" qədim türk dillərində adana/adına/aduna formasında olub, "axtalanmış dəvə; at ilxısı; at saxlanılan yer" mənalarında işlənmişdir. == Tarixi == Kənddə məscid və məktəb fəaliyyət göstərir. Məktəb uzun müddət təmir olunmamış, 2013-cü ildə isə böyük bir hissəsi yanmışdır. Kənd tarixinin ən böyük incisi onun bulağıdır. Lakin o da quruma təhlükəsi ilə üz-üzədir.
Adnalı (Şamaxı)
Adnalı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Adnalı kəndi Çarhan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Adnalı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Ələt-Ləngəbiz silsiləsinin şimal yamacında, rayon mərkəzindən 7,5 km cənub-qərbdə yerləşir. == Əhalisi == Kənd əhalisi 941 nəfərdir ki, onun da 467 nəfəri kişi, 474 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Kənddə 175 təsərrüfat var. == Mədəniyyəti == Kənddə klub və kitabxana var. == Təhsil == Kənddə tam orta məktəb və uşaq bağçası fəaliyyət göstərir. == Din == Kənddə Adnalı kənd məscidi dini icması fəaliyyət göstərir. == Səhiyyə == Kənddə tibb məntəqəsi mövcuddur.
Pii aymağı
Pii və ya Bəy aymağı (xakasca:Пии аймағы/ Pii aymağı) — Rusiya Federasiyasının Xakasiya Respublikasında rayon səviyyəsində adminstrativ orqan. Mərkəzi Bəy kəndidir. Kəndin əhalisinin sayı 5.247 nəfərdir. Xakas dilində Pii olaraq deyilən, ruscaya Bəy olaraq keçmiş olan sözün anlamı bəy mənasındadır. Adını çay adından almışdır. Pii aymağı 4 aprel 1924-cü ildə qurulmuşdur. İlk dəfə olaraq Beyska ərazisi 1884-cü ildə Yenisey quberniyasının Beyskoy volostu, 1924-cü ildən isə Beysk mahalına inzibati vahid statusu qazandırdı. Rayon, Yenisey vilayət İcraiyyə Komitəsinin 4 aprel 1924-cü il tarixli əmri ilə Bay və Yəhudiya volostlarının, Kaptyrevskaya'nın üç kəndi və Novo-Mixaylovski volostunun səkkiz kəndi olaraq meydana gəldi. Beisky rayonu, Yenisey əyalətinin Minusinsk mahalına daxil idi. 1 oktyabr 1933-cü ildə rayon ləğv edildi, Əskizski, Minusinski və Ermakovski rayonları arasında yaşayış məntəqələri paylandı.
Sayaçı sözlər
Sayaçı sözlər — qoyunçuluqla bağlı yaranan nəğmələrdir. Bu nəğmələrdə qoyun, quzu və keçidən danışılır. Sayaçı sözlər də çox zaman çəlikcə bayatıya oxşayır.
Aybaşı dövrü
Aybaşı dövrü və ya menstruasiya dövrü — hormon istehsalında və qadın reproduktiv sisteminin uşaqlıq və yumurtalıqların strukturlarında hamilə qalmağa imkan verən bir sıra təbii dəyişikliklər. Yumurtalıq dövrü yumurtaların istehsalını və buraxılmasını, həmçinin estrogen və progesteron hormonlarının dövri buraxılmasını idarə edir. Uterus dövrü, embrionun yerləşməsi üçün uşaqlığın (bətnin) divarının hazırlanmasını və saxlanmasını tənzimləyir. Bu dövrlər eyni vaxtda və əlaqəli şəkildə baş verir, normalda 21–35 gün davam edir, ortalama uzunluğu 28 gündür və təxminən 30–45 il davam edir. Təbii olaraq meydana gələn hormonlar bu dövrləri idarə edir. Follikül stimullaşdırıcı hormonun (FSH) müntəzəm olaraq yüksəlməsi və azalması, yetişməmiş yumurta hüceyrələrinin (oositlərin) istehsalını və böyüməsini təmin edir. Estrogen hormonu, mayalanma baş verərsə, embrionu yerləşdirmək üçün uterus divarını qalınlaşdırır. Qatılaşmış divarın qan axını embrionu qida ilə təmin edir. Embrion implantasiya olunmazsa, bu divar parçalanır və qan xaric olur. Progesteron səviyyəsinin azalması ilə başlayan menstruasiya uterus divarının tsiklik tökülməsidir və hamiləliyin baş vermədiyini göstərir.
