Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aynalı
Aynalı və Ağlyanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Aynalı (Susuz) — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Aynalı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Aynalı (Susuz)
Aynalı — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 18 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 16 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 260 nəfər daimi əhali yaşayır. === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Qars şöbəsinin Berdıq kənd cəmiyyətinin Aynalı kəndində 95 nəfər əhali yaşayırdı, onların 83 nəfərini və ya 87.4 %-ini etnik türklər, 12 nəfərini və ya 12.6 %-ini isə kürdlər təşkil edirdi.
Aynalı (Xudafərin)
Aynalı (fars. اينه لو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 10 nəfər yaşayır (4 ailə).
Aynalı (Ərdəbil)
Aynalı (fars. اينلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 582 nəfər yaşayır (95 ailə).
Aynaji
Aynaji (latış. ‎, 1917-ci ilə qədər Haynaş (alm. Haynasch‎) — Latviyanın Limbaji diyarında şəhər (1928-ci ildən). Riqa körfəzinin sahilində, Estoniya ilə sərhəddə yerləşir. 1 iyul 2009-cu ilə qədər Limbaji diyarının bir hissəsi idi. Aynaji bütün Vidzemenin ən kiçik şəhəri və Latviya naviqasiyasının beşiyidir. == Etimologiya == "Aynaji" eston dilində "quru ot yolu" mənasını verən "heinastee" sözündən yaranmış ola bilər. Digər ehtimallara livon dilində "quru ot" mənasını verən "aaina" və ya "tənha" mənasını verən "ainagi" sözləri daxildir. Orta əsrlərdə şəhər alman dilində "Haynaş" kimi bilinirdi. == İqtisadiyyatı == Aynajinin ən mühüm sənaye sahələri meşəçilik, ağac emalı və ticarətdir.
Aynacıq (Xudabəndə)
Aynacıq (fars. عين جيک‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 818 nəfər yaşayır (192 ailə).
Adnalı
Adnalı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Adnalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Aldaçı
Arançı
Arançı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Arançı (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Axtaçı
Sabirabad rayonu Axtaçı — Sabirabad rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsində kənd. Axtaçı Muğan — Sabirabad rayonunun Güdəcühür kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Axtaçı — Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsində kənd. Digər Axtaçı Şirvan — Axtaçı (Kürdəmir) — Kürdəmir rayonunda kənd. Axtaçı Qarabucaq — Kürdəmir rayonunun Axtaçı kənd inzibati ərazi dairəsində kənd.
Aybaşı
Menstruasiya və ya Aybaşı (lat. mensis — ay, menstruus — hər ay) — qadınlarda uşaqlığın periodik təkrarlanan fizioloji bir vərdişidir. Tibbdə ilk baş vermiş aybaşı menarxe, sonuncu aybaşı isə menopauza adlanır. Bunlar qadının döllülük qabiliyyətini başlanmasını və sona yetməsini bildirir. Aybaşının bir sıra sinonimləri vardır: period, mensturasiya, menorrhö (yun. μήν ay , yun. ῥέω axıram). Aybaşı zamanı uşaqlığın selikli qişası yaxud funksional qatı endometriyanın ayrılması baş verir ki, bu da qanaxma ilə müşahidə olunur. Bu zaman itirilən qanın miqdarı normada 50-100 ml-dir. Aybaşı ifrazatı tərkibi qan, uşaqlıq vəzilərinin sekretindən, hissəvi olaraq endometriumdan və uşaqlıq yolu epitelindən ibarətdir.
Danaçı
Danaçı — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Açaçı
Açaçı — İranın Şərqi Azərbaycan ostanının Miyana şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,777 nəfər və 1,020 ailədən ibarət idi. Açaçı xalqı Azərbaycanlı dır və Azərbaycan Türkcəsində Danışırlar. Azərbaycanın iki böyük çayı bu şəhərdə qovuşur, biri Qızılüzən, digəri isə Miyanaçaydır. Şəhərin Güney hissəsində Qaflantı dağ silsiləsi və onun tunelləri, eləcə də Qız Qalası və Qız Körpüsü hər bir tamaşaçının beyinin məşğul edən gözəl təbiət yaradıb. Bu şəhər Batı Qaflantının (Qaflankuh-e Gharbi) mərkəzidir. Tehran-Təbriz-Avropa tranzit yolu bu şəhərin mərkəzindən keçir.Yol boyu çoxsaylı supermarketlərin olması bu şəhəri Azərbaycanın quru meyvələri, süd məhsulları və suvenirlər bazarına çevirib. Açaçı adının Türkcə qaynağı vardır Açmaq felinidən alınıb. İki çay bir-birinə qovuşaraq Y şəkilini yaradıb ki bu şəhər çayların arasında dır. Y şəkinə əski Türk dilində Haça ya Aça deyirdilər və bu üzdən çı şəkilçisi aça sözünə yapışaraq Açaçı adını yaratmışdır.