Altay aymağı
Altay aymağı (xakasca:Алтай аймағы / Altay aymağı) — Rusiya Federasiyasının Xakasiya Respublikasında rayon səviyyəsində adminstrativ orqan. Mərkəzi Bozyar və ya digər adı ilə Ağyar kəndidir. == Sözün kökü == Altay sözünu etimologiyası ilə bağlı çox müxtəlif fikirlər irəli sürülmüşdür. Aymaq sözü isə Sibir türkləri və monqol cəmiyyətlərində bölgə, rayon kimi mənalara gəlir. == Tarixi == SSRİ dövründə 1944-cü ilin yanvar ayında SSRİ Ali Soveti rəhbərliyində orqan sərhədlərinin tənzimlənməsi ilə əlaqədar olaraq yaradılmışdır. Kolxozların yayılmasıyla birlikdə türk olmayan əhalinin sayı artmıdşır. Bölgənin mərkəzi olan Bozyar (Ağ Yar və ya Huba çar) Abakan çayının sahilində yerləşir. == Coğrafiya == Altay aymağı Abakan-Yenisey arasında Koybal bozqırında yerləşur. Coğrafi mövqe olaraq Xakasiya Respublikasının şərq hissəsindədir. Şərqdə Yenisey çayının sağ sahilində olub, Krasnoyarsk əyaləti ilə Xakasiya arasındakı sərhədləri ayırmışdır.
Arançı (Germi)
Arançı (fars. ارانچي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (123 ailə).
Arançı (Üskü)
Arançı (fars. ايرنچي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 7 nəfər yaşayır (4 ailə).
Taştıp aymağı
Taştıp aymağı (xakasca:Таштып аймағы / Taştıp aymağı) — Rusiya Federasiyasının Xakasiya Respublikasında rayon səviyyəsində adminstrativ orqan. Mərkəzi Taştıp kəndidir. Rayon 1924-cü ildə Yenisey quberniyasının Minusinsk rayonunun iki volostu əsasında - Tashtypskaya və Seyskaya, 25 may 1925-ci ildən Xakassky dairəsinin tərkibinə daxil olmuş və bu da öz növbəsində Sibir ərazisinin bir hissəsi olmuşdur. Rayonun tərkibinə 10 kənd məclisi daxil idi. Sərhədlər və inzibati bölgülər dəfələrlə dəyişdirilib. 1963-cü ildə rayonun ərazisi yenidən qurulmuş Abazin sənaye rayonu ilə Abaza kəndində bir mərkəz və kəndin mərkəzi olan Əskiz kənd təsərrüfatı bölgəsi arasında bölündü. Askiz. 1965-ci ildə rayon yenidən əvvəlki sərhədlərinə qaytarıldı, ancaq 1968-ci ilə qədər rayon mərkəzi Abaza şəhəri oldu. 1968-ci ildə rayon mərkəzi statusu ilə geri qaytarıldı. Tashtyp.
Termit qaynağı
Termit qaynağı — tozvari metallik alüminium və ya maqneziumun, həmçinin dəmir yanığından ibarət qarışığın qızdırılması üçün istifadə olunan qaynaq üsulu. 8 Al + 3 Fe3O4 = 9 Fe + 4 Al2O3 + Q Alüminium əsasında termitdən istifadə etdikdə birləşdirici detallar oda davamlı metallarla qəliblənir, qızdırılır, qaynaq yerə əridici termitlə əvvəlcədən yandırılır (elektrik qövsü və ya qoruyucu ilə). Maye dəmir əsas metalla əridilərək möhkəm birləşmə əmələ gətirir. Alüminium əsasında termik qaynağı polad və çuqun detalların birləşmələri üçün – relslərin, boruların quraşdırılması, qatların örtülməsi, müxtəlif məmulatların (məsələn, elementlərin torpaqlama kontutu) hazırlanmasında istifadə olunur. Maqnezium əsasında termit əsasən telefon və teleqraf xətlərinin çəkilməsində istifadə olunur. Termik qarışığından mərkəzindən kanal keçən damalar hazırlanır. Bu kanallardan qaynaq yaratmaq üçün məftillər keçir. Maqnezium əsaslı termit kiçik diametrli boruların qaynağında istifadə oluna bilər. Termitli (alüminiumtermitli) qaynaq relsərin müəyyən hissə ilə qaynağı zamanı istifadə olunur. İşi iki-üç nəfərdən ibarət briqada yerinə yetirir.