Adnalı (Cəlilabad)
Adnalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Adnalı (oyk.), (düz.) — Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində kənd. İncəçayın sahilindən bir qədər aralı, Burovar/Buravar silsiləsinin şimal-şərq ətəyindədir. Adnalı toponimi farsca "cümə günü, həftənin beşinci günü" mənasındakı "adinə / adına / adna" sözüylə əlaqələndirmək olar. Bu mənada olan digər toponimlər mövcuddur (məsələn, Adinəməscidbala kəndi, Adinəqulukəndi, və s.). "Adinə" sözü həmçinin ad və soyad olaraq da istifadə olunur; belə halda "Adnalı" toponimini də şəxs adından yarandığını fərz etmək olar. Digər açıqlamalara əsasən, "adna" qədim türk dillərində adana/adına/aduna formasında olub, "axtalanmış dəvə; at ilxısı; at saxlanılan yer" mənalarında işlənmişdir. == Tarixi == Kənddə məscid və məktəb fəaliyyət göstərir. Məktəb uzun müddət təmir olunmamış, 2013-cü ildə isə böyük bir hissəsi yanmışdır. Kənd tarixinin ən böyük incisi onun bulağıdır.
Adnalı (Şamaxı)
Adnalı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Adnalı kəndi Çarhan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Adnalı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Ələt-Ləngəbiz silsiləsinin şimal yamacında, rayon mərkəzindən 7,5 km cənub-qərbdə yerləşir. == Əhalisi == Kənd əhalisi 941 nəfərdir ki, onun da 467 nəfəri kişi, 474 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Kənddə 175 təsərrüfat var. == Mədəniyyəti == Kənddə klub və kitabxana var. == Təhsil == Kənddə tam orta məktəb və uşaq bağçası fəaliyyət göstərir. == Din == Kənddə Adnalı kənd məscidi dini icması fəaliyyət göstərir. == Səhiyyə == Kənddə tibb məntəqəsi mövcuddur.
Altay aymağı
Altay aymağı (xakasca:Алтай аймағы / Altay aymağı) — Rusiya Federasiyasının Xakasiya Respublikasında rayon səviyyəsində adminstrativ orqan. Mərkəzi Bozyar və ya digər adı ilə Ağyar kəndidir. == Sözün kökü == Altay sözünu etimologiyası ilə bağlı çox müxtəlif fikirlər irəli sürülmüşdür. Aymaq sözü isə Sibir türkləri və monqol cəmiyyətlərində bölgə, rayon kimi mənalara gəlir. == Tarixi == SSRİ dövründə 1944-cü ilin yanvar ayında SSRİ Ali Soveti rəhbərliyində orqan sərhədlərinin tənzimlənməsi ilə əlaqədar olaraq yaradılmışdır. Kolxozların yayılmasıyla birlikdə türk olmayan əhalinin sayı artmıdşır. Bölgənin mərkəzi olan Bozyar (Ağ Yar və ya Huba çar) Abakan çayının sahilində yerləşir. == Coğrafiya == Altay aymağı Abakan-Yenisey arasında Koybal bozqırında yerləşur. Coğrafi mövqe olaraq Xakasiya Respublikasının şərq hissəsindədir. Şərqdə Yenisey çayının sağ sahilində olub, Krasnoyarsk əyaləti ilə Xakasiya arasındakı sərhədləri ayırmışdır.
Arançı (Germi)
Arançı (fars. ارانچي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (123 ailə).
Arançı (Üskü)
Arançı (fars. ايرنچي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 7 nəfər yaşayır (4 ailə).
Ashıs aymağı
Ashıs aymağı (xakasca: Асхыс аймағы / Ashıs aymağı) — Rusiya Federasiyasının Xakasiya Respublikasında rayon səviyyəsində adminstrativ orqan. Mərkəzi Ashis kəndidir. Kəndin əhalisinin sayı 7267 nəfərdir. == Sözün kökü == Adını mərkəzin yaxınlığındakı Ashis çayından alamqdadır. == Tarixi == Ashis aymağı 30 mart 1924-cü il tarixində Ashis və Ust-Yesinskoy adminstrativ orqanları əsasında qurulmuşdur. Özündə 10-a qədər məskunlaşma ərazilərini birləşdirir. == Coğrafiyası == Xakas-Minusinsk hövzəsinin cənub-şərqində yerləşən Ashis aymağı Bey, Ust-Abakan, Taştıb bölgələri və Kemerovo oblastı ilə əhatə olunmuşdur. Sahəsi 8201.14 km²-dir. Aid olduğu muxtar respublikada sahəsinə görə IV yerdə yerləşir. Sahə Xakass-Minusinsk çökəkliyinin cənub-şərq hissəsində yerləşir.
Atnalı yengəci
Atnalı yengəci (lat. Limulus) — atnalı yengəcləri fəsiləsinə aid heyvan cinsi.
Axtaçı (Həmədan)
Axtaçı - İranın ŞHəmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Siminərud bölgəsinin Çaharbölük kəndistanında, Bahar qəsəbəsindən 21 km qərbdədir.
Axtaçı Şirvan
Axtaçı Şirvan — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Axtaçı Şirvan Hacıqabul r-nunda eyni adlı i.ə.v-də kənd. Şirvan düzündədir. Kürün Şirvan hissəsində yerləşdiyi üçün belə adlanmışdır. 1917-ci ildə Göyçay qəzasında Axtaçı Salyan adlı yaşayış məntəqəsi də qeydə alınmışdır. XIX əsrə aid mənbələrdə Axtaçı Sultanbəyli, Axtaçı Kəkəli kəndlərinin olduğu da göstərilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 587 nəfər əhali yaşayır.
Axtaçı (Kürdəmir)
Axtaçı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Axtaçı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Kürdəmir rayonunun Axtaçı i.ə.v.-də kənd. Şirvan düzündədir. Kəndin keçmiş adı Axtaçı Yekəqurşaqlı olmuşdur. 1933-cü ildə həmin i.ə.v.-də Axtaçı-binə adlı başqa bir kənd də qeydə alınmışdır. Etnooykonimdir. Axtaçı "atabaxan, mehtər" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 449 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Axtaçı (Sabirabad)
Axtaçı (əvvəlki adı: Axtaçı Şaumyan) — Azərbaycan Respublikasının Sabirabad rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Sabirabad rayonunun Axtaçı Şaumyan kəndi Axtaçı kəndi adlandırılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Axtaçı Muğan
Axtaçı Muğan — Azərbaycan Respublikasının Sabirabad rayonunun Güdəcühür kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Sabirabad rayon Sabir Ağayev adına tam orta məktəb mövcuddur. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Axtaçı Qarabucaq
Axtaçı Qarabucaq (əvvəlki adı: Qarabucaq) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Axtaçı kənd inzibati ərazi dairəsində kənd.
Adaçi
Adaçi rayonu (足立区, Adaçi-ku) — Tokionun şimali hissəsində yerləşən xüsusi rayon. Adı tarixi Adaçi qəzasından irəli gəlir (足立郡, adaçi koori).
Anafi
Anafi (yun. Αναφή) — Egey dənizindəki ada Yunanıstana məxsusdur. == Coğrafiya == Kiklad arxipelaqına daxildir. Santorinidən 12 dəniz mili şərqdə yerləşir. Ada təxminən 38 km² əraziyə, 10 km uzunluğa və 7 km enə malikdir. Anafi adasının şərq hissəsində hündürlüyü 584 m olan Kalamoss zirvəsi var. == Əhali == 2001-ci il siyahıyaalınmasına görə, Anafi adasında 273 nəfər yaşayırdı. == İqtisadiyyat == Hazırda ada sakinlərinin əsas məşğuliyyəti turizm və balıqçılıqdır.
Avaci
Avaci (yap. 淡路島) — Yaponiyaya məxsus olan ada. Avaci adası Daxili Yapon dənizində, Osaka körfəzinin şərqi və Kii boğazının cənubunda yerləşir. Onun sahəsi 592,17 km² təşkil edir. Avaci adası şimaldan Honşu adası ilə Asaki-Kayke, Şikoku adası ilə isə cənubdan Naturo körpüsü ilə birləşir. Adada dəmir yol nəqliyyatı mövcud deyildir. Yeganə nəqliyyat vasitəsi avtomobildir. == Tarixi == VII əsrdən XIX yüz illiyinə qədər ada ayrıca Avaci vilayəti tərkibinə daxil idi. Avaci sözü tərcümədə Ava vilayətinə gedən yol mənasını verir. == İnzibati bölgü == İzibati cəhətdən ada Hyoqo prefekturasına daxildir.