Xovd aymakı
Xovd aymakı (monq. Ховд аймаг) - Monqolustanın 21 aymakından biri. Qərbi Monqolustanda, paytaxt Ulan-Batordan 1 580 km qərbdə yerləşir. Mərkəzi Xovd şəhəridir. Xovd aymakı adını Xovd çayından götürmüşdür. 1921-ci il Monqolustan inqilabından sonra, 1925-ci il noyabrın 21-də Çandmani Uulyn aymakı təsis edilir. Bu aymak ölkənin qərbində, indiki Uvs, Xovd aymaklarını və Bayan-Ölgiy aymakının qərbini əhatə edirdi. 1931-ci ildə Çandmani Uulyn aymakı Xovd və Dörvöd aymaklarına bölündü. Xovd aymakı öz mədəni əhalisi ilə seçilir. Burda çoxlu sayda etnoslar yaşayır.
Yuxarı Axtaçı
Yuxarı Axtaçı (əvvəlki adları: Axtaçı Şaumyan; Axtaçı) — Azərbaycan Respublikasının Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Sabirabad rayonunun Axtaçı Şaumyan kəndi Axtaçı kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Axtaçı kəndi Yuxan Axtaçı kəndi adlandırılmışdır. Əhalisi 302 nəfərdir.
Şira aymağı
Şira aymağı (Xakasca:Şira aymağı, Сыра аймағы) — Rusiya Federasiyasına bağlı muxtar türk respublikalarından olan Xakasiyanın bələdiyəli olan aymağı. Aymağın mərkəzi 2009-cu ildən etibarən Şira kəndidir. Xakasiyanın şimal hissəsində yerləşi. Sahəsi 6880 km²-dir. Mövsümi və gündüz dəyişkənliyində böyük temperatur təzadları, isti yay və uzun qarsız qış bölgənin iqlimini kəskin kontinental olaraq təyin edir. Tədqiqatçılar qışda Asiya barometrik maksimumun, yazda isə şimal Sibir maksimumunun təsirini qeyd edirlər. Dağ sistemləri hava kütlələrinin qərbdən şərqə köçürülməsinə mane olur. Ən az orta illik yağıntının miqdarı (təxminən 250 mm) Kuznetsk Alatau ətəklərinə bitişik əraziyə düşür. Ümumi yağıntının 80-90% -ə qədəri aprel-oktyabr aylarında yağış leysan şəklində, qış aylarında 10% -ə qədər yağıntı olur. Çöl bölgələrindəki qar yer üzünü tamamilə örtmür, bu da torpaqların intensiv dondurulmasına və şaxtadan azad havalara səbəb olur.
Adaçi
Adaçi rayonu (足立区, Adaçi-ku) — Tokionun şimali hissəsində yerləşən xüsusi rayon. Adı tarixi Adaçi qəzasından irəli gəlir (足立郡, adaçi koori).
Anafi
Anafi (yun. Αναφή) — Egey dənizindəki ada Yunanıstana məxsusdur. == Coğrafiya == Kiklad arxipelaqına daxildir. Santorinidən 12 dəniz mili şərqdə yerləşir. Ada təxminən 38 km² əraziyə, 10 km uzunluğa və 7 km enə malikdir. Anafi adasının şərq hissəsində hündürlüyü 584 m olan Kalamoss zirvəsi var. == Əhali == 2001-ci il siyahıyaalınmasına görə, Anafi adasında 273 nəfər yaşayırdı. == İqtisadiyyat == Hazırda ada sakinlərinin əsas məşğuliyyəti turizm və balıqçılıqdır.
Avaci
Geyger sayğacı
Geiger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi, içinə düşən ionlaşan zərrəcikləri avtomatik saymağa imkan verən qazboşaldıcı cihazdır. Geiger-Müller sayğacı kimi də tanınan Geiger sayğaçı ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Geiger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.
Osamu Yamaci
Osamu Yamaci (d. 31 avqust 1929) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Qeyqer sayğacı
Heyger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi alətdir. Heyger sayğacı, Heyger-Müller sayğacı kimi də bilinir, ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Heyger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.
Riçard Ayoadi
Riçard Ellef Ayoadi (ing. Richard Ellef Ayoade; 23 may 1977) — Britaniyalı aktyor, yayımçı, komediyaçı və filmmeyker. Channel 4 kanalında yayımlanan The IT Crowd (2006-2013) seriyalında Moris Moss rolunu canlandırdığına görə 2014-cü ildə BAFTA mükafatına layiq görülüb.